Rasional Təhsil metodu və prinsipləri
Təhsilin məqsədi: - Insanın yaşından asılı olaraq ona dünyanı, ətraf
mühiti dərk etmək; orada necə efektiv sağlam yaşamaq, onda yaranan
suallara cavab olaraq obyektiv bilik vermək, insana sərbəst düşünmə
qabiliyyəti vermək, hər bir texniki, sosial, bioloji, fiziki varlıq, əşyanın
əmələ gəlmə səbəblərini, digər şeylərlə qarşılıqlı əlaqəsini, onun daxili
229
quruluşunu, həyat siklini və sonda nə olacağı haqda biliklər
verməkdir. Təhsil 1) məcburi orta və peşə, 20 yaşa qədər ; 2) ali 17 –
25 yaşa qədər; 3) işləyənlər üçün 25-50 yaşa qədər 4) orta və ahıl 50-
65 yaşlılar üçün olan növlərə bölünür. Beləliklə, bütün sağlam əmək
qabiliyyətli insanlar yaşlarının sosial tələbatına görə təhsil
proqramında iştirak edirlər. Təhsilin proqramı cəmiyyətin və təhsil
alanların iştirakı ilə tərtib olunur. Təhsil idarələri – məktəb və
institutlar cəmiyyətə və tələbə – şagirdlərə hesabat verirlər və
qiymətləndirilirlər, həm idarə bütövlükdə, həm də müəlimlər bir- bir və
zəruri sanksiya və həvəsləndirmələr və kömək əldə edirlər. Orta
məktəb təhsili məcburi olmalıdır. Və ən azı bu fənnləri daxil etməlidir:
Fizika , kimya, biologiya, cəmiyyətin dövlət təşkilatı, hüquqlar, əxlaq
və etika , davranış, tarix, coğrafiya, iqtisadiyyat, mədəniyyət, insan,
ədəbiyyat, musiqi, əl qabiliyyətləri, fəlsəfi qanunlar və dünyagörüş,
tarixin tərkibində azı 5 din haqda bölmə və ona elmi
qiymətləndirmələr.Təhsil alan hökmən ümumi dünyagörşü, əxlaq və
davranış normalarını və xüsusi peşə biliklərini bilməli və seçdiyi
konkret beynəlxalq standart peşə və ixtisası həyata keçirmək
qabliyyətinə malik olmalı və sertifikat, diplom almalıdır. Bu sertifikat
və diplomla onun sahibi bütün ölkələrdə qəbul olunmalıdır.
Təhsilin aşağıdakı vəzifələri müəyyən edilir:
1. İnsanlara elmi dünyagörüş formalaşdırmaq;
2. Hər fənn sistemik mövqedən və üsulla izah edilməli, onun tutduğu
yer, digər fənlərlə əlaqəsi və özünün tarixi evolyusiyası, keçmiş-
indi gələcək istiqamətində – təsvir edilməlidir;
3. Hər fənn kompleks sistem kimi təsvir edilməlidir, əvvəl böyük
sistem sonra onun alt sistemləri - hissələri və qonşu sistemlər;
4. Təhsil metodu kimi hər bir ibtidai və orta məktəbdə konkret maddi
obyekt, maddi nemət nümunə kim seçilir, məsələn: kağız, dəmir, detal,
maşın, motor, çörək, buğda , alma ... və nəzəri obyekt, məsələn:
hansısa nəzəriyyə, ictimai quruluş və onların quruluşu, tərkibi ,
elementləri asılılığı, yaşama üsulu, olma mühiti, dəyişmə evolyusiyası
və s. , tarixi , onunla əlaqəli bütün fənlər əlaqəli formada tədris edilir;
bütün suallara cavablar tapılır. Hər baxılan nümunənin daxil olduğu
böyük qruplar, növlər araşdırılır. Nəhayət, dünya və yer təbiəti
elementlərinin hamısının (canlılarla bilikdə) bütövlük və qarşılıqlı asılı
olması göstərilir. Tendensiyalar, hər şeyin, obyektin, gələcəklərinin
nədən asılılığı, inkişaf xətləri müəyən edilir. Şagirdlərə yeni növlər,
alət, qurğu, bina, nəzəriyyə ... yaratmağın metodları göstərilir və
öyrədilir. Onlar, yeni şey yaratmaqla imtahan verirlər.
230
5. Hər fəndə baxılan varlıq (obyekt) material nümunə formasında
sistem kimi göstərilməli, bütün vacib hissələri, xüsusiyyətləri və
həmin şeyin digər sistemlərlə əlaqəsi təsvir olunmalıdır. Belə ki,
baxılan obyekt digər sistemlərin əhatəsində və onlarla əlaqədə
asılılıqda təsvir olunmalıdır. Obyektin aid olduğu qrupun tam siyahısı,
cədvəl formasında təsvir olunaraq obyektin yeri orada əks olunmalı,
sonra daha hansı obyektlərin yaradıla bilinəcəyi müəyyən edilməlidir.
Göstərilməlidir ki, obyektin parametrlərini bir - bir dəyişməklə və
ümumi mühütü saxlamaqla və sonra mühiti dəyişməklə nə qədər yeni
obyektlər-ixtiralar etmək olar, hansı ki konkret mühitdə konkretdir –
müəyyəndir (sayılandır) Bunu, habelə funksiyaları dəyişməklə də
etmək lazımdır. Bu qayda ilə şagirdlərdə düşünmə və yaratma
qabiliyyətləri tərbiyə olunur və onlar obyektin , hadisənin, prosesin,
gələcək vəziyyətini proqnoz etməyi öyrənirlər.
6. Göstərilməlidir ki, şeylər nə qədər müxtəlif ola bilər və bunu
naməlum qüvvə - Allah deyil, təbiətin özü və şüurlu insan yarada bilər.
Misallarla ümumi mühitin necə yaradan olması göstərilməlidir.
Mühitin ümumi qanunları izah edilməlidir.
7. Şeylərin yaranması və müxtəlifliyinin artması yolları konkret
misallarla göstərilməli və tələbələrə imkan verilməlidir ki, şeylərin
yeni növlərini nəzəri yaratsınlar və əlamətlərini təsvir etsinlər.
8. Təhsil elmə əsaslanmalı, onun sübut və tapdığı qanunların
öyrədilməsinə xidmət etməli və hər bir sübutu dinlərin uydurmalarını
ifşa etmək üçün istifadə etməlidir.
9. Təhsil sistemi şagirdin fərdi maraq və qabiliyətlərini aşkar edib,
məhz onu inkişaf etdirməlidir. Hər tələbəyə ümumi və öz meyl və
qabiliyyətinin tələb etdiyi xüsusi –spesifik təhsil almağa imkan
verilməlidir. Hər bir obyekti, fənni, qurğunu, qanunu, təbii həyati,
hadisəni elə analiz və təsvir etmək lazımdır ki, şagird maraqlansın və
özü bunların səbəbi haqda düşünsün, müəyyən bilik və peşə sahəsinə
maraq yaransın.
10. Proqramın həcmi tələbə və şagirdin yorulmaması, optimal öyrənmə
qabiliyyətinə hesablanmalı onun işlətməyəcəyi artıq mövzularla
doldurulmamalıdır.
11. Ali məktəblərə girmək üçün imtahan tətbiqinin əsası yoxdur. Ali
və orta təhsil imkanı bütün cəmiyyət üzvlərinə pulsuz və imtahansız
bütün orta məktəb attestatı alanlara verilir. Lakin biliyi və ağlı
olmayaraq institut və peşə məktəblərinə formal gedib sertifikat almaq
istəyənlər daxil olandan sonra müəyyənləşdirilib dərhal azad edilirlər
və lazımı təhsil xərcini ödəyirlər. Onlara sonra hansı peşəyə və ixtisasa
uyğun olmaqlarını müəyyən edən məsləhət xidməti vasitəsilə yenidən
231
zəruri biliklərini artırma kurslarına öz pulları ilə daxil olur və orada
imtahan verərək institutlara, texnikumlara daxil olmaqa hazır olmaqları
haqda sertifikat alırlar, sonra həmin yerlərə imtahansız girə bilərlər.
12. İbtidai, orta və ali təhsil müəsisələrində öyrəniləcək bilik və
qabiliyyətlərin həcmi, seçilməsi fərdi olaraq şagird, tələbə, təlim
eksperti və valideyn iştirakı ilə birgə müəyyən edilməlidir. Bu şagirdin
şəxsi qabiliyyət və marağından, səviyyəsindən asılı olaraq, habelə
standart ixtisasın tələbləri ilə müəyyən edilir
Rasional təhsil ictimai nəzarətlə təmin edilir. İctimai nəzarəti, belə
işi öhdəsinə götürmüş ictimai təşkilat və eyni zamanda valideyn
şurasının birlikdə və ya valideyinin təklikdə müşahidəsi və rəyi həyata
keçirir. Məktəbin binasında təlim aparmaq hüququ təkcə orada orta
təhsili idarə edən rəhbərliyə və kollekti və aid deyil, istənilən təlim
qrupunun, müəllimin təlim aparması mümkündür. Bütün təlimlərin
ödənməsini isə dövlət və iqtisadi qurumlar, xeyriyyəçilər, cəmiyyət
hesabına hədsiz varlanmış adamlar aparır. Burada bərabər hüquqlu
təlim vermə prinsipi qəbul edilir. Əgər müəllimlər çox olduqda onda
valideyn müşahidəsi və məktəb şurasının qiymətləndirməsi ilə dərsi
demək qabiliyyəti və şagirdin əldə etdiyi biliyi ölçməklə müəllimlərin
seçilməsi aparılır. Direktor isə məhz müəllim və şagird kollektivinin
kriteriyalara görə qiymətləndirməsi nəticəsi olaraq təyin edilir. Lakin
direktor hər yerdə olduğu kimi ancaq kollektiv qərarların icraçısıdır -
özünün qərar vermək ixtiyarı yoxdur. Direktor ümumi kollektiv qərarı
texniki müşahidəçi, dipetçer kimi imzalayır. Onun funksiyalarına
kollektiv razı olsa, istənilən funksiya aid edilə bilər. Məsələn,
məktəbin təlim və tədris sahəsində məsləhətçi funksiyası ki, bu sahədə
kimin problemi olsa, onunla məsləhətləşsin. Direktorun mövcud idarə
sistemindəki kimi müəllim təyin etmək və işdən çıxarmaq səlahiyyəti
və təzyiq edərək müəllim və tələbədən rüşvət almaq imkanı yoxdur.
O, müəllim və tələbə kollektivinin təyin etdiyi və ictimai
qiymətləndirmədən keçən adicə bir texniki işçidir. Onun vəzifəsi
işçilərin işə gəlməsi və dərsləri deməsinin uçotunu aparmaq, jurnalda
qeydlər etmək, təmir, texniki xidmətlərin icrasıdır. Dərslərin
planlaşdırılmasını – elektron proqram icra edir. Direktorun burada
rolu yoxdur. İstənilən halda hansı müəllimə daha çox iş verilməsi və ya
hansı əlavə vəzifə tapşırılmasını kollektiv özü və özlərini təklif edən
müəllimlər müəyyən edir. Misal: direktor 11 –ci və 9-cu sinifləri
qurtaran şagirddən bir aylıq maaş qədər rüşvət tələb edir və ya
müəllimi işə götürmək üçün bir illik maaş miqdarında və nazir isə
direktoru işə götürmək üçün 5 illik maaş miqdarında rüşvət tələb edir.
Rasional cəmiyyət sistemində bunların heç biri ola bilməz. Bu
232
məsələləri ictimai qərar qəbulu sistemi ilə prosedurlar və kriteriyalar
əsasında kollektiv, cəmiyyət özü həll edir.
Təhsilin və təlimin aparıldığı yerlər: Təhsil növlərinə görə 1) Orta
və peşə məktəbləri, 2. Ali məktəblər: institut və universitetlər, (həm
nəzəri bilik, həm praktiki bir-neçə peşənin icraçısı sertifikatını verir),
3) Əlavə təhsil və bilik, yaradıcılıq institutları, məktəbləri sarayları.
Bu funksiyaları icra etmək üçün ictimai qərar qəbulu metodu ilə
əhalinin gələcək 50 illik demoqrafik dəyişiliklərini nəzərə alan tələb
miqdarında və layihədə binalar tikilir və aktiv saxlanılır. Orta və Ali
məktəblərdə rasional tələblərə uyğun proqramlar yaradılır və tədris
olunur.
Əlavə təhsil, bilik və yaradıcılıq sarayları. Bu təhsil binalarında
şagird və tələbə dövrünü keçmiş adamlar əlavə təhsil, təlim alır, yeni
peşə, qabiliyyətlər öyrənirlər. Bu ictimai binalar hər bir icmada:
məhəllədə , kənddə, şəhərdə cəmiyyətin (dövlətin) gəliri hesabına
tikilır və insan ehtiyaclarının ödənməsi prinsipi ilə birinci dərəcəli
təminat sayılır. Bu binalar, eynilə bütün ictimai təhsil müəsisələri tam
cəmiyyətin –dövlətin hesabına saxlanılır. Burada əlavə olaraq tələbata
görə müxtəlif biliklər, qabiliyyətlərin öyrənilməsi üzrə kurslar
yaradılır. Bu kursları istənilən adam və ya müstəqil maraqlar üzrə
vətəndaş birlikləri, müəllimlər, filosoflar təşkil edirlər. Bu saraylarda,
habelə istənilən yaradıcılıq sahəsində(texniki, mədəni, bədii, ekstrasens
və s.) məşğul olmaq istəyən adamlar gəlib sərbəst məşğul olurlar. Bu
saraylarda, habelə iclas, konset, idman zalları olur ki, burada istənilən
ictimai tədbir –iclas , müzakirə, mütaliə, konsert məhdudiyyət
qoyulmadan təşkil edilir. Burada, habelə ictimai kitabxana, komputer,
internet zal, məlumat mərkəzi yerləşir. Hər bir icmada belə mərkəzlər
- İcma evi yaradılır.
Yeniləşmələr, titullar, gələcəyə və mühitə münasibət, dünya rasional
dövləti
Yeniləşmələr. Məhz şüuru olduğuna görə insan fasiləsiz şüurunu təshih
edərək hərəkət versiyaları içindən özünə faydalısını seçir. Demək,
özünə faydalı davranışın seçildiyi an, bu cəmiyyət sistemi daxilində
olduğu üçün kiminsə zərərinə ola bilər. Məhz buna görə cəmiyyət
daxilində fəaliyyət cəmiyyət üzvlərinin zərərinə edilə bilməz. Burada
hər hərəkətin nəticələri nəzərə alınaraq edilir. Bu o demək deyildir ki,
cəmiyyət yeniliyi, səmərələşməni qəbul edə bilməz, çünki bu zaman
kiminsə, hansı firmanınsa mənafeyi pozular. Bu problem belə həll
olunur:
233
Hər yenilik: daha effektiv metod, qurğu, daha yaxşı təşkil sistemi,
sərbəst, mane olmadan daxil edilir. Lakin bu zaman köhnənin də
yeniləşməsi layihələndidirlir, onlara yeni imkanlar yaradılır - bu
hökmən vacib şərtdir. Hamının, hər fəaliyyət sahəsini birdən qəfildən
yeniləşməsi
mümkün
olmadığı
üçün
köhnə
ilə
yeninin
uyğunlaşdırılması əməliyyatı aparılır. Belə ki, köhnə qəfildən ləğv
edilmir - o da müəyyən yerdə, zamanda hələ lazımdır. Nəticədə
köhnəliyi (quruluşu, metodu, üsulu, ideyanı, qurğuu) daşıyan,
müdafiə edən insanlar yeni ilə mübarizə etmir. Digər tərəfdən,
yeniliklər ediləndə bu elə layihələndirilir ki, daha böyük bir sahəni,
növləri, əlaqəli elementləri əhatə etsin. Bu arqumentlərə əsasən
Rasional cəmiyyətdə hər kəsin, hər kənd, şəhər və icmanın, biznesin
yeniləşmə, kamilləşmə hüququnu hamı qəbul edir, lakin heç bi icma,
təşkilat zorla yeniləşdirilmir. Rasional dövlət isə yeniliklərə əlavə idarə
və planlaşdırma təşkil etməklə, maliyyə ayırmaqla kömək edir.
Yeniləşmələri digər əlaqəli sahələrlə əlaqələndirir və onların da
yeniləşməsini təşkil edir. İnancların, mədəniyyətin, düşüncələrin
yeniləşməsinə tam imkan verir. Yeni ilə köhnənin zorakılıqla bir -
birinə mane olmasına imkan vermir. Yeni ideyalar yayanlara köhnə
inancları müdafiə edənlər mane ola bilməz. Qanun heç birinə üstün
hüquqlar verə bilməz. Insanlara tam sərbəstlik və bərabər imkanlar
verilir ki, öz ideya, fikirlərini yaysın, təbliq etsin. Xüsusilə, din
dövlətin və ya cəmiyyətin dini elan edilə bilməz, ideyaların
deyilməsinə qadağan qoyula bilməz. Digər tərəfdən dövlətin hər hansı
bir dini dövlət dini elan etmək səlahiyətləri yoxdur. Şübhəsiz, yeni
ideya köhnə ideyanın əksinədir və onun eyiblərini açır, cəmiyyətə daha
səmərəli yol göstərir, cəmiyyət üzvləri isə fərdi olaraq könüllü qəbul
edir, ya etmir.
Gələcəyə münasibət. Rasional cəmiyyət gələcəyi öyrənməklə,
alternativ gələcəkləri müəyyən etməklə və ümumi gələcək strategiyası
yaratmaqla idarə olunur. Bu hər bir fəaliyyət sahəsinə aiddir. Bu
strategiya cəmiyyətin sərbəst iştirakı ilə elmi institutlarda müəyyən
edilir.
Rasional cəmiyyət nəzəriyyəsi düzü səhvdən; yaxşını pisdən seçməyi
cəmiyyətin özünə tapşırır. Bütün qeyri - rasional cəmiyyətlərdə -
dövlətlərdə bu işi xüsusi seçilmiş adamlar edir, dini diktatura
dövlətlərində isə dini rəhbər edir.
Düz və səhv, yaxşı və pis həmişə eyni qalmadığına görə Rasional
cəmiyyətdə onu fasiləsiz və hər zaman və gələcək üçün yenidən
müəyyən edirlər. Burada bütün anlayışlar, bütün nemətlər-onların
keyfiyyət və əhəmiyyəti, yeni istifadə imkanları, bütün materiallar,
234
metodlar, analiz, istifadə, yaratma, qurma üsulları, təbiət və onun
dəyişilməsi fasiləsiz öyrənilir və bilik bankı yaradılır. Hamı oradan
istədiyi məsələ haqda tam və son biliyi əldə edə bilər.
Rasional cəmiyyət hökmən gələcək alternativləri – a) mümkün ,
b)ehtimal olunan gələcəyi bilməklə və c)arzu edilən gələcəyi qurmaqla
idarə olunur. Bunun üçün gələcək araşdırmaları vacib iş olaraq
planlaşdırılır və onun məsləhətləri istifadə ounur. Cəmiyyət gələcək
nəsillərin qayğısına qalır, elə məqsəd qoyur və elə işlər görür ki,
maddi, təbii ehtiyatları elə rasional istifadə edir ki, gələcək nəsillərə də
qalsın, zərər çəkməsin, daha yaxşı yaşasın.
Rasional Cəmiyyətdə titullar. Rasional cəmiyyətdə hörmət və
mənəviliyə, qabiliyyətlərə, biliyə görə titullar mövcuddur, ən yüksək
hörmətli titul Müəllimdir. Müəllim titulu o deməkdir ki, hər bu titulu
alan adam öz peşəsində kamilliyə çatmış və bunu başqasına öyrədə
biləcək həddə biliyə malikdir və öyrədə bilər. Bu titulu almaq üçün
rəsmi olaraq müəllim peşəsini institutda öyrənmək tələb olunmur. Bu
titulu almış adamlar hər yerdə müəllim işləyə bilərlər. Cəmiyyətdə
insanların sosial statusu, pillələr üzrə tutulan vəzifələrin biri digərindən
üstün deyil. Bu vəzifələr keçici və əbədi uzun müddətli deyil. Onlar
dövlətdə məsul icraçı, texniki mütəxəssis vəzifələridir və hamı üçün
açıqdır, ildə iki dəfə o qiymətləndirilir - məsuliyyəti müəyyən etməklə
və yenidən təyinat baş verir. Burada klanların, qrupların formalaşması
və həmişəlik ictimai postları tutması qeyri - mümkündür.
Cəmiyyətdə yalnız bir fərqlənmə - bilik, mənəvi davranış və
qabiliyətləri əks etdirən bilik , bacarıq əxlaqı birləşdirən titullar üzrə -
adlar verilir. Bu yenə də ictimai qərar qəbulu üsulu ilə baş verir. Belə
ki, bu keyfiyyətin dərəcələrinə görə uyğun gələnlər müəllim
kateqoriyası üzrə dərəcələr alırlar. Bu keyfiyyət dərəcələrinə hələ
cavab verməyənlər isə şagird və ya tələbə kateqoriyası üzrə dərəcələr
alırlar. Beləliklə, hər bir şəxs bu və ya digər titula malik olur. Bu
məsələ avtomatik, heç kimin şəxsi istəyi və ya mane olmasından asılı
olmadan edilir və hər kəsin həyat tarixi kitabçasında – elektron
faylında qeyd edilir. Bu ona səbəb olur ki insanlar bilik, bacarıq, əxlaqi
davranış uğrunda yarışmağa başlayırlar. Bu titullar əsas peşəsindən,
diplomundan asılı olmayaraq verilir.
Bu ada - müəllimlik, əxlaq qabiliyyət kriteriyalarına cavab verən
məktəblərdə universitetlərdə dərs deyən müəllimlər; bilik və
qabiliyyəti ilə ən gözəl insani keyfiyyətlərə malik və biliyini öyrədən
adamlar; şəxsi həyatı ilə tərbiyə və əxlaq nümunəsi olan digər peşə
sahibləri cəmiyyətin qiymətləndirməsi ilə layiq görülür. Müəllimlər də
kateqoriyaya bölünür. Bu titulları konkret icma iddiaçının öz təklifi
235
əsasında və ya avtomatik seçim vasitəsilə qərar qəbulu sistemi verir.
Bunlar:
1.
Bəşəriyyətin müəllimi
2.
İnsanlığın müəllimi
3.
Müəllimlər müəllimi
4.
Elm müəllimi
5.
Şagirdlərin müəllimi
6.
Yaradıcılıq müəllimi
7.
İdarəetmə ( iqtisadiyyat , biznes, sosial) müəllimi
8.
Sənətkarlıq müəllimi
9.
İncəsənət-( rəsm , şəkil, teatr, musiqi, heykəltəraşlıq ) müəllimi
10.
Yaşlı və qocalar müəllimi
Rasional cəmiyyətdə bu titulları aid icma verir, rəsmi dövlətin
verdiyi diplomlardan fərqli olaraq. Əgər müəllim ixtisası almış adam
müəllimlik etdikdə əxlaqı hər hansı bir şəkildə pozarsa və ya onun
səlahiyyəti olan hər hansı bir suala cavab verə bilməzsə və ya onun
cavabını öyrənməklə tapa bilməzsə o müəllim hesab olunmur,
rasional icma ona belə titul vermir.
Rasional Cəmiyyət (RC) icmasının başqa ideya , düşüncə fikir
sahiblərinə münasibəti.
Rasional cəmiyyət icma üzvü və baxışların müdafiəçisi digər baxışlara
inanan adamlara , digər icma üzvlərinə adi dünya vətəndaşı kimi eyni
insan münasibəti saxlayır və tamamilə digər adamın nə düşünməsi;
nəyi düz, nəyi səhv hesab etməsi; Allaha və ya hansı peyğəmbərə
inanması və inanmaması onun münasibətinə dəxli yoxdur. Burada
adamların əməllərinin və ümumbəşəri əxlaqa əməl etməsinin
əhəmiyyəti var. Əgər əksinə dəlillər yoxdursa, hamı hörmətli,
ləyaqətli, etibarlı insan hesab olunur. Hətta səhv edənlərə də insan kimi
baxılır, səhvin başa düşülməsi və düzəldilməsi daha əhəmiyyətli hesab
edilir.
Belə ki, icma üzvü və icma istəməzdi ki, onun yaşama hüquqlarını
pozsunlar, onu səhv idarə etsinlər, onun həyatı üçün səhv qanunlar
yazıb, onu səhv qanunlarla yaşamağa məcbur etsinlər. İcma və hər bir
insan istəyir ki, özü, öz təşkili, həyat və inkişaf qanunlarını kollektiv
şəkildə yazsın və özü idarə etsin. Rasional icma və ya belə icmanın
üzvü başqa adamlara öz fikirlərini zorla qəbul etdirmək məqsədi
yoxdur. Hər insan könüllü rasional baxışları qəbul edə və ya imtina edə
bilər. Başqa insanlarla əməkdaşlıq, yalnız əməl birliyində ola bilər.
Burada bəşəri əxlaqı şəxsən pozan, zorakı yolla başqalarının
torpaqlarını tutan və tutmağa həvəsləndirən, zorakılıqla insanlara
236
hansısa şəxsi fikirlərini qəbul etdirən, əməli və sözü uyğun gəlməyən
şəxsiyyətlər, müqəddəslər etalon, nümunə, oxşamaq üçün qəbul
olunmur. Belə adamlardan və səhv, sübutsuz ideyalardan insanlar
özlərini bütün bacardığı üsulla qorumalıdır. İnsanların müxtəlif fikir,
ideyalara inanmağı təbii qəbul edilir. Hər adama həqiqəti öz ağlı,
təcrübəsi ilə tapmağı və istədiyi fikrə inanmağı məsləhət görülür.
Rasional düşüncə tələb edir ki, insan hər eşitdiyinə və gördüyünə
şübhə etsin, yalnız onların doğruluğunu özü sübutlar yolu ilə dərk
edəndən sonra həmin bilikləri, ideyaları, gerçəkliyi qəbul etsin. Əks
halda ideya fanatikləri və dələduzlar onun bilməməyindən istifadə edib
onu qorxudaraq, səhv ideyalara inanmağa məcbur edərlər, sonra isə
onun davranışını idarə edərək onu qula çevirərlər.
RC nəzəriyyəsi həqiqəti tapmağın spesifik yolunu, rasional fəlsəfi
dünyagörüşü , fikir söyləmək və müzakirə, qərar qəbul etmə
prosedurlarını və meyarlarını təklif edir. RC fəlsəfi dünyagörüşü
dünyanın və şeylərin quruluşu və dəyişməsi qanunauyğunluqlarını
aşkar edir və hadisələri, şeyləri başa düşmək üçün sistemik yanaşma
metodunu, səbəbiyyət prinsipini qəbul edir.
Bu yol ilə hər məsələ birlikdə iştirakla tez həll olunur və nayrazılıq
qalmır, ədalət bərqərar olur.Təbiəti öyrənməkdə , elmdə isə
səmərələşdirilmış dərk etmə və yaradıcılıq metodlarını və yaratmış
olduğu qərar qəbulu, düşünmək, analiz metodunu, şeylərin quruluşu
təlimini təklif edir.
RC-də hesab olunur ki, əgər nəzəriyyə, ideya, inam və ya ictimai
quruluş yarandıqdan sonra bəzi adamların ondan istifadə edərək
insanlara zülm etməsinə sui-istifadə edib özünün varlanmasına,
başqlarını öldürməyə, zorakiliqa səbəb olursa, ona düzgün və tam
nəzəriyyə demək olmaz. Yaranan ictimai nəzəriyyə ondan sui -
istifadələrin də qarşısını alan konstruksiyaya malik olmalıdır. Başqa
sözlə, nəzəriyyə onun pozula bilməsini, ondan sui - istifadə halları və
nəticələrini əvvəldən aşkar etməlidir. Kim varis ola bilər və ya
gələcəkdə nəzəriyyə necə inkişaf etdirilə bilər? sualına cavab
verilməlidir. Əks halda, məlumdur ki, dələduz və şöhrətpərəstlər
özlərini varis elan edə, ictimai quruluşu hər cürə öz xeyirlərinə dəyişə
bilərlər. Həyat belə faktlarla doludur, həm sosializm nəzəriyyəsi, həm
azad bazar nəzəriyyəsi, həm bəzi dini inamlar sonrakı varislər
tərəfindən zülm və istismar alətinə çevrilmiş, bəzi konstitusiyalar bir
dələduzun hakimiyyətə gəlməsi naminə dəyişdirilmişdir və onun
hakimiyəti üçün yazılmışdır.
Rasional cəmiyyət sistemi sahibkarın əleyhinə deyil; o, yalnız
sahibkarın əməyi ədalətli və layiqi qiymətləndirməsi və əməyə görə
237
haqq verməsini və özü də ümumi gəlirdən eyni prinsiplə xeyir
almasını, xalis gəliri isə şəxsi və ictimai mənafeləri bərabər güdməklə
bölməsini tələb edir.
Rasional cəmiyyətin ətraf təbii mühitə münasibəti
Hesab edilir ki, təbii mühit insanın həyatına, dincəlməyinə, bədii
zövq almağına xidmət etməlidir. Cəmiyyət ətraf mühitin qorunması və
daha da yaxşılaşdırılması qayğısına qalmalı, onun verəcəyi faydaları
artırmalıdır. Hesab edilir ki, mühit bir nəfərin və ya seçilmışlərin deyil
hamının mülkiyyətidir. Hamının ondan bərabər fayda alması hüququ
var. Başqa sözlə, mühitin suyu, torpağı, havası, təbii sərvətləri hər
hansı bir şəxsin və ya sahibkarın deyil, o ərazidə yaşayanların bərabər
faydasına sərf edilməlidir.. Bu prinsip məhz dövlətin və ya sahibkarın
mühitin sərvətlərinə təkbaşına sahib çıxmasına və varlanmasına və öz
xeyrinə istifadə edilməsinə qadağa qoyur. Və mühitdən əldə edilən
faydanın həmin mühitdə yaşayanlara bərabər bölməni tələb edir. Hər
insan ölkə ərazisində istifadəyə yararlı torpaqlardan bir adama düşən
paydan artıq torpağa malik ola bilməz və onu sata bilməz, gələcək
varisinə verə bilər.
Rasional cəmiyyət vacib mənəvi şərt kimi tələb edir ki, mühit və
onun nemətləri bütün cəmiyyətin olduğu üçün onun xeyri təkcə ayr -
ayrı adamlara və xüsusi qruplara verilə bilməz- bu xeyir hər adama
bərabər çatmalıdır. Bu nemətlər dövlətin cəmiyyəti və şəxsləri
istismar etməsinə, səhv idarəsinin zərərli nəticələrini ödəməyə,
dövlətin səhv bölgü aparmağına ixtiyar vermir. Bu səbəbə görə də
dövlət tərəfindən və ya təbiəti istismar edənlər tərəfindən heç bir insan
pis həyat səviyyəsində, müalicəsiz, təhsilsiz, qidasız, evsiz, işsiz
qoyula bilməz. Belə hərəkət insana qarşı ən ağır cinayət hesab olunur.
Məlumdur ki, kapitalist dövləti bu ədalətin əleyhinədir və qeyri --
bərabərliyin, sərbəst istismarın tərəfdarıdır və insanların hamısının
normal yaşaması qayğısına qalmır, seçilmişlər qrupundan başqa.
Dostları ilə paylaş: |