Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə40/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   36   37   38   39   40   41   42   43   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
47
tərzi ilə çuğlaşaraq az qala yaşayış normasına çevrilir. Lakin 
bir çox hallarda qadınların həyat səviyyəsinin aşağı olması, 
gündəlik qayğıların bolluğu onların sosial və mənəvi dav-
ranışlarının formalaşmasına mənfi təsir göstərir. Özündə bir 
şəxsin, habelə kollektiv təşkilat və böyük insan kütləsinin 
hərəkətlər məcmusunu ehtiva edən davranışlar daim sosial 
mahiyyət daşıyır. 
1.3. Etika və gender nöqteyi-nəzərindən
davranışın normaları
Norma və davranışları etik-gender nöqteyi-nəzərdən 
təhlil edərkən qadın-kişi münasibətlərinə xüsusi diqqət ye-
tirmək zərurəti yaranır. Normanın əxlaqi tələbkarlığın adi 
formalarından biri olduğu aksiomadır. Normanın habelə, əx-
laqi münasibət və əxlaqi şüurun ünsürlərindən biri kimi çıxış 
etdiyi də məlumdur. Adətən, bütün cəmiyyətlərdə fərdlərə 
onların mövcud norma və davranışlara necə əməl edib-et-
məmələrinə görə qiymət verilir. Bu amillərin formalaşması-
na isə çox vaxt şəxsi nümunə və ictimai rəy təkan verir. Təbii 
ki, əxlaqi norma və davranışlara mövcud işlək qayda-qanun-
ların, başqa sözlə, dissiplinaların da təsiri böyükdür. 
Norma və davranışların formalaşmasında əsaslı rol oy -
nayan qaynaqları şərti olaraq iki yerə bölmək olar: elmi-dün-
yəvi və dini qaynaqlar. Onların hər ikisinin məqsədi eyni, 
lakin həyata keçirilmə vasitələri müxtəlifdir. Şərq ailələri-
nin təşəkkül və formalaşmasında hər iki amilin rolu böyük 
olsa da, nə dini, nə də elmi (və eləcə də bədii) əsərlərdə 
qadının rolu yetərincə qiymətləndirilməmişdir. 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
48
Heç şübhəsiz ki, artıq qeyd etdiyimiz kimi, qadın-ki-
şi münasibətlərinin gələcək rəhni ailə ocağı – ailə institu-
tu üzərində yüksəlir. Böyük hind yazıçısı R.Taqor özünün 
məşhur “Qadın” əsərində yazırdı: “Ailə-istənilən cəmiyyə-
tin və istənilən sivilizasiyanın əsas özəyidir” (250: 332). Bu 
həqiqətən belədir, lakin ailə institutu heç də boş yerdə ya-
ranıb cilalanmır. Hər bir konkret ailə “strukturunun”, “sis-
teminin” kökündə ailə ənənəsi, ailə dinastiyası dayanır. Ni-
kaha girən qadın və kişinin aldığı tərbiyə, keçdikləri həyat 
yolu ailənin gələcək uğur və ya uğursuzluqlarında böyük 
rol oynayır. Burada ilk növbədə ailə quran tərəflərin mən-
sub olduqları davranış, əxlaqi normalar inkaredilməzdir. 
Məhz ailələrin dağılmasına səbəb olan başlıca amillər qru-
puna mövcud adət və ənənələr, xarakter və xasiyyətlər ara-
sındakı fərqlər, həmçinin dözümsüzlük, inadkarlıq, mənəvi 
kasıblıq və s. xüsusiyyətlər daxildir. Dahi fransız yazıçısı 
O.Balzak “Hersogine de Kastri” əsərində belə yazır: “Əgər 
evlənənlər ittifaqa girənə qədər bir-birlərinin adətlərinə
xasiyyətlərinə və xarakterlərinə yaxından bələd olmasalar, 
onların nikahı xoşbəxtlik gətirə bilməz” (163: 552).
Əlbəttə ailə xoşbəxtliyinin, ər-arvad səadətinin bir yox, 
bir neçə, bəlkə də onlarla səbəbi vardır. Yeni qurulan ailələr, 
adətən bir çox çətinliklər və anlaşılmazlıqlarla qarşılaşırlar. 
Bunların bir çoxu məişət zəminində, əksəriyyəti isə xarak-
ter və davranışların uyğunsuzluğu əsasında yaranır. Atalar 
sözündə deyildiyi kimi, tərəflərdən biri “od” olanda, digə-
ri “su” ola bilmir. Qarşılıqlı güzəştə gedə bilməyən ailələr 
gec-tez dağılmaq təhlükəsi ilə üzləşirlər. 
Azərbaycan ailəsi möhkəm tarixi-ənənəvi köklərə ma-
lik olsa da, son illərin sosial-iqtisadi təhlükəsi ondan da 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin