MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   2   3   4   5   6   7   8   9   10   ...   29

xalqı yaradılmışdır.  
1980-cı  illərdən  sonra    sosialist  dövlət  quruluşunun  eyibləri 
həddən  artıq  artdı,  bu  eyibləri,  çatışmazlıqları  məhz  elə  hakimiyətdə, 
partiyada  olan  adamlar  yaradırdılar.  Bunun  səbəbi    o  idi  ki  onlar 
getdikcə özlərini nəzarətdən izolyasiya edirdilər və cəmiyyətin sözünü 
eşitmirdilər. Sosial elmlər  də  həqiqəti demir, yalançı izahatlar əsaslar 
uydurur,  yalnız  rəhbərləri,  sonrakı  yalançı  xalq  atalarını,  öndərlərini 
yaratmaq və tərifləməklə məşğul olurdular.  
 
Dinlərin sıxışdırlması.  
 
Sovet quruluşunu tənqid edənlər, dini idarələr qısqanclıq, paxıllıq 
hisslərini  gizlətməyərək  deyirlər  ki,  sovet  dövləti  dinləri  sıxışdırırdı, 
kilsə və məçidləri uçurmuşdu, dindarlığın artmasına yol vermirdi. Bəli, 
bu  belədir.  Əvvəllər  daha  pis  olsa  da  50-ci  illərdən  sonra  müəyyən 
yumşalma baş vermişdi. Məçidlər, kilsələr fəaliyyət göstərirdi, lakin bu 
prosesi  və  siyasəti  zərərli  hesab  etmək  üçün  heç  bir  səbəb  yoxdur. 
Əksinə çox faydalı olmuşdur, bu siyasətlə insanlara sərbəst düşünməyə 
imkan verilmiş, elmi dünyagörüş öyrədilmişdir, onlar sueverlikdən və 
dini  dələduzlardan  xilas  olmuşlar.  Sadəcə  dini  ruhanilərin  gəliri 
azalmışdır.  Dinsiz  sovet  cəmiyyəti  sonrakı  dindar  cəmiyyədən  100 
dəfə  əxlaqlı  humanist  və  qanunlara  hörmət  edən,  vətəndaşlıq 
vəzifələrini düzgün yerinə yetirən cəmiyyət idi. Bu dövr sübut edir ki, 
dinlər olmadan da çox yaxşı yaşamaq, əxlaqi etik həyat sürmək, inkişaf 
etmək  olar.    Bu  bəşəriyyət  üçün  çox  vacib  nəticədir.  Bu  dövrdə  15 
bənddən  ibarət  çox  yaxşı  kommunist  əxlaq  kodeksi  var  idi.  Məsələn, 
deyilirdi  ki,  “hamı  bir  nəfər  üçün  bir  nəfər  hamı  üçün”,  bu  kodeksi  
tənqid etmək mümkün deyildir. Bu kodekslə və marksizm- leninizmlə 
insanlar  tərbiyə  almışlar.  Onlar  nə  itirmişlər?  heç  nə,  yalnız 
qazanmışlar.  2010-  cu  il  Azərbaycanda  sürətlə  dindarlığın  təbliği  ilə 
yeni  dindarlar  və  ruhanilər  belə  baxış  yaratmaq  istəyirlər  ki,  guya 
cəmiyyət  din  olmadan  yaşaya  bilməz.  Belə  uydurma  və  sübut 
olunmayan  baxışı  onlar,  şübhəsiz,  öz  gəlirlərini  artırmaq,  azad 
insanları daha çox dinlə aldatmaqla daha çox istismar etmək istəyirlər. 

 
53 
Dindarlığı  artırmaqla onlar  nə əldə etmişlər?  -vəhşi, əxlaqı daha çox 
pozan  küt,  savadsız,  anlamaz,  etiraz  etməyən,  öz  hüquqları  uğrunda 
mübarizə apara bilməyən daim qanunsuzluq və rüşvətlə əzilən, özünü 
qul  hesab  edən  cəmiyyət.  Bu  misalda  dinsiz  və  dindar  cəmiyyəti 
müqayisə  etməklə  bütün  bəşəriyyət  dinsiz,  azad  elmi  dünyabaxışlara, 
humanizmə  malik    ictimai  əxlaqa  əsaslanan  cəmiyyətin  daha  üstün 
olmasını  başa  düşməli;  dinin  rolunu,  təbliğatını  azaltmalı  və  belə 
dinlərin  reforması  haqqında  və  onu  azad  elmi  -  humanist  cəmiyyətə 
uyğunlaşdırmaq,  bəşəriyyətə  zidd  göstərişlərdən,  xürufatdan, 
nadanlıqdan,  uydurmalardan  təmizləmək  haqda  düşünməlidir.  Əks 
halda  dinlər  bəşəriyyətə  xeyli  zərər  vuracaq,  insanları,  millətləri, 
dindarları  bir - birinə düşmən kimi əbədi saxlayacaqdır. 
Lakin  sovet  dövlətinin  dağılmasından  sonra  yeni  hakimiyyət  öz 
dayaqlarını  məmurlardan və onların klanlarından; səhiyyə, təhsil, elm 
idarə  qulluqçularından  (onları  zorla  hakim  partiyaya  üzv  etdilər  və 
vəzifəni  itirmək  qorxusu  altında  hakimiyyəti  müdafiə  etməyə  məcbur 
etdilər) aristokratlardan, habelə dini ruhanilərdən seçdi və aktiv olaraq 
dindarlığı  artırmaq  siyasəti  yeridir.  Yeni  hakimiyyət  də  göydən 
düşməmişdir,  bu  elə  köhnə  kommunist  hakimiyyətdir,  lakin  adı 
dəyişilmişdir.  Nə  əldə  edilmişdir?  Əxlaq  daha    çox  pozulur, 
individiualizm    artmış,  istehlakçılıq  artmış,  xeyirxahlıq    itmiş,  dini 
ruhanilərin  gəliri  hədsiz artmışdır,  onlar  da  öz  bizneslərini  qurmuşlar, 
bütün  ianələr  onların  şəxsi  istifadəsindədir.  Dini  xidmətlərin  miqdarı, 
növü, qiymətləri artmış, sueverlik, xurufat artmışdır. Ianələrin verildiyi 
məqsəd  -  kasıblara  yardım,  xeyriyyəçilik  yoxdur,  pulun  olmasa  ac, 
susuz, xəstə, müalicəsiz və küçədə qala bilərsən, heç bir dini  xeyriyyə 
üçün    xəstəxana,  diaqnostika  mərkəzi,  pulsuz  yeməklər,  gecələmə, 
qocalar  evi-heç  bir  xeyriyyəçilik  yoxdur.  Ruhani  idarələri  şəxsi 
varlanmaq üçün Həcci təşkil etməklə biznes qurmuşlar. Cəmiyyətə heç 
bir  hesabat  vermirlər.  Bu  təsvir  yenidən  göstərir  ki,  sovet  hökuməti 
düzgün  etmişdir,  cəmiyyəti  istismar  edən  daha  bir  sinfin  qarşısını 
kəsmişdir.  Din,  ruhanilərə  varlanmaq  üçün  biznesdir.  Cəmiyyətə 
lazım  deyil,  ancaq  zərərdir.  Onlar  bu  biznesi  xürüufatı  və  sueverliyi 
aktiv saxlamaqla, ianə və zəkat verməyə, dini pullu xidmətlərdən daha 
çox  istifadə  təbliğatı,  sitayışlər,  həcci,  əxlaqı,  dini  kitabları  təbliğ 
etmək    vasitəsilə  edirlər.  Əslində  əxlaqi  həyatı  əldə  etmək  məqsədi 
güdmürlər.  Çünki  özləri  belə  həyatı  seçmirlər.  Baxmayara  ki,  İslam 
nəzəriyyəsi isə dindən varlanmağı –pul almağı qadağan edir. 
 
 
 

 
54 
3.1 Sovet dövlətində paradokslar
  
 
Hər  sovet  xalqı  öz  xarakterinə  düzlük  dəyərinə  görə  inkişaf  etmişdir. 
Korrupsiyaya  uğramış  respublikalarda  əsasən  büdcə  mənimsənilmiş 
həyat  səviyyələrində  fərqlər  yaranmışdır.  İnsanlar  daha  düz  olan 
Rusiya, Ukrayna, Pribaltika, Özbəkistan və s. respublikalara işləməyə 
və  yaşamağa  getmişlər.  Planlaşdırmada  partiya  (elitası)  mövqeyi 
üstünlük  təşkil  etmişdir,  ona  görə  də  istehsal  qeyri  -  bərabər 
yerləşdirlmişdi,  əsasən  şəhərlərdə  tikilirdi.  Planların,  rəqəmlərin  düz 
çıxmasına  əsas  diqqət  verilirdi.  Bu  ona  gətirirdi  ki  zavoda  dəmiryol 
sisternində  gətirilimiş  tetraxloretan  saxlamağa  yer  olmadığı  üçün 
kanalizasiyaya  tökülürdü,  dənizdə  neft  qazmaçıları  artıq  qalmış  100 
tonlarla  sementi  dənizə  tökürdü,  tikintidə  artıq  kərpicləri  yerə 
basdırıdılar, Özbəkistandan Azərbaycana pambıq alıb gətirir və onu bu 
respublikada yetişdirilməsi və təhvil verilməsi kimi hesabat verirdilər. 
Bu  üsul  ilə  respublikanın  kommunist  partiyasının  Birinci  katibi 
qəhrəman  adı  alırdı.  Hər  respublika  öz  gəlirini  ittifaq  büdcəsinə 
toplayır  sonra  isə  hərbi,  idarə,  xaricə  kömək  xərcləri  çıxandan  sonra 
onlar  arasında  əhali  sayına  görə  bölünürdü.  Çox  yerlərdə,  ucqarlarda  
ittifaq  büdcəsindən  konkret  məqsədlərə  ayrılan  pulları  bir  hissəsi  icra 
edilir, lazımı müəsisə, yol və s. tikirdilərsə, bir hissəsi mənimsənilirdi 
və  tikintilər    uzun  müddət    gedirdi;  iki  -  üç  dəfə  yenidən  vəsait 
ayırırdılar. Korrupsiyaya əsasən qafqaz respublikalarının birindən hələ 
50- inci illərdən başladı. 70-ci illərdə belə respublikaya  gələn insanlar 
burada despotik idarə sistemini, gizli rüşvətxorluğu, dövlət idarələrində 
və  dükanlarında  aldadılmalarını,  cəmiyyətin  isə  buna  adət  etdiyini, 
etiraz edənləri demaqoq adlandırdığını və düz danışanları sevmədiyini  
müşahidə  etmişlər..  Belə  avtonom  respublikada  yalnız  Moskvadan 
şikayət üzrə gəlmiş müfəttişlər ədaləti bərpa edə bilirdilər. Korrupsiya 
85-ci  ildən  sonra  SSRİ  idarəsində  geniş  yayıldı.  Məmurların 
məsuliyyətsizliyi  və  cəzasızlığı  başladı.  Idarə  sistemi  yeni  tələblərə 
uyğunlaşmağa və korrupsiyanın gizli formalarına keçdi. Rüşvətxorluq 
həmin  respublikada  böyük  vüsət  aldı.
 
Məlum  oldu  ki,  əvvəllər  bunun 
qarşısını  Stalin  kadrları  alırmış  və  əvvəlki  kommunistlər  daha  həqiqi 
kommunistlər  olmuşlar,  sonra  zaman  keçdikcə  zəiflər,  anlamayanlar, 
şəxsi mənafeyini daha artıq güdənlər, vəzifəpərəstlər -“tülkülər” onları 
əvəz etmişdir. 
Hər  kəs,  eynilə  dövlət  rəhbərləri  də,  məmurlar  da  özünü  tənqid 
etməyə,  öz  səhvini  tapmağa    çox  az  qabildir.  Bu  problemin    rasional 
həllinin  tapılması  çox  vacibdir.  Çünki  özünü  tənqid  etməsən,  yəni 
səhvlərini  görməsən,  necə  effektiv  inkişaf  edərsən,  gələcəyini  necə 

 
55 
yaxşı  qura  bilərsən?  Yaxşı  olmazmı  elə  addım  atanda  onu  elə 
hesablayasan  ki,  düz  olmağına  əmin  olasan,  sonra  atasan,  səhv  edib 
sonra peşman olmayasan?  Gələcək və yaxşı həyat məhz bu məsələnin 
həllindən  asılıdır.    Ictimai  sistem  axı  həmişə    müdrik  və  özünün    və 
başqalarının  səhvlərini  görə  bilən    adamın    başçı  olmasına  qarantiya 
vermir.   Bu başçı  yaxşı  da ola bilər, pis  də, məsuliyyətsiz də.  Bu son 
halda  ölkənin  məhvə  getməkdən  başqa  yolu  yoxdur.    Icmaların  tək 
başçıya  -  lap  o  çox  yaxşı  olsa  da  -  ümid  etməsi    düzgün  həyat  yolu 
deyildir.  O  başçı  öləndən  sonra  tarixdə  həmişə  başqası  onun  yerini 
tutaraq  həmin
 
ölkəni  məhvə  sürükləmişdir.  Deməli,  ümidi  müdrik 
təkbaşçıya deyil,  ictimai sistemin ağılla, rasional qurulması qayğısına 
qalmaq  lazımdır  ki,  o  tək  rəhbərlərdən  asılı  olmasın,  daim  düz 
istiqamətdə ağılla idarə olunsun. Bu ağıl isə yenə də kollektiv ağıldır
16-cı əsrdə şair Məhəmməd Fizuli də öz “Şikayət kitabında” yazırdı ki, 
“salam verdim, rüşvət deyil deyə, almadılar”. Bu fakt da sübut edir ki, 
rüşvət  və  digər  mənfi  qiymətləndirilən  xarakterik  əlamətlər  elə 
keçmişdən  gəlir,  yəni  elə  ictimai  sistemin  öz  məhsuludur.
 
  Necə  olur 
ki,  özünü  layiq  və  əxlaqi,  düzgün  hesab  edən  şəxs  vəzifə  tutandan 
sonra  ictimai  xeyiri  qurban  verərək,  yalnız  öz  xeyrini  güdməyə 
başlayır,  bunun üçün yaxşı şəraitin olduğunu tez aşkar edir. Məhz bu 
şəraiti  ondan  əvvəlkilər  yaratmışlar.  Dövlət  sisteminin  əsası  olan 
konstitusiyanı  məhz  əvvəlki    vəzifəlilər  məmurun  diktatı  üçün  ona 
lazımı  şəraiti  yazmışlar:  hesabat  verməməsi,  qiymətləndirilməməsi, 
cəzalanmaması,  idarə  hərəkətlərini,  xərclənən  pulları  gizlədə  bilməsi, 
ictimai əmlakı mənimsəyə bilməsi, rüşvət ala bilməsi, ayrıseçgilik edə 
bilməsi. Digər rolları (vətəndaşlar, məhkəmə, parlament, nazirlər və s. 
üçün) isə əsas aktyorun - məmur və ya  ali rəhbərin roluna uyğun təyin 
etmişlər. Lakin yaxşı və effektiv işləmək üçün lazımı yaxşı şəraiti, icra 
və qanun mühitini yaratmamışlar. 
 
Tipik  olaraq  siyasi  sistem  təkbaşçı  prinsipi  ilə-  idarədə  aşağıların 
yuxarılara tabe olması, bütün göstərişlərini danışıqsız yerinə yetirməsi 
və  yuxarıların  aşağıları  ört-basdır  edə  bilməsi;  yuxarıların  xüsusi 
hakim  qrupa  məxsus  olması  formasında-  konstruksiya  edilmişdir.  Bu 
diktator konstruksiyasıdır. Müasir ağıl və şəxsi məsuliyyətlər dövrünə 
uyğun deyildir.  
Qeyd etməliyəm ki, sovetlərdə kollektivi kənarlaşdırmaqla  təkbaşına 
məmurun  şəxsi  keyfiyyətlərinə  və  düşüncəsinə  əsaslanan  idarə 
metodu  uğursuzluğa düçar oldu. 
 
      Sovet  hökumətində    də  başqa  ölkələrdə  olduğu  kimi    insanların 
tənqidi  gözünü  və  ağzını  bağlamaqla,  hakim  kommunist  elita  öz 
məqsədlərinə  çatırdı.  Bu  məsələdə,  habelə  şübhə  yaranır  ki, 

 
56 
kommunistlərin,  ümumiyyətlə,  əsas  məqsədləri  fəhlələrə  iş  və 
yaşamaq,  kəndlilərə  torpaq  və  yaxşı  həyat  vermək  deyildi.  Belə  fərz 
etmək  olar  ki,  onların  məqsədi  bu  qüvvələrin  narazılığından  istifadə 
edərək  onları  döyüşən,  işləyən  qara  qüvvə  kimi  istifadə  edərək 
hakimiyyəti  ələ  almaq,  şəxsi  hakimiyyətə  sahib  olmaq  idi.  Heç  sonra 
da  kommunistlər  fəhlə  və  kəndliləri,  habelə  intillegensiyanı 
hakimiyyətə    və  idarəyə,  qanunvericiliyinə  buraxmadılar.  Azad 
seçkilərə  imkan  vermədilər.  Bunları  etsəydilər,  sosializmi  xilas 
etmişdilər.    Hakimiyyət  həmişə  bir  qrup  kommunist  elitanın  əlində 
qaldı.  Bu  fakt  yenə  də  sübut  edir  ki,  onların  məqsədi  yaxşı  ictimai 
qanun və idarə sistemi  yaratmaq deyildi . Hakimiyyətin burjuaziyanın 
əlindən alıb yeni qrupun – kommunistlərin əlinə keçirilməsi üçün oyun 
idi. Onların məqsədi fəhlələri xilas etmək deyildi. Onlardan istifadə idi 
–  onların  minimal  tələblərini  ödəyib,  bununla  tənqidi  gözünü 
bağlamaq,  sonra  isə  istədiyini  -  varlanmaq  və  hakimiyyət  məqsədini 
icra  etmək idi. Bu da sosializmin SSRİ – də sonuna gətirdi. İndi də bir 
çox dövlətlərdə  bu belədir.  
 
Sosializmi öyrənməklə  Kapitalizm ölməkdən xilas oldu!  
 
Marks  öz  sosial  nəzəriyyəsində    kapitalizmin  ölməkdə  olan 
imperializm  olmasını  öncə  xəbər  vermişdi.  Bəli,  onu  ölümə  aparan 
ciddi amillər vardı:  fəhlə proletarlar sinfinin meydana gəlməsi , onlara 
insan  kimi  baxmaqdan  imtina,  onların  istismarı  və  dilənçi  kökündə 
saxlanması; qəsbkarlıq, dünyanın  xammal mənbələrinə, satış bazarına 
bölüşdürülməsi;    konfliktlərin,  müharibələrin  səbəbkarı  və  qızışdırıcı 
olması;    təbiəti  dağıdan  ,  bəşəriyyətə  ümumi  təhlükə  olması.  Hərgah 
kapitalizm  ölmədi.  Kapitalist  dövlətlər  Marksın  nəzəriyyəsindən, 
tənqidi  gözün  bağlanması  effektindən,  sovetlərin    bütün  idarə  etmə, 
planlaşdırma təcrübəsindən, seçki üsulundan, istifadə - məhz yaradıcı 
istifadə - edərək düzgün nəticə çıxartdılar və ölmədilər, xilas oldular.  
    Sovet  təcrübəsinin  nəticələri  bu  idi  :  1)  seçkilər  olsa  da,  son  halda 
seçilənlər    həmişə  bir  qrup  kommunist  elita  və  onların  göstərdikləri 
adamlar  olur,  idarə  həmişə  kommunist  elitanın  əlində  qalır,  -  bu 
podtasovka  ilə  edilir  2)    idarəetmə  üçün  planlaşdırma  zəruridir,  3)  
tənqidi  göz  bağlanılır:    bütün  fəhlə  və  kəndlilərə  minimal  yaşayış 
imkanları  verərək  -  pulsuz  mənzil,  səhiyyə,  təhsil,  sosial  təminat– 
pensiya, təqaüd ;  yol, poçt, telefon, işıq -  qarşıdurmalara,  konfliktərə 
son  qoylulur,  dövlətdə  stabillik  yaranır  ;    insanları  daha  başqa  necə 
idarə  edilmələri  və  s.  məsələlər  əsasən  maraqlandırmır,  4)      ictimai 

 
57 
nəzarət yaradaraq dövlət üzərində onun səmərələşməsi və korrupsiyaya 
düşməməsi - əvvəl güclü, lakin sonralar az - əldə edilir.  
      Parlamentə  və  prezidentliyə,  məhkəmə  və  Baş  nazir  vəzifələrinə 
seçkilər  mexanizmi  də  çox  orijinal  həll  edilmişdi.  Əgər  sovetlərdə 
yalnız  bir  namizəd  irəli  sürülür  və  hökmən  o  seçki  mexanizmi  ilə 
həmin vəzifəyə təyin edilirdisə, kapitalist ölkələrdə seçki mexanizmini 
azad,  demokratik  adlandırdılar,  lakin  namizəd  irəli  sürülməsi  və 
cəmiyyətə  namizədlər  haqda  məlumat  verilməsini  namizədlərin 
özlərinə  həvalə  etdilər.  Bu  isə,  şübhəsiz,  yalnız  hədsiz  varlıların 
hakimiyyətə  gətirilməsinə  səbəb  oldu  və  məhz  bu  məqsədlə  seçki 
mexanizmini  belə  qurmuşdular.  Əgər  bərabərlik  prinsipini  dövlət  icra 
etsəydi,  istəyən  hər  kəsin  reklamını  yalnız  özü  bərabər  imkanla 
aparsaydı, şübhəsiz, bu vəzifələrdə orta sinifdən adamlar olacaqdı, bu 
isə zəhmətkeşlərin mənafeyini artıq müdafiə etməyə, yəni  demokratik 
sosializm  quruluşuna  gətirəcəkdi.  Bir  çox  problemlər,  konfliktlər, 
kasıblıq olmayacaqdı,  istismar  çox az olacaqdı. 
         Sosializmdən  kapitalizmə  keçidin  (1991-dən  sonra)  də  məqsədi 
insanlara  azad  sahibkarlıqla  məşğul  olmaq,  mülkiyyət  sahibinə 
çevrilmək deyil, yenə də kommunist elitanın  xalqdan oğurlanmış var – 
dövləti mülkiyyətinə keçirmək və özlərinin sahibkar olması məqsədini 
güdürdü.  İndi  (2010)  bu  bütün  keçmiş  sosialist  ölkələrində  belədir. 
Təqribən aksiyaların 1% -i  adi əhalinin əlindədir, Məsələn, mənim üzv 
olduğum  Azərsun  Holdinq  çay  və  yağ  şirkətində  bu  belədir.  Keçmiş 
kommunist  elita  və  onların  qohumları,  dostları  yeni  kapitalist  sinfinin 
əsas  hissəsini    təşkil  edirlər.  Kənar  vətəndaşlara  isə  (80  -  90%)  
kapitalist olmaq qapıları bağlıdır. Onlar ancaq kiçik pərakəndə satışla 
məşğul ola bilərlər. 
      Sovet  ittifaqında  sosializmi  ölməkdən  xilas  edə  bilən  dərman, 
yalnız bütün insanların iştirakı ilə ictimai qanunvermə və idarəetmənin 
tətbiqi  ola  bilərdi  –  yəni  tam  demokratiya,  yalnız  bu  dərman  bütün 
qanun və idarəni səmərələşdirərdi, səhv planlaşdırmanı aradan qaldırar, 
sosializmin  üstün  olmasını    praktikada  sübut  edərdi.    Lakin  oğruya, 
rüşvətxora,  əxlaqsız  insanlara  və  öz    xalqlarına  düşmənə  çevrilmiş 
kommunist  elita  bu  yolu  seçmədi,  o,    öz  xeyri  naminə  kapitalizm 
yolunu seçdi.. Keçmiş “qanuni” oğrular yeni  “qanuni” rolda yenidən 
öz xalqlarının başına bəla oldular. Başqa daha yaxşı yol da var idi- bu 
mənim daim şüurumda saxladığım rasional sosializm idi. 
         Tənqidi  gözün  bağlanması  effekti  yenə  də  kapitalist  dövlətə 
özünün  spesifik  ənənəvi    funksiyalarını  -  dünyanı  bölmək, 
qruplaşmalar  yaratmaq,  dünyanı,  digər  ölkə  və  xalqlarını  istismar 
etmək, müharibə və konfliktlər yaratmaq, kasıb və varlıya bölmək və s. 

 
58 
davam  etdirməyə  imkan  verir.  Artıq  bu  məsələlər    vətəndaşları 
düşündürmür, çünki şəxsi həyatları əsasən təmin olunur. Həyat  davam 
edir,  şüur,  biliklər    artır,  gözlər  açılır.  Əvvəl  görünməyən  şeylər- 
fərqlər,  bərabərsizlik,  ədalətsizlik,  səhv  idarə  görünməyə  başlayır. 
Məlum  olur  ki,  minimal  hədlər  çox  azdır  və  hamıya  aid  deyil,  çoxlu 
miqdarda  kənarda  qalmış  əzab  çəkən  insanlar  var;  belə  sistem  indiyə, 
gələcəyə  təhlükə  yaradır,  müharibələr  yaradır,  hegemonizm  və 
qəsbkarlığa  yol  açır;    sistem,    xalqların  böyük  toqquşması  ehtimalını 
artırır.    İnsanlar  dərk  etməyə  başlayırlar  ki,  təkcə  özünün  tox  olması, 
normal yaşaması azdır, başqalarının pis yaşaması bu həyatı pisləşdirir, 
sosial  gərginlik,  terrorizm,  cinayətkarlıq  və  s  .  amillər  artır.  Tənqidi 
göz  yenidən    yavaş  –yavaş  açılmağa  başlayır.  Məsələn,  SSRİ  –də 
tənqidi  gözün  bağlanması,  yəni  hamının  işlə  təmin  olunması,  az  –çox 
normal  həyata  malik  olması,    pulsuz  təhsil,  səhiyyə  bəs  etmirdi, 
insanlar,  nəhayət,  tənqidi  baxışa  nail  oldular:  hakim  sinfin 
ədalətsizliyini,  səhv  və  dağıdıcı  siyasətini,  rüşvətxorluğunu  görməyə 
başladılar;  bu    vətəndaşlarda  sistemə  nifrət,    razı  qalmamaq  hissini 
yaratdı. 
     Eynilə  kapitalizmin  də,  habelə  daha  əvvəlki  dominant  feodalların 
məqsədi    sosializm  kimi  insanlara  xoşbəxtlik  vermək  deyildi. 
Beləliklə,  belə  bir  ümumi  nəticə  çıxır  ki,    dünyada  heç  bir  səbəbsiz: 
ədalət,    ümumi  əxlaq,  heç  bir  yaxşılıq,  digərinə  qayğı  yoxdur.  Var:  
qrup  əxlaqı,  məqsədli  yaxşılıq,    birinin  digərini  istismarı,  aldatma  ilə 
istifadə.  Cəmiyyətin  digər  cəmiyyətlər  mühitində    və  hər  kəsin  isə 
başqaları mühitində  məqsədi özünün yaxşı yaşamasına, üstünlük əldə 
etməsinə, başqalarını isə bu işdə istifadə etməyə yönəlib. Belə bir ümid 
verməyən  nəticə  həyatı  belə  dərk  etməklə,  onun  verdiyi  şanslardan 
zirəklərin istifadə etməsinə səbəb olur. Eyni proses - insanların özlərini 
və iqtisadi –siyasi- ekoloji mühiti yenidən dərk etməsi - indi kapitalist 
ölkələrində başlamışdır - bu dəyişiliklərin müjdəçisidir. Yeni Rasional 
cəmiyyət  sistemi  qapıdadır.  Yalnız  bu  sistemdə  hamının  ədalətli 
yaşamaq  məqsədi  razılaşdırılaraq  ədalətli  formada  icrası  əldə  edilə 
bilər.  Güman  edirəm  ki,  bu  bölmədə  siz  cəmiyyəti  və  insanları  və 
özünüzü dərk etmək üçün lazımı açarları tapdınız. 
       Klassik  Sosializm nəzəriyyəsi  bütün gəlir sahələrini dövlətə verir
insana  fərdi  bizneslə  məşğul  olmağa  imkan  vermir,  lakin  idarə  və 
qanunvericilik  nəzəriyyəyə  görə  ümumi  xalq  işi  olsa  da,  bir  qrupun, 
partiya  elitasının  əlində  qalır.  Bu  səbəbə  görə  gəlirlər  səhv  və 
səmərəsiz  idarə  olunur  və  elita  varlanır  və  ümumi  gəlir  effektsiz 
bölünür  və  israf  edilir.  Sosializm  kapitalizmdən    insanlara  verdiyi  iş, 
sosial  təminatlarla  daha  yaxşı  olsa  da,  səhv  planlaşdırma  və  effektsiz 

 
59 
idarəetmə  onun  nəticələrini  boşa  çıxarır  və  adamlar    əməyinə  görə 
layiqli  haqq  almadığına  və  qabiliyyət  və  bacarığını  tətbiq  edə 
bilməməsinə,  etdikdə  isə  cüzi  haqq  verildiyinə  görə  narazı  qalır. 
Burada  mülkiyyətin  konkret  sahibi  olmadığına  görə,  heç  kəs  onun 
qorunmasına  və  səmərəli  olmasına  çalışmır.  Ona  görə  çalışmır  ki, 
insanların  təklif  verməsi,  bürokratiyaya  “ağıl  öyrətməsi”  dövlət 
tərəfindən  qəbul  olunmur.  Hamı  “nə  qədər  dağıdar,  nə  qədər  çox 
oğurlayar” yarışına girir. Yalnız güclü administrativ üsullar, məhkəmə, 
polis  bu  mülkiyyətin  müəyyən  qədər  qorunmasını  təmin  edə  bilər, 
lakin  səmərəsiz  sərfini  ,  elitanın  oğurluğunun  qarşısını  ala  bilməz, 
bürokratiyanın  sənədləri  qaydada  aparmaq  üçün  məhsulu  dənizə, 
kanalizasiyaya  tökməkdən,  yandırmaqdan,  yerə  basdırmaqdan,  səhv 
planlaşdırmadan,  keyfiyyətsiz  mal  istehsalından,  xarab  etməkdən, 
mənimsəməkdən    qoruya  bilməz.  Bu  sistemdə  vacib  olaraq  insanların 
dövlət  üzərində  müşahidəsi,  qiymətləndirməsi,  təklif  verə  bilməsi  və 
qəbulu tələb olunurdu, lakin bunu, kommunist elita keyfiyyətlə etmədi, 
yarımçıq etdi və, nəhayət, bu səbəbə görə o korrupsiyaya uğradı. 
      K. Marks  bu problemləri həll etmək üçün bütün  istehsalı  , torpağı 
və  yeraltı  və  üstü  sərvətləri  ictimailəşdirib  bir  böyük  kapitalistin-
dövlətin əlinə verməyi təklif edirdi və dövləti də kommunistlərin əlinə 
verməyi təklif edirdi.  Reallıqda bu sistem müəyyən qədər faydalı oldu, 
pərakəndəliyi,  krizisləri  aradan  qaldırdı  və  planlaşdırma  elementinin 
geniş  tətbiqinə  zərurət  yaratdı.  Böyük  kütlələrə  çörək  və  iş  verdi.  
Möhkəmlənəndən  sonra  kommunist  dövlətlərdə  idarə  xüsusi 
kommunist  başçılarının  və  dostlarının  əlində  cəmlənməyə  başladı, 
baxmayaraq  ki,  əvvəl  bu  bütün  kommunistlərə  aid  idi.  Sonra,  həmin 
başçılar, şəxsi ehtiyaclarını məhz ictimai sərvətlər hesabına ödəyəndən 
sonra  onlarda  motivasiya  zəyiflədi  və  ölkələrin  sonrakı  daha  da  çox 
inkişafına  maraqları  olmadı  və  bütün  ictimai    istehsalın  nəticələri 
kommunist rəhbərlər tərəfindən dağıdılmağa , oğurlanmağa başladı və 
staqnasiya dövrü təqribən 1975 –ci ildən sonra başladı,  əhalinin bəzi 
ərzaq  məhsulları  (ət,  yağ)    normalarla-  talonlarla  təmin  olunmağa 
başladı.  Eyni zamanda, əvvəlki principal kommunist “şir” rəhbərlərin 
əvəzinə kommunist  ideyalarından başı çıxmayan var - dövlət hərisləri 
–“  tülkülər”,  dələduzlar  gəldi.  Kommunist  elita  öz  xalqlarının 
düşməninə çevrildilər. Sanki onlar “kim nə qədər çox yeyər, nə qədər 
dağıdar,  oğurlayar”  yarışlarında  iştirak  edirdilər.  Öz  mənafelərini 
artıqlaması  ilə  təmin  edəndən  sonra  onlar  artıq  cəmiyyət  üçün 
düşünmürdülər.  Təbii  olaraq  Kommunist  başçıların  -  baş  katibin, 
birinci katiblərin, siyasi  büro üzvlərinin və  yerli şöbələrin ən son var-

 
60 
dövlətə  sahib  olmağı,  ən  iyrənc  mənəviyyatsızlıqa,  amorallıqa    səbəb 
oldu.        
      Nəhayət,  ictimai  məqsədəuyğun  əxlaqı  olmayan,  öz  xalqlarının 
düşməninə  çevrilmiş  bosslar  çox  çətinliklə    qurulmuş  sosialist 
sistemini dünya kapitalına qurban verdilər/satdılar, onlara artıq şəxsən 
sosializm  lazım deyildi; onlar kifayət qədər var-dövlət  oğurlamışdılar 
ki,  indi  müstəqil  kapitalist  olmaq  üçün  bu  böyük  baza  idi    və 
yığdıqlarını qoymağa yer tapmırdılar. Öz xalqlarını kütləvi ehtiyaclara, 
ümidsizliyə,  emiqrasiyaya,    dilənçiliyə  düçar  edərək,    xalqın  təbii 
sərvətlərini  şəxsi xidmət əvəzində xarici kapitalistlərə bağışlayaraq və 
xalqın  torpağını  sataraq  və  xalq  əmlakını  oğurlayaraq,    onlardan 
bəziləri  hətta  özünə  xalqın  atası  adı  verdi.  Bu  həyasızlıqın  və 
əxlaqsızlığın kulminasiyası idi. Yəqin kimsə onların həqiqi tarixini nə 
vaxtsa  yazacaqdır  və  bu  –həqiqi  tarix    o  xalqları    xilas  edəcəkdir. 
Onların özlərinə qoyduqları  saysız heykəllərini tarix  həmişə zibilliyə 
atır. Bəli, yalnız həqiqəti bilmək insanları xilas edə bilər. 
      SSRİ-nin  dağılmasında  digər  səbəb    Rusiyanın  etdiyi  səhvlər 
olmuşdur: 1986- Alma Ata qiyamı- 1996 – Putinə qədər dövrü böyük 
səhvlər,  çaşqınlıq  dövrü  olmuşdur.  Rusiyanın  bir  dövrdə  özündə 
gələcək  düşüncəsinin  olmaması,  elmin  göstərdiyi  yolun  səhv 
anlanması  və  kəmsavadların,  yalançı  siyasətbazların  hakimiyyətə 
gəlməsi  ilə,  amerikan  kəşviyyatının  dağıdıcılıq  fəaliyyəti  ilə 
əlaqədardır. Lakin istənilən səhv kollektiv müzakirə, elmi analiz  yolu 
və gələcəyin dərki və obrazının, strategiyasının qurulması ilə düzəldilə 
bilərdi və indi də düzəldilə bilər. İstənilən parçalanma səhv hərəkətdir. 
SSRİ-nin  dağıdılması  Amerikan  planı  olmuşdur  və  bunun  forması 
gizlində  Qorbaçovla  razılaşdırılmışdır.  Belə  olmasaydı.  O  çox  ağılla 
buna  qarşı  tədbirlər  görər,  SSRİ-ni  saxlamaq  üçün  optimal  variantı–
bütün  respubliklalara  heç  olmasa  12  respublikaya    sərf  edəcək  yeni 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin