Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 43 dən birmənalı qarşılanmır. Müdirlər çox vaxt öz idarələrin-
də kişilərin işləməsinə üstünlük verir, müxtəlif bəhanələrlə,
bəzən ən layiqli mütəxəssis qadınları belə işlə təmin etmək-
dən imtina edirlər. Tədqiqatçı M.Mahmudovun qeyd etdi-
yi kimi, bu məsələdə ezamiyyət “probleminin” də az rolu
olmur. Məsələn, kişi “təbiətinə” daha uyğun hesab olunan
ezamiyyətlərə qadınların cəlb olunması çox vaxt xoşagəl-
məz söz-söhbətlər doğurur ki, bu da Azərbaycan şəraitində
ailəli qadınların və ya ərə getməyə hazırlaşmış qızların xo-
şuna gələ bilməz. Lakin bu da faktdır ki, “ezamiyyət təcrü-
bəsinə” malik olanların sürətlə karyera qazanması nisbətən
asan başa gəlir. Ona görə də bu cür qanuni vasitələrdən is-
tifadə edə bilməyən bir qisim qadınlar vəzifə pillələrində
yüksəlmək üçün başqa vasitələrlə hərəkət etməyə üstünlük
verir və ya buna məcbur olur (113: 149-150).
Konstitusiyaya görə Azərbaycan Respublikası dünyəvi
dövlət hesab olunsa da, bəzən iqtisadi çətinliklərin girda-
bına düşən insanlar bir çox hallarda fanatizmin qurbanına
çevrilirlər. Bəzi dini icmalar və təşkilatlar vətəndaşların,
xüsusən qadınlarının vəziyyətinin ağırlığından istifadə
edərək, onları bu və ya digər dini təriqətlərə cəlb edirlər.
Buna misal olaraq bir neçə missioner qurumların fəaliyyə-
tini qeyd etmək olar. Belə ki, “J.Yehova şahidləri”, “Həyat
sözü” xristian təriqətlərinin, lüteran və baptist kilsələrin
Azərbaycandakı fəaliyyətinə birmənalı qiymət vermək ol-
maz. Bunların fəaliyyətlərinə dövlət səviyyəsində nəzarət
olmasa, nəticələr o qədər də ürəkaçan olmaya bilər.
Son zamanlar bir sıra mətbuat orqanlarında islam dok-
trinasından çıxış edərək “orijinal” təkliflər irəli sürən şəxs-
lərə, qruplara, habelə mətbuat nümayəndələrinə təsadüf
edirik. Onlar qadınları kütləvi surətdə yenidən baş ortüyünə