Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə44/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   40   41   42   43   44   45   46   47   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
52
tin yaşadığı keçid dövrü qadın-kişi münasibətlərində heç də 
hər şeyin rəvan getdiyini iddia etməyə əsas vermir. Həmin 
müstəvidə gender ziddiyyətlərinin mövcudluğu diqqəti cəlb 
edir. Filosof Z.Quluzadənin həmin problemlə bağlı söylədi-
yi mülahizələr öz obyektivliyi, dəqiqliyi ilə seçilir: “Bir sıra 
ailələrdə, təəssüf ki, uşaqlara və xüsusən qızlara qarşı möv-
cud patriarxal münasibətlərin gücləndiyi müşahidə edil-
məkdədir: qız uşağının dünyaya gəlməsi o qədər də arzu 
olunmur; üstəlik, qızı bir çox ailələrdə lap balacalığından 
onun rifah, namus və ləyaqətinin müdafiəçisi kimi ata və 
qardaşına itaət ruhunda tərbiyə edirlər. Ailədə olan ən yaxşı 
şey oğlana – nəslin davamçısına verilir...
Qardaş ilə bacı arasındakı fərq yeniyetməlik dövrün-
də daha da artır. Oğlana hər şey – siqaret çəkmək, içki iç-
mək, cinsi əlaqədə olmaq qüsur sayılmır, çünki deyilənlər 
böyüməkdə olan gələcək kişi üçün bu, norma hesab edilir, 
amma qıza bütün bunlar qəti şəkildə qadağan edilir... Qızın 
nikaha qədər cinsi əlaqədə olması təkcə qız üçün yox, eyni 
zamanda bütün ailə, bəzi hallarda isə qohum-əqraba uçün 
də faciəyə və rüsvayçılığa çevrilir. Bu cür hal aşkar olduq-
da, mentalitet qıza qarşı, az qala, ölüm də daxil olmaqla, 
psixoloji və fiziki zorakılığın bütün formalarını məqbul 
sayır. Bu halda qıza qarşı əxlaq qanunları kənd yerlərində 
daha amansızdır” (110: 78). Təbii ki, ailə institutu çərçivə-
sində baş verən bu cür hallar cəmiyyətə də öz təsirini göstə-
rir və sözün geniş mənasında qarşılıqlı səciyyə daşıyır. 
Davranış probleminin sosial mahiyyəti filosof və psixo-
loqlar tərəfindən müxtəlif parametrlər üzrə müxtəlif cür 
şərh edilmişdir. Əgər mütəxəssislərin bir çoxu davranışla-
rın əsasında sosial amillərin rolunu əsas götürürlərsə, digər 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin