Bakıdakı Facebook nəsli
Adnan, Emin və Azərbaycanda dissidentliyin gələcəyi
Berlin – İstanbul
15 Mart 2011
“... onlar 1968-ci ildəki və 1980-1981-ci illərdəki PolĢa təcrübələrindən
parçalanmıĢ, laqeyd və sınmıĢ görünən cəmiyyətin aydın, qəfildən birlĢəmiĢ bir
vətəndaĢ cəmiyyətinə necə çevrilə biləcəyini bilirlər. ġəxsi fikrin ümumxalq fikrinə
necə çevrildiyini, xalqın yenidən öz ayaqları üstündə necə durduğunu bilirlər. Bunun
üçün isə onlar buzun altında iĢləyir və gözləyirlər.”
Timoti Qarton Eş, kommunist Çexoslovakiyasında Xartiya 77 haqqında,
Fevral 1984
“Necə olur ki, bizim xalqımız, məğlub cəmiyyətlərin üzləĢdiyi köləlik və ümidsizlik
kimi ümidsiz bir seçim etməyin dilemması ilə üz üzə qalmıĢdır?”
Adam Miçnik, Qdansk həbsxanasından göndərilmiş məktub, İyul 1985
Mündəricat
XÜLASƏ ......................................................................................................................................... I
İŞTİRAKÇILAR ............................................................................................................................ II
1.
Ad günü üçün güllər ................................................................................................................ 1
2.
YENİ NƏSİL .......................................................................................................................... 4
A.
Millətin yaranışı .............................................................................................................. 4
B.
İnqilabı necə etmə(mə)li ................................................................................................. 7
C.
“Dəyişikliyin özü olmaq” .............................................................................................. 12
D.
İtirilmiş Respublikanın xatirələri .................................................................................. 14
E.
Uzunqulaqların hüquqları ............................................................................................. 16
3.
REPRESSİYA ....................................................................................................................... 20
A.
Emin və Adnan necə həbsə düşdülər ............................................................................ 20
B.
Məhkəmə şousu............................................................................................................. 22
4.
DİSSİDENTLİYİN GƏLƏCƏYİ ......................................................................................... 25
A.
Avtoritar stabillik və Avropa Şurası ............................................................................. 25
B.
Buz sınır ........................................................................................................................ 31
Bu tədqiqat Açıq Cəmiyyət Think Tank fondu tərəfindən dəstəklənmiĢdir. Bütün fikirlər və
nəticələr ESĠ-ya məxsusdur.
www.esiweb.org
I
XÜLASƏ
Son illərdə Qafqaz Respublikası, 1991-ci ildən müstəqilliyini əldə etmiş Azərbaycan sürətli
iqtisadi dəyişikliklə üz üzə qaldı: sıçrayışlı neft və qaz gəlirləri hesabına şəhər tikinti bumu
yaşayırdı. Xəzər dənizindəki ölkənin sərvətinin mənbəyi olan yeni neft istehsal edən mədənləri
və 2006-cı ilin Mayından tikilmiş Tiflisə və Türkiyənin Aralıq dənizi sahillərinə qədər uzanan
1776 km-lik borunu görmək olar. Təhsilli gənc Azərbaycanlılar üçün bu sıçrayış çoxlu yeni
imkanlar yaratmışdı. Dağılmaqda olan kommunist imperiyasında doğulmuş, mürəkkəb keçid
dövründə yaşayaraq xaricdə təhsil almaq və səyahət etmək kimi yeni imkanlardan yararlanan və
geri döndükdən sonra gənclər beynəlxalq təşkilatlar, xarici şirkətlər və yaxud Azərbaycanın yerli
təşkilatlarında çalışmaq imkanı əldə edirdilər.
2009-cu ildə xuliqanlıq ittihamı ilə saxta məhkəmə nəticəsində həbs edilmiş iki gənc Azərbaycanlı fəal
Adnana Hacızadə və Emin Milli bu nəslin nümayəndələridir. ABŞda təhsil almış Adnan daha sonra
Azərbaycanın enerji sektorunda ən böyük səhmdarlardan biri olan British Petroleum şirkətində iş
tapmışdı. Almaniyada hüquq təhsili alan Emin Bakıya geri dönərək müxtəlif beynəlxalq təşkilatlarda
işləmişdi. Bir çoxları kimi vətənlərində günü gündən artan avtoritarlıqdan narahat olmağı bir kənara
qoymaq əvəzinə onlar demokratiya fəalları oldular. Azərbaycanın yeni qızıl əsrindəki artan qeyri
bərabərliyə göz yummaq əvəzinə onlar ölkələri ilə Qərb arasındakı demokratik fərqlərdən narahat olmağa
başladılar. Eminin 2009-cu ildə Kolumbiya Universitetindəki çıxışı zamanı dediyi kimi, korrupsiya bütün
sahələri əhatə etdikcə Azərbaycandakı avtoritar rejim də güclənir: “
Müxalifət qüvvələrin təhdid etmək
və müstəqil ictimai qrupların yaranmasının qarşısını almaq üçün rejim özünün repressiya
aparatını daha da gücləndirir
.” Bir neçə ay sonra isə Emin və Adnan həbs olundular.
Bununla belə Avropa hökumətləri, ABŞ və beynəlxalq təşkilatlar- xüsusilə Avropa Şurası, Avropanın ən
qədim beynəlxalq demokratiya klublarından biri- 10 il əvvəl Avropa Şurasına qoşulan Azərbaycandakı
artan repressiyanı nəzərə almaqda uğursuzluğa düçar olmuşdular. Buna baxmayaraq Emin və Adnan kimi
gənc Azərbaycanlılar rejimi laxlada bilmişlər.
Onların məqsədi özlərinə, dostlarına və bütün dünyaya
hətta dünyanın bu küncündə, Putin Rusiyası və Əhmədinecat İranı arasında sıxılıb qalmış bir
ölkədə demokratik etiraz haqqına və ifadə azadlığına –və bunların hər ikisindən qorxanl
digərlərinə- inananların olduğunu çatdırmaq idi.
1980-ci illərin əvvəllərində yazdığı əsərlərində Timoti Qarton communist Çexoslovakiyasını
“nazik buz qatıyla örtülmüş göl” kimi təsvir edərək, bildirir ki, “Bu qat tərpənmir. Lakin buzun
altında filosof-fəhlələr, pəncərə təmizləyən jurnalistlər və gecə növbətçisi olan rahiblər arasında
həyat hərəkətdədir” Mətbuat dəyişmişdir.Bu gün dissidentlər artıq çap makinələrində 12 nüsxədə
samizdat ədəbiyyat çap etməyə məcbur deyillər. Bunun yerinə onlar bloq yazıları yazır və
Facebook vasitəsilə ünsiyyət qururlar. Fundamental dinamika isə özünün normaları və dəyərləri
ilə dəyişməz olaraq qalmışdır.
Misir, Tunis və Orta Şərqdə baş verənlərin hamısını bir hadisə kimi qiymətləndirərkən
Azərbaycandakı elitanın gücünün də onların özlərinin düşündükləri qədər güclü olmadığını
təxmin etmək olar. Onların yaratdığı parlaq görüntünün altında liderlərdən hüquqların əvəzində
əl payı və demokratiya əvəzinə stabillikdən daha çox şey gözləyən bir nəsil yaşayır. Bu
Azərbaycanın yaxın gələcəkdə Avropanın ən demokratik ölkəsinə çevriləcəyi ilə bağlı vədlərə
ümidini itirməyən bir nəsildir. Onların göstərdikləri səyləri xüsusilə demokratik standartların
üzvləri arasında təmin edilməsini üzərinə öhdəlik kimi götürmüş Avropa Şurası kimi
təşkilatlardan dəstək almağa layiqdir. Nəticə olaraq, ölkənin öhdəlik olaraq götürdüyü qanunlara
hörmət etmək Azərabycan hökumətinin öz maraqlarına uyğun olardı.
www.esiweb.org
II
İŞTİRAKÇILAR
Əbülfəz Elçibəy (1938-2000)
Müstəqil Azərbaycanın ilk seçilmiş
prezidenti (1992-1993)
Hikmət Hacızadə (1954)
Müstəqil Azərbaycanın Moskvadakı ilk
səfiri, liberal siyasi şərhçi
Heydər Əliyev (1923-2003)
Azərbaycanın ikinci seçilmiş prezidenti
(1993-2003)
İlham Əliyev (1961)
Azərbaycanın üçüncü seçilmiş prezidenti
(2003-cü ildən bu günə qədər)
Adnan Hacızadə (1983)
Azərbaycanlı fəal və dissident
Emin Milli (1979)
Azərbaycanlı fəal və dissident
www.esiweb.org
III
Eynulla Fətullayev Emin Hüseynov Elmar Hüseynov Qənimət Zahid
Nigar Fətəli Erkin Qədirli Arzu Qeybullayeva Əli Novruzov
Ruslan Bəşirli, Yeni Fikir gənclər təşkilatının keçmiş sədri, 2005-ci ildən bəri həbsdədir
Eynulla Fətullayev, journalist, terrorizm və narkotik saxlama ittihamları ilə həbs edilmişdir,
Elmar Hüseynov, Monitor jurnalının keçmiş redaktoru, 2005-ci ildə güllələnərək öldürülmüşdür.
Emin Hüseynov, keçmiş journalist və müxalif siyasətçi, Reportyorların Azadlığı və Təhlükəsizliyi
İnstitutunun rəhbəri, 2003 və 2008-ci illərdə döyülmüşdür
Qənimət Zahid, Azadlıq qəzetinin redaktoru, xuliqanlıq ittihamı ilə 2007-ci ilin Noyabrından 2010-cu
ilin Martına qədər həbs edilmişdir
Nigar Fətəli, blogger, bloqu Fighting Windmills? Go on
Erkin Qədirli, hüquqşünas və fəal, Emin Millinin dostu
Arzu Qeybullayeva, blogger, bloqu Flying Carpets and Broken Pipelines
Vəfa Cəfərova, İstanbulda yaşayan gənc fəal
Əli Novruzov, blogger, bloqu In Mutatione Fortitudo
www.esiweb.org
1
1.
AD GÜNÜ ÜÇÜN GÜLLƏR
Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adı Sovet İttifaqından kənarda yaşayan
insanlara çox da tanış olmaya bilər. Lakin Azərbaycana gələn istənilən şəxs bu adla ən qısa
zamanda tanış olur. Bakıya, ölkənin paytaxtına gələn ziyarətçilət Heydər Əliyev adına
Beynəlxalq Hava Limanında yerə enirlər. Şəhərə çatmaq üçün hər iki tərəfi Azərbaycanda təhsil
və mədəniyyət məsələləri ilə bağlı tədbirlərin bir nömrəli sponsoru olan Heydər Əliyev Fondunu
reklam edən plakatlarla bəzədilmiş Heydər Əliyev prospekti ilə irəliləmək lazım gəlir. Bakının
mərkəzinə doğru irəlilədikcə şəhərin Heydər Əliyev adına ən böyük parklarından biri və onunla
üzbəüz yerləşən Heydər Əliyev adına konsert sarayını görmək olar.
Azadlıq Radiosunun məlumatına əsasən keçmiş prezidentin adını daşıyan muzey və mərkəzlərin
sayı 60-a yaxındır. (Belə mərkəzlərdən biri olan Heydər Əliyev İrsini Araşdırma Mərkəzi onun
irsini araşdırmaq məqsədilə yaradılmışdır.)
1
Əliyevin heykəlləri və üzərində onun şəkilləri olan
plakatlar hər yerdədir. Hər bir hökumət idarəsində Azərbaycanı 2003-cü ildən bəri idarə edən
oğlu İlham Əliyevlə yanaşı Heydər Əliyevin şəkli asılır. Mövzunun nə olmasından asılı
olmayaraq Azərbaycan hökumətinin rəsmiləri öz nitqlərinə ata Əliyevin nailiyyətlərini
sadalamaqla başlayırlar. Diplomatik protokol qaydalarına görə xarici nümayəndə heyətləri onun
qəbrini ziyarət etməlidir.
1940-cı ildə MTK-nın sıralarına daxil olan veteran siyasi lider Heydər Əliyev Moskvaya
köçərək Politbüronun (Sovet Kommunist Partiyasının ən ali icraedici orqanı) ilk müsəlman üzvü
və SSRİ baş katibinin müavini olmazdan əvvəl 1969-1982-ci illərdə Sovet Azərbaycanını idarə
etmişdir. 1987-ci ildə, Mixail Qorbaçovla münasibətləri pisləşən Əliyev Moskvadakı işini
itirərək, 1990-cı ildə Ermənistan, İran və Türkiyə ilə əhatə olunmuş Azərbaycan ərazisi olan
doğma vətəni Naxçıvana qayıtdı.
1991-ci ilin avqustunda Azərbaycanın kommunist liderləri dağılmaqda olan Sovet İttifaqından
müstəqilliklərini elan etdilər. 1992-ci ildə ilk rəqabətli prezident seçkiləri keçirildi. Seçkilərdə
qalib gələn xalq Hərəkatının lideri Əbulfəz Elçibəyə bərbad iqtisadi vəziyyət və nəticəsində
Azərbaycanın ağır zərərlər gördüyü, Ermənistan ilə Dağlıq Qarabağ uğrunda gedən müharibə
miras qalmışdı. 1993-cü ildə Elçibəyə qarşı qiyam baş verdi.
2
Elçibəy özü də istəmədən
qiyamçılarla danışıqlar aparmaq üçün Heydər Əliyevi Bakıya dəvət etməli oldu. 1993-cü ilin
iyununda parlamentin sədri kimi kürsüyə qalxan Əliyev qiyamçıların lideri ilə danışıqlar
apararaq onu baş nazir vəzifəsinə təyin etdi. O, həmçinin Elçibəyə etimadsızlıqla nəticələnən
referendumun keçirilməsinə nail oldu.
3
Artıq prezident olmadığını qəbul etmək istəməsə də,
Elçibəy müqavimət göstərmədən ömrünün qalan hissəsini doğma kəndində keçirdi.
4
1
“Heydər Aliyev adına…” Şahnaz Bəylərqızı, 7 Oktyabr 2010, Azadlıq Radiosunun veb səhifəsi,
http://www.azadliqradiosu.az/content/article/2183208.html
.
2
Tomas Qoltz, Azərbaycan Gündəliyi : Azmış Reportyorun neftlə zəngin, müharibə dağıntıları yaşayan, post
Sovet respublikasındakı macəraları (Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-Rich, War-
Torn, Post-Soviet Republic), M.E. Şarp, 1998, səh. 243, həmçinin Çarlz van der Lyuvun Azərbaycan:
Kimliyin araĢdırılması, Palgrave Macmillan, 2000, səh. 186.
3
Çarlz Kinq, Azadlıq Kabusu. Qafqazın Tarixi (The Ghost of Freedom. A History of the Caucasus), Oxford
University Press, 2008, səh. 226-228.
4
Elçibəy 1996-cı ildə verdiyi müsahibədə demişdir:“ 1997-ci ilin İyununa qədər mən de jure olaraq özümü
Azərbaycanın prezidenti hesab edirdim. Mən xalq tərəfindən seçilmişdim və hər hansı rəsmi istefa sənədini
imzalamaqdan imtina etmişdim.” “Mən azad insane olacağam”, Uncaptive Minds, vol. 9, no. 1-2, 1997, səh.
119.
www.esiweb.org
2
1993-cü il oktyabr;n 3-də Heydər Əliyev 98.8 faiz səs çoxluğu ilə Azərbaycanın yeni prezidenti
seçilmişdir.
5
O zaman The New York Times qəzetinin yazdığı kimi, “Sovet sisteminin mükəmməl
övladı” olan Əliyev özünü “anti-Sovet Azərbaycan milliyyətçisi” olaraq təqdim etməyə nail ola
bildi.
6
Növbəti onillik ərzində Əliyev bütün gələcək parlament seçkilərini udan Yeni
Azərbaycan Partiyasından ibarət de-fakto birpartiyalı rejim qurmuşdur. O, Elçibəyin
Azərbaycanı MDB-dən çıxarmaq qərarının və gələcəkdə Azərbaycan və İranın şimalındakı
Azərbaycan regionlarının birləşməsi ilə bağlı maraqlarının əksinə olaraq Rusiya və İranla
əlaqələri daha da yaxşılaşdırdı. 1994-cü ildə Ermənistanla atəşkəs razılaşması imzaladı. (Daha
əvvəlki üç lider Ermənistanla müharibədə verilən itkilər fonunda öz güclərindən məhrum
olmuşdular.
7
) O, British Petroleum tərəfindən idarə olunan beynəlxalq konsorsiumla Xəzər
dənizində neftin istismarı ilə bağlı böyük bir müqavilə imzalayaraq Qərbin neft və qaz şirkətləri
üçün etibarlı bir ortaq olduğunu sübut etmiş oldu. Heydər Əliyev 2003-cü ilin dekabrına-
ölümünə bir neçə həftə qalana qədər prezident kürsüsündə qalmış və hakimiyyətdə oğlu İlham
tərəfindən əvəzlənmişdir. Bir təhlilçinin qeyd etdiyi kimi Əliyevin diqqətəlayiq karyerasına
nəzər salsaq, o “1969-cu ildən bəri, 1987-1993-cü illər arasındaki 6 illik məsafəni nəzərə
almaqla, 34 il ərzində Azərbaycanın ali hakimi olmuşdur”.
8
Bu gün keçmiş prezidentin şərəfinə iki dövlət bayramı qeyd olunur. 1997-ci ildə Əliyevin
Prezident Əbülfəz Elçibəyi kənarlaşdıraraq parlamentin sədri olduğu gün -15 iyunun (1993)
“Milli Qurtuluş Günü” kimi qeyd olunması qərara alındı
.
9
Əliyevin ölümündən sonra isə, onun
ad günü də qeyd olunmağa başladı. “Gül bayramı” kimi tanınan bu gün həm də Azərbaycanın ən
əhəmiyyətli dövlət bayramlarından biridir.
Hər il mayın 10-da xarici ölkələrdən alınmış güllər
Bakı küçələrini bəzəyir, atəşfəşanlıq səmanı işıqlandırır və Bakı bulvarında konsertlər keçirilir.
2009-cu ildə Gül bayramı, 1993-cü ildən bəri özünün ən təhlükəsiz anlarını qeyd edən rejimin
yubileyi şərəfinə xüsusi təmtəraqla keçirildi.
2008-ci ildə keçirilən Prezident seçkiləri oğul
Əliyevin rəqabətsiz idarəçiliyini təmin etdi. 89 faiz səs qazanan namizəd Əliyevin qarşısında heç
bir ciddi maneə müşahidə olunmadı.
10
Bunun nəticəsi olaraq 2009-cu ilin martında keçirilən
referendum
prezidentin 2 dəfədən çox seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırdı və
bununla da İlham Əliyevin məhdudiyyətsiz olaraq hakimiyyətdə qalmasını
təmin edən imkanlar
açdı. Göründüyü kimi bu rəqabətsiz gücün kulminasiyasında təzahür edən hakimiyyət idi.
Eyni zamanda 2009-cu ildə keçirilən Gül bayramı rejimin zəif nöqtələrini aşkara çıxarmağı
bacaran Azərbaycanın gənc aktivistlərindən ibarət kiçik qrupların gücünü ortaya qoydu. Gənc
tənqidçilərin 2009-cu il may etirazlarında iştirak etmələri üçün çoxlu sayda səbəbləri var idi.
Yerli mətbuatda gəzən şaiyələrdən biri Gül Bayramı üçün təqribi 14 milyon avroya başa gələn,
5
Svant E. Kornell, Azərbaycan müstəqillik qazanandan bəri ( Azerbaijan Since Independence), M.E. Şarp,
2011, səh. 90. Rəsmi nəticə 96 faiz idi. Əliyevdən başqa, iki tanınmayan namizəd mübarizə aparırdı.. Some
Tomas Qolts da daxil olmaqla, bəzi analitiklər nə üçün Əliyevin seçkilərdə hər bir halda qalib olacağını bilə
bilə bu cür “Brejnevsayağı” fiqurları meydana çıxarmaq zərurəti hiss etdiyini anlamağa çalışırdılar.
6
New York Times, “Keçmiş Kreml Fiquru Azərbaycanda Hakimiyyətə Qayıdır”, 16 İyun 1993.
http://www.nytimes.com/1993/06/16/world/ex-kremlin-figure-returns-to-power-in-azerbaijan.html
.
7
1993-cü il Elçibəyin hakimiyyətdən getməsinə qədər Azərbaycanın son iki kommunist lideri Əbdürrəhman
Vəzirov və Ayaz Mütəllibov Dağlıq Qarabağ konfliktində döyüşlər zamanı baş vermiş itkilər fonunda
hakimiyyətlərini 1990 və 1992-ci illərdə itirmişdilər..
8
Alek Rəsizadə, “Azərbaycan Heydər Əliyevdən sonra” (“Azerbaijan after Heydar Aliev,”) Nationalities
Papers, vol. 32, no. 1, Mart 2004, səh. 139..
9
“Azərbaycan Milli Qurtuluş Gününü qeyd edir”, Trend.Az, 15 İyun 2010,
http://en.trend.az/news/official/chronicle/1703321.html
.
10
ATƏT/DTİHB, “Azərbaycan Respublikası, Prezident Seçkiləri, 15 Oktyabr 2008. ATƏT/DTİHB seçki
müşahidə missiyasının Yekun Hesabatı, Varşava, 15 Dekabr 2008, səh. 29.
www.esiweb.org
3
81 ölkədən 1.5 milyon gülün idxal edilməsi barədə idi.
11
Digər bir səbəb isə bayram
şənliklərinin Bakı Neft Akademiyasında Gürcüstan əsilli azərbaycanlı killerin 12 tələbəni,
müəllimləri və sonra da özünü güllələməsi nəticəsində baş verən faciədən 10 gün sonra
keçirilməsi idi. Lakin etirazçıların narazılığı daha dərin idi. Prezidentlik dövrünə qoyulan
məhdudiyyəti aradan qaldırmaqla 2009-cu il mart referendumu İlham Əliyevin atasının yolunu
davam edəcəyi və hakimiyyətini daha da möhkəmlədərək on illərlə hakimiyyətdə qalacağı
ehtimalının mümkünlüyünü ortaya çıxardı. Bir çox gənc azərbaycanlının narahatçılığını bölüşən
Cənubi Qafqaz üzrə ekspert Segey Markedonov yazır:
“Qafqaz ölkəsi simvolik bir keçidə imza atdı. Lakin Novruzun əksinə olaraq [yazda qeyd
olunan milli Yeni Ġl bayramı], bu bahardan qışa (dövlət institutları və onların gücünü nəzərə
alsaq, erkən bahardan deyə bilərik) olan keçiddir. Dövlət başçısının şəxsi gücü praktik olaraq
məhdudiyyətsiz olacaqdır.”
12
10 mayda Bakı küçələrində qara geyimli gənclərdən ibarət kiçik qruplar peyda olmağa başladı.
30 adamdan ibarət, adətən Azərbaycanlıların yas mərasiminə gətirdikləri qərənfilləri əllərində
tutan bir qrup gənc Heydər Əliyev Parkının yaxınlığındakı Konservatoriyanın pilləkənlərində
yığışmışdı.
13
Minlərlə insanın öncəki günlərdə etdiyi kimi, qrup da Dövlət Neft Akademiyası
tərəfə irəliləyərək gülləri Akademiyanın pilləkənləri üzərinə qoymağı qərara aldı.
14
Lakin bunu etməyə heç macal tapmamış qrup üzvləri mülki geyimli polislər tərəfindən
saxlanılaraq həbs edildilər. Həbs olunanlar arasında Qərbdə təhsil almış Azərbaycamlıları bir
araya gətirən demokratik yönümlü Məzunlar Şəbəkəsinin (AN Şəbəkəsi) qurucusu olan 29 yaşlı
Emin Milli, Gənclərin Atlantika Əməkdaşlıq Təşkilatının (YATA) qurucusu 31 yaşlı Rəşad Şirin
və Məzunlar Şəbəkəsində aktiv olan blogger Nigar Fətəli də var idi.
15
Emin Millinin sözlərinə
görə polis fəallara həbsləri ilə bağlı hər hansı bir səbəb göstərə bilmirdi və yaxud bunu etmək
istəmirdi.
16
Hadisə iştirakçılarından bəziləri etirazın əks olunduğu videoları internetdə
yerləşdirdi. Videoların bəzilərində Emin Milli izləyiciləri öz dostlarını və qohumlarını bu
etirazlar barədə məlumatlandırmağa çağırır.
17
Sonralar bəziləri bu etirazların onun tərəfindən
təşkil edildiyini düşünürdü. O isə sadəcə olaraq Facebook-da başqaları tərəfindən edilən
çağırışlara cavab vermişdi.
18
Gənc insanlardan ibarət digər qruplar da müxtəlif yerlərdə etiraz edirdilər. Bəziləri Sahil parkının
önündə fit çalır, digərləri isə Gül bayramında axşam təşkil olunmuş konsert zamanı arxalarını
səhnəyə çevirmişdilər. Onların arasında digər gənclər hərəkatı-OL-un qurucusu olan 25 yaşlı
11
“Gül bayramına xərclənən pullar niyə açıqlanmır?”, Maarif Çingizoğlu
,
13 May 2009,
http://www.azadliqradiosu.az/content/article/1730611.html
.
12
Sergey Markedonov, “Azərbaycan: Pisdən daha Pisə doğru” (“Azerbaijan: From Bad to Worse”), Open
Democracy, 30 Mart 2009,
http://www.opendemocracy.net/article/email/azerbaijan-from-bad-to-worse
. .
13
Gül Bayramının təsviri və şəkillərlər Arzu Qeybullayevanın bloqunda tanış olmaq olar, “Was it really worth
it?”,
http://flyingcarpetsandbrokenpipelines.blogspot.com/2009/05/was-it-really-worth-it.html
.
14
Əli Novruzovun bloqu In Mutatione Fortitudo, “Holiday of Flowers: 10 May Saga”, 14 May 2009,
http://blog.novruzov.az/2009/05/holiday-of-flowers-10-may-saga.html
.
15
Nigar Fətəlinin 2009-cu ilin Noyabrında açdığı ingilisdilli “
Fighting Windmills? Go On
”. Onun keçmiş
bloqunun ünvanı
http://fatalin.blogspot.com/
. Həmçinin rus dilində də bloq aparmışdır (“
Don Quixote
”).
16
Arzu Geybullayeva, “Azərbaycanda Gül Bayramı” (“Celebrating Flower Day in Azerbaijan”), Osservatorio
Balcani e Caucaso, 12 May 2009,
http://www.balcanicaucaso.org/eng/Regions-and-
countries/Azerbaijan/Celebrating-Flower-Day-in-Azerbaijan
.
17
Əli Novruzovun bloqu In Mutatione Fortitudo, “Holiday of Flowers: 10 May Saga”, ibid.
18
Amanda Rivkin, “Keçmiş məhkəmələr: Emin Milli və Azərbaycanın gələcəyi” (“Shown Trials: Emin Milli
and the Future of Azerbaijan”), Fortnight Journal, 26 Noyabr 2010,
http://www.fortnightjournal.com/amanda-rivkin/103-shown-trial/read.html
.
www.esiweb.org
4
Adnan Hacızadə də var idi. Həbs edilənlərin hamısı bir neçə saatlıq saxlanıldı.
19
Bəzi
saxlananların dediyinə görə bu ona görə baş verdi ki, onlar sadəcə qara geyimdə idilər.
20
Təxmin
edildiyi kimi, Azərbaycanın hökumət mətbuatı etiraz və həbslərə göz yumaraq, diqqəti güllərin
nümayiş etdirilməsinə yönəltdi. Etirazçıların sayı atəşfəşanlığa tamaşa edən yüz minlərlə Bakı
sakinləri tərəfindən üstələndi. Yalnız Azadlıq Radiosu polis tərəfindən saxlanılan etirazçılardan
onlar buraxıldıqdan sonra müsahibə aldı.
21
Özünə güvənən elita narazılığın bu cür sadə şəkildə
ifadə olunmasına əhəmiyyət verməyə bilərdi. Lakin Bakıdakı bu idarəçilər özünəinamdan başqa
hər şeyə malik idilər. Gül bayramına qarşı olan etirazlara verilən rəsmi reaksiya xalqın
sadiqliyinə əmin olmayan avtoritar hökumətin acizliyini üzə çıxardı. Polis Neft Akedmiyasına
gedən yolları bağladı. Etirazçılar izlənməyə başladı. Ümumilikdə 76 nəfər həbs olundu.
22
Polisin araşdırmaları etirazlardan sonra da davam edirdi. Blogger və etirazçılardan biri olan Əli
Novruzov 14 may tarixində yazır: “ Bu gün atama bizim rayon polisinin istintaq şöbəsindən zəng
gəldi– onlar mənim barəmdə iş açırdılar”
23
Nigar Fətəlinin sözlərinə görə etirazlardan iki gün
sonra onun evinə gələn polislər anasını sorğu-suala tutmuşdular.
24
İki ay sonra, etirazçılardan
ikisi-Emin Milli və Adnan Hacızadəni tutmaq və onları xuliqanlıqda təqsirləndirmək üçün
münasib bəhanə tapıldı.
Kiçik addımlar atmasına baxmayaraq, gənc azərbaycanlılardan ibarət kiçik bir qrup avtoritar
rejimi təşvişə salmağı bacarmışdı. Onların məqsədi özlərinə, dostlarına və bütün dünyaya hətta
dünyanın bu küncündə, Putin Rusiyası və Əhmədinejat İranı arasında sıxılıb qalmış bir ölkədə
demokratik etiraz haqqına və ifadə azadlığına inananların və eyni zamanda bunların hər
ikisindən qorxanların olduğunu çatdırmaq idi.
Dostları ilə paylaş: |