a) zorakılığa əsaslanmış çoxluqlar və b) harmonik uyğun müvazinətli
razılıqlı layihələndirilmiş, yaxud belə təbii formlaşmış çoxluqlar (
şeylər, cisimlər, icmalar, ailələr, bitkilər və s.) var. Hissələrdən insan
və ya təbiət tərəfindən yaradılmış çoxluqların optimal kombinasiyası
heç də ziddiyətlərə yol vermir. Digər tərəfdən insan tərəfindən
yaradılmış yeni kombinasiyalar: maşın və qurğular, icma və təşkilatlar
və dövlət strukturları, idarələri əgər onlar optimal konstruksiya
edilibsə, yeniləşmə və sazlanma, təmizlənmə və daim nəzərdə tutulmuş
vəziyyətdə olma mexanizmlərinə də malik olmalıdır. Bu halda da
ziddiyyətlər meydana çıxmır, heç bir “əkslik” adlandırılan şey digəri
ilə mübarizə aparmır və dayanıqlı, optimal cəmiyyət və s. əldə etmiş
oluruq. Əksliklər və ziddiyyətlər məsələsinə qayıdaraq qeyd etməliyəm
ki, Heraklit ziddiyətləri, şübhəsiz, yaşadığı cəmiyyətdə görmüşdü, bu
hakimiyyətlə, xalq arasında, sahibkarlarla azad insanlar, qullar
165
arasında idi. Lakin sonrakı filosoflar və siyasətbazlar həvəslə bu
ideyadan yapışdılar, istər Marksizm – leninizm, istər əks idealizm
düşərgəsi nümayəndələri. Səbəb o idi ki, onların hamısı hakimiyyətə
sahib, yaxud ona xidmət edirdi, ona görə ziddiyyətləri təbii elan
etməklə
özlərinin yol verdiyi yaxud verəcəyi səhvlərin,
ədalətsizliklərin və ağılsızlıların nəticəsində dövlətlə insan, icmalar və
cəmiyyət arasında ziddiyyətlər yarandıqda onu cəmiyyətə təbii qanun
kimi izah edir, öz səhvlərini bununla ört-basdır edirdilər. Heraklitin
dövründən hələ indiyədək optimal cəmiyyət konstruksiyası
qurulmadığına görə daim zorakılığa, ədalətsizliyə istismara əsaslanmış
mövcud quruluşlarda iki tərəf arasında mübarizə gedəcəkdir ki, biz
bunu hər gün öz ölkələrimizdə, ətrafımızda və dünya mətbuatından
görürük.
Təklif edilən rasional cəmiyyətdə bu problem çox asan həll olunur,
hamınn idarədə iştirak etmək imkanları, daim yeniləşmə, təmizlənmə,
sazlanma mexanizmləri, yeni rasional əxlaq və davranış, yeni təhsil və
ədaləti təmin edən sistem vasitəsilə. Həmin avtomobilin konstruktoru
vəzifəsini öhdəmə götürərək mən elə bir ictimai iqtisadi konstruksiya
təklif etmişəm ki, nəticədə tam harmoniyalaşdırılmış dövlət -cəmiyyət;
ailə- ailə üzvü; qadın –kişi; insan- icma, məktəb, idarə arasında tam
razılaşma əldə edilə bilir. Dövlət vətəndaş, ailə, kənd, şəhər, icma
qarşısında öz vəzifələrini düzgün və dəqiq icra edir, digər tərəfdən
vətəndaş və icmalar da öz ümumi cəmiyyət qarşısındakı vəzifələrini
tam və dəqiq icra edir. Başqa sözlə istənilən halda “nə şiş yanır, nə
kabab “ və ya “qoyunlar da sağ qalır, canavar da tox olur”.
8. İnsanı xarakterizə edən keyfiyyətlərdən biri onun yaradıcı, öz
həyatını yaxşılaşdırmağa çalışqan olması, özünün zəruri miqdarda
torpağı, alətləri, yaratmaq imkanlarına malik olmasını istəməsidir.
Digər tarixi təcrübə göstərir ki, insanlar birlikdə işləyəndə və
mülkiyyət : torpaq, əmlak, təbii sərvətlər ümumi olduqda daha effektiv
nəticələr əldə edirlər. Bu iki prinsipi birləşdirərək cəmiyyətin iqtisadi
quruluşunun əsas iki elementini konstruksiya edə bilərik, yəni həm a)
şəxsi mülkiyətə, həm b) ictimai mülkiyətə əsaslanan istehsal və
xidmətlər olmalıdır. Lakin yeni rasional cəmiyyət şəxsi mülkiyyətə
insanı qudurdan və əxlaqı pozan hədlərədək icazə verir. Bu hədlər
keçildikdə həmin şəxsi mülkiyyətin aksiyalarını zəruri miqdarda alır və
ya aksiyalar yoxsa həmin mülkiyyətçiyə sərfəli təkliflər verərək
əvəzində onun şəxsən hədsiz, ağıllı olmayan gəlir almasının qrşısını
alır.
9. İqtisadi sistem hissələrin çoxluqda optimal kombinasiyası qanununa
uyğun olaraq qurulmalıdır. Hələ ki indiyədək heç bir dövlətdə belə
166
optimal kombinasiya əldə edilməmişdir. Bu qanunun tələbinə görə
dövlət iqtisadiyyatı nə xalis şəxsi mülkiyyətin istehsal və xidmətlərinə,
nə də xalis dövlət –ictimai mülkiyyətin istehsal və xidmətlərinə (sovet
tipi) əsaslana bilməz. Yəni cəmiyyətdə bu iki hissənin optimal nisbəti:
a) ictimai mülkiyətin istehsal və xidmətləri, habelə təhsil, səhiyyə,
bank, sosial müdafiə, elm və texnika yaradıcılığı azı 70% - çoxu 90%;
b) şəxsi mülkiyyətin istehsal və xidmətləri 30 -10% zəruri olaraq
olmalıdır. Hər iki sektor üçün bütün təhlükəsizlik, əmək, gəlir
normaları, əmək haqqının hədləri eyni olmalıdır. Ictimai sektorun
məqsədi maksimum gəlir əldə etmək deyil, insanlara xidmət etməkdir.
Yeni rasional cəmiyyətdə məhz daha optimal proporsiyalar və
məhdudiyyətlər, normalar qoyulacaqdır. Onun gəlir normaları, zəruri
optimal hesablanmış hədlərdə, insanların yüksək yaşayış şəraitini və
işlə təminini nəzərə almaqla müəyyən edilir. Məhsulun topdan satış
qiymətləri maya dəyərinə və optimal gəlir normasına görə təyin edilir.
Pərakəndə qiymətlər isə 20 % əlavə ilə təyin edilir.
10. Yeni layihələndirilən rasional və ya optimal cəmiyyət köhnə
cəmiyyət strukturunun yeni müvazinətləşməsi prinsipi və momenti
kimi (fiziki canlı və cansız dünyanın əsas müvazinət qanununa uyğun
olaraq) kim - kimə tabedir, kim –kimi vasitə kimi istifadə edir sualları
üzrə deyil, yeni cəmiyyət üçün kim nəyə, kim nəyi sualları üzrə
müvazinətləşəcəkdir (burada kimə, kimi tərəfləri nəyə, nəyi tərəfləri ilə
əvəz edilmişdir və bununla dünya qanunu pozulmamışdır). Bu o
deməkdir ki, insanlar(kim) biri digərinə tabe olmayaraq, ümumi
cəmiyyət üçün özlərinin birlikdə hazırladıqları strategiyalara,
prinsiplərə və bunların icrası üçün hazırlanmış icraçı qanunlara (nəyə)
tabe olacaqlar. Cəmiyyət(kim) kollektiv şəkildə bütün inkişafı,
problemləri(nəyi) qəbul etdikləri operativ strategiyalara uyğun idarə
edəcəkdir. Cəmiyyət vasitə kimi bütün təbii ehtiyatları (yer səthi,
qazıntılar, çaylar, göllər, dənizlər və s.), hansı ki ictimai olmalıdır,
bilikləri, elmi, kollektiv əməyi istifadə edəcəkdir. Buna isə böyük ağıl
və savadlılıq, məlumatlılıq-məlumat, bilik bazası tələb olunacaqdır ki,
hamı öyrənməyə məcbur olacaqdır.
11. Rasional cəmiyyət nəzəriyyəsi insanlığa fərd və mühit
kombinasiyası kimi baxaraq həm fərdin təkmilləşməsi, yetişdirilməsi,
tərbiyə edilməsi, həm mühitin bütün komponentlərinin insanın təbii
həyat ehtiyaclarına uyğun və əlverişli qurmaq məqsədi güdür. Yəni bu
mühit –təbiət, ailə, icma, ünsiyyət, sosial, iqtisadiyyat, idarə rejimi,
yaradıcılıq, istirahət, təhsil, sağlamlığın təmini, iş - elə konstruksiya
olunur ki, insan xoşbəxt olsun, insan kimi yaşasın.
Qeyd : bütün kitabda digər əsaslar da verilmişdir.
167
Rasional Cəmiyyət –təbiət sistemi. Konsepsiya
Rasional cəmiyyət əbədi klassik ideya olan – Azadlıq, Bərabərlik
və Qardaşlıq məqsədlərini və yeni məqsədləri: Rasionallıq, Əbədi
sülh və Rasional insanlıq birliyi, insanların Ailə üzvü modeli - qəbul
edir.
Rasional cəmiyyət –təbiət sistemi 4 böyük elementə - alt sistemə
bölünür.
1. Yer kürəsi; 2. Dövlət təşkili sistemi; 3. Cəmiyyət , hansı ki, iş
verənlərdən başqa bütün digər insanlardan ibarətdir. 4. İşverənlər
(iqtisadi istehsal və xidmət vahidləri). Burada Dövlət təşkilatı və
Cəmiyyət eyni bir icmadır. Dövlətin məmurları, cəmiyyətdən ayrılmış
üstün həyat şəraitinə: privilegiyalara, sağlamlıq qorunmasına, üstün
sosial, təhsil, vəzifə tutmaq hüquqları olan xüsusi kasta deyil. İnsanlar
dövlət və ya ictimai məsələlərin irəli sürülməsində və həllində iştirak
etməsələr dövlətin bütün texniki işçilərinin idarə etmə, qərar və qanun
vermə səlayiyyətləri yoxdur. Dövlət yalnız insanların iştirakı ilə
fəaliyyətə başlaya bilər, aktiv öz funksiyalarını yerinə yetirə bilər.
İnsanların iştirak mexanizmi iş prosesində deyilsə, deməli dövlət də
işləmir. Aşağıda rasional dövlət - Yer planeti sistemi təsvir olunur.
Konsepsiya . Rasional cəmiyyət mədəniyyət sistemi: 1) rasional,
effektiv, ağıllı, humanist və etik prinsiplərə uyğun formada
layihələndirilmiş və reallaşdırılmış qanunvericilik və idarə quruluşuna
deyilir, hansı ki, hər insan iştirak edə bilər və bu sistem, 2) rasional
həyat tərzi və etik prinsiplər ilə yaşayan, qanun və qərarlar
yaradıcılığında və idarə sistemində iştirak edən və 3) rasional elmi
dünyagörüşlərə malik insanların birliyidir .
Rasional cəmiyyət iki qrupa - hakim idarə edən elita sinfi və idarə
olunan, adi əhali sinfinə bölünmür. Hər bir adam sərbəst qanun və
qərar hazırlamsında iştirak edə bilər. Lakin hökmən prosedur və
kriteriyalara əməl etməlidir.
Cəmiyyətin vacib elementi Rasional idarə strukturuna əsaslanmış
Rasional Qanun qəbul etmə və Rasional qərar qəbul etmə sistemidir
(RQQS). Onun əsas məqsədi təhlükəsizliyi və asayişi təmin etmək
şərti ilə insanın rifahıdır. Sistem normatıv rasional proseduralar və
kriteriyalar əsasında işləyir. Burada parlamentə, prezidentə, nazirlərə
ehtiyac yoxdur, habelə siyasət və siyasətbazlar, partiyalar, seçkilər
yoxdur.
Burada dövlət, əslində qanun və qərar qəbulu və idarə etmənin
ictimai sistemidir ki, hamının iştirak imkanını nəzərdə tutur. Dövlət,
168
sistemdə ümumi, orta, müvazinətləşdirici, razılaşdırıcı yer tutur. Həm
cəmiyyət həm bazar (iqtisadi sahə) və ya işverənlər dövlətin qanun və
qərar hazırlanmasında iştirtak mexanizmi və prosedurlar, kiteriyalar
vasitəsilə iştirak edir, fəaliyyət və onun nəticələrinin bölünməsi və
inkişafın optimal və rasional formasını, qaydalarını, strategiyalarını
seçirlər.
Rasional dövlət, təbiət və təbii ehtiyatları, insanı və cəmiyyəti və
bazarı bir - birilə bağlayan, balanslaşdırıcı, istiqamətləndirici,
nizamlayıcı rolu icra edir. Və bunu effektiv və sürətli, keyfiyyətli,
rasional edir. Başqa sözlə, rasional dövlət təşkilatı, həm klubdur,
dialoq mərkəzidir, seminardır, konfransdır, institutdur, yaradıcı,
konstruktor bürosudur, qanun və qərar yaratma mərkəzidir.
Burada müxtəlif qrupların seçki vasitəsilə yarışaraq təkbaşına
hakimiyyəti ələ alması və öz qrup mənafelərini üstün təmin etməsi
əvəzinə, bütün arzu edənlərin bu idarədə iştirakı və hamının
mənafeyini güdməsi prinsipi qəbul olunmuşdur.
Burada bütün əhalinin qanun yaratmaqda, qərar, layihə
hazırlamaqda və icra işində iştirakına imkan verən sadə və sürətli
elektronik (imkan olmayan yerlərdə isə yarım elektronik ) iştirak
mexanizmi yaradılır. İştirak açıqdır, hər kəs özü özünü qeyd edir və
iştirak edir. Çoban da iştirak edə bilər, lakin ona aşağıdakı
qabiliyyətlərə malik olması və istifadə etməsi lazım olacaqdır:
-
prosedurları öyrənsin və istifadə edə bilsin
-
qanun və qərarların kriteriyalarına cavab verən təklif və həll
yolu göstərə bilsin; əks arqumentlər, sübutlar təqdim edə bilsin
-
fikirlərini elm və rasionallıq kriteriyaları ilə sübut edə bilsin və
-
qəbul olunmuş terminlərdən istifadə edə bilsin .
Belə ki, kim çobandan yaxşı bilər ki, heyvana necə yaxşı qulluq etmək,
necə onun sayını artırmaq olar? Digər tərəfdən əgər çoban öz haqqını
müdafiə etməsə, sahibkardan onun xidmətini və sağlamlığını,
yaşayışını, təmin edən şərait tələb etməsə, kim onun mənafeyini
qoruyar. Eynilə, hər peşə sahibi, habelə evdar qadın da, öz mənafeyini
qorumasa, uşaqlara yaxşı qulluq və tərbiyə vermək şəraiti tələb etməsə,
kim bunu edəcəkdir? Beləliklə, hər kəs elitasız da, təklif olunan qanun
və qərar sistemi vasitəsilə sərbəst iştirak edir və mənafelər bərabər
qorunur. Elitaya daxil olmayan bir neçə savadlı adamın ümumi ağlı,
bir elit hesab edilən adamın ağlından üstündür.
Elita nəzəriyyəsini yaradan Paretto, Sartori, Mixels və Barnheim
yalnız elitanı kompetent hesab edirlər. Elitizm nəzəriyyəsi hesab edir
ki, “ Demokratiya elitaların demokratik pluralizmi .. və xalq üçün, xalq
tərəfindən razılıqla qəbul edilən elitanın idarəsidir“ (12, 631-640 ).
169
Bunun əksinə , R asional cəmiyyət nəzəriyyəsi hesab edir ki:
1. Hakim elita cəmiyyətin digər savadlı üzvlərindən artıq kompetent
deyildir; hər bir insan ona aid və bildiyi məsələlərdə kompetentdir.
2. Yeni rasional cəmiyyət xalqın özü özünün bilavasitə idarəsi və
demokratik pluralizmidir. Ona qrupların idarəsi lazım deyil;
3. Elita bir qrup dələdüzun cəmiyyətin az bir hissəsindən aldatma qeyri
- bərabər imkanlar şəraitində varlı, güclü qrupların müdafiəsi altında
qanunverici, idarəedici, məhkəmə mandatlarına sahib olanlardır.
4. Elitizmin elan etdiyi yalançı demokratiya, xalq üçün deyil, varlı,
güclü qrupların mənafeyi uğrunda və xalqın razılığı olmayan idarədir.
Xalqın etiraz etmək gücündə olmaması və onun səsinin eşidilməməsi
xalqın elita ilə - idarə ilə razılığı demək deyil.
5. Bütün ədalətsizlik, kasıblıq, dilənçilik, yaşama imkansızlığı,
silahlanma, səhv və səfeh idarə, hədsiz əmək haqqı fərqləri, ölkə
resurslarının hegemonlara bağışlanması, məhsulların, gəlirlərin səhv
bölgüsü, haqsız qanunlar, müharibələr, qəsblər elitanın idarəsi
nəticəsidir. Hansı xalq buna razıdır?
6. Xalqların birinci vəzifəsi bu dələduzlara hakimiyyət, qanunverici,
icra mandatı verməmək, onları ifşa etmək və hamıya qanun və qərar
hazırlamağa imkan verilməsini tələb etməkdir. Bu xalqların xılas
yoludur. Rasional cəmiyyət sistemi, ölkələrdə və dünyada ədaləti,
xeyri bərqərar edir; sosial iqtisadi və ekoloji və mədəni inkişafı
harmoniyalaşmış və effektiv təmin edir, müharibə və konfliktlər
kəsilir.
Rasional cəmiyyət keçmiş eranın Afina demokratiyası deyil ki,
kütlə bir - birinə baxıb düşünmədən ağlına gələn və ya bir dələduz
tərəfindən deyilən fikri müdafiə etsin və ya kralın ağzına və ya əlinə
baxıb səs versin.
Eynilə, Rasional cəmiyyət müasir demokratiya deyil ki, cəmiyyət
bir qrup aferistə – partiyalara hakimiyyət və özünü istismar etmək
üçün, ələ salınmaq üçün, maddi və mənəvi sərvətlərini dağıtmaq,
oğurlamaq üçün, xaricdə müharibə aparmaq üçün, harınlıq etmək üçün
status versin.
Adamlar istədikləri funksiyanın (funksiyalar əvvəl müəyyən edilir)
icra edilməsində istənilən qədər iştirak edə bilər. Sistemin başında
elektron qərar qəbul etmə sistemi və sayca çox olan
(məhdudlaşdırılmayan) yüksək səvyyəli elmi texniki alim və
mühəndislər və icra peşəkarlarından ibarət ekspert qrupu durur. Amma
onların da qərar qəbulu səlahiyyətləri yoxdur, onlar, yalnız texniki
məsələləri, fikirləri prosedurlara uyğun formulə edilməsi, məlumatlarla
təchiz etmə, arqumentlərin həqiqi və sübut olunması və s. ekspert rəyi
170
verməklə, prosesə kömək edirlər. Qərarlar heç kəsin şəxsi və üstün
arzusundan asılı olmur. Rasional cəmiyyətdə siyasi qruplar, yəni
digərlərinin hesabına yaşamaq və siyasi və iqtisadi üstünlüyə malik
olmaq imkanı ləğv edildiyinə görə, ölkələrdə və dünyada ədalət, xeyir
bərqərar olur. İnsanlar indiyədək onlara bəla gətirmiş siyasi – indiki
dövlət sistemlərindən xilas olurlar, habelə xalqların özləri öz talelərini
qurduqlarına görə müharibə və konfliktlər kəsilir. Belə ki - onlara
müharibə lazım deyil - müharibə və konfliktlər həmişə ancaq siyasi
qrupların – partiyaların aləti olmuşdur.
Rasional cəmiyyət quruluşuna hər bir dövlət 1- 6 ilə gəlib çata
bilər, lakin indidən bu səviyyəyə çatmaq yolunda bir neçə orta
pillələrdən keçmək mümkündür. Belə ki, hətta elektron sistem tətbiq
edilmədən və ya az tətbiq etməklə də, ilk başlanğıcda bu ideyanı
layihələndirib ayrı-ayrı kənd, qəsəbə, rayon, şəhər idarəsi üçün, habelə
qanunvericilkdə həyata keçirmək olar. Bu sistemdə səsvermə yoxdur
ki, qaraya ağ deyəsən, burada rüşvət almaq və ya verməyə heç bir yer
yoxdur, burada iştirak edən hər kəs, öz mənafeyini digərlərinin
mənafeyilə uzlaşdırır, belə ki bu, cəmiyyətin və digərlərinin (optimal
və rasional) mənafeyinə zidd ola bilməz. Burada iştirakçılar eyni dillə,
yəni eyni terminlərlə düşünür və əməliyyat aparırlar. Burada rəislər,
müdirlər yoxdur. Onların əvəzində texniki nəzarətçilər, dipetçerlər,
sistem operatorları var. Burada mövcud sistemin məsuliyyət
daşımayan vəzifəliləri əvəzinə məsuliyyət daşıyan ictimaiyət
(iştirakçılar) var. Məsuliyyəti bütün iştirakçılar daşıyır. Məsuliyyət
daşımaq istəməyən iştirak etmir.
Qərar və ya qanun qəbulunda rasional meyarlar üzrə prioritetlər,
uzun dövr strategiyaları, elmi - texniki biliklər, elmi və hüquqi
qanunlar, real faktlar və təcrübə və s. zəruru məlumatlar - arqumentlər
və ya kontr-arqumentlər kimi istifadə olunur. Burada iştirak üçün
ancaq bilik və savada ehtiyac var və qərar xüsusi prosedura üzrə qəbul
olunur. Burada deyilən fikrin nə qədər rasional və elmi, real və ağıllı
effektiv olmasının əhəmiyyəti var. Sözün, ideyanın kim tərəfindən
deyilməsinin isə əhəmiyyəti yoxdur. Adi insan, nazir və prezidentdən
daha güclü və ağıllı fikir söyləyə bilər.
Rasional cəmiyyət quruluşunda insanlar ağa, təkbaşına rəhbər
olmadan özləri öz ümumi işlərini həll etməyi və yaşamağı öyrənib
adət edəcəklər. Onlarda ağa , rəhbər rolunu onların əməkdaşlıqda birgə
hazırladıqları rasional qanun və idarə sərəncamları və müşahidə və
qiymətləndirdikləri idarə fəaliyyəti olacaqdır.
Rasionallığı təmin edən bərabərlik, problemin aşkar olan andan
zəruri olaraq həll edilməsi və ən rasional həllərin tapılması, hər şəxsin
171
və cəmiyyətin yaşayış imkanlarını pisləşdirməmək, elmi texniki
ictimai metodlar və digər prinsiplərlə (prosedurlarda qeyd edilən)
olacaqdır. Rasionallıq dövlət rəhbərlərinin və hakim siniflərin
mənafeləri üçün deyil, Cəmiyyət üçün rasionallıq cəmiyyət tərəfindən
müəyyən edilən rasionallıq, siyasətsiz rasionallıq olacaqdır.
Rasional cəmiyyət konstitusiyası insan hüquqları və dövlətin
vəzifələrindən - öhdəçiliyindən, əsas iqtisadi prinsipdən və qanun və
qərarların hazırlanması qaydalarından bəhs edir. Fərqli olaraq burada
bir insanın digəri üzərində hakimiyyəti yoxdur. Qanun və asayişin
pozulduğu halda ictimai tənzimləmə, polis və sosial , idarəetmə, elmi,
texniki, məhkəmə xidməti işə düşür.
Rasional cəmiyyət konstitusiyasında dövlətin yeni vəzifələri
müəyyən olunur:
a) İctimai idarəetmə - təhlükəsizlik, ictimai qayda, ailə və insanın
həyatını istiqamətləndirən (peşə seçmə, qız, oğlan seçmə, iş, tədqiqat
mövzusu seçmə, bizneslə məşğulluq və s.) , problemlərini həll edən
ictimai futuroloji sistemin yaradılması.
b) Ailənin qurulmasının və həyatının uğurlu olmasını təmin edəcək
ictimai institutun yaradılması(ailədə ata ana uşağın qarşılıqlı vəzifələri
və davranışı haqda təlim , analiz, proqnoz).
Cəmiyyətin və hər bir insanın isə dövlət idarələrini müşahidə
etmək və qiymətləndimək qanun və qərar hazırlanmasında, icrada
iştirak etmək üçün yeni hüquqları qəbul edilir
Rasional cəmiyyətdə əxlaq və etik davranış tələbləri hədsiz
əhəmiyyətlidir. Əxlaq və etik davranış; nəzakət və ədəb qaydaları
hamıya öyrədilir və adət etdirilir. Onlara əməl etmək məhz
rasionallığın şərtlərindən biridir.
Habelə rasional nəzakət və ədəb qaydaları dəqiq yaradılır və
insanlar arası münasibətdə zəruridir. Burada hissi motivlər məsələn
xəbislik və eqoism, maddi cəhətdən üstün olmaq, paxıllıq, habelə
cinayətkarlıq cəmiyyətin öz təşkil prinsiplərilə qüvvədən salınır və öz
rolunu oynaya bilmir. Belə ki, belə hissləri yaradan qeyri - bərabərlik,
imkansızlıq , məhrumiyyət nemətlərin əlçatmazlığı aradan qaldırılır.
Hər kəs bütün yaradıcılıq və qabiliyyətlərini görsətmək, istədiyi qədər
- həm ağlı ilə, həm əli ilə- işləmək imkanına malikdir. Cinayətkarlığa
səbəb qalmır. Bərabər işə bərabər əmək haqqı və ya mükafat hamıya
bərabər aiddir. Əgər bir evdə televizor və ya maşın yoxsa bunu
istənilən adam əldə edə bilər. Bərabərlik ilk növbədə məhz bərabər
imkanlar və bərabər əmək haqqı ilə təmin olunur. Bu imkan vermir ki,
bir nəfər bahalı bir şey alsın, digəri ala bilməsin. Bu cəmiyyətdə məhz
bir insanın digəri hesabına artıq maaş almasının qarşısı alınmışdır.
172
Görülən işin son nəticəsinin əldə edilməsində zəruri olaraq hər adamın
rolu bərabədir.
Burada habelə peşə və ixtisas qabiliyyətləri bilik və yaradıcı əməyin
qiymətləndirilməsi və fərqli ödənilməsi tətbiq edilir lakin bu fərq
savadsız və savadlı ən yüksək qabiliyyətlər tələb edən əməyin
ödənilməsində birin üçə nisbətindən çox deyil Mövcud cəmiyyətlərdə
məlumdur ki, belə deyil . İnsanlar arası münasibətlər və yaşamaq
imkanları ictimai iştirak sistemi ilə, düzgün qanunlar və planlar,
layihələr, fəaliyyətlə, maarifçiliklə, təhsil, səhiyyə və digər
xidmətlərlə o qədər dərin nizamlanır ki, cinayətkarlığa səbəb olmur,
düzgünlük həyat tərzinə çevrilir
Ünsiyyət qaydaları və normaları çox əhəmiyyətlidir. Bu qaydaları
təhsil vasitəsilə insanlar öyrənir və belə qaydaların nümumələri
yaradılır.
Humanizm və insana hörmət əsas dəyərlər sırasındadır. Məhz bu
dəyərlər və real qanun və idarəetmə insanları müəyyən rasional
davranış seçməyə, sülh şəraitində yaşamağa yönəldir.
Rasionallığın vacib prinsipi olan optimallıq və rasional seçim və
davranışların, idarənin optimallaşdırmağa çalışılması hər insana bütün
problemlərini optimal həll etməyə və onları problem yaratmamağa
yönəldir.
Rasional cəmiyyət inkişaf edərək və geniş yayılaraq Rasional dünya
(siyasi, iqtisadi, təhlükəsizlik, mədəni, turizm, əmək ) birliyinə-
dünya dövlətinə çevriləcəkdir.
Rasional Cəmiyyətdə hər bir insanın, habelə dünya birliyində hər bir
millətin (dövlətin) fundamental və dəyişməz hüquq və vəzifələri
olmalıdır. Əks halda onlar birlikdə, sülhdə yaşaya bilməzlər. Bu hüquq
və vəzifələr isə- “Özünə xoş olmayanı başqasına tətbiq etmə”
prinsipinə əməl etməklə müəyyən edilir.
Nəticə olaraq qeyd etmək istərdim ki, rasional cəmiyyətin
yaranması və fəaliyyəti aşağıdakı qrup məsələlərin həlli və istifadəsini
nəzərdə tutur:
1. Qərar qəbulu üçün rasional prosedura ( qaydalar) və kriteriyalar.
2. İctimai qanun və qərar qəbulu sistemi və cəmiyyətin sərbəst iştirak
mexanizmi.
3. Gələcək araşdırmaları və onun əsasında hazırlanmış strategiyalar,
istiqamətlər və yollar.
4. Rasional həyat tərzi.
5. Rasional cəmiyyətin konstitusiyası , əsas prinsipləri.
6. Rasional əxlaq və davranış, ünsiyyət və nəzakət qaydaları.
7. Rasional dünya nəzəriyyəsi.
173
8. Rasional insan hazırlasnması və təlimi.
9. Rasional cəmiyyətin obrazı- dəyərlər kompleksinin müəyyən
edilməsi və həyata keçirilməsi planı və icrası.
Kapitalıistin və ya sahibkarın gəlirinə yeni baxış və onun əxlaqa
uyğunlaşdırılması.
Rasional cəmiyyətdə gəlirlərin bölünməsi
Məhsulun istehsal dəyəri ibarətdir: məhsulun çertyojunun
alınması, material, yarım hissələr, müxtəlif hazır tərkib hisslələri,
elektrik, qaz, istilik, su, xərci, avadanlığa amortizasiya xərci və arenda
xərcələri; istehsal, xidmət xərcləri; idarə, reklam, təşkil (təchizat,
bazarın tapılması, sifarişçi ilə əlaqələr) nəqliyyat, tara xərcləri, bunun
üstünə 30 % ümumi xərclər, 20 faizi dövlətə gəlir vergisi və əmək
haqqına sosial sığorta 25 % əlavə etsək və bu cəmə dövlət üçün 20
faiz əlavə dəyər əlavə etsək, biz məhsulun tam maya dəyəri qiymətini
alarıq. Satış qiyməti isə əlavə ~20% etməklə yaranır.
Sahibkarın burada rolu nədir? – O, əsas təşkiledicidir, dövriyyə xərcini
(material və s. alınması üçün) verən və ya kredit alandır. Proses
başlayır və tutaq ki, 1 ay ərzində sikl qurtardı. Məhsul satıldı, pula
çevrildi. Bütün xərclər , vergilər, əmək haqları ödənir, yerdə təyin
edilən xalis 10-30 % gəlir tam bu firmanın ixtiyarındadır. Onun bir
hissəsi inkişaf fonduna və işçilərin əlavə sosial tədbirlərinə,
pensiyalarına və s. ayrıldıqdan sonra xalis gəlirin ən azı yarısı
sahibkara – aksionerlərə (əgər onlar varsa) çatır. İstəsə hamısını
(aksionerlər olmasa) özünə götürə bilər. Kapitalistin gəliri mexanizmi
budur.
Nə üçün məhz bu xalis gəlir bir adama çatmalıdır? Bu çox mühüm
məsələdir. İstismarın əsası bu məsələdədir. İnkişaf fonduna pul
ayrılmasa bu istehsal ölə bilər Xalis gəlirin tək bir adama çatmasının
isə mənəvi etik əsası yoxdur. Belə ki, bütün iştirakçılar tələb olunan
zəruri əməyi sərf ediblər, biri iştirak etməsydi, onda bu nəticə də
olmazdı. Məntiqə görə bu xalis gəlir həmin iştirakçılar arasında
bərabər bölünməlidir və ya onun inkişaf fondundan artıq
planlaşdırılması səhv olmuşdur, yəni bu artıq hissə özü xalis istismar
nəticəsidir. Bu təsvir hələ qanunlarla işləyən düzgün sahibkarın
təsviridir.
Reallıqda qanunlarla işləməyən sahibkarlar daha çoxdur. Onlar
istehsala xərclənməli zəruri xərcləri etməməklə: təhlükəsizlik
tədbirləri, qida, sosial, tibbi sığortanı etməməklə, işçiləri rəsmən
uçota almamaqla, onları 12-14 saat işlətməklə və cüzi tələb olunandan
174
az əmək haqqı verməklə; saxta, keyfiyyətsiz məhsul istehsal etməklə,
qiyməti isə yaxşı məhsul kimi təyin etməklə, vergi vermənəklə (rüşvət
verərək) dövlətə sosial sığorta verməməklə və s. üsullarla xeyli qeyri
- qanuni gəlir əldə edir və onu şəxsən özünə aid edir. Bu gəlir də
aşkar istismar və aldatma nəticəsidir. Nəticədə nə alırıq? - istehsal və
xidmətdə firmaları və onların sahibləri - hamısı cəmiyyətin hesabına
istehsal və xidmətlərin satışı vasitəsilə əlavə gəlir alaraq varlanır,
sahibkar olmayan adamlar isə güclə yaşayılar, kasıblaşırlar. Ona görə
kasıblaşırlar ki, məhz bu sahibkarlar onlara əxlaq tələblərinə görə
bərabər əməyə bərabər haqq qaydasını pozaraq, az əmək haqqı verir,
sağlamlığını qorumur- xərc çəkmir, artıq işlədir və s. Belə səhv iqisadi
sistem şübhəsiz inflyasiya yaradır, qeyri - əxlaqi cəmiyyət
formalaşdırır, cəmiyətin bir hissəsindən toplanmış həmin şəxsi
mənimsənilən gəlirlər sahibləri tərəfindən hədsiz harın həyat şəraitinə,
israfçılığa, mənasız əyləncələrə sərf edilir. Cəmiyyət isə həmişə
onlardan asılı, xahiş edən olur. Varlıların gəliri, hədsiz artdığına görə,
onların pis davranışlarına səbəb olur. Onlar birləşərək hakimiyyəti ələ
alır, cəmiyyətin istismarını davam etdirirlər. Beynəlxalq aləmdə isə
konfliktlərin səbəbkarı olurlar. Nə üçün cəmiyyət bu sistemi müdafiə
etməlidir ki, məhz onun hesabına bir qrup sahibkar hədsiz yaxşı
yaşasın və onun pullarını hansı ki sahibkar ona verməmişdir, mənasız
yerə heç eləsin, bir neçə bahalı maşın alsın, özünə gəmi, təyyarə alsın,
100 milyon dollara şəkil alsın və s.. Nə üçün cəmiyyət özünü istismar
etməyə razı olmalıdır? Beləliklə məlum olur ki, kapitalist sinfinin
malik olduğu var - dövlət, oğurluq, aldatma, istismar, bəzən vergi
verməmək vasitəsilə əldə olunmuşdur.
Rasional cəmiyyətdə gəlirlər –məhsullar ədalətlə bölünür, bütün
cəmiyyət üzvləri yaşama vasitələri ilə təmin olunur. Burada hər bir
fəaliyyətdən şəxsi gəlirlərin şəxsən istifadə edilən maxsimum və
minimum hədləri müəyyən edilir. İnsan istədiyi qədər müxtəlif
fəaliyyətlə məşğul ola bilər. Əmək haqqının ən aşağı səviyyəli işçi
üçün minimal optimal yaşayış şərtlərini ödəyən minimum səviyyəsi
müəyyən edilir. Bütün peşələr bununla hesablanaraq gəlirlər
səviyyələrə görə artırılır, maxsimim fərq 1-in - 3-ədir. İstehsal və
satışdan xalis gəlir şəxsi firmanın kollektiv mülkiyyətidir. Bu
mülkiyyətin idarəsini, əsas mülkiyyət sahibi aparır. İctimai şirkətlərdə
idarəni xüsusi metod və aparat vasitəsilə kollektiv aparır. Şəxsi və ya
aksionerlər vasitəsilə yaradılmış firmalarda firmanın özünə qalmış
xalis gəlir aksionerlərin və işçi kollektivindir. Bu gəlir iki yerə
kollektivə və aksionerlərə bölünür. Sonra isə aksioner hissəsi yenidən
hər aksiyaya bərabər miqdarda bölüşdürülür. Burada cəmiyyət nəzarət
175
edir ki böyük miqdarda gəlir almış aksionerlər bu pulları israf
etməsinlər, zəruri tam ehtiyaclar şkalasını ödəməklə qalan pullar
cəmiyyətin inkişafına, xeyriyyəçiliyə, mədəniyyətə, yeni iş yerləri
firmalar yaratmağa xərcləsinlər. Bu hissə ictimai layihələrin inkişafına
yönəldilir. Əvəzində isə cəmiyyət onlara başqa faydalar təklif edir.
Belə bir sistem mülkiyyət sahibinin və satıcının cəmiyyətin iştirakı
ilə əldə edilən gəliri tək mənimsəməsinə və harınlıq etməsinə, izafi
xərclərə sərf etməsinə qarşıdır, çünki əldə edilən gəlir təkcə onun
deyil. Əgər mülkiyyət onundursa, zəhmət onun deyil, işçi kollektivi
əmək çəkməsəydi, gəlir alınmazdı. Bu gəlir kollektivin iştirakı ilə əldə
edilir, demək, xalis gəlir kollektivlə aksionerlər arasında bərabər
paylanmalıdır. Təsvir edilən işçi- kollektiv – aksioner - tək sahibkar
münasibətləri bir fraqment idi.
Rasional cəmiyyətdə dövlət böyük aksionerlərin aksiyalarını alır,
böyük aksionerlər həvəsləndirilmir. Belə ki, onlar bütün istehsal və
xidmətdə böyük miqdarda insanların əməyindən alınan xalis gəliri
mənimsəyir, ölkədən çıxarır, cəmiyyətin inkişafından kənarlaşdırırlar,
şəxsi milyoner və milyarderə çevrilərək böyük miqdarda pulu
cəmiyyət üçün faydasız istifadə edir, insanların isə bir hissəsi kasıb
yaşamağa məcbur olur. Belə çıxır ki, bütün əhali bir neçə varlı üçün
işləyir.
Onlar habelə bu böyük pulu necə və hara xərcləməyi də bilmirlər,
nəticədə mənasız və effektsiz, əgər bəşəriyyətə kömək etmək istəsələr,
bunu da ədalətsiz və qeyri - rasional edirlər. Məsələn, Bill Qeyts 60
milyarddan artıq pulu var, lakin onu insanlar üçün necə faydalı istifadə
etməyi bilmir. Bunu yalnız cəmiyyət qərar qəbulu mexanizmi ilə daha
rasional tapa bilər. Eynilə, digər milyoner və miyarderlər belədir.
Rasional cəmiyyətdə onlara məsləhət görülərdi ki, bütün pullarını bir
inkişaf fondunda toplasınlar bu pulların hara və necə xəclənməsini
ictimai qərar qəbulu siteminə tapşırsınlar, sonra alınan layihələr və
yerlər üzrə pulları xərcləsinlər - yəni pullarını yenə də cəmiyyətin –
bütün bəşəriyyətin inkişafına, həyatın yaxşılaşmasına, ədalətin
olmasına sərf etsinlər. Başqa sözlə, cəmiyyətdən topladıqları (aldadıb
aldıqları) pulları rasional formada cəmiyyətə qaytarsınlar.
Dostları ilə paylaş: |