Ali ölkə səviyyəsində ümumi məsələlər və insana xidmət bölməsi
üzrə qanun və strateji qərarlar hazirlanması və qəbulunun tipik
nümunəsi
Bu funksiyanı icra etmək üçün İnstitut formasında maddi baza
təşkil edilir, belə ki, burada istənilən adamın oturub tam təchiz edilmiş
iş postunda işləməsinə imkan verilir. Həm qanun hazırlanmasında həm
də ali ölkə miqyasında rəhbər edici qərar hazırlanması və qəbulu üçün.
Xüsusi olaraq iki tip institut təşikil edilir.1) Qərar qəbulu İnstitutu və
2) Qanun qəbulu institutu. Prosesi 10-20 nəfərlik texniki elmi qrup
idarə edir. Burada həmişə oturub işləyən texniki təşkilatçı qrup
konkurs ilə təyin edilir ki, onların vəzifəsi:
- tipik məsələlərin həlli üçün proses formaları – blanklar hazırlamaq,
giriş məlumatları , şərtləri formalara daxil etmək və elektron-internet
sisteminə yerləşdirmək. Proses başa çatandan sonra qəbul olunmuş
qanun /qərarı lazımi registrə yerləşdirir, nəşrə verirlər;
- iştirak etmək istəyənlər üçün toplantı (lazımsa)vaxtını elan etmək
,dəvət etmək, təşkil etmək
- elektron sistemə xidmət etmək, proses haqda iştirakçılar tələb
etdikdə kağızda məlumat vermək , izahat vermək və təklifləri qəbul
edib sistemə daxil etmək;
- avtomatik qərar qəbulu sistemi yaratmaq, tədqiqat aparmaq;
Bununla onların vəzifəsi bitir. Bütün prosesdə isə arzu edən
iştirakçılar bərabər hüquqla iştirak edir, son nəticə əldə edilənədək.
Dikussiya toplantısına gələnlər : 1) şifahi tanışlıq, sual - cavab
mərhələsindən sonra 2) fikir və təklifini yazılı proses blankına
doldurmaqla bildirirlər. Şifahi qəbul olunmur. Burada kifayət qədər
avadanlıqla, komputerlə, məlumatlarla təchiz edilmiş is postları
yerləşir. İstənilən halda əvvəl kodlaşdırma, elektron prosedura blankı
hazırlanır. Proses mərhələlərə bölünür A, B, C,.D, E .
187
A-mərhələsi. – problemin - məsələnin - ehtiyacın aşkar edilməsi,
formulə edilməsi və həll olunmaq üçün qəbul edilməsi mərhələsi.
Bunun özü avtonom prosesdən təşkil olunur.
B mərhələsi. Bu prosesdə A prosesesində tapılmış prioritet məsələnin
həlli prosesidir və bütün həll versiyaları toplanır. Problemin -
məsələnin kriteriyalara uyğunluğu və həllin şərtlərinin ödənməsinin
müəyyən edilməsi - məsələyə baxılma mərhələsi. Bir bütün məsələ
sadə məsələlərə bölünür, hər biri ayrıca həll edilərək ümumi məsələnin
həlli asan tapılır və yaxud ümumi həll tapılaraq hissələrin həlli
axtarılır.
C mərhələsi - Son həllin məzmunun və rəqəmlərlə formalaşdırılması
və icrası tədbirlərinin təsviri. Sonra D mərhələsi başlayır.
D mərhələsi - İctimai nəzarət və etirazlar, tənqid mərhələsi . Bunu
istənilən adam və ya maraqlı şəxs eyni bir proses blankında uyğun
bəndləri doldurur. Əgər bu hissə doldurulursa, proses blankının ABC
hissəsi avtomatik olaraq aktivləşdirilir və proses yenidən ABC
mərhələsinə qayıdır və yenidən etirazlarla kriteriyalar –şərtlər
uyğunluğu yoxlanılır və düzəlişlər - qərarın yeni variantı daxil edilir və
ya lazım deyilsə edilmir. Nəzarət, etirazlar üçün qoyulmuş müəyyən
müddətdən sonra iştirakçıların göndərdiyi versiyalar müqayisə,
tutuşdurulma əməliyyatına məruz qoyulur və tam uyğunluq varsa
proses E mərhələsinə ötürülür. Pozğuntu varsa yenidən B, C
mərhələsinə gedir.
E mərhələsi- qərarın son formulunun təsvirinin elan edilməsi icraya
göndərilməsi və bu haqda lazımı qeydlərin müxtəlif sosial registrlərə
daxil edilməsi maraqlı tərəfin nəzərinə çatdırılması və arxivə
yerləşdirilməsi-göndərilməsi.
Hər bir proses daha geniş alt mərhələlərə- müstəqil qərar qəbul etmə
formasında bölünə bilər. Məsələn:
A - prosesi. Uzun müddətli perspektiv strateji məsələlərin-problemin
aşkarlanması:
Mərhələ 1. Tədqiqat- ilk məlumatların toplanması, sorğuların, rəylərin
toplanması təkliflərin qəbulu, qanuni bazanın, prinsip və prioritetlərin
seçilməsi və sintez prosesi
Mərhələ 2. Problemlərin formulə edilməsi və strateji planın layihəsinin
tərtibi və müzakirə üçün elan edilməsi.
Mərhələ 3. Tanışlıq və öyrənilmə, ekspert analizi, tənqidi rəylərin, əks
ideyaların irəli sürülməsi
Mərhələ 4. Yenidən planın düzəlişlər edilərək kriteriyalara
uyğunluğunu sübut edən son formada elan edilməsi. Burada düzünü
188
sübut edən dəlillər bir sırada , əksini sübut edən dəlillər digər sırada
yan - yana qeyd olunur.
Mərhələ 5. Son versiyanın formulə edilməsi və elan edilməsi. A
prosesinin bitməsi.
Bu səs vermə ilə olmur
Hər hansı bir məsələ tam son formulası əgər lehinə sübut
rəqəmlərlə və bütün elmin üsulları ilə hesablama ilə və s. faktlarla
sübutunu tapırsa, bu qəbul edilmiş sayılır. Əgər Əleyhinə sübutlar
həqiqi olaraq sübut verirsə, onda həmin məsələ qəbul olunmur. O
zamana kimi proses davam etdirilir ki, yeni formula tapılsın və tam
sübut olunsun. Sübut üçün hesablamalar, prioritetlər və kriteriyalar,
müqayisə , elmi nəzəriyyələr, qanunlar xüsusi tədqiqatlar istifadə
edilir.
Bu son mərhələdə tapılmış formulə edilmiş strateji plan və ya problem
qəbul edilmiş sayılır və qövlət planı kimi sonrakı B , C, D, E prosesinə
verilir.
İctimai qanun və ya qərar hazırlanmasında əsas prinsip ilk
kriteriyaların tam verilməsidir, bu İCAZƏLƏR- nəyin edilə biləcəyi
və
MƏHDUDİYYƏTLƏR-nəyin edilə bilməyəcəyi şərtlərinin
siyahısıdır. Habelə ilkin olaraq nə dəyişilə bilməz və nələr dəyişilə
bilər şərtləri irəli sürülür. Həll tapılmasa, dəyişməz şərtləri bir - bir
dəyişməklə həll axtarılır. Bu halda dəyişməz şərt dəyişdirildikdə bu
normanın rasionallıq məsələsi daha ümumi ölkə üzrə yenidən
araşdırılma və həll olunmağa daxil edilir. Burada əxlaq, bərabərlik,
ədalət prinsipləri, rasionallıq kriteriyaları, fiziki parametrlərin hədləri,
ərazisi, tədbirlərin hədləri , iqtisadi rasionallıq, elmi texniki rasionallıq
humanism və s. əks olunur.. Bir çox hallar üçün tipik avtomatik qərar
qəbulu sistemi yaradılır ki, ilkin faktlar, sorğular, şərtlər daxil edilən
kimi qərar avtomatik tapılır. Eynilə, qanunlar da belə hazırlana bilər.
Tək və şəxsi məsələlər üzrə qərar qəbulu:
Ərizə - həlletmə - qərar-nəzarət forması. Bu 5 qrup - A,B,C, D ,E
əməliyyat formasından ibarət olaraq bir vahid prosesdə birləşdirilir.
A- giriş: təklif - xahiş və ya ali sərəncam təklifində müəyyən həllin
tapılması üçün təsviri məlumatları.
B - təklifin-xahişin kriteriyalara uyğunluğu və həllin şərtlərinin
ödənməsinin müəyyən edilməsi - qərara baxılma mərhələsi.
C - Son həllin məzmunun və rəqəmlərlə formalaşdırılması və icrası
tədbirlərinin təsviri.; təklifin, xahişin rədd edilməsi-imtina. Bu halda
189
rədd etmənin əsas sübutları uyğun pəncərələrdə – kağızda qeyd edilir.
Sonra E mərhələsi başlayır.
D - İctimai nəzarət və etirazlar, tənqid mərhələsi . Bunu istənilən adam
və ya maraqlı şəxs eyni bir proses blankında uyğun bəndləri doldurur.
Əgər bu hissə doldurulursa, proses blankının ABC hissəsi avtomatik
olaraq aktivləşdirilir və proses yenidən C mərhələsinə qayıdır və
yenidən etirazlarla kriteriyalar –şərtlər uyğunluğu yoxlanılır və
düzəlişlər - qərarın yeni variantı daxil edilir və ya lazım deyilsə,
edilmir. Və sonra E mərhələsinə verilir. Nəzarət, etirazlar üçün
qoyulmuş müəyyən müddətdən sonra iştirakçıların göndərdiyi
versiyalar müqayisə - tutuşdurulma əməliyyatına məruz qoyulur və
tam uyğunluq varsa, proses E mərhələsinə ötürülür. Və yaxud
pozğuntu varsa, yenidən B, C mərhələsinə gedir.
E - qərarın icra edilməsi və bu haqda lazımı qeydlərin müxtəlif sosial
registrlərdə daxil edilməsi, maraqlı tərəfin nəzərinə çatdırılması
(kağızda surətin verilməsi) və arxivə yerləşdirilməsi-göndərilməsi.
Bütün şəxsi məsələ üzrə qərarlar yaradıldıqda, eynilə, qərar qəbulu
prosedurları tətbiq olunur. Bu zaman məsələyə uyğun standart və
optimal prosedurlar, kriteriyalardan istifadə edilir. Xüsulilə,
bərabərliyi təmin edən şərtlərin, insana eyni mövqedən yanaşma,
əvvəlki məsələlərlə bu irəli sürülən məsələnin oxşarlığı və eyni oxşar
qərarın verilməsi; diskriminasiyanın olmamasını təmin edən şərtlər və
ölçmə kriteriyaları istifadə edilir. (məsələ növləri üzrə bütün şərtlər və
kriteriyalar əvvəldən seçilmiş və qəbul edilmiş olur)
Qeyd: İnsanların QQS –də iştirakını asanlaşdırmaq üçün hər yerli
(orta) və ali qanun ya qərar hazırlanması institutunda və ya ictimai
xüsusi iştiraka kömək qrupları-məsləhət xidmətləri təşkil edilir ki,
bunlar adamların fikirlərini formulə etməyə, proses blankını
doldurmağa – yəni təklif vermək, etiraz etmək, məlumat vermək, rəy
vermək məsələlərinin həllinə kömək edirlər.
İctimai qərar və qanun qəbulunun prosedurları
Bütün qanun və qərar hazırlanmasına başlamaq üçün əvvəl
məsləhət görülür ki, iştirakçılar hamısı birlikdə və ya kiçik
qruplarla göstərilən prosedurlara uyğun olaraq xeyli müzakirələr
etsinlər. Fikirlərini yetişdirsinlər, lehinə və əleyhinə arqumentləri
aşkar edib öyrənsinlər. Bundan sonra qanun və qərar qəbulu
prosesinə başlasınlar. Müzakirələri institutlarda, mədəniyət
190
evlərində, kitabxanalarda, ictimai salonlarda, TV -də, mətbuatda
aparsınlar.
Hər bir iştirakçı aşağıdakı tələbləri öyrənir və özünün hazır
olmasını hesab edəndən sonra iştirak edir. Belə ki, hər bir maşının
operatoru, sürücüsü kimi insan lazımı qaydaları, fikrin düzgün
ifadə qaydalarını biləndən, düz anlayandan sonra o müzakirəyə
qoşula bilər. Bu haqda kurslar da yaradıla bilər. İştirakçılar
qruplaşaraq (bu daha çox məsləhətdir) və ya tək-tək iştirak edə
bilərlər və öz son təkliflərini QQS-yə göndərə bilərlər. Son qərar
tam razılıq əldə edilənədək və iştirakın etik tələblərinə və iştirak
prosedurlarına - qaydalarına və qərarın keyfiyyət və rasionallıq
kriteriyalarına, habelə əxlaqi etik kriteriyalara uyğun olaraq
müzakirədən keçir.
Etik tələblər Zərdüştün düz fikirləşmək, düz düşünmək, düz əməli
nəzərdə tutmaq, düz məqsədi güdmək prinsipləri əsasında, habelə
rasionallıq, humanistlik prinsipləri əsasında hazırlanmışdır.
İ. Qanun və idarə qərarı hazırlanmasında iştirak etikası normaları və
təkliflərə keyfiyyət tələbləri.
Müzakirənin məqsədi müxtəlif adamların razılığa gələrək məsələ
barədə razılaşmış qərarı tapmaqdır
Bütün mümkün təkliflər kateqoriyalara, siniflərə bölünməklə iki
qrupa bölünür - mövcud baxışlar, əxlaq normaları çərçivəsində həll
edilə bilən və yeni baxış tələb edən. Təkliflər verilərkən əgər onun
həlli mövcud dünyabaxışlar və ya pinsiplərlə həll edilə bilinməzsə,
onda əvvəl yeni dünyabaxış formulə edilir və təklif edilir . Təkliflər
üçün onların növünə görə tipik təklif blankları hazılanır ki, səhv
anlama olmasın və arzu edən adam zəruri tələblərə cavab verməyi
yaddan çıxarmasın.
1. Təklifin kateqoriyalara və növlərə düzgün klassifikasiya edilməsi və
kodlaşdırılması.
Təkliflər icma /dövlət ümumi məsələlər və inkişaf sahələri üzrə
anonim olaraq kodlaşdırılaraq verilir. İdeya və təkliflər klassifikasiya
prinsipinə görə ümumi baxışlar, həyat tərzi , mədəniyyətin
dəyişdirilməsi, əxlaq prinsipləri, konstitusiya , perspektiv məsələlər,
strateji təkiliflər, qanunlar, spesifik layihələr icmanın – dövlətin cari
191
və perspektiv missiyası, problemin qanunlar altında həlləri,
qonşularla- digər cəmiyyət - dövlətlərlə münasibətlər, təbiət, təhsil,
səhiyyə və s sahələr üzrə kateqoriya və qruplar üzrə müəyyənləşdirilir,
kodlaşdırılır və təklif edilir. Təklif hər sahə üzrə əvvəldən hazırlanmış
blank formalarında verilir, komputer failı kimi, yaxud kağızda. Kicik
yerli icmalarda isə təklif açıq, müəllif göstərilməklə verilə bilər.
2. Biliklər bazasının yaradılması. Elm, texnika, hüququn, fəlsəfə,
iqtisadi, sosial , bioloji həyat, tibb təbiət qanunları və biliklərinin
dünya və ölkə icma inkişafını əks etdirən məlumatlar, tədqiqat
əsərlərinin elektron bazası yaradılır. Və hər iştirakçı onlara yerini
dəqiq göstərməklə istinad edir.
3. İştirakçılar bərabər iştiraketmə şərti daxilində iştirak edirlər. Bu:
- t exniki imkanın bərabərliyi. Lazımı şəraitin olması, yəni əsas
ehtiyacları ödənməsi , məlumat və texniki əlaqə imkanı , lazımı
savadlılığa, anlamağa və bacarıqlara malik olması , əmələ gələn
məsuliyyəti öhdəsinə götürməyi elan etmək, xüsusilə
- i ştirak ilə nə gözlədiyini bilmək-özünün iştirak etikası ilə tanış
olmağını və prosedurlarla nə gözlədiyini anlamaq
- z əruri kompetentliyin əldə edilməsi - tələb olunan bilik və
bacarıqlara malik olmaq , başqaların təklif və arqumentlərini (dil, etik,
ekoloji, siyasi, ünsiyyət komputer savadlılığı və s. ) başa düşmək və
cavab vermək qabiliyyəti
- f ormal bərabərlik. Hər bir iştirakçı prosesin hər bir –mərhəlsində
bərabər müzakirə gücünə malikdir.
- x üsusi gündəlik tətbiq olunmur. Istənilən məsələ haqda təklif
hazırlanıb verilə bilər; lehinə –əleyhinə arqumentlər təqdim edə; hər
hansı bir hökmü şübhə altına sala, öz mövqeyini, ehtiyaclarını,
nayrahatçılığını bildirə bilər (Əgər qərar səsvermə ilə qəbul olunsa,
onda hər adamın bərabər güclü səs hüququ qəbul edilir )
- s tatusun bərabərliyi . Hər bir iştirakçıya həqiqətən, bərabər baxılır -
onun gücünün və iqtisadi və siyasi statusunuin üstünlüyü və zəyifliyi
nəzərə alınmır. İnsanın kasıb ya varlı olmasına baxmayaraq
avtonomluq prinsipinə uyğun olaraq ona bərabər statuslu və ləyaqətli
baxılır.
4. Eyni terminlərdən istifadə. İdeya, baxış, fikir, irəli sürülərkən və
müzakirə zamanı eyni terminlərdən istifadə edilməlidir.
5 . Prioritetlərə məsələ həlli və icrasında üstünlük veilməlidir:
- konstitusiyaya uyğunluq yerli qayda və sərəncamlardan üstündür,
-
strategiyalara, perspektiv planlara uyğunluq,
192
-
daha çox əziyyət çəkən insana üstünlük, daha çox zərərli, təhlükəli
məsələyə üstünlük,
-
prioritetlərə üstünlük başqa məsələlərin təklifinə və həllinə,
yaxşılaşmasına mane olmamalıdır, hansı ki onların da yaşamaq,
inkişaf haqları başqalarından az deyil.
6. Təklifin verilməsi səbəbləri. Təkliflər ağılabatan olmalı, səbəblərlə
əsaslandırılmalıdır. Təklifin, qərarın və ya qiymətin verilməsi üçün
səbəblər, ehtiyaclar, əsas prinsiplər , qanunlar göstərilməlidir.
-
iştirakçı təklif verəndə, qəbul edəndə, rədd edəndə onun
səbəblərini yazılı bildirməlidir,
-
təkliflər zərərlərə yol verməmlidir: ekoloji dağıntı, genosid, əzab
verilməsi , özbaşına həbs və tutub-saxlama, yaşama vasitələrindən ,
işdən mərhum olunma,
- əvvəl və sonra deyilən arqumentlər, habelə bir məsələdə yaxşı və
vacib qiymətləndirilən arqument digər məsələdə əhəmiyyətsiz kimi
qiymətləndirilə və ziddiyətli ola bilməz,
- şeylərə qiymət verdikdə, mülahizə yürütdükdə hər məsələnin aid
olduğu eyni dəyərlərdən istifadə edilməlidir ,
- hər eyni şey eyni meyarla - kriteriyalarla ölçülməlidir,
təklif, etiraz verdikdə məlumat mənbələri göstərilir, əlavə olunur.
7. Təklifin məqsədi . Nəyin istənildiyi və ya qəbul edilməsi, nəyin
əldə edilməsi, nəyin təklif edilməsi çox aydın formulə edilməli və
göstərilməlidir.
8. Hamıya, hər hadisəyə eyni mövqedən baxış və qiymət. Əgər belə
mövqe , dünyagörüş yoxsa, əvvəl eyni mövqe- baxış formalaşdırılır,
təklif edilir, müzakirə olunur və qəbul edilir.
9. Rasionallıq. Təklif , qərar rasional olmalıdır. Əgər ictimaiyyətin
mənafeyinə toxunursa, ictimai rasional olmalıdır və onun mənafeyinə
əks olmamalıdır.
10. Humanizmə uyğunluq. Təklif bərabər humanistlik prinsipinə uyğun
olmalıdır. Humanizm ehtiyacı çoxluq içərisində seçilmiş təklər üçün
ola bilməz - bərabərlik prinsipi pozular. Ona görə, bütün başqa belə
səviyyədə ehtiyacı olan insanlara da eyni humanizm və ya belə imkan
olmadıqda digər növ kömək, kompensasiya edilməlidir.
11. Kifayət qədər sübutların olması. Fikir və təkliflər zəruri və
kifayət qədər sübutla əsaslandırılmalıdır.
12. Təkliflər əxlaq normalarına uyğun olmalıdır. Əgər təklif qanuna və
əxlaqa uyğun deyilsə, əvvəl qanunun və əxlaq normasının
dəyişdirilməsi haqda təklif verilməlidir.
13. Təklif məqsədin əldə edilməsi üçün onun həlli yolunu təsvir
etməlidir .
193
14. Reallıq, həqiqət. Baxışlar, fikirlər ancaq reallığı əks etdirməlidir.
15. Sübutlaın tamlığı. Arqumentlər həm lehinə, həm də əleyhinə olaraq
tam olmalıdır
16. Qərarın, təklifin məsələni həll edə bilmək qabiliyyəti olmalıdır
17. Ümumi məsələlər barədə təkliflər ümumi mənafeyə uyğun olmalıdır
Əvvəlcə iştirakçlar razılaşaraq bunun siyahısını tuturlar:
- mədəni məhdudiyyətləri ötüb keçən və gələcək nəsillərin qəbul edə
biləcəyi təklif,
- təhlükə yaradan ümumi problemlər,
- ümumi əməkdaşlıq tələb edən məsələlər,
- arqumentlərin ümumi –hamı üçün həqiqiliyi. Burada arqumentlər
ümumi mənafe strategiyalarını müdafiə etməlidir
18. Başqalarına zərər vurmamaq. Təkliflər başqa insanların,
qonşuların mənafelərini pozmamalıdır və bərabərlik prinsipinə uyğun
olmalıdır.
19. Mənafelərin bərabərliyi. Ideyada bütün millətlər, etnik qruplar və
hər insanın mənafeyi bərabər qorunmalıdır və ya təmin edilməlidir
20. Başqalarını ittiham etmək şərti. Başqalarına ittiham etdikdə əvvəl
özünün düz olmasınını sübut etdikdə və ya həmin ittiham hərəkətini
özü də etdiyini boynuna aldıqda təklifi vermək səlahiyyəti var və bu
təkilfdə özünü də göstərməlidir. Qərar isə ona da aid olmalıdır.
21. Səmimilik - Qərəzsizlik . Təkliflər indiki nəslə gələcək nəsil
üzərində üstünlük və ya bir qrup və ya şəxsin digər əhali üzərində və
ya yaşlıların cavanlar, uşaqlar üzərində, qadınlaın kişilər üzərində,
habelə əksinə, üstün maddi rifahına xidmət edə bilməz. İştirakçı özü
inandığı məsələdən danışmalıdır; lazım gəlsə tənqidə cavab verməli,
yoxlanan rəqəmlər, sübutlar təqdim etməlidir, real olaraq həyata
keçiriləcək məsələ müzakirə edilməlidir.
22 . Ədalətə uyğunluq- təkliflər istisna olaraq və ya əlavə üstün xeyir
vermə olmadan və üstün rollar, hakim şəxslər-vəzifəlilər, idarə və
təşkilatlar, mədəniyyətlər, birliklər, ənənə və şəxslər ilə əlaqəsi
olmadan verilməlidir.
23. Özünə aid etmək. Təklif verən dediyi təklifi özünə aid olsa, qəbul
etməyə razıdırsa, onda o təklifi verə bilər. Təklif verənlər özlərini
nəticədə daha pis vəziyyətə düşən adamların yerində
olmaqa
hazır
olmalıdırlar.
- əsaslandırılmalıdır ki, təklif hansı nəticələr verəcək və bu qəbul
edilirmi?
24 . Aşkar deyilə bilən olması. Təklif, fikir əvvəlcə 3 dəfə kiçik 2-3
adamlıq qruplarda müzakirə olunaraq diqqətlə yoxlanaraq,
əsaslandırılaraq icma toplantısında elan olunur. Ümumi məsələyə
194
aiddirsə, yalnız bu mərhələdən sonra ümumi məsələlər üzrə qanun və
qərar hazırlanması instituna göndərilir. İnsanların təkbaşına da təklif
vermə səlahiyyətləri var.
25. Səhvin düzəldilməsi. İdeya təklif verən səhv etdiyini aşkar etdikdə
ideyasını geri götürməli və ya dəyişməlidir.
26. Razılaşma prinsipi. Elə təklif verilməlidir ki, hamı Konsensusa–
razılaşmaya gələ bilsin;
- bəzilərinin deyil, hər bir adamın xoşbəxtliyi məqsəddir;.
-
məqsəd hər bir şəxsin və gələcək nəslin dayanıqlı və qarşılıqlı
mənafelərinin təminidir;.
- müzakirəçilər bütün baxışları və arqumentləri aşkar edərək ən güclü
arqumentlər tapmağa çalışmalı və qərar layihəsini razılaşdırmalıdırlar
və onu müxtəlif hücumlardan, səhv fikirlərdən, lobbilərdən, güclü
qruplardan, rüşvət cəhdlərindən qorumalıdırlar.
- müzakirəçi müstəqil mülahizə söyləməli, fikrini azad ifadə etməlidir
27. Qeyri – dominantlıq, yəni iştirakçı başqalarının təzyiqi və ya
üstünlüyü olmadan iştirak etməyə qabil olmalıdır
- məhdudlaşdırılmayan, maneə qoyulmayan müzakirə.
- hər bir məsələ müzakirə oluna bilər,
- şagirdlər 12 yaşından sonra müzakirələrdə təklif verə, tənqidi fikir
deyə, etiraz edə bilər
- müzakirə iştirakçısı müstəqil adam kimi iştirak etməlidir.
28 . Qanun yaratmaq üçün təklif verdikdə təklif konstitusiyaya uyğun
olmalı və digər qanunların dəyişilməsini də nəzərə almalıdır . Qərar
üçün təklif verdikdə isə həm konstitusiya həm də qanunlara uyğun
olmalıdır. Konstitusiyaya dəyişilik ümumi əxlaq və mədəni dəyərlərə
uyğun olmalıdır.
29. Şeylərin, hərəkətlərin sərhədlərindən kənara çıxılmaması tələb
olunur.
30 . Qanun və idarə qərarı hazırlanmasında bütün arzu edənlərin
iştirak imkanı olmalıdır.
Dostları ilə paylaş: |