===========================================
Hissə İİİ
. MÖVCUD CƏMİYYƏTLƏRDƏ NƏ BAŞ VERİR?
Yeni Yaradıcı ağıl fəlsəfəsi
Cəmiyyət və insan anlayışı
Evolyusiya
Bəşəriyyərin sistem qanunları
Kapitalizmin tənqidi
Yaxşı cəmiyyət axtarışı
------------------------------------------------------------------------------
Hissə İV.
GƏLƏCƏYİN CƏMİYYƏTİ
Gələcək bizi çağırır
Növbəti mərhələ - Rasional Sosializmə keçid
Rasional Cəmiyyət
Rasional insan, dövlət, əxlaq, həyat
Rasional cəmiyyəti necə qurmaq olar. Göstərişlər
Necə yaşamalı?
Rasional cəmiyyət uğrunda İctimai Birliyin nəşri. 2011
2
Müəllif haqda
Tofiq Mehdi futuroloqdur və Dünya Gələcək Araşdırmaları Federasiyasının
(www.wfsf.org) üzvüdür. O 5 texniki
ixtira etmiş, 2000 - 2008 illərdə
Rasional Cəmiyyət nəzəriyyəsini, özünün Yaradıcı ağıl adlı fəlsəfə
sistemini; gələcəyin yeni elmi görmə metodunu yaratmışdır
. Dünyanın
yeni fiziki və fəlsəfi təsvirini vermişdir; görünməz və material dünyaların
vahid nəzəriyyəsini yaratmışdır, tanrının uydurulmuş dini anlayışı əvəzinə
tanrının elmi konsepsiyasını yaratmışdır. Ruhi aləm haqda böyük nəzəriyyə
yaratmışdır. Azərbaycanın gələcəyini araşdırmış və onun missiyasını,
məqsədlərini müəyyən etmiş; 55 strategiyasını hazırlamışdır. Bu biliklərin
hamısı onun əvvəlki üç kitabında təsvir olunmuşdur: “Həqiqətə pəncərə” və
“Rasional Cəmiyyətə Doğru” və “Uzundıraz, ağlıgöək padşah və müdrik
alimin dastanı”. Onlarla Axundov kitabxanasında həm kağız nəşri, həm
internetdən (www.anl.az) elektron versiyada tanış ola bilərsiniz.
Bu kitabın heç bir hissəsi müəllifin yazılı razılığı olmadan
surətləri çıxarıla, nəşr edilə, satıla bilməz. Digər əsərlərdə istifadə edildikdə
bu kitaba istinad edilməlidir.
Dünya necədir, O necə işləyir? III hissə. Mövcud cəmiyyətlərdə nə
baş verir? Hissə IV Gələcəyin cəmiyyəti. Tofiq Mehdi
Elmi publisistik kitab. Kitabda bu günün cəmiyyətləri araşdırılır, kapitalizm
tənqid olunur, onun ölməkdə olması əsaslandrılır. Yeni cəmiyyət
quruluşunun labüd olması göstərilir. Gələcəyin cəmiyyəti , Rasional cəmiyyət
və onun qurulması, rasional insan, dövlət, necə yaşamalı sualları
işıqlandırılır. Kitab başa düşənlər və anlamaq istəyənlər üçündür.
Müəllif hüquqları © Tofiq Mehdi. 2011
Bütün hüquqlar qorunur.
Kitabın nüsxələrini almaq üçün müəllifə sifariş verilə bilər.
Çap edilib: 18.03. 2011. Format 60x84 1/16. Həcmi 15,5 ç.v.
Tiraj 50 nüsxə.
Email: tofigmehdi@yahoo.com Tel (99470) 744 68 41 və 4776539
Üz qabığındakı şəkillərə izahat: bizim qalaktikanın-dünyanın fiziki modeli;
kəsikdə görünüşü; tetraedr – dünyanın, şeylərin və hadisələrin yaranışı və
dəyişiliyinin “tetraedr hüceyrə“ modeli . Müəllifi özüm.
Rasional Cəmiyyət Uğrunda ictimai birliyin nəşri. Bakı. 2011. Mart
3
DÜNYA NECƏDIR, O NECƏ IŞLƏYIR ?
HİSSƏ III.
MÖVCUD CƏMİYYƏTLƏRDƏ NƏ BAŞ VERİR?
Kitabın tərkibi
Giriş ....................................................................... 4
1. Ümumi baxışlar
1.1. İnsan və cəmiyyət haqda yeni yaradıcı ağıl
fəlsəfəsinin baxışı. Cəmiyyət anlayışı ................................ 5
İnsan anlayışı .......................................................... 10
1.2. Bəşəriyyətin ümumi sistem qanunları .......................... 18
2. Yer kürəsi və bəşəriyyətin hazırkı
ümumi vəziyyətinin təsviri .............................. 21
2.1 Dövlət idarəetmə sisteminin evolyusiyası .................... 25
2.2
İqtisadi sistemin evolyusiyası ....................................... 29
2.3 Təfəkkürün evolyusiyası ............................................... 31
2.4 Cəmiyyətin təşkili konstruksiyası və onun nəticələri .. 34
2.5 Dünya strukturu və dəyişiliklərinin xarakteri ............... 38
2.6 Kapitalizm konstruksiyasının tənqidi ........................... 39
3. SSRİ-də sosializmin təcrübəsi 1917-1991 ......... 42
3.1 Sovet dövlətində paradokslar ....................................... 54
3.2 Qafqaz respublikaları Rusiya və NATO arasında
rəqabətin qurbanıdır .................................................. 63
3.3 Qafqaz respublikaları üçün ən optimal ssenari .............. 74
4. Dövlətin idarə edilməsinin bəzi cəhətləri ........... 78
5. Dünyanı qatan, xoşbəxtliyə qarşı duran şər qüvvələri ... 97
6. Dünyanın sistem quruluşu bizə yaxşı cəmiyyətin
yaradılma üsulunu da göstərir .............................................. 100
Nəticələr ............................................................................... 106
İstinad mənbələri ................................................................. 111
4
Giriş .
Mövcud ictimai və iqtisadi sistemlər çox dəhşətli nəticələrə
gətirmişdir. Məsələn, onun fəaliyyəti nəticəsində 100 – dək milyarder
və 2 milyon milyoner bütün dünyada yaradılan nemətlərin 90% dəyəri
qədər pula sahib olmuşlar. Nemətlərdən istifadə emək hüququ verən
bilet rolunda bu pulları onlar öz hesablarında saxlayır və bəşəriyyətin
yarısı aclıq çəkir, xəstəliklərdən ölür. Halbuki istehsal olunmuş
nemətlər hamının yaşamasına çatır və həmin nemətlərin istehsalında
istifadə edilən işçi əməyinin böyük hissəsi həmin sahibkarlar, tacirlər
dəllallar tərəfindən mənimsənilir - qanuni yolla əlindən alınır.
İnsanların öz qazandıqlarının böyük bir hissəsini kapitalistlər onun
əlindən gəlirin əməyə mütənasib olmayan bölümünu təmin edən
ədalətsiz qanunlar vasitəsilə alır və onları ac, xəstə, savadsız, ehtiyacda
yaşamağa məcbur edir. Bu reallıq göstərir ki, təcili olaraq işçi və
kapitalist-mülkiyyətçi və cəmiyyət (dövlət) arasında yeni ədalətli
optimal iqtisadi münasibətlər yaradılmalı və qanuniləşdirlməlidir,
insanların əlinə optimal zəruri miqdardan artıq pulun keçməsinə yol
vermək olmaz. Mövcud situasiya göstərir ki, məhz buna yol verildiyi
üçün, bu bütün mövcud konfliktlərin, ədalətsizlklərin, kasıblıq və
varlılığın, harınlıq və aclığın baş veməsinə səbəb olmuş, əxlaq və
mənəviyyatın öz rolunu itirməsinin, xəstəliklərin əsas səbəbinə
çevrilmişdir. Hər şeyi: təbiəti, insan həyatını, onun sağlamlığını,
xoşbəxtliyini məqsədi daha çox pul yığmaq olan kapitalistə-
isismarçıya qurban vermək olmaz. Bütün inkişaf etmiş və etməkdə
olan ölkələrin iqtisadi fəaliyyəti nəticəsində yer kürəsi təbiətinə və
havasına böyük ziyan vurulmuişur, təbii ehtiyatlar tükənməyə doğru
azalır.
Mövcud bəşəri sistemin vəziyyətini geniş təsvir etməkdən qabaq
insan və cəmiyyət anlayışlarını və onların ümumi xassələrini müəyən
edək. Sonra isə belə xassələrə malik insan və cəmiyyətlərin öz
xassələrinin nəticəsi olan bu günə olan vəziyyətlərini təsvir edək.
5
1. ÜMUMI BAXIŞLAR
1.1 İnsan və cəmiyyət haqda yeni Yaradıcı ağıl fəlsəfəsinin
baxışı.
Cəmiyyət anlayışı. Y
aradıcı ağıl
fəlsəfi nəzəriyyə hesab edir ki,
Cəmiyyət hər hansı azı bir əlaqə ilə bağlanmış insanların çoxluqudur.
Cəmiyyətdə insanlar nə qədər çox əlaqə, mənafe birliyi ilə və daha
uzun dövrdə bir- birilə bağlıdırsa, o qədər dərəcədə həmin cəmiyyət
möhkəmliyə - dağıla bilməmək keyfiyyətinə malikdir.
İnsan isə bu çoxluğun bir hissəsi - vahididir. İnsan və cəmiyyət
dünyanın istənilən digər çoxluğunun (canlı və ya cansız sisteminin)
tabe olduğu, idarə olunduğu eyni ümumi olma və yaşama
prinsiplərinə tabedir. Dünyada heç bir varlıq müstəsna deyil.
Cəmiyyət, qısa müddətli, uzun müddətli, ərazi üzrə, peşə, eyni iş yeri,
maraqlar, məqsədlər üzrə növlərə bölünə bilər.
Cəmiyyəti işarə etmək üçün onun bir çox sinonim adları vardır.
Cəmiyyəti onda olan bir seçilmiş xüsusiyyətinə, idarə prinsipinə, əxlaq
prinsipinə görə, habelə dini mənsubiyyətinə görə, texniki, yaxud elmi
bilik, fəaliyyətin üstünlüyünə görə, humanizmə münasibətinə görə
klassifikasiya etmək olar. Məsələn: sosio-ekonomik demokratiya,
ictimai sistem, quruluş, mədəni sistem və ya mədəniyyət, sivilizasiya,
feodal, quldarlıq, ibtidai-icma, kapitalist, sosializm, sənaye,
informasiya, bilik, islam, xristian cəmiyyəti adları vardır. Ənənəvi
olaraq daha böyük miqdarda olan insan birliklərini cəmiyyət adlandırır,
balacaları isə qrup, kollektiv, birlik, icma, klub, dərnək, məktəb
adlandırırlar. Cəmiyyəti, onun mədəniyyəti (culture), ümumi insani
xarakteri, idarə sistemi xarakterizə edir. Mədəniyyət cəmiyyətin
yaratdığı bütün maddi və qeyri - maddi məhsulları: üsul və bilikləri,
adət, ənənə, məişəti, qidası, alətləri, həyat tərzi, əxlaq və davranış
etalonları, dünyabaxışları, dili, ədəbiyyatı, incəsənəti əks etdidir. Ən
son cəmiyyət konstruksiyası Rasional Cəmiyyət adlanır. Bu
konstruksiyanın müəllifi mənəm, yəni Tofiq Mehdidir. Əlbəttə,
gələcək səmərələşdirmələr olacaqdır və bütün cəmiyyət növləri
(icmalar, kənd, şəhər, təşkilat, qrup) bu formada reforma edilə,
6
konstruksiya edilə və fəaliyyət göstərə bilər (bax gələcək cəmiyyət
hissə 4- Rasional cəmiyyət)
Cəmiyyətin göstəriciləri
Cəmiyyəti aşağıdakı parametrlərlə xarakterizə etmək olar. Bu siyahı
daha geniş də ola bilər.
1.
Cəmiyyətin ictimai idarə edilməsi - təşkili quruluşu-
konstitusiyası. Əsas idarə, sosial, iqtisadi, mədəni, əxlaqi və
etik prinsiplər. Qanunlar bazası.
2.
İctimai rasionallığı təmin edən ictimai struktur; qərar qəbulu
metodu və prinsipləri
3.
İdarəetmə keyfiyyəti.
4.
İdarəetmənin və qanunların cəmiyyətin mənafe və ehtiyaclarına
və ağlına - biliklərinə uyğunluğu .
5.
Mədəniyyətin necəliyi- həyat tərzi, davranış etalonları, düşüncə
tərzi.
6.
İctimai dünyagörüş: elmi - fəlsəfi , dini.
7.
Demokratiya səviyyəsi və ya qrupların, fərdlərin idarədə rəsmi
məmurlara münasibətdə iştirak nisbətləri
8.
Savadlılıq.
9.
Baxılan anda cəmiyyətin inkişaf səviyyəsi və güc parametrləri.
Insan həyatının keyfiyyəti, demoqrafiya
10.
Yaxın, orta və uzun dövr üçün aparıcı strateji məqsədləri,
üstün ideyaları, baxışları, problem həlli layihələri.
11.
Elm və texnikanın səviyyəsi .
12.
Keçmiş tarixi yolun necəliyi.
13.
Hər bir sahədə yeniləşmənin zəruri qaydaları və mexanizminin
necəliyi.
Sistemik baxışlar mövqeyindən insan cəmiyyət icərisində yaşayır.
İnsan digər həmcinslərindən izolə edilmiş bir adada yaşasaydı, onun
cəmiyyət tərəfdən heç bir problemi olmazdı və ondan da heç kəsə zərər
gəlməzdi. Cəmiyyət içərisində yaşadığına görə cəmiyyətdə çoxluğun
çoxluq kimi yaşaması və təkin – fərdin onun içində - element rolunda
yaşaması qanunları hökm sürür. Bu qanunlar obyektiv olaraq dünyadan
kənar fövqaladə qüvvələrin, ruhun məcburiyyəti olmadan Vahid
7
Dünya Tamlıq ( ∑N=0 ±C müvazinəti və təsir - əks təsir) Qanununa
uyğun olaraq yaranır.
Cəmiyyətin mühüm əlamətləri və qanunauyğunluqları
1. Cəmiyyətin, qrupların, icmaların formalaşma prinsipləri.
İnsan cəmiyyətində bütün digər sistemlərdə olduğu kimi təkin
çoxluğa münasibətində eyni xarakterli xassələri özünü göstərir:
1). (1-ci prinsip) : a) cəlb etmə - xasiyyət və mənafelərinin və s.
oxşar/uyğun olması, simpatiya, sevgi, məhəbbət ; və
b) itələmə - digərindən xoşu gəlməmək - antipatiya, nifrət,
məqsədlərin, fəaliyyətin başqa olması, rəqabət, arada məsafənin
saxlanması.
2). (2-ci prinsip) Hər bir tək özü üçün yaşamaq məqsədilə fəaliyyət
göstərir. Bu birinci məqsəddir.
Birinci prinsipə görə - xoşu gəlmək və ya gəlməmək; eyni mənafelər
prinsipinə görə, adamlar qruplara bölünürlər. Əsas dünya qanunna
görə hər qrup daha irəli çıxmaq, yəni digərindən üstün olmaq istəyir.
Bu təbii yarış /rəqabət doğurur.
İkinci prinsipə görə, həm qruplar arası, həm qrup daxilindəki
təklərin sosial fərqləri – varlı, kasıb, peşəkar mütəxəssis, adi fəhlə,
bilikli, savadsız, vəzifəli, sıravi, intellektual, sosial status, qabiliyyətlər
- yaranır.
2. Sosial, intellekt, qabiliyyət, potensiallar, ehtiyaclar piramidası.
Təbii olaraq müxtəlif fərqli insanlardan konkret yeri olan sosial
piramidalar formalaşır və ierarxiya qurulur.
Bu, məhz təklərin potensiyaları, qabiliyyətləri, hiyləgərliyi, əxlaq
normalarını pozmaq və ya pozmamaq vasitəsilə yaşama uğrunda
fəaliyyəti nəticəsi (ikinci prinsip)olaraq baş verir. Burada bir qrup
digər qrupa münasibətdə bütöv-tək kimi çıxış edir.
Piramidanın aşağısında adi, kasıb adamlar, yuxarı getdikcə daha
çox varı, vəzifələri olan adamlar yerləşirlər. Piramidanın pillələri və
hər pillədə horizontal yerlər konkret yerdir. Və adamlar konkret yerləri
potensiallarına görə tutub, bu yerin əmr etdiyi qaydada – icraçı kimi
yaşamağa məcburdurlar. Hər qrupun – pillənin specifik əxlaq
normaları formalaşır. Məhz seçkilərdə zəiflər, qabiliyyəti aşağı
olanlar qabiliyyətlilərə, biliklilərə yol verməmək üçün saxtakarlıqdan,
zorakılıqdan, pulla seçki komissiyalarını almaqdan, cəmiyyəti
aldatmaqdan istifadə edirlər. Onlar başqa metod tapmırlar. Hər bir
8
insanın yalnız azad seçim və müqayisə, obyektiv qiymətləndirmə və
ya yüksək potensiallılar içərisindən püşk atma yolu ilə seçilməsi
yeganə düzgün, etik yol ola bilərdi.
3. Hər bir insanın məqsədi kimi cəmiyyətin, habelə istənilən varlığın,
cismin fəaliyyəti özünü yaşatma məqsədinə xidmət edir.
4. İstənilən zaman cəmiyyətin yaxın və uzaq dövr üçün ümumi
məqsədləri və fəaliyyətinin ümumi normaları, metodları, prosedurları
və qiymətləndirilməsi var.
5. Hər bir üzv ümumi məqsədlər irəli sürmədən əvvəl, cəmiyyət içində
düzgün ünsiyyətdə, razılıqda, tələb olunan davranışda yaşaya
bilməlidir. Belə normalar yaradılıb əməl edilməlidir.
6. Cəmiyyət daxili və ətraf mühitlə əlaqələr nəticəsində insanların
ümumi və fərqli həyat tərzi, dünyagörüşü, ideyaları, dəyərləri,
mədəniyyəti yaranır.
7 . Hər bir kiçik cəmiyyətlər –qruplar, icmalar birləşərək ölkə
cəmiyyətini yaradır. Ölkə cəmiyyəti isə dövlət təşkilatını yaradır. Ölkə
cəmiyyətləri birləşərək dünya cəmiyyətini (Dünya dövlət idarəsini )
yaradır. Hələki, bunun BMT və digər təşkilatlar simasında rüşeymi
vardır.
8. Hər bir konkret insan eyni zamanda müxtəlif cəmiyyətlərin üzvüdür
və öhdəsinə düşən rolu qəbul edilmiş norma və prosedurlara uyğun
icra edir. Etmədikdə sanksiyalara məruz qalır. Hər insanın daxil
olduğu cəmiyyət, onun sosial mühitidir.
9. Hər cəmiyyətdə həmin dövr üçün qəbul edilmiş məqsədlər əldə
edildikdən sonra bu, cəmiyyətin istifadə etdiyi həyat tərzinə çevrilir və
bunun saxlanması - nəzarət və icra cəmiyyətin funksiyasına daxil olur.
Cəmiyyət yeni məqsədlər qəbul edir, bunların əldə edilməsi üçün
metodlar, qaydalar, prosedurlar və icraçılar, vəzifələr təyin edilir.
10 . Cəmiyyətin fasiləsiz yeni məqsədlər, məsələlər qəbul etməsi və həll
etməsinin səbəbi, ehtiyaclar piramidasınin təmin edilməsi; ağıl,
biliyin, təcrübənin artması, mühitin fasiləsiz dəyişməsidir.
11. Özünü yaşatmaq üçün cəmiyyət öz potensialından asılı olaraq
həyatı boyu müxtəlif məsələlər qoyur və həll edir. Bu məsələlər hamısı
bir-birilə əlaqəli və asılıdır:
1) təhlükəsizliyinin təmini ,
2) ümumi məqsəd və mənafelərin təmini üçün təşkil olunma və
idarə sisteminin yaradılması; icraçıların təyini, qiymətləndirmə,
nizamlama, yeniləşmə struktur və qaydaları,
3) ümumi məqsədləri müəyyən etmək üçün təşkilatı strukturun
yaradılması,
9
4) yaşadığı mühitlə- sosial siyasi iqtisadi və digər cəmiyyətlərlə
(dövlətlərlə) ətraf təbii mühitlə əlaqələr və onların idarə edilməsi,
5) ümumi məqsədi icra etmək üçün insanların əməyini, istirahət və
turizm, biznes – iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət,
xidmətlərin,
qanunların və icra metodlarının təşkili və
yaradılması,
12. Cəmiyyətin təhlükəsizliyi , həyat səviyyəsi və ehtiyacların
ödənməsi tamamilə onun ümumi məqsədlərini həyata keçirən təşkilatı
və idarə struktutunun nə qədər rasional və iş qabiliyyətli olmasındam
asılıdır. Habelə bu, məhsul istehsalı və xidmətlər yaradılması
miqdarından asılı olaraq hər şəxsin şəxsən əldə edə bildiyi məhsulun
miqdarı ilə ölçülür. Cəmiyyətin inkişafı adam başına düşən orta
məhsul və xidmətlərlə ölçülə bilməz.
13 . Nemətlərin istehsalı və insanlara çatdırılması cəmiyyətin həyatını
təmin edir; bu özünü və ətraf mühiti elm vasitəsilə dərk edəndən
sonra yaratdığı texnologiya, metodlar, materiallar, proseslər əsasında
və onların fəaliyyəti ilə əldə edilir.
14. Cəmiyyət özünü tənzimləyən, özünü yaşadan sistemdir. Bioloji
sistemlər kimi cəmiyyətlərin, habelə insanların yaşama uğrunda
mübarizəsi gedir. Bu əməkdaşlıq, rəqabət, münaqişələr, yarış
formasında olur.
16. İnkişafın və ya həyat uğrunda mübarizənin əsas üsulu
əməkdaşlıqdır, yəni birgə iş , ünsiyyət - məlumat alıb verilməsi ,
mübadilədir.
17. Cəmiyyət və insan yaşamaq uğrunda mübarizədə nemətləri üstün
əldə etməyə və buna görə də başqalarından üstün – sürətli, tez, ağıllı,
məlumatlı, imkanlı, potensiallı – olmağa çalışır.
Cəmiyyət sistemində digər cansız və canlı sistemlərdən fərqli olaraq
başqalarından üstün olmaq- dominantlıq prinsipi daha təkmil formada
olur. Şüuru olmayan cansız təbiətdə dominantlıq prinsipi - məqsəd
qoyulmadan böyük potensiallı, kütləli, sahəli, sıxlıqlı cisimlərin böyük
təsirlərinə əsaslanır. Cəmiyyətdə isə üstünlük uğrunda çalışma əlavə
olaraq şüurun olması ilə gedir. Hər hansı bir sahədə imkanların az
olması (yəni çətinlik) üstün olmaq prosesini sürətləndirir və rəqabət
daha kəskin formada, böyük qüvvənin iştirakı ilə gedir. Üstün olmaq
üçün qruplar arası və qrup daxili yarış/rəqabət gedir. Varlı –güclü -
idarə edən, həmişə hər bir məsələdə qalibdir. Zəiflər, qara işçilər və ya
işsizlər - adi camahatdır. Dominatlığın əldə edilməsinin hədsiz üsulları
mövcuddur, lakin dominantlıq məqsədi qoymadan da cəmiyyətdə
kimlərsə, hansı fəaliyyət növüsə üstün olacaqdır; hansısa fəaliyyətlər,
ideyalar, kimlərsə aşağı mövqedə qalacaqdır. Adətən, qeyri - rasional
10
ictimai sistemlərdə hakim idarəedici, qanunverici qrup özünün hər bir
sahədə - biznesdə, elmdə, texnologiyada - dominantlığını cəmiyyətin
hamısı üçün imkanlar yaratmamaq vasitəsilə edirlər. Özləri isə məmur
statusundan istifadə edərək, hər sahədə üstün olurlar və cəmiyyətin
böyük əksəriyyətini rəqabət və inkişaf etmək imkanından məhrum
edərək həmişə hakimiyyətdə qalmaq arzularını həyata keçirirlər.
18. Özünə düz, özgəyə başqa gözlə baxmaq. 20 –ci əsrədək qeyri -
rasional cəmiyyətlərin (dövlətlərin) üzvləri yalnız öz həmcəmiyyət
üzvlərinə münasibətdə daxili qaydalarını (qanun, əxlaq) saxlamışlar.
Digər cəmiyyətlərə (başqa xalqlara- dövlətlərə) isə özgə kimi baxaraq
onların təbii ehtiyatlarını, insanlarını istismar etməyi əxlaqi norma
saymışlar, dövlətərin belə hərəkətlərini cəmiyyətləri müdafiə etmiş və
onun həyata keçməsində iştirak etmişlər, müasir dövrdə də belə
cəmiyyətlər var. Belə cəmiyyətlər arası vəhşi davranış: dövlətlərin
fasiləsiz silahlanmasına, texnologiya sahəsində üstün olmağa
həvəsləndirən səbəblərdən biridir. Hər hansı bir dövlətin belə hərəkət
etməsi hamısının tarazlığını pozur; hamı silahlanmağa, tədbir tökməyə
məcbur olur. Əgər insanları bir- birinə qarşı zorakııqdan dövlət
saxlayırsa, dünyada bir dövləti başqasına qarşı zorakılıqdan saxlayan
ümumi qüvvə yoxdur və ya təsadüfidir (bunu yaratmaq lazımdır).
Burada yalnız hər dövlətin özünə güvənməsi və döyüşə hazır olması
lazım gəlir.
19. Cəmiyyətlərin birləşərək təbii ehtiyatlarını birləşdirmək , birgə
istifadə etmək və vahid idarə yaratması ilə sülh təmin ediləcəkdir.
Bunun üçün zəruri yeni: şüurun və mədəniyyətin, dünyagörüşün,
biliklərin, dərk etmənin yaranması lazım olacaqdır.
20. Cəmiyyət konkret həyat sikli yaşayır: yaranma, böyümə, yüksək
pik vəziyyəti, müdriklik, zəifləmə, qocalma, məhv olma, dağılıb başqa
cəmiyyətin yaranması.
Dostları ilə paylaş: |