Son söz
Bu hissədəki fikirlər son həqiqəti ifadə etməyi nəzərdə tutmur. Siz öz
həqiqətinizi bu kitabı oxuyandan sonra tapacaqsınız. Kim necə istəyir
elə də qəbul edə bilər. Məqsədim sizi düşünməyə vadar etmək, dünya
baxışlarınızı genişləndirməkdir ki, təklif edilən ideyalar sizə faydalı
olacaqdır.
Kitab başa düşənlər, sərbət düşünə bilənlər üçün
yazılmışdır. Qoy ehkamçılar, dünyanı səhv anlayanlar və anlamaq
istəməyənlər və nadanlar, siyasi yaltaqlar, hərf səhvi axtaranlar öz
inamlarında qalsın. Qoy onlar səhvi öz kal şüurlarında, əməllərində,
onlara layiq olmayan yeri rüşvətlə tutmaqlarında, 80% xalqı öz nadan
və yaltaq davranışları ilə hansı rəzil günə gətirməklərində. Yalana
xidmətdə axtarsınlar. Onlardan heç bir iddia qəbul edilmir, çünki
onların baxışları hökmən zəkadan uzaqdır; yalanı doğru,
doğrunu yalan
kimi qələmə verməkdir. Nə üçün belə düşünürəm? Bu düşüncəyə həm
58 illik həyat təcrübəmdə, öyrənməklə gəlmişəm, həm də Çin
müdriklərinin 2 kəlamını qeyd etsəm, sizə daha aydın olar. Çin
müdrikliyi qeyd edir:1) o
şəxs ki bilmir və bilmədiyini bilirsə və
öyrənmək istəyirsə , o yaxşı tələbədir, onu öyrət; 2)
O şəxs ki bilmir,
bilmədiyini də bilmir (qəbul etmir) və öyrənmək də istəmir, o nadandır,
ondan əl çək, boş yerə çalışma
270
Yenilik, elmi postulatlar, həyat faktları qarşısında onlar hökmən
məğlub olacaq və tarixin zibilliyinə atılacaqlar. Onların
sitayiş etdikləri
bütlər, yalançı liderlər lazımsız məhsul kimi tezi - geci tarixdən
silinəcəkdir.
İnsanlar böyük qruplar formasında hər qrup bir məhdud və
həqiqətdən, optimallıqdan uzaq, lakin onun düzgün hesab etdiyi dini,
siyasi, iqtisadi mədəni baxışları habelə çörək əldə etdiyi dövlət
liderinin, öz ağasının baxışlarını qəbul edir və heç vaxt onun səhv
olduğu haqda düşünmür. Onlar qul kimi tutduqlarından buraxmır, daim
belə qapaq altda yaşamağı seçirlər. Xüsusilə dini ruhaniliyin təlqin
etdiyi “bu qidanı yemə, bu içgini içmə, o paltarı geymə, başını və
bədənini bərk ört” kimi ağılsız və zərərli tələblərini əvvəllər azad
olmuş, lakin sonra qılınc gücünə qəbul etmiş insanlar əzbərləyərək öz
uşaqlarına öyrədir, adət etdirir, qul kimi davam etdirirlər. Məsələ
orasındadır ki, hər qida hər içgi öz yerinə və hədləri daxilində
faydalıdır. Bir tələbi dünyanın ekvatoruna və şimalına, cənubuna və
konkret coğrafi ərazisinə məcburi aid etmək məntiqdən və
məqsədəuyğunluqdan kənar işdir. Bu həqiqəti insanlar başa
düşməlidirlər, azad olub təbiətin nemətlərindən faydalanmalıdırlar.
Yaxşı çaxır da, araq da, donuz əti və piyi, pulsuz balıq yerində və
hədlərində istifadə etdikdə xeyli faydalıdır. Mənim yazdığım bu
dünya
necədir və o necə işləyir kitabının bütün hissələrini oxuyaraq ümid
edirəm ki şüurlarda bir inqilab olacaq, insanlar öz qul vəziyyətlərindən
özlərini azad edəcəklər. Eynilə səhv siyasi, itisadi, mədəni baxışlardan,
adətlərdən, mərasimlərdən, habelə yeni harın kapitalist sinfinin gəlir
almaq üçün yaratdığı nadan mərasimlərdən, syasi rejimin uydurduğu
səhv baxışlardan, ideologiyadan təmizlənəcəklər.
----------------------------------------
272
ELAN
1. Bu 4 hissədən ibarət bütöv kitabı (300 vərəq, A4), hansı ki siz onun
İV hissəsini oxuyursunuz, ingilis dilinə tərcümə etmək
üçün qabiliyyəti
çatan şəxs lazımdır.
2. Rasional Cəmiyyət Uğrunda İctimai Birliyin fəaliyyətini davam
etdirmək üçün çox bilikli və özünü elmə, həqiqətə həsr etmiş
intellektuallar lazımdır. Burada insanlara futuroloji məsləhətlər, fərdi
tale xətti qurmaq, yeni
Yaradıcı ağıl (kreativ intellekt) fəlsəfi
dünyabaxışlarını təlim etmək və gələcəyin bütöv nəzəriyyəsini və
proqnoz vermə üsullarını təlim etmək və real gerçəkliyi, cəmiyyəti, nə
baş verdiyini araşdırmaq, indinin fəaliyyəti nə ilə nəticələnəcək suaları
üzrə elmi tədqiqat fəlsəfi və öncəgörmə məktəbinin fəaliyyəti,
Rasional Cəmiyyətin tam nəzəriyyəsi, işləməsi və yaradılma üsulu
təlimi və təkmilləşdirilməsi fəaliyyəti nəzərdə tutulur. Üz qabığındakı
telefona zəng edin.