Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 46 və gender münasibətləri ilə bağlı ictimai şüurda əhəmiyyət-
li irəliləyişlərə təkan vermişdir (127: 178-179).
Uzun müddət ictimai-siyasi fəaliyyətlə məşğul olmuş
politoloq, iqtisadçı D.Camalovanın qeyd etdiyi kimi, Azər-
baycan Respublikası prezidentinin xüsusən 6 mart 2000-ci
il 289 saylı “Azərbaycan Respublikasında Dövlət Qadın Si-
yasətinin həyata keçirilməsi haqqında” Fərmanı qadınların
hüquqlarının müdafiəsi, onların bilik və bacarıqlarından,
potensialından səmərəli istifadə üçün qadınlara olan qayğı-
nın bariz nümunəsidir.
Fərmandan dərhal sonra 25 aprel 2000-ci il tarixdə ra-
yon İcra Hakimiyyəti başçılarına, 26 sentyabr 2000-ci il
tarixdə isə 176 saylı qərarla nazirlik və komitələrə tapşı-
rıqlar verilmişdir. Tapşırığın qayəsində qadınların rəhbər
vəzifələrə irəli sürülməsi məsələsi dururdu.
Qadın Problemləri üzrə Dövlət Komitəsi, ölkə preziden-
tinin fərman və sərəncamlarının, xüsusilə Dövlət Qadın Si-
yasəti haqqında fərmanın yerlərdə icra vəziyyətini öyrənmiş,
aşağıdakı nəticəyə gəlmişdir: 82 rayon üzrə alınan cavablar-
dan məlum olur ki, adı çəkilən fərmanın yerinə yetirilməsi
üçün yerlərdə şəhər və rayon İcra hakimiyyətinin böyük ək-
səriyyəti zəiflik göstərir və ya ümumiyyətlə iş aparmırlar.
Daxil olan məlumatdan aydın olur ki, 82 rayonda əha-
linin 4.024.362 nəfəri qadındır. Onlardan təqaüd alan qa-
dınların sayı 670.409 nəfər, əlil qadınların sayı – 104.864
nəfər, işsiz qadınların sayı 977.047 nəfər, işsizlərdən rəsmi
qeydiyyatda olanların sayı 282.102 nəfər, işləyən qadınla-
rın sayı 899.746 nəfərdir (43: 97).
Qadınların gündəlik həyatlarının ritmi ən çox onların
davranışlarında əks olunur. Başqa sözlə, davranışlar həyat