Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə43/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   39   40   41   42   43   44   45   46   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
51
Aparılan müşahidələr göstərir ki, ümumiyyətlə, qadın-
lar əksər hallarda qənaətçilliyə daha meyllidirlər. Bu isə bir 
növ “qanunauyğun” hesab olunmalıdır. Məsələn, Azərbay-
can ailəsində ev-ailə qayğılarının böyük yükü qadının çiy-
ninə düşür. Kişilərin əksər hissəsinin istehsalatın müxtəlif 
sahələrində çalışması qadınların ailə daxilində fəaliyyətinin 
genişlənməsinə səbəb olur. Görünür, elə bu səbəbdəndir ki, 
qadınlar öz övladlarının gələcəyi, xalq arasında deyildiyi 
kimi, “pis gün” haqqında fikirləşməli olurlar. Azərbaycan 
ailəsində qadınlar öz övladlarının hələ lap körpəlik çağla-
rından onların gələcək həyatı üçün hazırlıq görürlər. Bir çox 
hallarda analar toy-nişan üçün erkən “axtarışlar” aparır, qə-
naətçillik edirlər. 
Hər bir hərəkətin, əməlin əsaslandırılıb mötivləşdiril-
məsi mümkündür. Adətən, motivi davranışın əxlaqi cəhət-
dən, dərk edilmiş niyyəti kimi səciyyələndirirlər. Motivlə 
hərəkətin vəhdəti, ayrıca lokal davranış aktında deyil, “dav-
ranış xətti” adlanan sistemə daxil edilən əməllərin məcmu-
sunda aşkarlanır. Etik-psixoloji nöqteyi-nəzərdən insanın 
bütövlükdə götürülmüş “davranış xətti”ndə mühüm, əsas, 
həlledici əməllər mövcuddur. Biz tarixdə buna aid yüzlər-
lə, minlərlə misal göstərə bilərik. Xüsusən, Azərbaycan 
qadınlarının timsalında şəxsi şücaət və qəhrəmanlığa ör-
nək ola biləcək məqamlar az deyildir. Elə təkcə son illər-
də, Ermənistan-Azərbaycan münaqişəsi zamanı düşmənə 
qarşı mərdliklə vuruşan, döyüş xarüqələri göstərən, kənd 
təsərrüfatı və sənayedə kişilərlə çiyin-çiyinə çalışan, öv-
lad böyüdən, gecə-gündüz zəhmət çəkib özünü və ailəsini 
dolandıran qadınların əməli yüksək əxlaq və davranış nü-
munələri kimi dəyərləndirilə bilər. Bununla belə, cəmiyyə-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin