Ünsiyyət ən azı iki adamın məqsədli məlumat verib almasına deyilir.
Ünsiyyət təsadüfi olmur həmişə məqsədli olur. Ünsiyyətin məqsədi:
problemini həll etmək üçün yol tapmaq, təbii psixi vəziyyətin
rahatlanması, məlumat yaymaq, məlumat almaq, əməkdaşlıq etmək,
başqasına pis və yaxşı münasibətini ifadə etmək ola bilər. İnsan
icmada ünsiyyət vasitəsilə özünə, öz vəziyyətinə başqalarının
vəziyyətini öyrənməklə qiymət verir, geridirsə, stimul alır, yeni yollar
tapır; qabaqdadırsa, üstünlüyünü hiss edir, toxtaqlıq tapır, sevinir.
212
Aşağıdakı müxtəlif sahələrdə müxtəlif ünsiyyət qaydaları mövcuddur
və yeniləri də yarana bilər:
1.
İcma daxilində; ailədə ünsiyyət.
2.
İş yerində - biznesdə ünsiyyət, rəsmi və qeyri - formal
məktublar.
3.
Şifai müzakirələr; yığıncaqlarda çıxışlar.
4.
Ərizə, xahişlər.
5.
Elmi məqalə, hesabat yazdıqda və s.
6.
Qəzet jurnal məqaləsi, şer, povest yazdıqda, hadisələri təsvir
etdikdə.
7.
Elmi kəşv, ixtira, rasionallaşdırma təklifinin təsviri və onlar
haqda məlumat tərtibi .
8.
Ümumi qaydalar, qanunlar, müqavilələr, şərtlər, anlayışlar
tərtib edərkən.
İcma daxilində Rasional ünsiyyətin ən ümumi qaydaları
1.
Sözə, söhbətə, çıxışa başlayarkən hamıyla salamlaşmaq.
2.
Ünsiyyətə başlayarkən: məsələ barədə, gördüyün müəyyən
etdiyin təsviri, öz rəyini, qiymətini aydın ver. Nə haqda
danışacağın haqda məlumat ver; fikrini aydın bildir.
3.
Ailədə, iş yerində, cəmiyyət içərisində bərkdən danışıb gülmə,
kobud hərəkətlər və zarafatlar etmə.
4.
İnsanlarla danışdıqda düz danış, etdiyini boynuna al.
5.
Ünsiyyət zamanı məsələnin aid olduğu insanların şəxsiyyətnə
qiymət vermə; yalnız onun məhsulu, sözü haqda danış.
6.
Nəzakət , davranış və ədəb qaydalarına əməl etmək.
7.
Dəqiq bilmədiyin məsələ haqda danışma və ya danışsan bunu
qeyd et.
8.
Periodik olaraq icma üzvlərilə görüşüb ünsiyyətdə ol.
9.
Söhbət edərkən axıra qədər dinlə, başa düş , sonra cavab ver.
10.
Müzakirə nəticəsində nəyə razı olduğunu və nəyə razı
olmadığını de və səbəbini göstər.
11.
Qaranlıq məqamların qalmasına yol verməmək, bu sonradan
sizin əksinizə istifadə olunacaqdır. Bunun qarşısını almaq üçün
nəyin, nə üçün, necə, nə zaman, harda əldə edilməsinə,
olmasına razılıq yazılı qeyd olunmalı və hər iki tərəfdə
saxlanmalıdır.
12.
Müəyyən hallarda - pul, əmlak borc aldıqda, verdikdə,
saxlanmaya verildikdə, iş görüldükdə - ünsiyyətin sonunda əldə
edilən son nəticə yazılmalı və imzalanmalıdır.
213
13.
Səmimilik və aldatmamaq, səhv etdikdə üzr istəyib səhvi
düzəltmək.
14.
Fikir bildirərkən hər kəs özünü başqası ilə bərabər hüquqlu
saymalıdır
15.
Özünə xoş gəlməyən sözü başqasına demə.
16.
Öz icmanda və yad yerdə kimdənsə söz soruşduqda üzr istə və
icazə al..
17.
Yalandan söz vermə, bacara bilməyəcəyin vəzifəni öhdənə
alma.
18.
Sözə başlayarkən icazə al.
19.
Özün az danış və danışanları dinlə.
20.
Öz sözünün qiymətini bil.
21.
Sənin səviyyəndə olmayanlarla mübahisəyə girmə.
22.
Məntiqə əməl et, ziddiyyətli söz danışma .
Rasional nəzakət , davranış və ədəb qaydaları
Tarixi olaraq bu qaydaları cəmiyyət siniflərə, peşələrə, təbəqələrə
bölünəndən sonra varlı - hakim siniflər yaratmışdır və qoruyub
təkmilləşdirmişdir. Kasıb icmalarda da təbii olaraq bu qaydalara
ehtiyac olmuşdur, lakin orada daha az və əsasən primitiv qaydalar
formalaşdırılmışdır.
Nəzakət və ədəb qaydaları əsasən milli qaydalardır və davranış
stereotiplərini- etalonlarını əhatə edir. Beynəlxalq əlaqələr artdıqca
onun icmalar - arası , millətlər- arası konstruksiyası meydana gəlir. Bu
qaydalar hədsiz çoxdur və situasiyadan , ünsiyyətdə iştirak edənlərin
sosial rollarından asılı olaraq müxtəlif tipik davranışların spesifik
çoxluğu kimi qavrana bilər.
Hazır tipik davranış növlərinin, nümunə, etalonların olması yeni
ünsiyyət prosesini yaratmaqdan azad edir. Bu qaydalar əsas ünsyyət
qaydalarına əlavə olaraq onun qurulmasına xeyli kömək edə və ya
məhv edə bilər. Başqa sözlə, nəzakət və ədəb qaydaları ünsiyyətin
aparılmasının xarici formasıdır və yaxud estetik, mədəni üsuludur.
Hər bir ünsiyyət növündə- qonaq qəbulu , elmi çıxış, avtobusda, iş
yerində, kilsədə, diplomatik qəbulda və s. nəzakət və ədəb
qaydalarının Etiket adlandırılan konkret tərkibi və icra olunması üsulu
vardır. Söhbət həmişə ünsiyyətə girənlərin birinin digərinin statusunu
bilməklə başlayır və ona uyğun nəzakət elementləri kombinasiyası
seçilir. Nəzakət normaları insanlar arası ünsiyyəti, xüsusilə bərabər
olmayanlar arasında təmin edən vasitə kimi meydana gəlmişdir.
Nəzakət dostlar, tanışlar, sadə adamlar arasında sərbəst formada tətbiq
214
edilir. Lakin bayramlarda, mərasimlərdə, müxtəlif insanlar arasında
daha ciddi istifadə edilir.
Nəzakət əxlaq normaları və dəyərlərlə əlaqəlidir. Nəzakət
ümumbəşəri dəyərlərin - Yaşlılara valideynlərə, qadınlara hörmətlə
yanaşma, şərəf və ləyaqət, təvözakarlıq, dözümlülük, xoşhallıq-
xeyirxahlıq əsasında formalaşaraq -onların əməl edilməsi formasıdır.
Müasir nəzakət və ədəb 4 prinsipə əməl etməyi nəzərdə tutur
(www.etiquette.ru):
1.
Humanizm və insanilik . Bu prinsip ədəbli, mərifətli; nəzakətli,
incə, dəqiq, başqalarını incitmədən, qanacaqlı, gülərüzlü,
iltifatlı, mehriban, lütfkar, xoş, təvəzökar, utancaq, özünü
kiçik tutma, sadə olmaq kimi davranış növlərndə əks olunur
2.
Hərəkətlərin məqsədə uyğunluğu . Bu prinsip insana özünü
ağıllı, sadə və rahat aparmağa imkan verir
3.
Gözəllik və ya davranışın estetik cəlbediciliyi
4.
Olduğu ölkənin adət və ənənələrinə əməl etmək
Etiketin 4 ifadə olunma forması vardır (www.etiquette.ru):
- nitqi nəzakət vasitələri. Bu növə salamlaşma, tanışlıq, təbrik etmə,
arzularını bildirmək , minnətdarlıq, üzr istəmək, xahiş etmək,
dəvət etmək, məsləhət vermə, toxtaqlıq vermə, halına, dərdinə
yanma, rəğbət bəsləmə, baş sağlığı vermə, tərif demək, razılıq
bildirmə formullarını, habelə danışıq manerası, söhbət aparmaq
qabiliyyəti aiddir;
- mimika və jestlər. Həmsöhbətə münasibət mimika, gülümsəmə ,
baxışını yönəltmə ilə ifadə olunur . Bir çox xalqların öz
salamlaşmaq , ayrılmaq razılaşmaq, inkar etmək, təccüblənmə
jestləri vardır;
- ünsiyyətin aparıldığı yerin təşkili forması, yəni həmsöhbətlərin
qarşılıqlı və necə yerləşməsi, məsafənin seçilməsi, onların fiziki
kontaktda olub olmamaları. Bilinməlidir ki, hansı yer otaqda
hörmətlidir, hansı pozalar ola bilər;
- nəzaktin atributları-paltar, bəzəklər, papaq, hədiyyələr, güllər, vizit
kardları.
Göründüyü kimi, hər bir situasiya üçün və bütün bəşəriyyət üçün eyni
etiket və ya nəzakət qaydaları yoxdur. Lakin ümumi prinsipləri vardır.
Bu mənada, etiket daha çox ümumiliyə malikdir. Lakin dünya inkişafı
mədəniyyətlərin qovuşması və zənginləşməsi tendensiyasına uyğun
olaraq nəzakət və ədəb qaydalarının universallığına aparır. Qeyd
edilməlidir ki, nəzakət və ədəb qaydaları kəskin fərqlənmir, nisbi
xarakter daşıyır. Əgər nəzakət daha vacib və hərəkətlərin
normalarıdırsa, ədəb qaydaları xarici forma və və situasiyanın daha
215
kiçik əlamətlərini təsvir edir. Başqa sözlə, ədəbi nəzakət hərəkətinin
izhar forması kimi başa düşmək olar. Məsələn, əgər qonaq çağırmaq
nəzakətdirsə, ədəb qonaqlıq zamanı qonağa necə qulluq etmək, onu
razı salan yemək, içmək vermək, lazımı mədəni söhbət apara bilmək,
onun xətrinə dəyməməkdir; etiket isə qonaqlığı necə təşkil etmək,
stolu necə açmaq, necə geyinmək, necə rahatlıq yaratmaqdır.
Hər bir situasiyanın öz qaydaları vardır və zaman keçdikcə fasiləsiz
yeni situasiyaların qaydaları yaradılır və keçmiş standart situasiyaların
qaydaları təkmilləşir, yeniləşir. Bu qaydalar toplanmalı öyrənməli və
bütün insanlara təlim edilməlidir. Buni siz edə bilərsiniz.
Aşağıda bəzi vəziyyətlər üçün qısa Rasional nəzakət, davranış və ədəb
qaydaları nümunələri verilmişdir:
1. Evdə və qonaqlıqda. Stolda düz oturmalı, yeyərkən danışmamalı,
burnu qurtlama, ağzını marçıldatma, qabı yalama, çörəyə əlini silmə,
qaşıq, çəngəl və bıçağı yerində düz işlət , tez - tez yemə, qonaqlığa
vaxtında get, gecikmə, əlləri, ağzı əvvəl və sonra yu, stol arxasında
siqaret çəkmə, nəfəsini başqasına vermə, çörəyi əl ilə kəsmə, qonağa
çiy, bişməmiş və soyuq yemək, acı xiyar, dəmlənməmiş və ya
qaynamış çay, keyfiyyətsiz içki vermə
2. Ailədə. Heç kim başqasını nayrahat etməməli səs salmamalıdır .
Evdə siqaret çəkib tüstünü ailə üzvlərinə vermə, birlikdə yeməyə, çaya
otur, gecikmə, hər səhər ailə üzvlərilə salamlaş və əhvalını soruş öz
arzularını bildir, yatarkən hamıya xoş yuxu arzu et, danışarkən
çığırma, elə danış ki, səsini ancaq həmin adam eşitsin, təmizlik və
gigiyena qaydalarına əməl et səhərlər, yeməkdən əvvəl axşam
yatarkən yuyun, açzını, dişini yu , hər gün səliqəli, təmiz geyin, yerini
özün yığ, səliqə yarat, kitabları, qəzetləri öz yerinə qoy, ailə üzvünün
zəhləsini tökmə.
3. Ailədə, işdə, ictimai yerdə danışarkən. Nəzakətli ol- yəni, buyurun,
bəli , xeyr baş üstə, zəhmət olmasa, dəyməz, eybi yoxdur, nayrahat
olmayın, çox xoşdur kimi sözlərdən istifadə edin; danışarkən felin əmr
formasından istifadə etməyin məsələn al, götür, ver, danış , cavab ver
apar və s sözlər işlətmə bu sözləri hökmən nəzakətli sözlərlə birlikdə
felin cəm formasında işlət, məsələn zəhmət olmasa deyin verin..;
tanımadığın adamlarla sən yox siz sözündən istifadə edin , Üzünüzü
turşutmayın, həmişə üzünüzdə gülümsəmə işarəsini saxlayın, pis
bədbin emosiya yaradan sözlər işlətməyin məsələn “bu çox dəhşətdir ,
nə pis oldu, vəziyyət ağırdır”. Qəti qışqırma . səsini qaldırma, daha
yavaşdan danış.
4. Sevdiyin qıza , qadına münasibət. Qadına həmişə şirin sözlər de,
metaforalardan (bənzətmə, oxşatma) istifadə et, oturarkən ona yer
216
göstər, stulu rahatla; evə girərkən , maşına minərkən düşərkən birinci
onu qabağa burax, əlindən tut; bayramlarda birinci onu təbrik et; onun
zövqünə uyğun lazımı hədiyyələr al, ala bilməsən də yenə də xoş
sözlər de; nişanlı olduqda tez tez baş çək, hədiyyələr al, bir yerdə
səyahət et, dincəl, təbiətdə söhbət et.
Ümumbəşəri etik prinsiplər
Rasional cəmiyyət aşağıdakı 2005 və 2050 –ci illər üçün
ümumbəşəri etik dəyərləri qəbul edir. Bu prinsiplər Millenium project
layihəsinin 2005 The State of the Future hesabatının 179 ölkədə
müəllifin də iştirak etdiyi 1983 intellektualın apardığı araşdırmaların
nəticəsidir.
1. Həyat dəyişilməz hədiyyədir.*
2. Elmi araşdırmalar həqiqətə doğru daha etibarlı yoldur, nəinki dini
inam (vera)
3. Təbiətlə harmoniya daha əhəmiyyətlidir, nəinki iqtisadi tərəqqi**
4. Kollektiv düşüncə daha yaxşıdır, nəinki fərdi düşüncə.
5. Kollektiv təhlükəsizlik daha əhəmiyyətlidir, nəinki fərdi azadlıq.
6. İnsan həyatı –yaşaya bilməsi, bir canlı növü kimi ən birinci
prioritetdir.
7. Ədalətli olmaq üçün dərin hissiyatlı- rəhmli olmaq lazımdır (özünü
həmin varlığın yerində hiss etməlisən).
8. İnsanlar öz hərəkətləri və hərəkətsizlikləri üçün məsuliyyət
daşımalıdır.
9. Gözəl həyat - ən uğurlu tədbirlərlə ola bilər.
10. Dözümsüzlük nifrətə və ayrılmağa aparır.
11. Şüurlu həyatın hər hansı bir süni formasına onun tələb etdiyi
hüqugları verməli və onlarla da insan kimi davranmaq lazımdır **.
12. İnsan hüquqları başqa canlı və cansızların hüquqlarından üstün
olmalıdır.*
13. İnsanın kosmik məkanda miqrasiyası insan təkamülünün bir
hissəsidir.**
14. Elə qərar qəbul et ki, o zərərləri azaltsın və ya zərər vurmasın
15. Genetik evolyusiyanın tələ və qəddarlığının qarşısını almaq üçün
cəmiyyət bu işə qarışmalıdır.
16. Elm və texnologiya, biliklərin artması məqsədindən daha çox,
cəmiyyətə xidmət etməlidir.
17. İnsan həyatının mənəvi tərəfi daha əhəmiyyətlidir, nəinki material
tərəfi.
217
18. Gələcək nəsillərin qayğısı bu günki fəaliyyətlərin mərkəzində daha
çox yer tutmalıdır.
19. İqtisadi tərəqqi insan xoşbəxtliyinə aparan daha etibarlı yoldur.*
20. Bərabərlik (yaradılmış yeni məhsulların bölünməsi) prinsipi qərar-
qəbulunda vacibdir.
21. Dünya mənafeyi milli mənafedən üstün olmalıdır**
22. Ailə hər bir forması ilə sosial dəyərlərin bünövrəsidir.*
23. Ətraf mühiti və biomüxtəlifliyi qorumaq hər bir qərarda nəzərə
alınmalıdır.**
24. Sağlam cəmiyyətdə Qadın və uşaqların hüquqlarının pozulmazlığı
əsasdır. **
25. Təhsil almaq imkanı fundamental insan hüququdur
26. Başqalar ilə elə rəftar et ki, sənə də elə rəftar etsinlər
27. Kollektiv ehtiyaclar- zərurətlər fərdi rifahdan üstündür, elə iş gör
ki, daha çox adama daha çox xeyir verəsən.
28. Başqalarının əziyyətlərini azaltmaq insanların borcudur
29. Ənənələrə əməl etmək və ənənələri pozmaq da eynilə nəticələr
üçün əhəmiyyətlidir.
30. Elə qərar ver ki, hər yerdə tətbiq oluna bilsin.
Bu araşdırmalar göstərmişdir ki * la işarələnmış dəyərlərin əhəmiyyəti
2050 ilədək azalacaq; ** işarəsilə işarələnən dəyərlərin əhəmiyyəti
artacaq.
Rasional Ailənin qurulması. Qarşılıqlı davranış, əxlaq normaları və
öhdəçiliklər
Ailə hər iki kişi və qadının tam razılığı və sevgi və təbii istək
əsasında qurulur. Evlənənlər həyatda həmişə əməkdaşlıq, dostluq,
anlamaq və dalaşmamaq, çətinlikləri və xoşbəxt anları birgə keçirmək
və xəyanət etməyəcəkləri və bir- birinə xoş gəlməyən hərəkət
etməyəcəkləri və bir –birinə dözəcəkləri haqda öhdəçilik qəbul edirlər.
Habelə evlənənlər əvvəlcədən ailənin idarə olunmasında rolları - kimin
pul qazanmağı, kimin ev işləri görmək, kimin son qərara səlahiyyət
statusu, kimin üstün qərarvermə hüququ olmasını - könüllü bölürlər.
Ailə ancaq qarşılıqlı məhəbbət, xasiyyətlərin və dəyərlərin
uyğunluğu, hər bir tərəfin şüurunun və cinsi sağlamlığının, uşaq
yaratma qabiliyyətinin olması və hər tərəfin digərinin bütün
sağlamlığını, xəstəliklərini, ailə qurmaqda məqsədini tam bilərək və
qəbul etdiyi halda qurula bilər. İnsanlara ailə qurmaqdan əvvəl bir illik
sınaq və tanışlıq dövrünü keçmələri məsləhət görülür. Ailə qurmaq
istəyən hər adam xüsusi təlim, imtahan və yoxlamadan keçir; tibbi və
218
psixoloji vəziyyətini , şəxsiyyətini, bilik və qabiliyyətini, gəlir
mənbəyini əks etdirən serifikat alır.
Real həyat faktları: İldə 30 % ailə dağılır. Böyük miqdarda kişi və
qadın öz yoldaşını xəstəlik, qəzalar, müharibələr xasiyyətlərin
müxəlifliyi nəticəsində boşanmaqla itirir, tək yaşamağa məcbur olur.
Evlənənlərin 60%-i sevgi ilə evlənmir, sevgi olacağına ümid edir və
sonra sevgi olmadığını anlayır, boşanmaq isə maddi çətinliklər,
psixoloji əzab yaradır; bir çox qızlar subay qalır, bəzi insanların
uşaqları olmur və ya hamısı qız olur, bu adamlar öz xoşbəxtliklərinə
necə çatsınlar? Kortəbii, hədləri olmayan xaotik intim əlaqələr isə
xəstəliklər, qısqanclıq, konfliktlər yaradır, ailələrin dağılmasına gətirir.
Belə bir reallığı necə həll etməli? İndiyərək heç bir ictimai sistem
bu problemin həllini vermir. Və susmaqla bir kişinin eyni zamanda
çox qadınla və ya bir qadınının çox kişi ilə intim dostluğuna razılıq
verir. Bir kişinin bir arvadla ailə qurmasını düzgün hesab edir. Yalnız
bəzi islam dövlətləri kişinin 4 arvad almaq hüququ verir, lakin bu çox
varlılar üçün mümkündür, bəs digər insanlar necə etsin? Başqa
dövlətlərdə ancaq bir qadınla evlənmə ola bilər.
Rasional cəmiyyət prinsipinə görə hər bir qadın və kişinin insan
kimi – qarşı cinsə olan sevgi ehtiyacını ödəməklə yaşamaq və uşaq
yaratmaq və ya yaratmamaq haqqı vardır.
Lakin qeyri - rasional cəmiyyətin mövcud qanunları və əxlaq
prinsipləri xeyli köhnəlmiş və insanların bu haqlarını reallaşdırmağa
mane olur, insanları əbədi, tək yaşamağa məhkum edir. Lakin insan
dünyaya bir dəfə gəlir, cəmyyətin qəbul etdiyi hər hansı bir qanun və
rasional olmayan əxlaq norması insanları bədbəxtliyə - təkliyə
məhkum etməyə haqqı yoxdur. Deməli, cəmiyyətin əxlaq normaları və
qanunları insanın təbii həyat ehtiyaclarına uyğun olmalıdır. Belə ki,
əksinə, insan öz təbii ehtiyacını və insan olmaq funksiyasını dəyişdirə
bilməz. İnsan belə yaranmışdır, məhəbbətsiz, sevgisiz yaşaması onun
üçün əzabdır. Eynilə, heyvanlar da cüt - cüt yaşayırlar. Səhvən
qoyulmuş normalar dəyişdirilməli, hər bir insanın xoşbəxtliyinə, təbii
ehtiyaclarına olan manelər ləğv edilməlidir.
Rasional cəmiyyət təlimi bu təbii insan haqlarını aşağıdakı
formada həll etməyi təklif edir. Kişi və qadın sevgi və uşaq yaratmaq
haqlaını evlənmək – ailə qurmaq formasında bir evdə yaşamaqla və
ya evlənmədən şəxsi dostluq haqda razılıq müqaviləsi formasında
həyata keçirə bilərlər. Cəmiyyətin və digər qohumların bu işə
qarışmağa haqqı yoxdur.
Cəmiyyət öz daxilində olan hər bir ümumi problemi özü həll
etməlidir. Lakin şəxsi haqların icrasına mane ola bilməz. Hər bir ailəli
219
insan nəzərə almalıdır ki, o da subay, dul qala bilərdi və ya qala bilər,
buna görə insanlar maraqlı olmalıdırlar ki, bu problemi həll etsinlər.
Ona görə rasional cəmiyyət qəbul edir ki, hər kişiyə eyni zamanda iki
qadınla evlənməyə və ya dostluq etməyə ixtiyar verilsin, hər qadına
isə eyni zamanda ancaq bir kişi ilə ərdə olmaq və ya dostluq etmək
hüququ verilsin. Bu zaman:
Bu məsələnin həllini maraqlı tərəflər könüllü özləri razılaşsınlar, lakin
kişinin digər arvada və ya dostuna maddi yardım etməsi və
etməməsini, yaşayış yerini və tərzini; özləri yazılı olaraq könüllü
razılaşsınlar. Cəmiyyət buna qarışmasın. Uşaqlar haqda isə
öhdəçiliklər saxlansın: hər ikisi uşağın sərbəst işləməsinə qədər onu
saxlamağa borcludurlar. Burada, habelə dini qaydalar qəbul edilə
bilməz.
Evlənmək rəsmi nigah bağlamaqla , habelə bunsuz da həyata
keçirilə bilər. Bu halda tərəflər yazılı müqavilə bağlayır və 3-5 yaxın
adamların iştirakı ilə onu imzalayırlar. Kişinin nigah bağladığı və ya
bağlamadığı arvadı qarşısında keçmiş maddi öhdəçilikləri – geyim,
qida, yaşayış təminatı ləğv edilir - bu məsələlərin həllini hər ikisi
əvvəldən müqavilə ilə razılaşırlar. Habelə ayrıldıqda əmlakın yarı
bölünməsi ləğv edilir- hər kəs şəxsən nə almışsa – ona sahibdir. Bu
tələb evləndikdə sui-istifadəni ləğv edir.
Evlənəndən sonra 2 il ərzində sınaq dövrü təyin edilir ki, bu
müddətdə uşaq yaratmaq qadağandır, bu dövrdə əgər ər -arvad qərara
gəlsələr ki, onlar bir yerdə yaşaya bilərlər və sevirlər, hörmət edirlər,
onda ailə qurulmuş sayılır. Bu faktı onlar yazıb imzalayırlar.
Ər və arvad könüllü bir - birini razı salmadıqlarını dərk edərək
psixoloqun bu barədə məsləhəti olduqda sakit və mehribanca VVAQ
şöbələrində boşanırlar- rəsmi nigahı, əgər varsa, ləğv edirlər. Xəyanət
üstə boşanmada xəyanatkara uşaq və zərərçəkənin əmlakından pay
verilmir. Ev, maşın yalnız hər iki tərəfin bərabər pul qoymaqla
alınmışsa, bərabər bölünə bilər. Ailə dövründə kim yaşayış xərclərini
bərabər çəkməklə əlavə öz pulu ilə ev, maşın və s. almışsa, o bölünə
bilməz. Lakin bu məsələni yenə də özləri könüllü həll edə bilərlər.
Xəyanət kişi və ya qadının cinsi funksiyasını manesiz tam icra etdiyi
şəraitdə dostunun ona baxmadan başqası ilə (kişi üçün əlavə dostu
olduqda – üçüncü ilə; qadın üçün ikinci kişi ilə) əlaqədə olmasına
deyilir. Öz cinsi funksiyasını itirən başqasını xəyanətkar adlandıra
bilməz. Bu halda onlar könüllü ayrıla bilərlər, lakin yenə özləri sərfəli
variantı seçirlər.
Boşandıqda uşaqlar qarşısında öhdəçiliklər eynilə qalır, lakin uşağın
sərbəst yaşamaq anına qədər onun xərclərini valideinlər öz gəlirlərinə
220
mütənasib olaraq hər ikisi çəkirlər - çox gəliri olan çox hissəsini, az
gəliri olan az hissəsini.
Dostluq formasında qurulan birlik bir evdə yaşamamağı və ya
yaşamağı nəzərdə tutur ki, bu evdə ikinci qadın olmasın. Bu da
müqavilə ilə uşaqlar haqda öhdəçiliyi saxlamaqla 3-5 yaxın adamın
iştirakı ilə imzalanır. Öhdəçiliklər ola, yaxud olmaya bilər, lakin
könüllü razılaşma ilə olur.
Dostları ilə paylaş: |