Günay ibrahimova ( 55 879 83 28) ceyran seyfali Atabəylər dövləti (sual-cavab)



Yüklə 199,55 Kb.
Pdf görüntüsü
tarix19.09.2023
ölçüsü199,55 Kb.
#145324
Atabəylər sual-cavab.Günay İbrahimova



GÜNAY 
İBRAHİMOVA (
055 879 83 28)
CEYRAN SEYFALİ


Atabəylər dövləti (sual-cavab) 


1.Dövlətin yaranması və süqutu: 
—1136-1225 
2.Paytaxtları: 
—Naxçıvan, Həmədan, Təbriz
3.Atabəylərin ilk rəsmi hakimi: 
—Ş.Eldəniz 
4.Varlığına kim tərəfindən son qoyulmuşdur? 
—Xarəzmşah Cəlaləddin
5. Həmədan döyüşü (ili, tərəfləri, nəticələri) 
—1190-cı il, Qızıl Arslan III Toğrulu və onun oğlunu məğlub etdi 
6.Şəmkir-Beyləqan döyüşü (ili, nəticələri) 
—1194-cü il, Şirvanşahlarla gürcülərin birləşmiş qoşunları Əbu Bəkri məğlub 
etdilər
7.Xarəzmşahlarla Həmədan döyüşü (ili, nəticələri) 
—1197-ci il, Əbu Bəkr Xarəzmşahları məğlub edib, qardaşı Özəyi ora hakim təyin 
etdi
8.Atabəy Eldənizin dövründə gürcülərin yürüşü, gedişatı və nəticələri 
—1139-cu il- I Demetre Gəncəyə hücum edib şəhəri qarət etmiş, əhalini əsir, qala 
qapılarını qənimət kimi aparmışdır 
—1161-ci il- III Georgi Dəbil və Ani şəhərlərini ələ keçirsə də, 1163-cü ildə 
Naxçıvan yaxınlığında döyüşdə məğlub edilmişdir 
9.Gürcülərin 1210-cu il yürüşü 
—Fəlakətli nəticələrinə görə əvvəlki basqınlardan daha ağır idi 
10.İqta paylayan Atabəy hökmdarları 
—M.C.Pəhləvan, Qızıl Arslan
11.İmperiyanın vilayətlərini oğlanları arasında bölüşdürən Atabəy: 
—M.C.Pəhləvan 
12. 50.000-lik süvari qoşun yaradan Atabəylər: 
—Ş.Eldəniz, M.C.Pəhləvan
13. 1163-cü il Naxçıvan yaxınlığında döyüşün nəticəsi: 


GÜNAY 
İBRAHİMOVA (
055 879 83 28)
CEYRAN SEYFALİ


—Eldəniz III Georginin qoşunlarını məğlub etdi


14.Hansı Atabəyin dövründə Əhər məlikləri öz sikkələrində Eldənizlərin adını da 
zərb etdirdilər? 
—M.C.Pəhləvan 
15.Əbu Bəkrin dövründə Atabəylərin zəifləməsindən istifadə edən hansı qüvvələr 
fəallaşdı? 
—Xarəzmşahlar, Şirvanşahlar, Gürcü feodalları 
16.Monqolların I yürüşü hansı Atabəyin dövrünə düşür? 
—Özbək (1210-1225) 
17.Eldənizlərin müdafiə qabiliyyətini zəiflətdi: 
—Feodal çəkişmələrinin davam etməsi, müharibələr, mərkəzi hakimiyyətin 
getdikcə zəifləməsi
18.Atabəy hökmdarlarının adları və hakimiyyət illəri: 
—1.Ş.Eldəniz (1136-1175) 
—2.M.C.Pəhləvan (1175-1186) 
—3.Qızıl Arslan (1186-1191) 
—4.Əbu Bəkr (1191-1210) 
—5.Özbək (1210-1225)
19.Xarəzmşah Təkəş 1194-cü il yürüşünün nəticəsi: 
—Xorasan, Rey və Həmədanı tutdu 
20.Gürcülərin 1210-cu il yürüşü zamanı hansı şəhərlər xərac verərək dağıntıdan 
xilas oldu? 
—Təbriz və Miyanə 
21.Dövlətlərində ilk dəfə sultan titulu alan hökmdarlar: 
—I Mahmud (Qəznəvi) 
—I Toğrul (Səlcuq) 
—Qızıl Arslan (Atabəylər) 
—I Murad (Osmanlı) 
—Uzun Həsən (Ağqoyunlu)
22.Hansı şəhər Qızıl Arslanın iqamətgahı oldu? 
—Təbriz 


GÜNAY 
İBRAHİMOVA (
055 879 83 28)
CEYRAN SEYFALİ


23.Qızıl Arslanı Arrana hakim təyin edərək Azərbaycanın idarəsini ona tapşırdı: 


—M.C.Pəhləvan 
24.Təbrizi Ağsunqurilərin əlindən aldı: 
—M.C.Pəhləvan 
25.Atabəy Eldənizin dövründə Sultanın hacibi və ordunun baş komandanı oldu: 
—M.C.Pəhləvan Sultanın hacibi, Qızıl Arslan isə ordunun baş komandanı oldu
26. 1175-ci ildə Eldəniz ........................ qoşunla gürcülərin üzərinə göndərdi: 
—Cahan Pəhləvanı 
27.Dövlətin paytaxtını Naxçıvandan Həmədana köçürdü: 
—M.C.Pəhləvan 
28.Şəmsəddin ləqəbini almışdı: 
—Eldəniz 
29.Arranı iqta kimi Eldənizə bağışlamışdı: (dövlət və hökmdarın adı) 
—İraq Səlcuq hökmdarı Sultan Məsud
30.Atabəylər dövlətinin ərazisi: 
—Dərbənddən İsfahanadək 

 
Günay İbrahimova, Ceyran Seyfali
 

Yüklə 199,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin