MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


Milyoner və milyarderlər üçün yeni  təkliflər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

 
Milyoner və milyarderlər üçün yeni  təkliflər       
Bu problemi həll etmək üçün bu variantlar təklif olunur. Böyük varlılar 
öz yaşamaq ehtiyaclarını ödəyəndən sonra artıq pullarını:  
a) yenə cəmiyyətin inkişafına, həyatın yaxşılaşdırılmasına sərf etsinlər 
və  bu  işin  idarəsini  dövlətin  elmi  institutlarının  məsləhətindən  pulsuz 
istifadə etməklə özləri aparsınlar.  

 
176 
b)  kiçik dövlətləri, böyük regionları, şəhər və kəndləri  idarəyə qəbul 
edib öz pulları ilə, kapitala 0.3 -1%  gəlir almaqla oranı idarə etsinlər 
və  orada  yaşayan  əhalinin  bütün  problemlərini  həll  etsinlər;  orada 
yaşayan  əhali  razı  olsa,  mühüm  bərabərlik,  ədalət  prinsiplərini 
pozmadan öz qaydalarını tətbiq etsinlər.  
c) Dövlətdən ona (xüsusi inkişaf fonduna) verdikləri pula (milyondan 
artıq) mütənasib olaraq bank kartları alsınlar, ildə dəqiq istifadə edilən 
məbləq  göstərilməklə.  Bundan  əlavə  dövlət  onlara  və  onların  ailə 
üzvlərinə gələcək üçün daimi  xüsusi privilegyalar təyin etsin. Onlara 
dünya  vətəndaşı  statusu  və  xüsusi  adlar-  xeyriyyəçi,  fəxri,  qiymətli 
vətəndaş, qraf, hersoq  və s. - verilsin, istəsələr onlara istədikləri dövlət 
müəsisəsində maaşsız, lakin gündəlik xərcləri ödəməklə məsləhətçi və 
ya  bacardıqları  digər  vəzifələr  (belə  vəzifələr  yoxsa,  açılır)  verilsin.  
Bu  təklif  imkan  verəcək  ki  varlılar  daha  pulun  qulu  olaraq  onu 
neyləmək haqda düşünməsinlər və rahat yaşasınlar. Lazımdır ki, onlar 
da  insan  olub  israfçılıqdan  könüllü  imtina  etsinlər.  Bu  pulların 
mənbəyi  məlumdur ki, cəmiyyətdir. Bu cəmiyyətə mənəvi haqq verir 
ki, onlardan yenə bu pulları cəmiyyətə sərf etməklərini tələb etsin. 
     Rasional  cəmiyyətdə  gəliri    minimal  yaşayış  səviyyəsindən  artıq 
olan  hər  kəs  dövlətə  vergi  verir.          Cəmiyyətdə  istismar  və  qeyri  - 
qanunla  varlanmaqın  ləğv  edilməsi  məsələsi  yaranır.  Bu  məsələ 
rasional  cəmiyyət  konsepsiyasında  həll  edilir.  Bu  aşağıdakı  üsullarla 
həll edilir və başqa üsullar da tapıla bilər: 
1.  Rasional  cəmiyyət  dövləti  rentabellik  faizini  təyin  edir  və  onun 
dəyişməsini idarə edir. Rentabel olmayan istehsala isə  digər rentabelli 
istehsala  təyin  etdiyi  rentabellik  faizindən  gələn  gəlirdən  əlavə  
dotasiya  verir.  Nəticədə  yaxşı  tələbatı  olan  istehsala  qoyulan 
rentabellik  faizinə  görə  qalıq  gəlir  -  xalis  gəlirin  inkişafa  ayrılandan 
sonra,    artıq  hissəsi  kollektiv  və  aksionerlərə  verilir,  bir  hissəsi  isə  
qeyri - rentabelli firmaları xüsusi müdafiə  fonduna toplanaraq ictimai 
istehsal  və  xidmətlərin  müdafiə  və  inkişafına  sərf  olunur.  Nəticədə 
istismarın  kökü  kəsilir  –  daha  doğrusu  cəmiyyətdən  alınan  -  əlavə 
rentabellik  faizi  vasitəsilə  gəlir    cəmiyyətə  lazım  olan  digər  zəruri 
istehsal  və  xidmətlərin  saxlanmasına  sərf  olunur  –  şəxsi  mənimsəmə 
ləğv edilir; hər kəs ancaq öz əməyi ilə yaşamağa məcbur olur.  
2.  Əmək  haqların  müəyyən  edilməsi,  habelə  həmin  peşə  və  ixtisası 
tutmaq  istəyənlərin  çoxluğundan  da  asılıdır.  Əgər  işçini  əvəz  edə 
biləcək  başqaları  varsa,  ona  nə  üçün  böyük  maaş  verilməlidir.  Bu  
qaydaya  görə    menecerlərin  özlərinə  hədsiz  böyük  maaş  yazmasının 
qarşısı  alınır.  Bu  onunla  əsaslanır  ki,  əgər    sizin  probleminizi  həll 
etməyə,  yalnız  bir  adam  vardırsa  ,  siz  onun  istədiyi  yuxarı  hədlərə 

 
177 
yaxın  maaşı  verirsiniz,  əgər  belə  adamlar  çoxdursa,  artıq  siz  maaş  
təklif  edirsiniz.  Peşə,  bilik  dərəcəsini  nəzərə  almaqla,  istənilən  halda 
əmək haqqı minimum yaşayış səviyyəsilə ən aşağı işçinin norma qəbul 
etməklə  yuxarı  qabiliyyətlilərin  maaşını    dərəcələrə  uyğun 
hesablamaqla aparılır. 
3.  Minimum  əmək  haqqı  və    maxsimum  əmək  haqqı    hədləri  təyin 
edilir.  Əmək haqqı diapozonu kəskin mövcud olduğu kimi 1: 5- 100 
deyil,  bu  təqribən  1-  3  arasındadır.  Bilik  tələb  etməyən  ən    sadə  işi 
görənin maaşı minimal ölçü götürülür, hansı ki minimal  zəruri yaşayış 
səviyyəsinə imkan verir. 
4.  Əgər  insanın  aldığı  əmək  haqqı  onun  bahalı  maşın  və  ya  villa 
tikməsinə və  ya digər bahalı xərclər etməsinə imkan vermirsə, lakin o 
bunu  edirsə  bu    qeyri  -  qanuni  varlanma  hesab  edilir.  Və  müsadirə 
edilir,  satılır  və  cəmiyyətin    xüsusi  inkişaf  fonduna  qouylur.    Bank 
hesablarında    pul  onun  maaşına  və  digər  gəlir  mənbələrinə    uyğun 
gəlmirsə, bu da oğurluq hesab olunur və xüsusi fonda keçirilir. 
5.  Rasional  dövlətdə  kiçik  və  orta  sahibkarlıq    həvəsləndirilir,  lakin 
böyük  sahibkarlıq  həvəsləndirilmir,  bu  iş  dövlətin  səlahiyyətindədir. 
Yalnız  aksiyaların    vətəndaşlara  bərabər  satılması  prinsipi  ilə  böyük 
sahibkarlıqa  icazə  verilir.  Bu  məqsədlə  ki,  hər  adamda  bərabər 
miqdarda  aksiya  olsun,  aksionerlərin  sayı  isə  çox  olsun  və  buna  görə 
də kollektiv idarə mümkün olsun. Bir əldə aksiyalar çox olduqda onun 
sahibi qeyri - rasional qərarlar verə bilər. 
6.  Dövlət  rentabellik  faizi  ilə  və  qiymətlərin  zəruri  həddən  (maya 
dəyəri,  vergi  və  inkişaf  fondunu  əhatə  edir)  artıq  olmamasına  nəzarət 
edərək    istismarın  və  qeyri  -  qanuni  varlanmanın  və  inflyasiyanın 
qarşısını alır. 
7. Bütün istehsal və xidmət müəsisələrinin - həm şəxsi, həm də dövlət - 
fəaliyyəti  cəmiyyətin  müşahidəsi  və  qiymətləndirməsi  altındadır.  Bu 
onların özbaşınalıq etməsinin  qarşısını alır. 
 
RASIONAL CƏMIYYƏTIN KONSTITUSIYASI 
 
a) Rasional cəmiyyət  həyatının tərkib hissələri  
 
1. Rasional iqtisadi idarəetmə. 
Dövlət  gələcəyin  strategiyalarına  uyğun  olaraq  nə  qədər  və  hansı 
sahədə eli tədqiqat layihəlndimə konstruktor institutu, nə qədər istehsal 
nə  qədər  xidmət  obyekti  nə  qədər  tikinti  firması  tələb  olunduğunu  və 
həyta keçirmə qiymətini araşdırır və müəyyən edir. Aarıcı sahələrə aid 
obyektləri    özü  tikir  qurur,  habelə  şəxsi  firmalara  da  təklif  edir.Buna 

 
178 
baxmayaraq şəxsi firmalar öz məsuliyyətlərinə istədikləri sahədə işləyə 
bilərlər.  Həmişə  istənilən  zaman  ölkədə  “nə  etmək  lazımdır”  sualına 
istənilən  qədər  cavab  –investisiya  qoymaq,  yeni  biznes  açmaq 
imkanları,  layihələri  -  təklifləri  var.  Bunların  siyahısını  və  təsvirini 
istəyən adam çox asan bilə bilər. 
2. Rasional və istənilən adamın iştirak edəcəyi   
a) qanunların hazırlanması və qərar qəbulu sistemi  və  
b)  dövlət  idarə  strukturu  -  idarə  etmə    sistemi.  Burada  həmişəlik 
vəzifələr yoxdur, konkret iş-layihə –funksiyanı, konkret zamanda  icra 
etmək üçün tələb olunan icraçı vəzifələrinə konkurs  yolu ilə cəmiyyət 
özü təyin edir. Idarə icraçıları qərar qəbul etmirlər. 
3.  Rasional  qanunlar  sistemi.  İnsan  və  dövlətin  vəzifələri  və 
öhdəçilikləri.  Vətəndaşların  hüquqları,  və  bütün  nizamlama  qayda  və 
qanunları. 
4.  Rasional      Cəmiyyətin  əxlaq  və  davranış  qaydaları.  Rasional  
ümumbəşəri əxlaq və etika. 
5. Rasional  insan tərbiyəsi sistemi. 
6.  Elmi  və  texniki  tədqiqatlar  və  yaradıcılıq-layihələndirmə  və  tətbiqi 
sistemi. 
7.  Futuroloji  araşdırmalar,  təlimi  və  tətbiqi  sistemi.  Qanun  və  qərar 
verilməsində vacib rolu var. 
8. İnsana xidmət sistemi.  
9.  Pulsuz  və  rasional  təhsil,  səhiyyə,  mədəniyyət,  sərbəst  yaradıcılıq 
sistemləri. 
10.  Rasional  cəmiyyətin  dünyabaxışlar  sistemi  -    Dünyanın  Rasional 
fəlsəfi  nəzəriyyəsi  (Kosmoloqiya  –dünyanın  yaranması;  varlıığın, 
şeylərin,  habelə  insanın  yaranması  və  təkamülü,  dəyişməsi,  cəmiyyət 
və insan haqda nəzəriyyə).  
11. Təbiətdən istifadə və onun qorunması və saxlanması sistemi. 
Bütün bu fəaliyyət növlərinin təşkili, icrası, nəzarəti bütün cəmiyyətin 
iştirak etdiyi Qərar qəbulu sistemi vasitəsilə müəyyən edilir . 
 
b) Rasional cəmiyyət dövləti  konstitusiyasının  ümumi prinsipləri 
 
Rasional  cəmiyyətin  ümumi  prinsipi:  Hər  kəsə  tam  insan  hüquqları, 
əsas  həyat  təminatı vasitələri  imkanı:   - mənzil, təhsil, təlim, səhiyyə, 
məlumat alma, fərdi iş; ictimai / kollektiv  qanun  və qərar qəbulunda, 
icrasında iştirak imkanı, mülkiyyət, biznes,  iş hüquqları;  qabiliyyətinə 
və arzusuna görə müsabiqəli ictimai iş, hər kəsə fərdi əməyinə, ictimai 
işinə  və    ictimai  qərar  qəbulunda  faydalı  iştirakına  görə  mükafat. 
Insanın maddi həyatını təmin edən mənbələr: şəxsi mülkiyyəti, iş yeri, 

 
179 
şəxsi  biznesi  ,  ictimai  ehtiyatlardan  təbii  sərvətlərdən-  su,  torpaq, 
meşə, qazıntıların istifadəsindən gələn gəlirdən  bərabər düşən pay.   
 
Digər iqtisadi , sosial , əxlaqi, idarə, mədəni prinsiplər: 
1. Hər kəs fərdi işinin miqdarına , keyfiyyətinə və ictimai qanun-qərar 
qəbulunda iştirakına  görə  iş  sahibindən və cəmiyyətdən mükafat alır.  
2.  Hər  kəsi  ictimai  faydalı  əməklə  təmin  etmək  vəzifəsini 
cəmiyyət(dövlət)  və  onun    ictimai  və    şəxsi  iqtisadi  təşkilatları, 
firmalar öz öhdələrinə çəkirlər. 
3.  Maksimum  və  Minumum  şəxsi  əmək  haqqı  -  insanın  normal 
səviyyədə  yaşamasını  təmin  edən    rasional  hədləri  təyin  edilir-  bu 
hədlər hər kəsə  –işçilərə, firma sahiblərinə və dövlət işçilərinə də aid 
edilir. 
4. Müəyyən hədlərdən artıq olan şəxsi  kapital  ancaq xalqın rifahına  - 
istehsal  və  xidmətlərə  sərf  edilə  bilər  ki,  bu  layihələri  dövlət  fasiləsiz 
hazır  edib  onlara  təklif  edir,  kapital  sahibləri  isə  seçir,  icra  edir, 
yaratdıqları obyektlərin idarəsini özləri edirlər. 
5. İctimai, şəxsi, və icma (kənd, şəhər və qrup) mülküyyətləri ola bilər. 
6.  Ölkə  ərazisindəki  bütün  zəruri  qiymətləri  dövlət  qoyur  və 
nizamlayır. 
7. ”Ölkə ərazisində və ölkə vətəndaşlarının iştirakı ilə qazanılan gəlir 
cəmiyyətə  məxsusdur”  prinsipi  qəbul  edilir.  Bu  prinsipə  görə  şəxsi 
firmalar  və  dövlət  mülkiyyətində  olan  firmalar    gəlirin  maya  dəyəri, 
bank  faizləri,  aksioner  kapitala  ağıllı  gəlir  faizi,    vergilər  və  inkişaf  
üçün  zəruri hissəsini çıxdıqdan sonra artıq hissəsini cəmiyyətin ictimai 
təhsil,  səhiyyə,  elm,    mədəniyyət,  sosial  fonduna  verirlər.  Bütün 
aksionerlərin,  bankların  faizləri  ağıllı  –  minumum  qəbul  edilir.  Bu 
üsulla qeyri - əmək nəticəsində əldə edilən gəlirlər azaldılır və əmək və 
ağılın (cəmiyyət məsələlərinin həlində) iştirakı nəticəsində əldə edilən 
gəlirlər    üstünlük  təşkil  edir.  Nəticədə  müftə  gəlirlər  cəmiyyətdə 
əhəmiyyət  daşımır,  insanlar  işləməklə  və  ya  ictimai  sistemdə  iştirak 
vasitəsilə gəlir alırlar, bu daha əxlaqidir.  
8.  Ölkədə  yaradılmış  bütün  gəlir  ölkədə  qalır  və  hökmən  inkişaf  və 
maddi rifahın  yüksəlməsinə xidmət  edir. İstəyən  adama pulsuz layihə 
və  təşkil  məsləhətləri  və  faizsiz  kredit  verilir  və tam  biznes  fəaliyyəti 
qaydaya düşənə qədər (3 il) vergi və gömrük rüsumu alınmır. Ölkədə 
bütün problemlər həll edildikdən sonra artıq pullar xaricdə biznes işinə 
qoyula bilər. 
9.  Yeraltı  və  üstü  sərvətlərdən  gələn  əlavə  gəlirlər  cəmiyyətin  zəruri 
təbii  fəlakətlər  və  konfliktlərdən  qorunması,  müdafiəsinin  təşkilinə 
lazım  olan  miqdarından  artıq  hissəsi  cəmiyyət  üzvlərinə  bərabər 

 
180 
bölünüb verilir və yaxud cəmiyyətin arzusu və tam razılığı  ilə ümumi 
konkret sosial  layihələrə sərf edilir.   
10.  Hamını  işlə  təmin  etmək  əsas  məqsəddir,  ona  görə  iş  yerləri 
işçilərin sayından həmişə çox olmalıdır. 
11.  Ölkə  kapitalı  xarici  banklarda  saxlanmır.  Bütün  inkişaf,  yeni 
bizneslərə faizsiz kömək edildikdən sonra, sərbəst pullar aşağı faiz ilə 
normal fəaliyyətdə olan şəxsi  və dövlət firmalarına kredit verilir. 
12. Ölkə bankı cəmiyyətin təşkilatı olan dövlətin əlində qalır.  
13.  İnsanın  təməl  hüquqları  və  azadlıqlarına  tam  hörmət  və  əxlaqi 
davranışın  zəruriliyi prinsipi tətbiq olunur. 
14.  Rasional  cəmiyyət    dövləti    iqtisadiyyatı  tənzimləyən,    inkişaf 
istiqamətlərini  və  zəruri  məhsulların  istehsalını  planlaşdırandır  və 
qiymətlərin  hədlərini  təyin  edir.  Qiymətlər  qaldırıla  bilməz,  yalnız 
aşağı salına bilər. 
15.  Rasional  cəmiyyət  ictimai  iqtisadi  mədəni  quruluşu  cəmiyyətin 
ümumi  ağlına  görə  yaşamaq  prinsipini  qəbul  edir.  Bu  o  deməkdir  ki,  
qərar  qəbulunda  bir  və  ya  bir    neçə  adamın  ağlı,  təcrübəsi  böyük 
cəmiyyətin  həyatını  qurmaq  üçün  kifayət  deyil  və  səhvdir.  Bütün 
cəmiyyətin elmi biliyi və təcrübəsi istifadə edilməlidir. 
16. Dövlətin əlində strateji istehsal, enerji sahələri , xammal mədənləri  
qalır  və  hər  bir  sahədə  dövlətin  nümunəvi  müəsisələri  şəxsi 
müəsisələrin  işinə  ciddi təsir  edəcək  miqdarda  və  gücdə  saxlanılır  ki, 
şəxsi  müəsisələr  ictimai  mənafeyi  poza  bilməsin  (qiymətləri    qaldıra; 
qıtlıq  yarada;  satışdan  imtina;  saxta,  keyfiyyətsiz  məhsul  istehsal  edə 
bilməsin və s.) 
17.  Dövlət  öz  müəsisələrinin  ümumi  nəticələrini  planlaşdırır  və  şəxsi 
müəsisələrə isə inkişaf istiqamətləri və miqdarı  haqda məsləhət  verir, 
ictimai mənafe tələb etdikdə  onlar barədə nizamlayıcı tədbirlər görür. 
Şəxsi müəsisə tam azad deyil, onlar sosial və təhlükəsizlik qaydalarına, 
iş  qanunlarına  və  cəmiyyətin  mənafeyinə  zidd  hərəkətlər  (qiyməti 
istədiyi  qədər  qaldırmaq,  istismar,  aşağı  maaş,    işçilərin    sosial 
tələbatından imtina, təhlükəsizlik , texniki qaydaları pozmaq və s.) edə 
bilməzlər. 
18.  İctimai  mənafeni,    problem  və  məsələləri  isə  cəmiyyətin  ictimai 
iştirak  sistemi  fasiləsiz  müəyyən  edir  və  qərar  hazırlanması 
mexanizminə ötürür. 
19.  Prioritet  sahələrə,  bəzi    insanlara,  qruplara  xüsusi  qayğı 
göstərilməsi,  əlavə  vəsait  ayrılması    digər  yaşamaq  hüququ  olan  
insanların,  inkişaf  sahələrinin  qayğısız  qalmasına  və  mənafeyi 
hesabına ola bilməz. 

 
181 
20.  Ümumi  gəlirin  rasional  bölüşdürülməsi  və  sərf  edilməsi  ciddi 
təmin edilir. 
 
c) Rasional cəmiyyətdə dövlətin vətəndaş qarşısında borcu 
 
     Cəmiyyətin  quruluşu,  institutları  və  yaşama  -idarə  qaydaları, 
rasional  məqsədlər  -cəmiyyətin  birlikdə  arzu  etdiyi  həmişəlik  sülh, 
konfliktlərin  olmaması,  effektiv  inkişaf  və  hər  kəsin  normal  yaşamaq 
səviyyəsinə  malik  olması,  humanizm,    əxlaq  və  s.  tələblər  -  altında  
konstruksiya edilir
Başqa  sözlə,  tək  müəyyən  seçilmiş  xüsusi  fərdlərə  və  qruplara  deyil,  
hamıya  sərfəli  məqsədlərə  uyğun  quruluş  və  idarə  sistemi  yaradılır.  
Bunu isə bir adam ya grup yazıb cəmiyyətə sırımır, qəbul etdirmir. Bu 
və  ya  digər    məqsədlərin  irəli  sürülməsini,  yaradıcı  işi  cəmiyyətin 
bütün üzvlərinin real və bərabər iştirak imkanları hüququ ilə quruluşun 
layihəsindən  tutmuş  -  fasiləsiz  müşahidə  və  qiymət  verməyədək  özü 
həyata keçirir.  
     Rasional  cəmiyyətdə  bütün  işləyə  bilənləri  işlə  təmin  etmək 
dövlətin  borcudur,  bunu  həyata  keçirmək  üçün  dövlət  bütün 
vasitələrdən  -  sərbəst  kapitaldan,  bu  çatmasa,  varlıların  pulundan 
istifadə edir, faizsiz kreditlər verir və s. tədbirlər görür. İstənilən işsizə 
əgər iş verə bilmirsə, onda yaşamaq üçün pul verir və ya başqa peşənin 
öyrənməsini təşkil edir. 
     Rasional cəmiyyət siyasi cəmiyyət deyildir. 
Cəmiyyət  moral  norma  kimi  hər  bir  üzvünün  minimal  yaşayış 
standartlarını  və  işlə  təmin  etməyi  öhdəsinə  götürür  və  əməl  edir  və 
daha  yüksək  səviyyə  əldə  etməyi  məqsəd  kimi  qarşısına  qoyur. 
Dövlətin, hansı ki, cəmiyyətdən fərqli və asılı olmayan deyildir,  əsas 
fəaliyyəti  – qanun, sərəncam  vermə  və  icra  –  yaşayan insanların  əzab 
əziyyətlərinin  ləğv  etmək,    azadlıq  və  onların  fərdi  maddi  və  mədəni  
rifahını qaldırmaqdır. Bu fəaliyyəti o məhz indi yaşayan insanların öz 
həyatı  dövründə  yaxşı  sağlam  və  xoşbəxt  həyatına  istiqamətləndirir. 
Cəmiyyətin  quruluşu  və  fəaliyyəti  də  bu  məqsədə  uyğun  yaradılır  və 
icra  edilir.  Cəmiyyətin  idarəsi  indiki  insanları  əzaba  düçar  edib 
gələcəkdə    insanların  yaxşı  yaşayacaqları  vədi  ilə  onları  aldatmır, 
mövcud  qeyri  -  rasional  dövlətlər  kimi.  Eyni  zamanda,  Rasional 
cəmiyyət  dövlət  idarəsi  gələcək  insanların  həyatını  pisləşdirəcək 
fəaliyyətə  yol  vermir.  Nə  yaradılırsa,  gələcəyə  vermək  üçün  yaxşı 
vəziyyətdə saxlanılır, qorunur.  
       Rasional  cəmiyyət  eyni  zamanda keçmişdən  miras qalmış  heç bir 
maddi  sərvətii  istifadəsiz,  boşuna  buraxmır,  hər  bir  maddi  nemətə, 

 
182 
istehsala, texnologiyaya, elmi biliklərə, mədəniyyətə qayğı ilə yanaşır, 
onların normal işləməsini və inkişafını, səmərələşməsini  təmin edir. 
İşsizlər,  kasıblar  və  digər  kateqoriyalı  şəxslərin  yaşamaq,  yeni  peşə, 
təhsil  almağını  dövlət  və  şəxsi  firmalar  tərəfindən  təmin  edilir.  Belə 
hesab edilir ki: 
1)
 
dövlətin və şəxsi firmanın gəlir almasında istifadə edilən bütün 
ictimai  (dövlət)  maddi  sərvətlərində  və  mülkiyyətində  hər  bir 
adamın -vətəndaşın payı və əlaqəsi  var və buna görə də insan 
kənara qoyula bilməz;  
2)
 
dövlətin  əlində  və  şəxsi  firmalarda    toplanmış  -  bütün  var-
dövlət,yeraltı  və  yer  üstü  sərvət  fərdin  özünün  və  ya  əvvəlki 
nəslinin    əməyinin  istismarı,  istehlakçı  kimi  və  vətəndaş  kimi 
öz vəzifələrini yerinə yetirməyinin nəticəsidir.  
3).  İşsizlik  və  kasıblığın  da  səbəbi  təbii  səmərələşdirmə,  iqtisadi 
tələblər və ya səhv  qanunvericiliyin və  idarənin nəticəsidir. Bu ancaq 
rasional  olmayan  cəmiyyətlərdə  ola  bilər.  Rasional  cəmiyyətdə  isə 
səhvlər  fasiləsiz  araşdırılıb  qabağı 
alınır  və  ləğv  olunur 
səmərələşdirmə  isə  aktiv  aparılır,  mal  və  xidmətlər  yaradılmasından  
azad  olan  adamların  məşğulluğu  cürbəcür  üsüllarla  təmin  olunur, 
çünki  insanın  bir  işlə  məşğul  olub  yaşaması  effektlidir,  nəinki  evdə 
oturub işsizlik pulu alması. 
     İnsanların  işləməsi  üçün  bütün  tədbirləri  dövlət  görür.  Məsələn, 
belə tədbirlər həyata keçirilir:  
-    iş  rejimi,  lazım  gəlsə,  bir  adam  üçün  4  saata  qədər    endirilir,  (8 
saatda bir işi iki adam növbə ilə görür) əmək haqları səviyyəsi bütün 
normal tələbata cavab vermək şərtilə saxlanılır.  
-  xidmət növlərinin, sahələrinin genişləndirilməsi və məşğuliyyət üçün 
bütün imkanları (qanun və icra, investisiya ) dövlət  yaradır. Burada 
iqtisadiyyatda səmərələşdirmə nəticəsində və ya digər səbəbdən artıq 
olan adamlar, yeni və ya  4 saatlıq növbəyə bölünmüş  iş yerlərində 
işləyirlər.  
- yeni iş yerləri yaradılır. 
-  ictimai qanun və qərarlar qəbulunda və  idarədə  iştirak  və müşahidə 
fəaliyyəti .  
-      insanların  ümumi  bilik,  mədəni,  peşə,  sağlamlıq,  səyahət 
sahələrində  xidmətləri  
-  təbiətin öyrənilməsi və bərpa olunması 
-    mədəni-kütləvi  tədbirlərin  keçirilməsi;  yeni  insana  xidmət 
sahələrinin yaradılması 
-  öyrənmə kursları və digər ictimai fəaliyyətlər 
-  cəmiyyətin hesabına yeni peşələr və təhsil alınması, təcrübə keçmək 

 
183 
-    sağlam  həyat  və  etik  davranış  tərzinin  öyrənilməsi  və  həyata 
keçirilməsi 
-  dövlət  idarəsi  və  rəsmilərin  müşahidəsi  və  qiymətləndirilməsində, 
ictimai  və  iqtisadi  həyatın  bütün  sahələrinin  rasionallaşdırılmasında 
(məlumat toplanması, analiz, təklif hazırlanması, və s.) 
-  elmi-texniki biliklərin və təkliflərin tətbiqində. 
-    insanlara  50  yaşından  sonra  pensiyaya  çıxmaq  hüququ  verilir, 
pensiya  əmək  haqqının  80  %-i  qədərdir.  İnsanlar  zorla  pensiyaya 
çıxarılmır, hər kəs özü seçir. Nə vaxt istəsə 50 yaşdan sonra, zəruri iş 
stajı olsa, pensiyaya çıxa bilər və həmin andan pensiya hesablanır, və 
ya istəməsə işdə qalır, istədiyi yaşa qədər işləyir (iş funksiyalarını tam 
yerinə  yetirməyənədək).  İşləmək  istəyən    pensiyaya  çıxa  bilməz. 
Pensiyaya    çıxmış  adam  işdən  avtomatik  azad  olunur.  Bu  ona  görə 
edilir  ki,  pensiyaya  çıxmış  adam  gənc  nəsl  üçün  iş  yerini  boşaltsın. 
Pensiyaya  çıxmış  adamlar  könüllülük  prinsipi  ilə  maaş  almadan  hər 
hansı  bir iş  yerində məsləhətçi, təlimçi kimi,  ictimai işdə çalışa bilər, 
bu  arzu  olunur    və  bunun  üçün  istənilən  qədər  imkan  yaradılır.  Əgər 
pensiyaya  çıxmış  adam  həm  pensiya,  həm  maaş  alsaydı,  bu  qeyri  - 
bərabərlik və sosial problemlər, mənfi hallar yaradardı, hamı işləməklə 
maaş almaq  hüququnu tətbiq edə bilməzdi. 
    Işlə  təminat  üçün  təlimlərin,  təşkilin,  iş  yeri  yaradılmasının, 
tədbirlərin    xərcini  çəkmək  dövlət  və  şəxsi  firmalarin  (vahid  fondlar  
vasitəsilə) mənəvi və qanuni borcudur. Belə prinsip qəbul olunur: icma 
ərazisində  olan  bütün  firmalar  və  dövlət  -  birlikdə    artıq  adamların 
(işsizlər,  yeni  məzunlar,  iş  yeri  olmayanlar)  məşğul  olmasını  -  əmək 
haqqı  almasını  təmin  edirlər.  Belə  ki,  Rasional  cəmiyyətdə  liberal 
bazar və « hər kəs özü öz başın saxlasın» prinsipi qəbul oluna bilməz.  
Qeyri  -  rasional  cəmiyyətlərdə  qanun  olan  bu  prinsip  rasional 
cəmiyərdə belə yeni formada ifadə olunur: Hər kəs özü və icması üçün 
şalışır , icma isə  öz vəzifələrini və ümumi əmlakdan və gəlirdən  düşən 
payı  vətəndaşa vermək və ya başqa formada ödəmək  şərtilə icra edir 
 
Rasional Cəmiyyət dövlət təşkili  aşağıdakı 6 bölmədən ibarət təklif 
olunur. 
1). İdarəetmə –üç səviyyədən ierarxik asılı olan qrupa bölünür: 
    İ.  səviyyə.  Hökumət  :1.1.Ali  və  ümumi  məsələlərin  idarəsi  və  1.  2 
İnsana xidmət sistemi; 
    İİ. səviyyə.  1.3. şəhər və region özünü idarəsi-icraçılığı  
    İİİ. səviyyə. 1.4 yerli icma özünü – idarəsi (kənd və kiçik qəsəbə)  
Bu  idarələr  üçün  qərar  və  qanunlar  aşağıdakı  ictimai  qərar  qəbulu 
sistemləri vasitəsilə aparılır. 

 
184 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ölkə üzrə baş məlumat  və 
avtomatik nizamlama mərkəzi. 
Növbətçi baş və köməkçi məsul 
müşahidəçilər, 
nəzarətçilər,dispetçerlər. 
İctimai müşahidə və qiymət 
vermə. Qanun və qərar 
hazırlanmasında  iştirak sistemi.  
(dövlət aparatını əvəz edir ) 
 
Ümumi Qanunlar 
və strateji plan 
hazırlama  və 
qəbulu institutu 
 
Sahələr üzrə Strateji plan , 
elmi tədqiqat,  icra 
qərarları-layihələr, 
standartlar  institutları 
 
Sosial layihələr-elm 
təhsil, səhiyyə; 
qərarlar, müqavilə 
hazırlanması institutu 
 
Cəmiyyət: iş 
verənlərdən başqa 
hamı - elmi texniki 
sahələr üzrə 
peşəkarlar kənd 
təsərüfatı, sənaye və 
xidmət işçiləri 
 
İş verənlər: 
biznesmen 
İctimai 
(dövlət) 
funksiyaları
n icrası, 
Məsul 
növbətçilər 
 
Konstitusiya , 
Ümumi qanunlar, 
prioritetlər 
hüquqi məlumat   
bazası  
 
 Strateji  planlar, büdcə, 
müqavilələr,  elmi 
hesabatlar müşahidə, 
sübutlar, sahələr üzrə  
biliklər bazası 
 
Sosial 
qanunlar-  
qərarlar,  
planlar, layihə, 
müqavilə, 
izahat bazası 
M
əhk
əm
ə 
 
S
ən
ay
e
 
 
H
ər
bi işl
ər
 
 
E
n
er
g
etik

M
əd
ən
iy
y
ət
 
T
əh
sil
 
S
əh
iy
y
ə 
 So
sial 

m
in
at
 
 
 Ə
m
ək
 
 
M
üx

li

sa
h
əl
ər
 
 
Fiq 9 Rasional cəmiyyətin ictimai qərar qəbul etmə sistemi (dövlətin quruluşu) 

 
185 
Qərar qəbulu sistemləri: 
2).  Ümumi  məsələlər  və  insana  xidmət  üzrə  qərar  qəbulu  sistemi 
(İctimai Qərar Qəbulu Sistemi)   
3). Şəhər və regionlar üzrə qərar qəbulu sistemi,  
4). Yerli İcma qərar qəbulu sistemi; 
5). İctimai Qanun qəbulu sistemi 
6). Qanuna və əxlaqa nəzarət və onu rasional təmin etmə sistemi. 
 
  Ümumi  məsələlər  üzrə  ictimai  (dövlət)  qərar  qəbulu  sisteminin 
təsviri  
 
Bu,  ölkənin  1)  ümumi  strategiyası,  perspektiv  planlar,  büdcə,  ümumi 
problemlərinin  həlli  2)  və  inkişaf  və  həyat  sahələri  üzrə  qərar  qəbulu 
sistemini əhatə edir, yəni həm ümumi, həm də sahələr üzrə İQQS –ləri 
yaradılır. Bunun üçün elektron qərar qəbulu sistemi İQQS yaradılır və 
bu xüsusi institutda həyata keçirilir. QQS vasitəsilə həm ali, həm sahə  
üzrə  lazım  olan  icraçılar  müəyyən  edilir,  həm  də  bütün  növ  həllər 
tapılır və qəbul olunur. İQQS mərhələlərə bölünür:  
A  -  problemin,  məsələnin  aşkar  edilməsi  və  formulə  eilməsi,  ona  aid 
biliklərin, mənbələrin müəyyən edilməsi 
B - həll versiyalarının irəli sürülməsi,  
C - tənqid, ictimai nəzarət- etirazlar bölməsi, 
D – tam formulə edilmiş son qərar,  
E - qəbul olunma, reqistrasiya, icraya göndərilmə, arxivə salınma, nəşr 
edilmə.  
       Cəmiyyətdə fasiləsiz olaraq növbəti 1, 5, 10  , 20 , 50 illik dövrlər 
üçün prioritet məsələlər –problemlərin siyahısı və  onların həlli yolları  
hazırlanır, strateji layihə və iş planı tutulur. Və yaxud gözlənilməz və 
ya  cari  məsələnin  həlli  tələb  oluna  bilər.  Proses  xüsusi  İnsitutda 
aparılır.  Hər  bir  arzu  edən  vətəndaş  bərabər  hüquqla  iştirak  edir,  son 
nəticə  əldə edilənədək.  Burada kifayət  qədər avadanlıqla, komputerlə, 
məlumatlarla    təchiz  edilmiş  is  postları  yerləşir.    Habelə  öz  evində 
işləmək istəyənə də imkan verilir, imkanı yoxsa avadanlıq (komputer) 
verilir,  qərar  hazırlama  prosesinə  (elektron  sistemə)  giriş  verilir. 
Ümumi məsələlər üzrə QQS –də və onun bütün mərhələlərində  bütün 
vətəndaşların  iştirak  hüququ  var.  Fərqli  olaraq,  sahə  üzrə  QQS-lərdə 
həmin  sahədə  işləyənlər,  dərs  deyənlər,  tədqiqat  aparanlar  bütün 
mərhələlərində  (A-E)  iştirak  edir,  digər  vətəndaşlar  yalnız  tənqid  - 
etirazlar mərhələsində (C) iştirak edirlər. Bu bilavasitə komputerlə  və 
ya  qərar  blankını  dolduraraq  təqdim  etməklə  mümkündür.  Qeyd 
edildiyi  kimi,  qərar bütün  kriteriyalara uyğun olduqda və  bütün  etiraz 

 
186 
və tənqid həll olunduqdan  sonra qəbul oluna bilər. Başqa sözlə, kiçik 
bir  uyğunsuzluq  -  kiminsə  hüquqlarının  pozulması,  nəyinsə  zəruri 
mənafeyinə  zərər  vurulması  olduqda  qərar  qəbul  edilə  bilməz  .  Bu 
halda  əgər  zərərin  vurulması  cəmiyyətə  böyük  xeyir  qarşısında 
labüddürsə  zərərin  bütün  təsiri  dövründə  zərər  çəkən  kompensasiya 
edilməlidir.  Habelə  effektsiz,  qeyri  -  rasional,  həqiqətə  və  əxlaqa 
zərərli nəticələrə səbəb olacaq qərar qəbul oluna bilməz. Ona görə də, 
hər bir həllin nəticələrinin hesablanması və kriteriyalara uyğun olması 
dəqiq yoxlanılır və layihələndirilir. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin