2.4. Cəmiyyətin təşkili konstruksiyası və onun nəticələri
Tarix və bu günün reallığı çox aydın göstərir ki, müxtəlif sosial,
siyasi, həyat tərzi keyfiyyətləri, ideologiya, xoşbəxtlik hissi təsadüf
deyil, məhz cəmiyyətin müəyyən təşkili konstruksiyasından asılıdır.
Məsələn, bir ölkədə azadlıqdır, lakin böyük kasıblıq və varlılıq var
birində hamı toxdur, hamının işi var, lakin azadlıq ( söz, şəxsi, iqtisadi,
siyasi) yoxdur. Birində totaliyarianizmdir, yəni insanların düşüncəsi və
hərəkətləri üzərində total dövlət nəzarəti var. lakin millət mənəvi
dəyərlərlə birləşmişdir və istənilən məqsədi yerinə yetirməyə hazırdır.
Birində azadlıqdır, lakin bu azadlıq yalnız dövlət məmur təbəqəsinin
klanları və dostlarına aiddir və millət acdır, bir neçə kapitalist ağaya və
məmurlara xidmət edir, rüşvət verir. Birində həyat təhlükəsizdir və
fərdi azadlıqlar var, lakin avtoritayian hökumət altında əzilir.
Morqentau yazır: “Ədalət və demokratiya bir ölkədə bir məna kəsb
edir, digər ölkədə başqa məna”(4, 282). Liberal demokratlar özlərinə
aid etmədən yalnız düşmən cəbhəsi üçün yaratdıqları totalitarianizm
terminini də 2 növə ayırırlar: kommunizm və faşizm (2, s 654-655). Bu
reallıqları analiz etdikdə görürürk ki, doğrudan da hər konkret nəticə
35
üçün konkret təşkil modeli tələb olunur. Başqa sözlə hamının qarnının
tox və işi olması üçün daha çox ictimai mülkiyyətin lazımı hədlərdə
olması və dövlətin müəyyən hədlərdə totalitar idarəetməsi lazımdır.
Başqa cürə əsil xaos ola bilər. Xarici qəsblərə cavab vermək üçün
totalitarizm lazımdır. Təkcə 20-30% əhalinin yaxşı yaşaması üçün
qiymətlərin azad buraxılması, istehlakçılıq, azad biznes imkanları
lazımdır. Bu modeldə bəs qalan əhalinin başına nə gələcəkdir? Axı
qalan 70-80% əhali bu imkandan sadəcə istifadə edə bilməyəcəkdir.
Hamı ağa olsa inəkləri kim sağacaqdır? Şübhəsiz, onlar həmin 30%
biznesmenlər üçün işləməli, istismar olunmalıdırlar. Belə azadlıqda
hamı qabaqda ola bilməz, hökmən ticarət və mübadilə vasitəsilə bütün
maaşlar biznesmenlərin: tacirlərin, istehsalçıların, dəllalların,
ruhanilərin
və
azca-
dövlətin əlinə keçəcəkdir. Birləşmə,
təmərküzləşmə, monopoliya vasitəsilə mülkiyyət, torpaqlar, ticarət,
bizneslər monopolların - az adamların əlinə keçəcək, qalan əhali
deməli, pis vəziyyətdə yaşamağa məhkum olacaq. Bu elə kapitalizmin
mahiyyətidir. Deməli, bu model də bütün cəmiyyətə faydalı deyil.
Ayrıca indiyədək olmuş sosializm modeli də müəyyən eyiblərə
malikdir. Lakin bu eyiblər olmadan o necə ola bilər? Deməli, yaratmaq
istədiyimiz yeni ictimai modeldə yaxşı arzu etdiyimiz əsas cəhətlər və
arzu etmədiyimiz lakin əsas cəhətlərə görə dözməli olacağımız eyib
cəhətlərlə birgə layihə etməliyik. Belə olduqda biz daim eyib
cəhətlərin təsirini ağıllı idarəetmə ilə azalda, yaxşı cəhətlərlə
balanslaşdıra bilərik.
T
əsvir edilən baxışla bu gün deyə bilərik ki, hələ
daha yaxşı cəmiyyət qurulmayıb, bütün tarxi nümunələrin içində heç
biri yaxşı deyil.
Qərbdən liberal baxışla baxanda Çin totalitar ölkə kimi görünür.
Nə olsun ki, totalitar olmasa 1, 5mlrd əhalini idarə etmək, yedirtmək
mümkün olmazdı. Optimal ictimai konstruksiya bir az totalitarlıq, bir
az azadlıq, bir az aşkarlıq, bir az kollektiv iştirak, müəyyən qədər-azı
70% ictimai istehsal və xidmətlər, 90 % ictimai torpaqlar, elm -
texnologiyanın istifadəsi və s faktorların optimal proporsiyasını tələb
edir. Lakin optimal proporsiyada da bir prioritet- daha çox çəkiyə
malik dəyər- əsas şərt olmalıdır. Bu dəyər bütün bəşəriyyətin və milli
dövlətlərin təşkili və yaşaması üçün hansı olmalıdır? Şübhəsiz, bu
qrup demokratiyası, sinfi ideoloji (kapitalistlərin, yaxud dindarların,
yaxud hərbçilərin, partiyaların) idarəetmə, yaxud hakimiyyət, 30%
əhalinin varlı, 70% -n kasıb olması proporsiyası, faşist yaxud digər
partiyanın diktaturası ola bilməz.
Daha ağıllı təşkil modeli :
36
1)
yalnız hər bir insana iş, həyat şəriti, səhiyyə, təhsil və dinc
sülh şəraiti qarantiya verən dəyərlərin əsasında qurula bilər.
2)
Avtonomluq prinsipini qəbul etməklə , yəni hər kəs, hər icma
özünü azad idarə edə bilsin
3)
Hər bir ehtiyacların prinsiplərin ağılla müəyyən edilmiş
rasional hədlərində olmasını təmin etməklə, və
4)
Fasiləsiz yeniləşməni, təmizlənməni sazlanmanı təmin
etməklə
qurula bilər. Digər şərtlər isə ölkənin coğrafi yerindən, milli
xüsusiyyətindən, şüur səviyyəsindən asılı olaraq müəyyən
edilməlidir. Yəni əsas dəyərlər ödənməklə ölkə müəyyən qədər
totalitarian, müəyyən qədər demokratik, müəyyən qədər azad,müəyyən
qədər aşkar, müəyyən qədər tiran ola bilər.
Gəlin düz danışaq, məgər ABŞ özünü demokratiya və insan
hüquqları müdafiəçisi adlandırsa da çox hallarda faşist kimi
davranmır? Onun nə işinə qalmışdır, bir bəhanə ilə İraqı məhv etdi,
qeyri-sabitlik yaratdı, indi də Əfqanıstanda döyüşür. O özünə
məşğuliyyət tapa bilmir? Məgər qərb çox orijinal, dinc, elə totalitarian
üsullarla bütün ətraf dünyanı istismar etmir? Məgər EU - Nato özünü
kral kimi Kosovoda zorakı aparmadı? Həmin Nato digər qəsbkarlığa -
Ermənistanın Azərbaycanı işğal etməsinə sadəcə etinasızlıqla
yanaşmadı?
Bu məntiq bizim bəşər sisteminin, elə Avropa ittifaqının nə qədər
qeyri-təkmil olduğunu gösrtərir.
Bütün siyasətlər, bütün davranışlar yalnız öz şəxsi, sülalə və qrup
mənafeyinə, sinfi mənafeyə yönəlmişdir. Yəni yuxarıda qeyd etdiyim
əsas olmalı dəyər praktikada dövlətlər tərəfindən ikinci yerə keçirilir,
qrup mənafeyi naminə, hegemonluq naminə, dini birlik naminə. Total
baş verən bu təcrübədən bəşəriyyət nə vaxt xilas olacaq. Sözlərdə
demokratiya, bərabərlik, ədalət deyən hər bir siyasi dövlət praktikada
yalnız özünə xeyirli -başqasına zərərli siyasəti güdür. Bunun səbəbi
nədir? Səbəb hər cəmiyyətin təşkili strukturundadır. Harda ki partiya -
qrup hakimiyyəti qüvvədədir və məhz hakim siniflər yalnız öz
mənafeyi üçün siyasəti qururlar, ona uyğun davranırlar, cəmiyyət isə
hansı ki yalnız ədalət, normal həyat, sülh istəyir - qərar qəbulundan
uzaqda saxlanmışdır.
Son faktlara baxaq. 2011 il, Yanvar Tunisdə xalq kütlələri kasıblıq,
rüşvərxorluq və qiymətlərin artımına kütləvi etiraz edir və ölkə
prezidenti ölkədən qaçır. Bu hadisə detonator rolu oynayır, digər
dövlətlərdə də Yəmən, Albaniya, İordaniya, Misir, Əlcəzair, Suriya,
Efiopiya xalqları da etiraz edərək prezidentin istefasını, yeni ictimai
37
sistemin qurulmasını tələb edirlər. Digər azı 170 dövlət də -Qafqazda
Ermənistan, Azərbaycan və bir çox Asiya ölkələri, Afrika bütövlükdə,
keçmiş sovet respublikaları, elə Rusiya bu gündədir, həmin xalqlar da
öz rəhbərlərinə, prezidentlərinə və bütöv hakimiyyətə nifrət edirlər və
onların rədd olmasını arzu edirlər. Səbəb nədir? Səbəb ictimai
quruluşun nadan qurulması, diktaturaya xidmət etməsi və xalqa zidd
siyasət aparmasıdır. İnsanları işlə, normal həyatla təmin etməmək,
rüşvətdir. Niyə bəs bu dövlətlərdə də qəfil belə etirazlar baş vermir.
Ona görə ki, burada kəskin cəza tədbirləri polis, xəfiyyə güclü işləyir,
etiraz edənlər sadəcə fiziki məhv edilir, cəmiyyət miflərlə, uydurma
vədlərlə aldadılır, azad sözə imkan verilmir. Həqiqətin deyilməsinə
manelər qoyulur, həmkarlar təşkilatlarını dövlət idarə edir, müxalifət
sıradan çıxarılmışdır, intellektualların ağzı müxtəlif üsullarla - vəzifə
verməklə, pulla satın almaqla, qorxutmaqla - bağlanır. Məsələn,
Azərbaycanda belədir, böyük neft gəlirlərinə baxmayaraq cəmiyyət,
xüsusilə gənclər işsiz, müalicədən məhrum, işləyənlər yaşamaq üçün
lazımi qədər maaş almır, rüşvətxorluq dövlətin bütün strukturunun
xarakteridir, deputatları prezident, onun qohumları və dostları təyin
edir, seçkilər əsil sirk tryukudur; sosial yardımlar, işsizliyə görə cüzi
və bütün işsizlərə deyil, onların cüzi hisəsinə 12 aya verilən
müavinətlərin yarısını məmur alır. Tunisdə başlanmış kütləvi etirazları
inqilab adlandırmaq olar. Güman ki bu inqilab geniş yayılacaq, hər
xalq öz ağır vəziyyətinin səbəbini dövlət idarəsində, hakim sülalədə
olduğunu anlayacaq və etirazlara başlayacaqdır. Daha ağıllı xalqlar isə
ictimai sistemin qəsdən xalqı əzmək, rüşvət yığmaq üçün, nadan
qurulmasında olduğunu anlayacaqlar.
Budur, Münhendə yerləşən Marşall fondu hər il təqribən 100
milyardlarla pul toplayır ki, Afrikaya, aclığın ləğvinə və xəstəliklərin
müalicəsinə xərcləsin. Məgər pul xərcləməklə problem həll olunur? 50
ildir ki, bu iş görülür nə üçün problemlər həll edilməyib? Məsələ
orasındadır ki, əslində fondun məqsədi köklü problemləri həll etmək
deyil. Bir neçə il əvvəl problemlərin prinsipal həlli haqda məqaləmi
həmin fonda göndərərkən belə cavab aldım ki, məqalə onların
maraqlarına uyğun deyil, ona görə çap edə bilməzlər. Əgər məqsəd
problem həll etmək deyilsə, bəs nədir? Mən deyərdim ki, problemi
daha da kəskinləşdirmək, böyük əhali kütləsini daim pis vəziyyətdə
saxlamaq, 2 və 3-cü düny ölkələrində axmaqları və rüşvətxorları
hakimiyyətdə saxlamaq, onların özlərinin məhsullar istehsal etməsinə
yol verməmək, həmin ölkələri yalnız xammal təchicatçısı kimi istifadə
etmək, bazarı aktiv saxlamaq və 1 dollar yardıma gələcəkdə 3 dollar
38
mənfəət almaqdır. Hansı ki mövcud tədqiqatlar bunu müəyyən
etmişdir.
Hər şey öz hədlərində, çoxluq daxilində digər elementlərlə
optimal
proporsiyada
olanda
faydalıdır.
Azadlığın
və
demokratiyanın da optimal hədləri və uyğun proporsiyaları olmalıdır.
Məsələn, kim deyə bilər ki, bu gün məhdudlaşdırılmayan davranış və
iqtisadi azadlıq müasir kapitalist dövlətlər üçün, əhali üçün, ədalət
üçün yaxşıdır? Heç kim bunu deyə bilməz. Ona görə ki, məhz həmin
dövlətlərin problemlərinin kökündə bu hədləri olmayan ağılsız azadlıq
durur. Məgər həmin azadlıq və prinsiplər nəticəsində inflyasiya və
böhranlar törəməsi, bir qrupun böyük miqdarda insanları istismar
etməsi, aldatması pulları öz ciblərinə toplaması, qalan əhalinin isə
daim ehtiyac və problemlər içində olması, gələcəyə, sabaha ümidi
olmaması, küçəyə çıxmağa qorxması yaxşıdır? Deməli, yeni
layihələndirilən ictimai konstruksiya azadlıq və demokratiyanın
hədlərini, nisbətlərini və optimal formasını müəyyən etməlidir.
2.5. Dünya strukturu və dəyişiliklərinin xarakteri
Ölkələr arası əlaqələri araşdırdıqda beynəlxalq siyasətin əsil
məqsədi dominantlıq olduğu məlum olur, bu ideyaların, siyasətlərin,
fəaliyyətlərin, qüvvələrin mübarizəsi vasitəsilə olur. (4, 354-358).
Hegemon dövlətlər dünya siyasətinin aparıcıları olduğu üçün onların
apardığı təbliğat, yardım, diplomatiya, “parçala və idarə et”, “kökə və
şallaq”, “qara işi görən şeytani dövlət yarat və müdafiə et” -
siyasətləri, hərbi silahlanma və hərbi əməliyyatların, ticarətin, digər
dövlətlərin daxili işinə qarşımasının, məsləhətinin əsil səbəbinin
dominatlıq əldə etmək və rəqib hegemonun mövqeyini zəiflətmək
olduğu məlum olur. Xalqlar bilməlidirlər ki, onlara sırınan
demokratiya təbliğatı və ya azadlıq ideyası, müstəqillik, suverenlik,
yeni demokratik, informasiya, postindustrial cəmiyyət, bərabərlik,
ədalət ideyalarının məqsədi həqiqətdə onları əldə etmək deyildir,
onlara fayda vermək deyildir. Bunlar hamısı hegemon dövlətin
dominantlıq əldə etməsi instrumentləridir, öz xeyri üçündür, nişana
alınmış dövləti qonşu ilə arasını vurmaq, onların birləşməsinə,
əməkdaşlığına, bütövlüyünə qarşıdır, həmin dövlətin malik olduğu
təhlükəsizlik blokunu dağıtmaq, zəiflətmək üçündür. Bu çox dəhşətli
bir reallıqdır, siyasi davranışların üzəri maskalar ilə örtülmüşdür. Belə
mühit əsil həqiqəti görmək və öz yolunu düz müəyyən etmək üçün
böyük qabiliyyət tələb edir. Təsvir edilən məntiqdən baxdıqda bütün
39
müasir konfliktlərin məhz hegemon dövlətlərin xarici siyasəti nəticəsi
olması məlum olur. Məsələn, bütün keçmiş ayrılıqlar, habelə yeni
münaqişələr: İslam dünyasının parçalanması, Amerikan İngilis
imperializminin nəticəsidir, Çin -Tayvan münaqişəsi, Afrikanın
sərhədlərinin kolonistlərin düz bölməməsilə əbədi münaqişəyə cəlb
olunması, Qafqazda Ermənistan - Azərbaycan münaqişəsi və digər
sovet respublikaları arası və daxili münaqişələr Rusiya, ABŞ və digər
xarici hegemonların siyasəti nəticəsidir.
Pakistan – Hindistan - Kəşmir münaqişəsinə baxaq. Burada da
xarici dövlət - UK paz rolunu oynayaraq, bu problemi yaratmışdır ki
Hindistan və Pakistan arasında əbədi düşmənçilik qalsın , nəticədə
ikisi də zəif qalsın, UK isə dominant ola bilsin. Bunun üçün o əvvəl
19-20 əsrdə bütöv Hindistanı milli dini düşmənçilik yaradaraq
hissələrə bölmüşdür. Həmin ölkələr üçün əsas məsələ düşmənçiliyin
səbəbini anlamaq və bu tələdən öz ağılları ilə çıxmaqdır. Burada hər
iki dövlətə ən optimal məsələ elə siyasət yeritməkdir ki, Kəşmir
torpağının münaqişə edən heç bir dövlətə məxsus olmasının
əhəmiyyəti olmasın. Bu əraziyə azad özünü idarə verilsin və üçüncü
ölkələrin buraya siyasi və hərbi protektoratlığına yol verilməsin. Bu
hər iki dövlət bu ərazi özünüidarəsi və biznes dairələri ilə azad iqtisadi
əməkdaşlıq etsin. Ən yaxşısı hər iki dövlətin və Kəşmirin konfederativ
dövlətdə birləşməsi ola bilərdi.
2.6. Kapitalizm konstruksiyasının tənqidi
Feodalizmdən kapitalizmə keçid momentinə baxaq. Bu barədə XVİİİ
əsr Fransız maarifçiləri çox dəqiq ifadə edirlər. Onlar feodal
quruluşunu ağılsız elan edərək onu “təbii qaydalara” cavab verən
“ağıllı quruluşla” əvəz edilməli olduğu fikrini irəli sürürdülər (2 , səh
217). Maraqlıdır ki, onlar bu quruluşu ən mükəmməl quruluş
adlandırırdı. Məsələn. M. Weber hesab edir di ki “kapitalizm ən
mükəmməl ictimiai qtisadi quruluş formasıdır” (8, səh 424. Müasir
baxış aşkar edir ki, o yenə də “ağılsız” quruluşdur və təbii qaydalara -
harmoniya qanununa uyğun deyildir. Eyni hadisələr quldarlıqdan
feodalizmə keçid dövründə də olmuşdur. Feodallar da ağıllı quruluş
qurmaq istəyirdilər. Lakin kapitalist burjua nümayəndələri və bütün
kəndli və sənətkarlar feodal quruluşunun da ağılsız olduğunu aşkar
etdirlər. Bu iki hadisənin mahiyyəti odur ki, hər yeni sinif köhnə
quruluşun ağılsız olmasını görsələr də onun hamı üçün, hər şey üçün
təbiət və gələcək üçün ağıllı quruluşa çevirməyi deyil, yalnız özlərinin
mənafeyinə uyğun gələn ağıllı quruluşla əvəz etməyə çalışırdılar.
40
Məhz bu səbəbə görə bu quruluşlar hamısı son nəticədə yenə də ağılsız
olaraq qaldı. Çünki həyat sistemi təkcə yeni varlı siniflərdən ibarət
deyil ki, təkcə onlar üçün quruluş yaxşı olsun, burada müxtəlif
siniflər, icmalar, təbiət, bütöv cəmiyyət var, hamının, hər şeyin
mənafeyi qorunmalıdır.
Mən kapitalizmə aşğıdakı tərifi verirəm.
“Kapitalizm kasıblar və əxlaqla yaşayanların kasıblığı, zəhməti və
daim ehtiyaclı həyatı, bəzən dilənçiliyi üzərində qurulmuş bir neçə
varlının siyasi hakimiyyətidir”
Kapitalizmin özü də heç düzgün layihələdirilməmişdir. Yəni təbii
iki əks sinfin: idarə edənlər və idarə olunanlar arasındakı daimi
mübarizənin nəticəsində o yaranmışdı. Marks belə bir iqtisadi sistemi
–“istehsal münasibətləri “anlayışı yaradaraq onu bazis adlandırmışdı,
siyasi quruluşu isə ondan asılı və onu qoruyan üstqurum adı vermişdi.
Lakin bu mənim aşkar etdiyimə görə həmişə belə olmur. Iqtisadi
prinsip hər bir formasiyada bazis olmur. Məsələn, yeni gözlənilən
rasional cəmiyyətdə - yaxud rasional sosializmdə iqtisadi sistem bazis
deyil, burada həm kapitalist -şəxsi həm ictimai mülkiyyətə məxsus
istehsal və xidmətlər eyni dərəcədə inkişafın əsasıdır. Iqtisadi
münasibətlərin Marksın ifadə etdiyi “istehsal münasibətlərinin” yeni
rasional dövlətin idarə edilməsində heç bir rolu yoxdur- hər kəs ağlına
görə, istəsə, idarədə iştirak edir.
Bu iki - idarə edənlər və idarə olunanlar - tərəfləri arasında
mübarizə əbədi deyildir. Mübarizənin səbəbi budur ki, idarə edənlər
cəmiyyətin avamlığı və məlumatsızlığından, məlumatı gizlətmək
imkanlarından istifadə edərək daim şəxsi mənafelərini güdürlər-deməli
ədalətizlik və narazılıq yaradırlar, idarə olunanlar isə ədalətli düzgün
idarə istəyirlər. Əgər bu şərt təmin olunsa mübarizə də olmaz. Bunu
habelə ibtidai -icma, quldarlıq, feodalizm üçün də demək lazımdır.
Tarixdən bəri cəmiyyətdə öz hüquqlarını başa düşənlər, bir az iqtisadi
gücü olanlar hakimiyətdə iştirak edirdilər (Onlar yer tələb edirdilər,
nəticədə ağsaqallar, zadəganlar, məsləhətçilər şuraları sonra isə
parlament, lordlar palatası yaradılmasına nail oldular) və öz
mülkiyyətlərini də qoruyurdular, özlərinə xoş qanunlar yazırdılar;
quldarlar, feodallar, kapitalistlər belə yarandı, qalan əhali isə vasitə
kimi istfadə edilirdi. Səhvlik oradaydı ki, bu cəmiyyətlər real maddi
proseslərin nəticəsində evolyusiya etdikcə şüurları -ağılları artdıqca
idarə sistemi eyni qalırdı, insanlar, ailə, icma, kənd, şəhər və dövlət
arasında harmoniya və razılıq pozulurdu; zorakılıq, istismar, müharibə
etmək dövlətin xarakterik cəhəti idi, yerdə qalan əhali əsasən azad
kəndlilər, sənətkarlar idi ki, onlar da getdikcə xüsusi siyasətlə
41
feodalların, kapitalistlərin ixtiyarına keçdilər, təhkimli kəndliyə,
nökərə, sonra isə muzdlu işçiyə çevrildilər. Istənilən halda istər
quldarlıq, istər feodalizm, istər kapitalizm adlansın, cəmiyyətin idarə
edilməsində daim bu əsas prinsip saxlanmalıydı: Hər kəsin insan kimi
yaşamağı, bərabər iqtisadi, həyat imkanları, bütün artıq istehsal
edilmiş məhsul ümumi fonda toplanaraq ümumi ehtiyaclara, asayişə,
işğaldan qorunmağa, yollar, xəstəxanalara, fəlakətlərin dəf
edilməsinə, elmə- sərf edilməliyidi. Lakin belə olmadı, hər quruluşda
onun əsas iqtisadi qrupları maksimum səy göstərərək, ədaləti pozaraq,
qalan insanları istismar etmək, əzmək, kasıb və xahiş edən licimində
saxlamağı seçdilər. Əxlaq normaları məhz quldarlıqda yarandı və
kaptalizmə qədər çoxaldı, əvvəl isə ibtidai icmada ədalət hökmən əməl
edildiyi üçün onu pozmurdular və hər şey ədalətli- normal hesab
edilirdi; pozuntular başlayan kimi ona reaksiya kimi əxlaq və onun
normaları meydana gəldi- bunu şübhəsiz, varlılar və dövlət deyil,
əzilənlər, adi əhali yaratdı, irəli sürdü). Dövlətin meydana gəlməsilə bu
əxlaq normaları hakim siniflərin mənafeyinə uyğun formaya salındı,
yeniləşdirildi və qanuniləşdirildi.
Axı kapitalizmin mahiyyəti və mənası nədir? Ona həm
sosializmi, həm kapitalizmi görmüş adam kimi belə tərif verirəm :
Kapitalizm oğurluq, hiyləgərliyi və aldatma ilə mənimsəməni
qanunlaşdıran bir ictimai quruluşdur ki, onu məhz bu işləri görən oğru
və fırıldaqçılar sinfi idarə edir, yenə də cəmiyyəti aldatmaq və ondan
mandat almaq yolu ilə. Onun əsas prinsipi nbudur: “kim nə qədər
aldadıb gəlir ala bilsə, o onun qanuni mülkiyyətidir”.
Kapitalizm insan eqoismini, hiyləgərliyini, dələduzluğunu və
yaradıcılığını tam həyata keçirmək üçün yaxşı düşünülmüşdür. Lakin
təkcə bununla optimal, effektiv, sülh və hamıya xoşbəxtlik verən
cəmiyyət yaranmasına səbəb olmuşdurmu? Xeyr olmamışdır. Ona görə
də kapitalizm mövcud forma və nümumələrdə bəşəriyyət üçün yararsız
hesab edilməlidir, bir neçə istisnalar şərtilə. Bu istisnalara İsveç,
Norveç, Danimarka və digər bir neçə ölkələr aiddir ki, onların tarixi
mədəniyyəti səbəbilə hakimiyyət insanlara insan kimi baxaraq onlara
bütün normal yaşayışı (iş, sağlamlıq, ixtisas, təhsil) təmin edir. Lakin
bu ölkələr də əbədi dayanıqlı hesab edilə bilməz, çünki elə qruplar
hakimiyətə gələ bilər ki, bütün sosial nailiyyətləri məhv edər. Bunu bu
xalqlar
yaddan
çıxarmamalı, daim sosial siyasi aktivliyi
saxlamalıdırlar. Digər ölkələr, hansı ki dünyada 90% - qədərdir, hansı
ki tarixi ənənələrdən gələn qəddarlıq, despotizm, hakimiyyətpərəstlik,
hakimiyyət postlarına varlanmaq məqsədilə çatmaq xarakterləri
dəbdədir, əsil cəhənnəmdir.
42
Nəticə. Cəmiyyət yeni prinsiplər altında intelektualların kollektiv ağlı
və ümumi bəşəri bilik və təcrübəni tətbiq etməklə yenidən
konstruksiya edilməlidir. Əsas məsələ şəxsi və ictimai mülkiyyətin,
demokratiya və avtokratiyanın, ictimai və şəxsi mənafenin, yəni
müxtəlif əks cütlərin konkret zaman və yerdə optimal
proporsiyalarının konkret balansını tapmaqdır.
Dostları ilə paylaş: |