İnsan anlayışı
İnsanın mahiyyəti və mənası haqda konsepsiya dünyanın system
quruluşundan alınır. Bu o deməkdir ki hər bir şey onun elə olmasını
təmin edən çoxluğun üzvüdür və bu üzv çoxluğa münasibətdə çoxluq
tərəfindən tələb edilən xüsusi öhdəçilik və vəzifələri yerinə
yetirməlidir. Yəni insan yaşadığı cəmiyyətsiz insan deyil. İnsan və
cəmiyyət bütöv zəruri əlaqəli birlikdir. Formaca insana oxşamaq hələ
bu varlığın insan olması demək deyildir, istər uşaq, istər böyük olsun,
yalnız o cəmiyyətin irəli sürdüyü tələblərə, xassə və xasiyyətlərə,
davranışlara malik olduqda o insan hesab oluna bilər. Vəkil Şaiq
11
Paşayev, Azərbaycan humanistlər birliyinin aktivisti 1989-cu ildə
insanı adamdan fərqləndirməyi təklif etmişdir, hansı ki mənim
fikrimcə təqdirə layiqdir. (Qeyd edim ki, bu təşkilat digər maraqlı bir iş
də görmüşdür, yəni bütün xalqların əlifbasını əvəz edəcək çox sadə
dünya əlifbası yaratmış və aparıcı beynəlxalq təşkilatlara təklif
etmişdir). Onun fikrincə adam insana qədərki pillə hesab edilməlidir,
əgər o lazımı insani keyfiyyətlər əldə etsə onda adamı insan
adlandırmaq olar.
Adamın (man) eləcədə insanın (human) bioloji bədəni təbiətin
məhsuludur, adam cəmiyyətdə yetişərək, tərbiyə olunaraq insana
çevrilir və mahiyyətcə ictimai varlıq (məhsul) olur və insanın
şəxsiyyəti də cəmiyyətin məhsuludur, yəni insan, şəxsiyyəti
cəmiyyətdə yaşayaraq əldə edir. Bu baxışla cəmiyyətdə yaşayanların
hamısı hələ insan deyil, burada yarımçıq, yetişməmiş və insana
çevrilməmiş adamlar və yetişmiş tam insanlar və yetişməkdə olan
insanlar var. Burada çox zəruri bir ehtiyacla qarşılaşırıq. Bu da
insanlıq kriteriyasıdır. Yəni hansı parametrlərə, xassələrə, əxlaq və
davranışa malik adamları insan hesab etməliyik? Bundan başqa ilk
insan
pilləsindən
kamil
insana
qədər
olan
dərəcələri
və
xarakteristikaları da müəyyən etmək lazımdır. Bu məsələləri həll
etməyi siz oxuculara həvalə edirəm.
İnsan bioenergetik sistemdir, insan informasiya toplusudur, insan
maddi dünya ilə 5 hiss üzvlərilə əlaqədən başqa, görünməz Surət –
forma-ruhlar dünyası ilə də (bax hissə1), hansı ki kosmosun bir
tərkib hissəsidir - əlaqədə ola bilir; insan bioloji sistemlərin kompleks
sistemidir. Demək, insan kosmosun, bioloji aləmin, cəmiyyətin, şüurlu
(ruhi) aləmin (insan və sinir sisteminə malik heyvanlar qrupunu əhatə
edir) bir tərkib üzvüdür. Bu təriflər, şübhəsiz, düzdür və insanın məhz
müxtəlif sistemik mövqedən qiymətləndirilməsi nəticəsidir. Bundan
başqa da çox təriflər vermək olar. İnsana müxtəlif tərif vermək ona
görə mümkündür ki, o hər bir digər şey kimi müxtəlif sistemlərin
iştirakçısı və məhsuludur, özü də mürəkkəb və çox sayda bioloji
sistemlərdən ibarət kompleks sistemdir. Bundan sonra biz yetişməmiş,
yarımçıq adamları deyil, yalnız insanları - minimum insani xassələrdən
başlamış müdrikliyə, kamillik dərəcəsinə qədər -nəzərdə tutacayıq.
İnsanın yaranması Çarlz Darvininin, Karl Linneyin, İohan Mendel
və Fridrix Engelsin nəzəriyyələrində, habelə bu nəzəriyyələrin
əsasında yaranmış ən son nəzəriyyə olan Təkamülün sintetik
nəzəriyyəsi ilə izah edilir (1). İnsanın ümumi dünyanın təkamülü
nəticəsi olaraq insanabənzər meymunlardan – 2- 5 milyon il ərzində
yaranması elmi dəlillərlə sübut edilir. Müasir insan Homo sapiens -
12
ağıllı insan növüdür, hansı ki 100 min il əvvəl Kromanyon insanından
başlanğıcını almışdır. İnsanın digər növləri isə məhv olmuşdur.
İnsan haqda teist dinlərinin formalaşdırdığı Kreasionizm
nəzəriyyəsi bütün dünyanın, habelə insanın Allah tərəfindən qəfildən
və heç nədən yaratmasını iddia edir. Həqiqətdə, bu nəzəriyyə sübut və
faktlara əsaslanmadığı üçün ciddi sayıla bilməz və səhvdir. Dünyanın
yaradıcı ağıl sistemik nəzəriyyəsinə görə insan və cəmiyyət dünya
strukturunun konkret, müəyyən bir pilləsində evolyusiyanın zəruri
yaranış nəticəsidir. Fövqəltəbii allaha əsaslanan 3 dinin fikri- allahın
insanı gildən düzəltməsi və ona püləməklə yaratması uydurmadır. Yer
planetində indi insan və cəmiyyətlərin zəruri yeri var və onlar Yer
planeti sisteminin elementi rolunu oynayır. Onun fəaliyyəti Yer
planetinə təsir edir və Yer planetindən istifadə etməklə yaşayır.
İndiyədək elmdə və praktikada insanın və cəmiyyətin ona layiq
düzgün anlayışı verilməmişdir. İnsan idealist mövqedən əlahiddə
götürülərək, o, ağılsız, biliksiz, biliyi artmayan, avam, aldadıla bilən,
vasitə kimi istifadə oluna bilən, cəmiyyət isə belə insanların çoxluğu-
kütlə (sürü) hesab edilmişdir. Yalnız tək - nadir insanların ən ağıllı
lider ola biləcəyi və cəmiyyəti idarə edə biləcəyi düşüncəsi
yaradılmışdır. Müharibələr və diktatorluq dövrlərində (indiki
dövrümüzə qədər) diktatorlar tərəfindən təbii olaraq belə düşüncə
yaradılmışdır ki, cəmiyyəti yalnız ayrı - ayrı tarixi şəxsiyyətlər, böyük
siyasətçilər, böyük sərkərdələr idarə edə bilər və tarixin yaradıcıları da
məhz onlardır. Belə bir nəzəriyyə diktatorluğu əsaslandırmaq üçün
düşünülmüşdü və səhvdir. Yaradıcı ağıl fəlsəfəsi isə deyir: - Tək
liderlər, bəzi peyğəmbərlər, çarlar, şahlar və tarixi və ictimai
şəxsiyyətlərin əksəriyyəti öz şəxsi mənafeləri və hobbiləri xeyrinə
tarixi yalnız əymişlər, onu optimal inkişaf yolundan, kollektiv qərar
qəbulu yolundan çıxarmış, xalqlara müharibələr, zülm, istismar,
ədalətsizliyi gətirmişlər, idarə etdikləri əhalini öz məqsədləri,
kaprizləri, kal baxışları, hakimiyyətdə qalması üçün vasitə rolunda
istifadə etmişlər. Hələ indi də bəşər tarixi həmin və hətta bu gün də
mövcud olan yalançı liderlərin əkdiyi düşmənçilikdən, qapalı
dünyagörüşdən, ağılsızlığından və kaprizlərindən əziyyət çəkir, ümumi
dil tapa bilmir. Bu gün də biz belə axmaq və vicdansız liderləri
görürük, onlar nə qədər özlərini maskalasalar da. Yalnız tarixi
liderlərin yüzdən biri öz xalqlarının və qonşuların mənafelərini düz
anlayıb xalqla bir olmuşsa, öz xalqlarına xeyir vermişlər. Mən qəti
olara əmin olmuşam ki, insan zəruri olaraq subyektiv, fərdi olduğu
üçün ona təkbaşına ölkəni, icmanı idarə etməyə icazə verilməməlidir.
Sadəcə insan öz fərdiyyəti ilə buna qabil deyil. Hər insan sadəcə özünü
13
və kiçik ailəsini idarə etməyə yararlıdır, cəmiyyəti idarə etməyə isə
yox, əks halda o hökmən ədalətsizlik yaradacaqdır. Bütün həyat
faktları hər gün və bütün tarix ərzində bu nəticəni sübut etmişdir.
Paretto və Sartori cəmiyyəti ağıllılara və səfehlərə, tülkülərə və
şirlərə, qara kütləyə və elitaya (2, səh. 632-640); Nitşe müxtəlif milli
cəmiyyətləri isə ali irq və aşağı irqlərə, ağa irqinə və qul irqinə
bölmüşdür (2, səh. 513-520), Ruhanilər, peyğəmbərlər isə insanları
özlərinə (öz dininə) inananlara- mömünlərə və kafirlərə bölmüşdür.
Kafirlərin öldürülməsi, torpaqlarının qəsb edilməsi, daha çox vergi
alınması, əzab verilməsi, zorla döndərilməsi insanlığa düşmən dinlər
tərəfindən tələb edilmişdir. Nəticədə səhv – qeyri - rasional ictimai
quruluş, idarəetmə sistemləri və qanunlar yaradılmışdır. Dinlərin
nadan bölgüsünə görə insanlar bir -birinə düşmən edilmişdir. Hazırda
dinlərin fikrincə 7 milyard insandan istənilən insan digəri üçün
kafirdir, yəni düşməndir. Bu quruluşlar tək hakimiyyətə və onu
müdafiə
edən,
xüsusilə,
hakimiyyət
tərəfindən
seçilən,
qüvvətləndirilən, varlandırılan, qayğı göstərilən qrupun müdafiəsinə
əsaslanmışdır. Bu isə dünyada ümumi ədalətsizlik və konfliktlərə,
müharibələrə gətirmiş, insanların varlı və kasıblar qrupuna
bölünməsinə səbəb olmuşdur. Şübhəsiz, idarə və qanunlar bütün əhali
üçün razılaşdırılmırdısa, yalnız xüsusi qrupun üstünlüyünə
əsaslanırdısa, bu təbii, konfliktlərə, üsyanlara gətirirdi. Elə indi də bu
baş verir.
Yaradıcı ağıl nəzəriyyə insanı şüurlu, ağlı artan, öyrənən və ağlın
imkan verdiyi hər bir qabiliyyəti, yaratmağı, idarə etməyi, yaxşı ilə pisi
seçməyi bacaran, təkmilləşə bilən, öyrənməyi bacaran, yaradıcı, aktiv
hesab edir. İnsanda yüksək intellektual potensial və ustalıq
qabiliyyətləri vardır. İnsan hər bir qabiliyyəti, peşəni, idarəni öyrənə
bilər, lakin hər insana spesifik qabiliyyət və peşə daha çox uyğundur
və məhz onu müəyyən edib öyrənməlidir. Hər bir növ qabiliyyətə sahib
insan minlərcədir. Tək adamların idarə etməsinə, seçilmiş adamların
qanun yazmasına ehtiyac yoxdur və zərərlidir, belə qabiliyyəti olan
bütün adamlara imkan verilməlidir ki, öz qabiliyyətini göstərsin və
əvvəl rasional strategiya yaradılsın, sonra isə onu həyata keçirən qanun
yaradılsın və rasional idarə həyata keçirilsin.
İnsan tam normal funksiyalı insan kimi yalnız ailə, məktəb, icma,
ictimai- siyasi quruluş komponentlərindən ibarət cəmiyyətdə insana
çevrilir. Cəmiyyətin bu komponentlərinin hər biri insana müəyyən
miqdarda xarakter, qabiliyyət, davranış, baxışlar, prinsiplər, əxlaq
verir. Bu tərkib içində iqtisadi – siyasi qüuruluş və onun fəaliyyəti
(idarəetmə) insan xarakteri və davranışında aparıcı, müəyən edici rol
14
oynayır. İqtisadi –ictimai quruluş digər komponentlərin birgə
yetişdirdiyi insanı tam əxlaqsız, rüşvətxor, şəxsiyyətsiz, mənasız bir
köləyə, qula, cinayətkara, psixə çevirə bilər. İdaəetmə amili habelə
ailəni, icmanı, məktəbi, öz optimal – zəruri funksiyasını yerinə
yetirməkdən pis istiqamətə yönəldə bilər; onlara pozğunluq,
məsuliyyətsilik, etinasızlıq gətirə bilər.
Cəmiyyəti antropologiya, sosiologiya, psixolgiya, fəlsəfə , siyasət
və digər elmlər öyrənir. Bu bölmədə cəmiyyətə şəxsi mövqedən baxış
izah edilməklə cəmiyyətin az işıqlandırılan və ya diqqət verilməyən
aspektlərindən söhbət gedəcəkdir.
İnsanların hər yeni anda (cari) xassələri- xarakteri, davranışları,
mədəniyəti,
düşüncə tərzi tamamilə əsasən cari idarəetmə
keyfiyyətindən asılıdır. Bundan başqa xarakter coğrafi, təbii mühit,
keçmiş tarixdən gələn adətlər, mədəniyyət, keçmiş milli xarakter, dinin
dağıdıcı, yaxud birləşdirici təsiri nəticəsində formalaşır.
Cəmiyyət üzvü olan insanlarda belə xassələr vardır:
1) Hər insan birinci özünün, sonra yaxın ailəsinin, sonra icmasının
mənafelərini güdür. Cəmiyyət də fərdi insanın qismən oxşarıdır,
2) Hər insan zəruri olaraq subyektivliyə malikdir,
3) Hər insan özünü düz, daha ağıllı başqalarını səhv sayır,
4) İnsan öz səhvini daha az, başqalarının səhvini daha çox və asan
görməyə qabildir,
5) İnsan başqalarından üstünlüyə: a) əxlaqi yolla çalışmaqla və
b)başqalarına mane olmaqla və c) rəqibləri ləğv etmə və d)
rəqiblərdən istifadə etmək üsullarından birini seçməklə çalışır,
6) Başqalarının uğuru, əgər bu özgədirsə paxıllıq, yaxındırsa sevinc
yaradır,
7) İnsan başqaları ilə ünsiyyətə girəndə öz simasını qoruyub saxlamağa
çalışır; xüsusi maska geyir, başqasıın fikrini, ideyasını gözdən
salmağa, özünün fikrini isə üstün qələmə verməyə çalışır,
8) Hər insan öz mühitində ondan gözlənilən davranışı etməyə çalışır -
bu davranış uzun zaman adət və etalon davranış kimi formalaşır. Bunu
o ya həqiqətən edir, yaxud görüntü üçün edir.
9) Həqiqəti hər kəs qəbul etməyə hazır deyil. Hər kəs özünə və sonra
qrupun mənafeyinə sərf edən uyğun müəyyən ideyaları, baxışları
düzgün, həqiqət kimi qəbul edir, hansı ki yalan və səhv ola bilər. Bu
ideya və inanclara çox aydın və real əks faktlar olsa da, inamını
dəyişmək istəmir. Mənafe və şəxsi xeyir yalan və səhv ideyaları
düzgün hesab etmək üçün əsas kriteriya olur.
10) Cəmiyyət daxilində hər hansı bir insanın fəaliyyəti: işi, sözü,
davranışı mütləq reaksiya yaratmalıdır- yaxşı, pis, neytral, dost,
15
düşmən, paxıllıq, pislik, xainlik; habelə sözlə, əməllə -maneçiliklə və
ya köməklə. Ona görə hər insanın dostları, düşmənləri, paxılları,
rəqibləri - açıq və gizli formada həmişə var. Bu, insanların həmişə
maska
geyməsinə,
qarşılıqlı münasibətlərdə maska dalından
danışmasına, həqiqəti gizlətməyə, susmağa, həqiqəti deyib pis adam
olmamğa vadar edir. Bəzilər maska geyə bilmir. Düzlər hiyləgərlərin
qurbanı olur.
11) İnsanlar adətən göründükləri kimi olmurlar. Onlar düşdükləri
mühitin tələbinə, mahiyyətinə uyğun görsənməyə çalışırlar. Bu
müxtəlif dərəcələr (maska) formasında olur. Dərinlikdə isə onlar
dəyişməyən xarakterə, xasiyyətə və digər əlamətlərə malik olurlar.
12) İnsanlar, onları bir - birindən fərqləndirən mənəviyyata ( ağıl,
iradə, dünyabaxış, şüur, əxlaq və davranış haqda ideyalara), xarakterə,
şəxsiyyətə, mədəniyyətə malikdir. Bunun da səbəbi onların yaşadığı
mühitdir. Mənəviyyat (Moral, morality, духовность) insanın ruhi
aləmi mənasını verir və insanda mühitin təsiri və yönətməsilə
formalaşır. Mənəviyyat, hansı ki əxlaqı və psixi vəziyyəti, dəyərləri
əks etdirir, ona ən böyük təsir edən və istiqamətləndirən ictimai –
iqtisadi quruluşdur və o, idarə- etmənin konkret nəticəsidir.
13) İnsanlar özünü dərk edən və uzaq və yaxın məqsədləri olan,
gələcəyin obrazını təsəvvür edərək dəyərləri çərçivəsində qərar
qəbulu vasitəsilə idarə olunan, gerçəkliyi öyrənən və biliklərdən,
məqsədlər, metodlar və davranışlar, fəaliyyətlər seçmək üçün istifadə
edən varlıqdır; Bütün biliklər dəyərlərin müəyyən edilməsilə
nəticələnir; və insanlar bu dəyərlərə uyğun hərəkət edirlər- nəticədə
müxtəlif davranışlar baş verir. Dəyərlərin yaradılmasının və
seçilməsinin səmərələşdirilməsi rasional insan yetişdirməyə və insana
yaxşı həyat yarada bilər.
14) İnsanlar bütün həyatları boyu nə qədər çox öyrənsələr də, başqası
ilə münasibətdə əsasən ağıla əsaslanmadan emosiyalarla özlərini idarə
edirlər və təsirə eyni əks təsirlə cavab verirlər: şilləyə - şillə, söyüşə-
söyüş, pisliyə -pislik, ittihama - əks ittiham və s. Bu davranışın
əsasında genlər, instinktlər, ictimai adətlər və emosiyaların praktikada
ağıldan üstünlüyü durur. Onlar öyrəndiklərini unudur, daim buna görə
hiss etmədən problemlərə düşürlər və sonra özlərini, problemlərini
yenidən dərk edirlər, yenidən özlərini ağılla korrektə edirlər. Ağıl insan
şüurunun daha dərinliyindədir, hisslər isə konkret emosiyalar
formasında insan şüurunun səthindədir və insanlar arası, ümumiyyətlə
xarici mühit obyektlərilə münasibətdə birinci özünü göstərir və işə
düşür. Ona görə də insanlar münasibətdə olarkən ilkin olaraq
16
emosiyalar meydana çıxır və idarəedici qərar verir. Müdriklər əsasən
emosiyalarla deyil, ağılla və intuisiya ilə işləyirlər.
İnsanlardan əmələ gəlmiş icmalarda xassələr
1. Qeyri - rasional cəmiyyətlərdə (quldarlıq, feodalizm, kapitalizm,
qlobal imperializm) yalnız varlılar - böyük sahibkarlar hakimiyyətə
sahib ola bilərlər. Bunun üçün onlar bütün qanunları elə yazır və
idarəni elə edirlər ki, bu imkanı əldə etsinlər.
Varlılar hakimiyyət formalaşdırıb, onu ortabab və kasıblara sırıyır,
onların yaşaması üçün qaydalar, qanunlar yazırlar, özləri üçünsə
xüsusi, üstün həyatı və fəaliyyəti təmin edən qanunlar yazırlar.
Cəmiyyətin inkişafı istiqaməti və dərəcəsi, insanların maddi vəziyyəti
məhz varlı qrupun arzusunu, mənafeyini, iradəsini əks etdirir. Digər
qruplar isə bundan zərər çəkir.
Obyektiv tədqiqatlar cəmiyyətdə varlıların miqdarının 20 %, qalan
əhalinin sayının isə 80% olmasını müəyyən etmişdir(3). Bütün əsas
iqtisadiyyat 20% varlı qrupa məxsus olduğu üçün qalan 80 % əhali
varlıların mənafeyi üçün işləyir. Sahibkar varlılar işçilərə minimum
əmək haqqı, yəni mövcud olmaq üçün əmək haqqı verirlər. Təbii
olaraq varlı sinfin qəbul etdiyi iqtisadi prinsipin nəticəsi olaraq işsizlik
istənilən cəmiyyətdə 5- 60% arasında olur. Əxlaqa xüsusi əhəmiyyət
verməyən əksər cəmiyyətlərdə varlıların hökuməti işsizlərə, kasıblara -
hansı ki onların /varlıların fəaliyyəti nəticəsidir - cüzi, qısa müddətli
yardım edirlər. Nəticə olaraq, cəmiyyətdə kasıblar və varlılardan ibarət
ədalətsiz situasiya bərqərar olur. 80 % əhalinin yaratdığı gəlirin əsas
hissəsi varlıların cibinə gedir.
2. Cəmiyyətdə eynilə bioloji sistemlər üçün Darvin nəzəriyyəsi –
Güclülərin
–uyğunlaşa
bilənlərin
yaşaması;
zəiflərin
-
uyğunlaşmayanların məhv olması, əziyyət çəkməsi, geri qalması-
qüvvədədir. Lakin eyni bir zonada yaşayan insanlar təbiətə
münasibətdə uyğunlaşmışlar, hamı bərabərdir. İqtisadi - siyasi sistemə
münasibətdə cəmiyyət iki qrupa bölünür a)zirək – güclü, varlı, vəzifəli
və b) zəiflər. Zəiflər - bütün kasıb və orta təbəqə güclülərin təsiri altına
düşür, onlara tabe olur, onların tərəfindən təyin edilən qanun və
qaydalarla, normalarla, əmək haqqı ilə yaşamağa məhkum olur; onlara
nökər olurlar. Güclülərin tələb etdiyi, dəbə çevirdiyi əxlaq və
davranışla, həyat tərzi ilə yaşamağa məcbur olurlar.
3. Aclıq, səfalət cəmiyyət üzvlərində qeyri - əxlaqi hərəkətləri
qızışdırır, əxlaqi normalar, azadlıq, demokratiya insanların nə vaxtsa
eşitdikləri mənasız sözə çevrilir; orta maddi vəziyyət (bərabər
17
vəziyyət) isə optimal əxlaqi hərəkətəri stimullaşdırır; maddi vəziyyətin
optimal həddindən artıq vara sahib olmaq isə yenidən mənfi meylləri -
xəyanəti,
istismarı,
aldatmağı,
dələduzluğu,
düşmənçiliyi,
hegemonluğu, harınlığı, başqasına aşağı baxmağı həvəsləndirir,
vəhşi preinsan tarixində olmuş və beyinin xüsusi bir yerində
formalaşmış vəhşi və qəddar xarakteri oyadır - insanı vəhşiyə çevirir.
4. Cəmiyyətin həyatı onun (üzvlərinin, birliklərinin, təşkilatlarının)
fəaliyyətlərinin, qarşılıqlı təsirlərinin tarazlaşması (razılaşdırılması)
prosesidir. Burada hər hansı bir elementin üstün inkişafı digər sahədə
tarazlığın pozulması ilə nəticələnir. Burada fiziki, riyazi tarazlaşma
deyil, psixi-mənəvi tarazlaşma başa düşülməlidir ki onun da əsasında
maddi nemətlərə, inkişaf imkanlarına malik olmaq durur . Nəticədə
varlı özünün varlı olmasını və istismar etməsini təbii (düzgün) sayır;
kasıb da kasıb olmasını, istismar olunmasını, nökərçiliyini təbii sayır;
əzab çəkənlər, kənara atılmışlar da öz vəziyyətlərini təbii, düzgün
sayır. Bunu, hegemon idarə şüurları manipulyasiya (süni uydurma
əxlaq, baxış, adət, mədəniyyət yaratmaqla) vasitəsilə əldə edir.
5. Cəmiyyətin ümumi mənafelərinin təşkili və idarə strukturunda
çalışan insanların şəxsi mənafe güdməsi səbəbilə onların sui -
istifadəsi, korrupsiya və rüşvərxorluqa imkanları açılır, bu, cəmiyyətin
və şəxsiyyətin inkişafına və həyatına çox pis təsir edir. Cəmiyyətin
inkişafı tormozlanır, səhv və dağıdıcı idarə baş verir- idarə dələduzluğa
çevrilir. Buna görə cəmiyyət həmişə iki əks hissəyə ayrılır -
hakimiyyət və onun hesabına yaşayanlar və qalan əhali; nəticədə
toqquşmalar, inqilablar baş verir. Cəmiyyət istənilən zaman bu iki
qüvvənin tarazlaşması prosesini əks etdirən hadisələr (təsir və əks
reaksiyalar) içindədir.
6. Cəmiyyətdə ideyalar, davranış modelləri, həyat tərzi, danışıq,
ifadələrin dəbdə olan komplekt etalonları olur ki, bunların da konkret
müəllifləri olur və fasiləsiz cəmiyyətin fəaliyyətinə, nitqinə daxil
edirlər. Hər konkret zamanda istifadə edilən üstün ideyalar, etalonlar,
davranış tərzləri olur. Bir cəmiyyətdə yaradılmış mədəni məhsul, digər
cəmiyyətlərə də yayılır. Cəmiyyətlər arasında oxşamaq, yaxşı şeyləri
qəbul etmək, tətbiq etmək, yamsılamaq xassələri vardır. Bu ağlı az
olanlar üçün yaxşı yoldur.
7. Cəmiyyətin inkişafı sürəti onun biliyinə uyğun və onun nəticəsi
olduqda ən böyük razılıq və tarazlıq yaranır. Bu uyğunluq olmadıqda
qeyri - stabillik, nayrazılıq yaranır.
8. Cəmiyyətdə problemlərin əsas səbəbi davranış və fəaliyyətlərin
biliklərə və təcrübəyə və əxlaqa - rasionallığa uyğun olmamasıdır. Bu
isə o zaman olur ki, cəmiyyətin idarəsində onun bütün üzvlərinin biliyi
18
və təcrübəsi istifadə olunmur. Bütün üzvlərin mənafeyi qorunmur. Bu
o zaman olur ki, bir qrup üstün hüquqlar əldə edərək cəmiyyəti öz
mənafeyi üçün idarə edir.
9. Avtonomluq prinsipi. Bütün bəşəriyyət AVTONOM (sərbəst,
müəyən dövr bütöv qala bilən) qruplardan əmələ gəlmiş: ailə, qəbilə,
icma, millət, etnik qrup (digər millətin içində), dövlət, dövlətlər birliyi
- dünya bəşəri birliyi formasında yaşayır, bu onun ən rasional
formasıdır. Avtonom birliklər qaydasını heç bir insan və siyasi qurum
pozmamalıdır. Hər avtonom qrup üst avtonom birliklərə birləşməli,
onlar da, nəhayət, dünya birliyində birləşməlidir. Bu bütün dünyanın,
canlı, cansız aləmin qanunudur. Reallıqda bir çox dövlətlər
avtonomluq prinsipini pozur, bu, nəticədə düzgün, harmonik inkişafa
mane olur və qruplar arası gərginlik yaradır.
10. Siyasi quruluşlarda ən hiyləgər, ən çox yalan danışan, əxlaqı
saymayan başçı olur.
11. Ayrılıqda insanlar əxlaqa, humanizmə müəyyən qədər və yalnız
müəyyən hallarda əməl etsələr də, onların dövlət idarələri əməl etmir,
həm daxili, həm xarici siyasətdə.
12. İnsanın əxlaqı onun yaşadığı cəmiyyətdə dövlətin pis ya
yaxşıtəsirilə yaranır və işləyir; dövlətin əxlaqı isə ətraf mühit dövlətləri
icmasında, habelə daxildə insan kütlələrinin ümumi xarakteri ilə
yaranır və işləyir; hər ikisi bir- birindən fərqlidir və öz təyinatı vardır.
Lakin dölətin və fərdin əxlaqını bir –biri ilə qarışdırmaq, birinin yerinə
digərini istifadə etmək yolverilməzdir, səhv hərəkətdir.
Ictimai sistemlərin tərkib elementləri. Ictimai sistemləri aşağıdakı 4
böyük avtonom sistemlərdən ibarət təsəvvür edə bilərik: 1)iqtisadi
sistemdən, 2) dövlət – idarəetmə sistemindən, 3) ərazi çoğrafi təbiət
sistemi. Ona təbii ərazi, çaylar, meşələr, təbii sərvətlər, qlobusda
yerləşməsi yeri- coğrafiyası, təbiəti aiddir 4) əhali və mədəniyyət
sistemi. Onu cəmiyyət, ictimai təşkilatlar, mədəni xarakter- adət,
ənənələr, etik yaşayış normaları təmsil edir.
Dostları ilə paylaş: |