4.
DİSSİDENTLİYİN GƏLƏCƏYİ
“Biz də xarici müdaxilənin əleyhinəyik, bizim yeganə istəyimiz hakim qüvvələrin təntənəli
surətdə and içdiyi və imzaladığı dəyərlərə itaət etmələridir.”
Jiri Hayek və Zdenke Mlynar, kommunist Çexoslovakiyasının dissidentləri, 1975
A.
Avtoritar stabillik və Avropa Şurası
2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə
Prezident Heydər Əliyev Avropa Şurasının Strasburqda yerləşən Parlament Assambleyasına
müraciət ünvanladı. Əliyev Azərbaycan qanunvericiliyinin Şuranın standratlarına uyğun olması
üçün göstərdiyi cəhdləri vurğulayaraq, “Bu gün Azərbaycanın demokratik inkişafı artıq
qaçılmazdır” deyirdi.
2010,
http://www.whitehouse.gov/the-press-office/2010/09/24/read-out-president-obamas-meeting-with-
azerbaijani-president-ilham-aliye
.
140
Maarif Əkbərli, Kler Biqq, “Məhkəmə Azərbaycanlı „Uzunqulaq Bloggerlərinin‟ azad edilməsiylə bağlı qərar
çıxardı” (“Court Orders Release Of Azerbaijani „Donkey Bloggers‟”), Azadlıq radiosu, 19 Noyabr 2010,
www.rferl.org/content/Court_Orders_Release_Of_Azerbaijani_Donkey_Blogger/2223427.html
.
141
“Azad edilmiş Azərbaycanlı bloggerlər internetsiz keçirdikləri bir ilin işgəncə olduğunu deyirlər” (“Freed
Azerbaijani Blogger Says Year Without Internet Was „Torture‟”), Azadlıq Radiosu, 19 Noyabr 2010,
http://www.rferl.org/content/Freed_Azerbaijani_Blogger_Says_Year_Without_Internet_Was_Torture/222498
3.html
.
142
Ibid.
143
Adnan və Eminlə ESI-ın müsahibəsi, Bakı, Dekabr 2010.
144
“Emin və Adnan: Biz Qayıtdıq və Sizə təşəkkür edirik”, YouTube, 12 Dekabr 2010,
http://www.youtube.com/watch?v=LEI6ASpRWTA
.
www.esiweb.org
26
“Azadlıq və qanunun aliliyi tam təmin edilmişdir. Azərbaycanın Avropa Şurasına üzv qəbul
edilməsi təkcə onun müstəqilliyinin, suverenliyinin, demokratikliyinin və inkişafının
tanınması deyil, bu həm də Azərbaycanın inkişafında onun Avropa ailəsinin bərabərhüquqlu
üzvü kimi yeni bir mərhələnin başlanğıcıdır.”
145
Bu nitqdən 10 il sonra Əliyevin sözləri içi boş bir çuxuru xatırladırdı. O vaxtdan bəri keçirilən
heç bir seçki beynəlxalq standartlara uyğun gəlməmişdir. Freedom in The World-un (Dünyada
Azadlıq) 2004-cü il hesabatında Azərbaycan “qismən azad” ölkələr siyahısından “qeyri-azad”
ölkələr siyahısına düşmüşdür. Səbəbi isə “oktybarda [2003] keçirilən prezident seçkilərində ciddi
saxtakarlığa yol verilməsi və hökumətin müxalifət tərəfdarlarına ardıcıl təzyiq göstərməsi”
olmuşdur.
146
O vaxtdan bəri Azərbaycan mətbuat azadlığına qoyulan məhdudiyyətlərin getdikcə
artırıldığı və “Prezident İlham Əliyevin və hakim Yeni Azərbaycan Partiyasının gücündən ibarət
monopoliyanın yaradıldığı” “qeyri-azad” ölkə olaraq qalmışdır.
147
2007-ci ildən başlayaraq müstəqil votçdoq təşkilatı olan Sərhədsiz Reportyorlar İlham Əliyevi
bütün dünyada mətbuat azadlığına göstərdikləri təzyiqə görə dövlət başçıları və təşkilatlarını
sıralandıran “Mətbuatın Düşmənləri” siyahısında 40-cı yerdə yerləşdirmişdir.
148
2007-ci ildə
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı ATƏT regionunda biri Rusiya olmaqla “mətbuatla
ən pis rəftar edən” iki ölkədən biri kimi tanımışdır.
149
Amnesty International Azərbaycanda həbs
olunan jurnalistləri vicdan məhbusu elan etmişdir.
150
Freedom House 2010-cu il üçün hazırladığı
“Keçid dövründə yaşayan xalqlar” (“Nations in Transit”) hesabatında Azərbaycana “müstəqil
mətbuat” kateqoriyasında ən aşağı 7 qiymətindən 6.75 qiymətini vermişdir.
151
Human Rights
Watch-un ən son hesabatında əks olunan mənzərə də ürəkaçan deyil:
“Azərbaycan hökumətinin ölkədə ifadə azadlığının məhdudlaşdırılması üçün göstərdiyi
cəhdlər narahatlıq doğurur. Yüksək vəzifəlili hökumət məmurları jurnalistləri və hökuməti
tənqid edən hüquq müdafiəçilərinin əleyhinə çox tez-tez defamasiya və digər cinayət
xarakterli işlərin açılmasına səbəb olurlar. Onlarla journalist istintaqa cəlb olunur, həbs,
yaxud cərimə edilir.”
152
145
“Zati Aliləri C-b Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidentinin Avropa Şurasının Parlament
Assambleyasında müraciəti”, Strasburq, 25 Yanvar 2001,
http://www.azerbembassy.org.cn/eng/statements5.html
.
146
Freedom House, “Dünyada azadlıq 2004” ( “Freedom in the World 2004”) (Azərbaycan üzrə ölkə hesabatı),
http://www.freedomhouse.org/template.cfm?page=22&year=2004&country=2884
.
147
Freedom House, “Dünyada azadlıq 2009” ( “Freedom in the World 2009”) (Azərbaycan üzrə ölkə hesabatı)
http://www.freedomhouse.org/template.cfm?page=22&year=2009&country=7560
.
148
Mətbuat Azadlığı üçün Sərhədsiz Reportyorlar, “Düşmənlər: İlham Əliyev, Prezident, Azərbyacan” (“Ilham
Aliev, President, Azerbaijan”),
http://en.rsf.org/predator-ilham-aliev,37258.html
.
149
JMK (CPJ), komitənin iclasında “Avropa Təhlükəsizlik və Əməkdaşlıq Komitəsi qarşısımda verilən ifadə”
(“Testimony before the Commission on Security and Cooperation in Europe” ), “ATƏT regionunda Mətbuat
Azadlığı” (“Freedom of the Media in the OSCE Region”), 2 Avqust 2007.
http://www.cpj.org/regions_07/europe_07/testimony_russia_internet_02aug07.html#backslide
.
150
Amnesty International, “Azərbaycan: Düşüncəni sərbəst ifadə etmək azadlığı haqqında verilən qarışıq
ismarıclar”, (“Azerbaijan: Mixed Messages on Freedom of Expression”), 2008.
http://www.amnesty.org/en/library/asset/EUR55/002/2008/en/b6e7e186-e5ea-11dc-a281-
c950ca3e72a9/eur550022008eng.pdf
.
151
Freedom House, “Keçid dövrü yaşayan xalqlar: Azərbaycan 2010” (“Nations in Transit: Azerbaijan 2010”),
http://www.freedomhouse.eu/images/Reports/NIT-2010-Azerbaijan-final.pdf
152
Human Rights Watch, DöyülmüĢ, Qara Siyahıya salınmıĢ və Barmaqlıqlar arxasında: Azərbaycanda Ġfadə
Azadlığı üçün məhv olan məkan (Beaten, Blacklisted and Behind Bars: The Vanishing Space for Freedom
of Expression in Azerbaijan, Oktyabr 2010,
http://www.hrw.org/en/reports/2010/10/26/beaten-blacklisted-
and-behind-bars
www.esiweb.org
27
Tənqidlərlə üzləşən Azərbaycan hökuməti və tərəfdarları iki cür müdafiə xətti seçmişdir.
Bunlardan birincisi ölkənin hələ də keçid dövründə olması və tam demokratik standartların
həyata keçirilməsi üçün bir qədər vaxtın lazım olması, lakin buna baxmayaraq ümumi
tendensiyanın müsbət olduğunu bildirməkdir. 1997-ci ilin iyulunda ABŞ-a ilk səfəri zamanı
Heydər Əliyev bununla bağlı danışarkən bildirmişdir:
“Bəzi insanlar düşünür ki, biz qısa bir müddətdə demokratiyaya nail olmalıyıq, lakin bu
mümkün deyildir. Azərbaycan xalqı gəncdir və demokratiya da bizim üçün yeni bir
anlayışdır. ABŞ demokratiya yolunda 200 ildən çox bir müddətdə uğur qazanmışdır. Siz çox
şeyə nail olmusunuz, lakin hələ də bu yolda görüləcək işləriniz var. Demokratiya alma deyil
ki, bazardan alıb evə gətirəsiniz.”
153
10 il sonra oxşar arqumentləri Azərbaycanın Avropa Şurasındakı təmsilçiləri gətirirdilər. 2007-ci
ilin aprelində parlament assambleyasında gedən debatlar zamanı Azərbaycan nümayəndə
heyətinin üzvü Gültəkin Hacıyeva bildirdi:
“Biz tam mənada Avropa demokratiyasına nail olmuş kimi davranacaq qədər sadəlövh
deyilik. Həqiqi demokratik standartlara nail olmaq üçün görüləcək hələ çox iş var ...
demokratiya inqilabi proses deyildir, təkamül prosesidir ... Bizim avropalı olmaq istəyimiz
var və özümüzü Avropanın bir hissəsi hesab edirik, lakin bizim sizin sevginizə, dəstəyinizə
və bizi anlayışınıza ehtiyacımız var.”
154
İkinci arqument isə demokratiya sahəsində olan çatışmazlıqların Azərbaycanın xüsusi geosiyasi
vəziyyətindən irəli gəlməsi arqumentidir. Bu arqumentin tərəfdarları israr edirlər ki, qonşuluq və
Ermənistanla olan münaqişə vəziyyətinə görə Azərbaycan hələ tam şəkildə demokratik
idarəetmənin öhdəsindən gələ bilməz. 2010-cu ildə, Londonda yerləşən və Azərbaycan
hökumətini dəstəkləyən Avropa Azərbaycan Cəmiyyəti adlı QHT “Azərbaycan və İnsan Haqları:
Qərbin İkili Standartları?” adlı məqalə çap etmişdir. Məqalədə,
“Azərbaycanda insan haqlarının vəziyyəri ədalətsiz tənqidə məruz qalır. Seçkilərdə 25 əsas
siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas diqqət dissident jurnalistlər və
müxalifətin siyasi fəaliyyətinin iddia edildiyi kimi məhdudlaşdırılması üzərində
cəmləşdirilir... Demokratiya Azərbaycanda rüşeym halındadır və bu keçid dövründə Bakı
çox zaman nizam-intizam və stabilliyi prioritet hesab etməyə məcburdur. Xüsusilə də bu
Dağlıq Qarabağın Ermənistan tərəfindən qeyri-qanuni işğalı ilə bağlı ölkənin müvəqqəti
hazırlıq mərhələsində olduğu üçündür.”
155
Tədrici keçid kənarda da qəbul olunur. 2010-cu ilin iyulunda Bakıya səfəri zamanı ABŞ-ın
Dövlət Katibi Hillari Klinton Azərbaycan təcrübəsini Amerika ilə müqayisə etmişdir.
“Demokratiyanın qurulması zaman tələb edir”, deyə o bildirmişdir, “hətta ABŞ belə öz son
məqsədinə çatmamışdır”. Bundan əlavə o bildirmişdir ki,:
153
Əliyev– Sitatlar. “Demokratiya-Alma deyil” (“Democracy – Not an Apple”), Azerbaijan International, 5.3,
Payız 1997
http://www.azer.com/aiweb/categories/topics/Quotes/quote_aliyev.heydar.html
154
AŞPA, “Hesabat: Adi sessiya (İkinci hissə), On birinci sessiya” (“Report: Ordinary Session (Second part),
Eleventh sitting”), 16 Aprel 2007,
http://assembly.coe.int/Main.asp?link=/Documents/Records/2007/E/0704161500E.htm
.
155
Avropalı Azərbaycanlılar Cəmiyyəti , “Azərbaycan və İnsan Haqları: Qərbin İkili standartları?”, səh. 1-2,
https://teas.eu/sites/default/files/HR.pdf
.
www.esiweb.org
28
“Düşünürük ki, Azərbaycanda əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. Lakin digər gənc
ölkələr kimi burada da hələ təkmilləşdiriləcəkçox sahə var.”
156
Hətta Avropa Birliyi də məsələyə bu perspektivdən yanaşır: 2007-2013-cü illərdə Azərbaycana
yardım üçün hazırlanmış strategiya sənədi də “Azərbaycan demokratiyanın inkişaf etdirilməsi
üçün “təkamül” islahatları strategiyasını həyata keçirir” adlanır.
157
Avropanın ən qədim demokratiya klubu hesab edilən Avropa Şurası isə bu qədər vaxt ərzində
gözləntiləri doğrultmamışdır. 2002-ci ildə Şuranın Azərbaycana təyin etdiyi ilk hesabatçı
Andreas Qross bildirirdi ki, üzv dövlətlər “öhdəlik və dəyərlərə əməl etmədiyi zaman, onların
Şurada üzvlüyü təhlükədədir. Biz (Azərbaycanı) üzvlüyə qəbul etməkdə açıq fikirli və liberal
olmuşuq və öhdəliyə əməl edilməsi üçün biz düzgün və sərt mövqe tutmalıyıq”. Lakin bu baş
vermədi. Avropa Şurası və AŞPA davamlı olaraq Azərbaycanda keçirilən hər yeni seçkini ölkənin
demokratik proqress əldə etməsində “həlledici test” adlandırır. Keçirilən hər bir seçki demokratik
standartlara uyğun olmamasına baxmayaraq heç bir sanksiya tətbiq edilməmişdir.
AŞPA qətnamələri və debatların protokollarına nəzər yetirəndə boş vədlər və doğrulmayan
gözləntilər aşkar görünür. 2003-cü ildə keçirilmiş seçkilərdən sonra Avropa Şurasının Parlament
Assambleyası (AŞPA) tərəfindən qəbul edilmiş qətnamədə “seçicilərin hədələnməsi”, müxalifət
tərəfdarlarının “qurma həbslər”i, mətbuatın “aşkar ikili standartları” və təhlükəzilik
strukturlarının “həddən artıq güc tətbiq etməsi” kimi ifadələr işlədilmişdir. AŞPA-nın
qətnaməsində bildirilir ki, “Üzvlüyü artıq 10 ildən çox sürən Avropa Şurası üzvü üçün bu təcrübə
qəbuledilməzdir,” .
158
2005-ci ildə Avropa Şurası 1456 nömrəli Qətnaməni qəbul edərək, 2005-ci ilin noyabrında
keçirilən parlament seçkilərinin “ölkənin demokratik inkişafı üçün həlledici bir test” olduğunu
qeyd etdi.
159
Seçkilərin bir sıra zorakılıqlar və pozuntularla müşahidə olunduğu aşkara çıxdığı
zaman AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməsi ilə bağlı
qısa bir debat təşkil etdi. Sonda isə heç bir tədbir görülmədi.
2007-ci ildə AŞPAnın Azərbaycan üzrə məruzəçisi Andreas Herkel Strasburqdakı müzakirələr
zamanı 2005-ci il seçkilərindən sonra Azərbaycanda heç bir əhəmiyyətli inkişafın olmadığını
etiraf etdi. Elə həmin müzakirələr zamanı Herkellə birgə Azərbaycan üzrə həmməruzəçi olan
Toni Lloyd 2008-ci ildə keçiriləcək president seçkilərinin növbəti sınaq olacağını söylədi: “2008-
ci il seçkiləri Azərbaycanın demokratiyaya, habelə xalqların demokratik quruluşda yaşamasını
əsas tutan Avropa Şurası Assambleyası ailəsinə həqiqətən aid olub-olmadığını müəyyən etmək
üçün ciddi bir sınaq olacaq.”
160
2008-ci ilin iyununda çıxmış “Demokratik İnstitutların
Azərbaycanda fəaliyyəti” adlı hesabatda isə AŞPA təmsilçisi daha güclü şəkildə xəbərdarlıq
edirdi:
156
ABŞ Dövlət Katibi, Hilari Rodham Klinton, “Azərbaycanın Xarici İşlər Naziri Məmmədyarovla birgə
mətbuat konfransı” (“Joint Press Availability with Azerbaijani Foreign Minister Mammadyarov”), 4 İyul
2010,
http://www.state.gov/secretary/rm/2010/07/143961.htm
.
157
Avropa Qonşuluq və Əməkdaşlıq Vasitələri, Azərbaycan: Ölkə üzrə strategiya sənədi 2007-2013,səh. 6,
http://ec.europa.eu/world/enp/pdf/country/enpi_csp_azerbaijan_en.pdf
158
Avropa Şurası Parlamentinin 1358 nömrəli Qətnaməsi, 2004
http://assembly.coe.int/Main.asp?link=/Documents/AdoptedText/ta04/ERES1358.htm
..
159
AŞPA-nın 1456 nömrəli qətnaməsi (2005), “Azərbaycan demokratik institutların fəaliyyəti” (“Functioning of
democratic institutions in Azerbaijan”), 22 İyun 2005.
http://assembly.coe.int/main.asp?Link=/documents/adoptedtext/ta05/eres1456.htm
.
160
AŞPA, “Hesabat: Adi sessiya (İkinci hissə), On birinci sessiya” (“Report: Ordinary Session (Second part),
Eleventh sitting”), 16 Aprel 2007,
http://assembly.coe.int/Main.asp?link=/Documents/Records/2007/E/0704161500E.htm
..
www.esiweb.org
29
“2008-ci il oktyabr seçkiləri Azərbaycan hökuməti üçün ölkəni hüquq və insan haqlarına
hörmət edən demokratiyaya doğru apardığını sübuta yetirmək üçün əsas sınaq olacaqdır.
Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri və seçkilərin demokratik
keçirilməsi üçün mövcud olan standartlara məhəl qoymaya bilməz.”
161
Gözlənildiyi kimi, 2008-ci il seçkiləri də demokratik olmadı. Avropa İttifaqının Azərbaycan üzrə
hesabatında seçkilərin “Sərbəst toplaşmaq azadlığı, namizədlərin mətbuatda çıxış etmək
imkanları, səslərin düzgün sayılması və tabulyasiya nəticələri daxil olmaqla ATƏT standartlarına
cavab vermədiyini…ümumilikdə isə seçkiqabağı vəziyyətin pisləşən siyasi mühitlə xarakterizə
edildiyini, həqiqi plüralizmin olmadığını” bildirmişdir.
162
2010-cu ildə parlament seçkiləri zamanı
Human Rights Watch təşkilatı “azad fikrə olan təzyiqlər nəticəsində qarşıdan gələn seçkiləri də
2003, 2005 və 2008-ci ildə keçirilmiş seçkilərin aqibəti gözləyir” deyə xəbərdarlıq etmişdi. “Bu
narahatlıq yenə də özünü doğrultdu. DİİHB-nun 2010-cu il seçkiləri nəticəsində hazırladığı
hesabatda deyilir:
“Mənalı və rəqabətli seçki üçün lazım olan müəyyən şərtlər bu seçkilərdə təmin
edilməmişdir. Sərbəst toplaşmaq və ifadə azadlığı kimi fundamental azadlıqlar
məhdudlaşdırılmış və canlı siyasi diskursa azad və müstəqil mətbuat tərəfindən təkan
verilməsi demək olar ki qeyri-mümkün olmuşdur .”
163
2006-cı ilin yanvarından sonra Azərbaycan demokratiyasındakı davamlı çatışmazlıqlara
baxmayaraq Şura assambleyası aşkar saxtakarlıq nəticəsində seçilmiş Azərbaycan nümayəndə
heyətinə yer verməkdən imtina etmək kimi simvolik bir addım atmaq barədə belə heç bir
müzakirə aparmadı. Bu, Azadlıq Radiosunun jurnalistləri Kənan Əliyev və Xədicə İsmayılovanı
2008-ci ilin iyununda məqalə yazaraq aşağıdakı sualı verməyə təhrik etdi:
“Azərbaycanın fundamental azadlıqlar, insan haqları və demokratiya sahəsində qeydə alınan
aşağı göstəriciləri nəzərə aldıqda təbii olaraq sual yaranır: Avropa Şurası nə ilə məşğuldur və
bu təşkilata üzv olmaq nə deməkdir?”
164
Bununla yanaşı, Bakı rəsmiləri xaricdən gələn tənqidlərə qarşı daha inadkarcasına müqavimət
göstərməyə başladılar. 23 iyul 2010-cu ildə Prezident Əliyev yeni açılmış Twitter hesabı
PresidentAz-dan yazırdı: “Söz azadlığı, demokratik inkişaf və hüquqi dövlətin qurulması
Azərbaycanda başlıca məsələlərdir.” Eyni ayda, dövlət tərəfindən mailiyyələşdirilən Mətbuat
Şurasının ofisinin açılış mərasimində Əliyev Azərbaycanın 1990-cı illərin əvvəllərindən bəri
müharibə şəraitində olduğunu vurğulayaraq bütün jurnalistlərin qarşısında vətənpərvəlik ruhunun
qaldırılması kimi mənəvi bir borc olduğunu bildirdi. Əliyevin qeyd etdiyinə görə, tənqid etmək
qorxuludur, çünki bu Azərbaycanın ölkədən kənardakı imicinə zərbədir və ölkənin rəqiblərinə
“əlavə arqumentlər” verir:
161
AŞPA, “Azərbaycan demokratik institutların fəaliyyəti” (“The functioning of democratic institutions in
Azerbaijan”), 11627 nömrəli sənəd, 6 İyun 2008,
http://assembly.coe.int/Main.asp?link=/Documents/WorkingDocs/Doc08/EDOC11627.htm
.
162
Avropa Kommissiyası, “Avropa Qonşuluq Siyasətinin 2008-ci ildə həyata keçirilməsi: Azərbaycan üzrə
inkişaf hesabatı”, səh. 3,
http://ec.europa.eu/world/enp/pdf/progress2009/sec09_512_en.pdf
163
ATƏT/DTİHB, “Azərbaycan Respublikası, Parlament Seçkiləri, 7 Noyabr 2010- ATƏT/DTİHB Seçki
Müşahidə Missiyasının Yekun Hesabatı”, Varşava, 25 Yanvar 2011, səh. 1.
164
“Avropa Şurasının Azərbaycana təsiri varmı” (“Does Council Of Europe Matter In Azerbaijan?”), Azadlıq
Radiosu, 24 İyun 2008,
http://www.rferl.org/content/Commentary_Does_Council_Of_Europe_Matter_In_Azerbaijan/1145037.html
.
www.esiweb.org
30
“Mətbuatda yalan məlumatın yayılması qəbuledilməzdir. Keçmiş zamanda bu çox geniş
yayılmış yanaşma idi. Sensasiya yaratmaq üçün yalan məlumat yaradaraq sonra bu
yalanların ətrafında müzakirə başlamaq... sonra isə yalanları xarici mətbuata ötürmək və
daha sonra bunu dəqiq məlumat kimi geri almaq.”
165
Son dövrlərdə isə Azərbaycan açıq-aşkar Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsinin
əhəmiyyətini heçə endirmişdir. Bu xüsusilə dövlət sifarişli istintaq və ən məşhur işlərdən biri
olan journalist Eynulla Fətullayevin işində özünü göstərdi. Yüksək vəzifəli dövlət məmurlarını
kəskin tənqid edən yazılar yazan jurnalist öz fəaliyyəti dövründə “böhtan” və “deffamasiya”ya
görə dəfələrlə cərimələnmişdir. Digər hadisə isə onun yazılarının qarşısını almaq üçün atasının
oğurlanması olmuşdur. 2007-ci ilin aprelində Fətullayev sonradan özünün yazdığını inkar etdiyi,
internet forumlarda onun adından yerləşdirilən yazıya görə “Azərbaycan xalqına qarşı
defamasiya” ittihamı ilə həbs edildi. Daha sonra isə terrorizm və vergidən yayınma ittihamları
işə əlavə edildi. Fətullayev 8.5 il müddətinə həsb edildi.
İş beynəlxalq aləmdə diqqəti cəlb edərək, bir sıra beynəlxalq təşkilatlar və hüquq müdafiə
qruplarının Fətullayevin azadlığa buraxılması üçün çağırışları ilə nəticələndi. 2008-ci ildə AŞPA-
nın monitorinq komitəsi Fətullayevi “dərhal azad etməyə” çağırdı.
166
Fətullayevin vəkilləri işi
Avropa İnsan Haqları Məhkəməsinə göndərdilər. Lakin Avropa İnsan Haqları Məhkəməsi
Fətullayevin işini 2009-cu ilin dekabrında yekunlaşdırdığı bir zamanda həbsdə olan journalistə
qarşı yenidən, bu dəfə qanunsuz narkotik saxlama ittihamı irəli sürüldü. ( polis onun üstündən
həbsxanada narkotik tapdığını iddia eti). 2010-cu il aprelin 22-də Avropa İnsan Haqları
Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və ona Azərbaycan hökuməti
tərəfindən €27,822 dəyərində kompensasiya ödənməsi ilə bağlı qərar çıxardı.
167
Lakin AİHM-
nin qərarına müvafiq olaraq azadlığa buraxılmaq əvəzinə, 6 iyun 2010-cu il tarixində Fətullayev
qanunsuz narkotik saxlama ittihamı ilə əlavə 2 il 6 ay müddətinə həbs edildi. Məhkəmə qərarı
ABŞ Dövlət Katibi Hillari Klintonun Bakıya səfərindən dərhal sonra elan edildi. Elə həmin ay
Azərbaycan hökuməti AİHM-nin qərarından apellyasiya şikayəti verdi.
168
2010-cu ilin
oktyabrında AİHM ilkin qərarı qüvvədə saxlayaraq, Azərbaycan hökumətinin apellyasiya
şikayətini rədd etdi. Hökumət isə tələb olunan məbləği hesaba köçürsə də, onu Fətullayevin
həbsdən sonra dondurulmuş hesabına köçürdü və bununla da Fətullayevin ailəsini bu pullardan
istifadə etməkdən məhrum etdi.
169
Fətullayev bu günə qədər həbsdədir.
2010-cu ilin sentyabrlnda Beynəlxalq Böhran Qrupu Azərbaycan üzrə “Zəif Stabillik” adlı
hesabat çap etdi. Hesabatda rejimin bütün daxili ziddiyyətlərə baxmayaraq çox əhəmiyyətli bir
çətinliyi olmadan ölkəni idarə etməsi deyilir: “rejimin gücünü və müxalifətin zəifliyini nəzərə
165
APA, “Azərbaycan Prezidenti: Biz ifadə azadlığını qoruyub müdafiə edəcəyik”, 23 İyul 2010.
http://www.en.apa.az/news.php?id=126688
.
166
AŞPA, 1614 nömrəli Qətnamə (2008), “Azərbaycan demokratik institutların fəaliyyəti” (“The functioning of
democratic institutions in Azerbaijan”), 24 İyun 2008,
http://assembly.coe.int/Mainf.asp?link=/Documents/AdoptedText/ta08/ERES1614.htm
.
167
AİHM, “Fətullayev Azərbaycana qarşı” (“Case of Fatullayev v. Azerbaijan) (40984/07 nömrəli ərizə)”,
Mühakimə, 22 Aprel 2010, səh. 52-53.
http://www.icj.org/img/CASE_OF_FATULLAYEV_v_AZERBAIJAN.pdf
.
168
APA, “Azərbaycan hökuməti Eynulla Fətullayevin işi ilə bağlı AİHM-nin verdiyi qərardan Avropa
Məhkəməsinin Yuxarı Palatasına appelyasiya şikayəti verib” (“The Government of Azerbaijan appeals ECHR
decision on Eynulla Fatullayev before the Grand Chamber of the European Court”), 16 İyul 2010,
http://www.en.apa.az/news.php?id=126315
.
169
RATİ, “Eynulla Fətullayevin kompensasiyası onun dondurulmuş hesabına köçürülüb” (“Eynulla Fatullayev‟s
Compension Funds Transferred to His Suspended Account”), 10 Yanvar 2011,
http://www.irfs.az/content/view/5514/1/lang,eng/
.
www.esiweb.org
31
alan zaman, azərbaycanlıların çoxu dərhal və köklü dəyişikliyi qeyri-mümkün sayır.”
170
2010-cu
ilin sonunda isə İlham Əliyev rejimi məğlubedilməz görünürdü. Çünki hələ də neft var idi.
Cəmiyyətin passiv olması barədə təəssürat yaranırdı. Belə bir fikir yaranmışdı ki, ABŞ və Rusiya
kimi güclü xarici dövlətlər rejimi olduğu kimi qəbul ediblər. Avropa Birliyi isə söhbət
demokratiya və insan haqlarından getdiyi zaman məsələyə başqa tərəfdən - enerji məsələləri
üzərində diqqəti yönəltməklə yanaşır.
171
Əliyev İrsaili də Qafqazda özünün əsas regional
müttəffiqi etmiş və özünü İranla gələcəkdə münaqişəsi yarana biləcək bir dövlət kimi təqdim
etmişdir. Bu uğurlu kombinasiyaya bənzəyirdi: bir tərəfində ABŞ, Rusiya, AB və İsrail, digər
tərəfdə isə susdurulmuş Avropa Şurası var idi, burda nə qorxu ola bilərdi ki ?
Belarusiyadakı repressiyalar zamanı, Minsk rəsmiləri ən azı beynəlxalq tənqidlərlə mübarizə
aparmalı olurdular. Bakıdakı rejim isə sanki hər şeyin ən yaxşısını əldə edə bilmişdi: avtoritar
rejim və beynəlxalq güzəşt. O zaman, Azərbaycan dissidentləri kimə müraciət edə bilərdilər?
B.
Buz sınır
1980-ci illərin əvvəllərində yazdığı əsərlərində Timoti Qarton communist Çexoslovakiyasını
“nazik buz qatıyla örtülmüş göl” kimi təsvir edərək, bildirir ki, “bu qat tərpənmir. Lakin buzun
altında filosof-fəhlələr, pəncərə təmizləyən jurnalistlər və gecə növbətçisi olan rahiblər arasında
həyat hərəkətdədir”
172
Qarton Eşin haqqında yazdığı dissident hərəkatı “Xartiya 77” kimi
tanınırdı ki, onun da 1977-ci ildə qəbul edilmiş orijinal deklarasiyası onu “azad, qeyri formal,
müxtəlif əqidəli, inanclı və müxtəlif peşələrə sahib insanların açıq cəmiyyəti” kimi təsvir edərək
insan haqlarının müdafiəsində durduğunu bildirirdi. Xartiyanın müəllifləri Vatslav Havel, Jdenek
Mlinar və Yan Patoçka yazırdı: “Ölkədə insan hüquqlarının qorunması təbii olaraq, ilk əvvəl
siyasi və möhkəm hakimiyyətin üzərinə düşür. Amma yalnız onun üzərinə yox. Bizim aramızda
olan hər bir kəsin ümumi vəziyyətin bərqərar olunmasında müəyyən məsuliyyəti var, ona görə də
imzalanmış razılıqları həm hakimiyyət, həm də vətəndaşlar öz üzərlərinə götürdükləri öhdəlik
kimi qəbul etməlidirlər”
173
Mətbuat dəyişmişdir. Bu gün dissidentlər artıq çap makinalarında 12 nüsxədə samizdat ədəbiyyat
çap etməyə məcbur deyillər. Bunun yerinə onlar bloq yazıları yazır və Facebook vasitəsilə
ünsiyyət qururlar. Fundamental dinamika isə özünün normaları və dəyərləri ilə dəyişməz olaraq
qalmışdır. 1978-ci ildə Vatslav Havel özünün “Gücsüzlərin gücü” adlı essesində yazırdı:
“„dissident‟... yayılmağa başladığı sistemin indiki tarixi mərhələsinin təbii və labüd
nəticəsidir. Minlərcə səbəbdən, sistem artıq özünə qarşı müqavimətin bütün özünüifadə
formalarını məhv edərək, hakimiyyətin zalım, despot xarakterini əsaslandıra bilməyən
şəkildə ortaya çıxmışdı …sistem siyasi cəhətdən elə qəddarlaşmışdı ki, faktiki olaraq, rəsmi
strukturlar içində buna qarşı çıxmağa heç bir yol yox idi. .”
170
Beynəlxalq Böhran Qrupu, Azərbaycan-Zəif Stabillik (Azerbaijan - Vulnerable Stability), N°207, Avropa
Hesabatı 3 Sentyabr 2010, səh. 20.
http://www.crisisgroup.org/~/media/Files/europe/caucasus/azerbaijan/207%20Azerbaijan%20-
%20Vulnerable%20Stability.ashx
171
Avropa Kommissiyasının Azərbaycandakı Nümayəndəliyi, “Prezident Barossonun səfəri”,
http://ec.europa.eu/delegations/azerbaijan/eu_azerbaijan/president_barosso_visit_to_azerbaijan/index_en.htm
.
172
Timoti Qarton Eş, Çətin Ģərtlərdən istifadə: Mərkəzi Avropanın taleyi haqqında esselər (The Uses of
Adversity: Essays on the Fate of Central Europe), Granta, 1989, səh. 57.
173
Xartiya 77, 1 Yanvar 1977-ci ildə imzalanmışdır, səh. 3,
http://libpro.cts.cuni.cz/charta/docs/declaration_of_charter_77.pdf
.
www.esiweb.org
32
1984-cü ildə yazdığı “Siyasət və Vicdan” essesində Havel bu cür şərtlər altında fərdlərin gücünü
təsvir edirdi. “Sovet ittifaqında “dissident”lik xüsusi müasir təcrübədir, qeyri insani gücün
vallarındakı həyatın təcrübəsi,” deyə yazırdı. Onun effekti
“Qərbin siyasi uğur adlandırdığı məfhumdan tamamilə fərqlənir.... Lakin getdikcə daha aydın
olur (və mən düşünürəm ki, bu mühüm və universal əhəmiyyəti olan bir şeydir) ki, tək, ilk
baxışdan gücsüz görünən insan həqiqəti söyləməyə və bütün həyatı boyu bunun arxasında
durmağa hazırdır. Nə qədər təəccüblü olsa da formal olaraq hüquqlarından məhrum olsa da,
minlərlə anonim seçicidən fərqli olaraqən ağır cəriməni ödəməyə hazır olan həmin adamın
buna daha çox gücüçatır.”
174
Nəhayət Şərqi Avropada Sovet kommunizminin sonunu gətirən də normativ inqilab oldu. Şərqi
Avropa dissidentləri çox zaman hökumətlərinin 1975-ci ildə imzaladığı Helsinki Yekun Aktının
insan haqları prinsiplərinə əsaslanırdılar. 1980-ci ildə Polşadakı etirazçıların əsas tələblərindən
biri də hökumətin Helsinki Yekun Aktının 50000 nüsxədə paylanmasını təmin etməsi idi.
175
O
zaman nə blogerlər, nə Facebook nə də Twitter var idi, lakin ifadə azadlığı uğrunda mübarizə o
zaman da problemlərin mərkəzində idi. Sonralar Lex Valensanın yazdığı kimi: “Ən mərkəzdə
duran problemlərdən biri də ifadə azadlığı idi (Helsinki Razılaşmasının təbii nəticəsi). Bu
fundamental azadlıq olmadan insan həyatı mənasızlaşır; və bircə dəfə bu həqiqət mənim ağlıma
gələndən sonra qalan ömrüm boyu düşüncəmin bir hissəsinə çevrildi.”
176
Bu normativ inqilab və tənqidi və cəsarətli düşünən insanların cəhdləri hakim elitaya da öz
təsirini göstərirdi. Bir təhlilçinin qeyd etdiyi kimi, Sovet İttifaqı və Şəqri Avropada partiya
liderlərinin çoxu “dissident düşüncəsini rahat həzm edirdi”
177
Sonradan Qorbaçovun yaxın
məsləhətçisi olmuş Georgi Arbatovun 1983-cü ildə yazdığı kimi, “Bu günümüzdə necə ola bilər
ki, insan haqlarına qarşı olasan? Bu analığa qarşı olmağa bərabər bir şeydir.”
178
Bu günkü Azərbaycanın 1970-1980-ci illərin Şərqi Avropası ilə bölüşdüyü cəhətlər çoxdur:
mətbuat azadlığının ciddi şəkildə məhdudlaşdırılması, bir partiyanın hakim olması, korrupsiya,
və, gəncliyin qeyri-konformizmə qarşı dözümü. Yaxın keçmişin Şərqi avropalı dissidentləri kimi
azərbaycanlı fəallar da partiya siyasəti və yaxud ənənəvi jurnalistika vasitəsilə dəyişikliyə yol
açılmasını qeyri-mümkün hesab edirlər. Onlar hazırki siyasi rejim çərçivəsində keçirilən
seçkilərə inanmırlar. Adnanın ESİ-a müsahibəsi zamanı söylədiyi kimi, dəyişikliyin formal siyasi
partiyaların mübarizəsi nəticəsində deyil, insan haqları hərəkatlarından gələcəyini gözləmək
lazımdır.
179
Bu fikrə Azərbaycanda “siyasi partiyaların dövranının bitdiyini” və müxalifətin
xalqın etimadını itirdiyini düşünən insanların əksəriyyəti qatılır.
180
Buna görə də dissidentliyin
digər formaları axtarılmağa başlayır.
Bakıdakı Facebook nəsli özlərindən öncəki tarixi nəsildən xəbərdardır. 2010-cu ilin dekabrında
Eminin ESI-yə söylədiyi kimi başlanğıcda onun fəaliyyəti sadəcə bir təşəbbüs idi, lakin indi
“mən çoxlu kitab oxudum, və gördüm ki, bu mənə bir çox başqa yerlərdə görülən işləri
174
Çıxarışları internetdən əldə etmək mümkündür:
http://www.fragmentsweb.org/stuff/10havel.html
.
175
Tomas Ris, Stefen S.Rop və Ketrin Sikkink (red-lar .), Ġnsan Hüquqlarının Gücü: Beynəlxalq Normalar və
Yerli DəyiĢiklik (The Power of Human Rights: International Norms and Domestic Change), Cambridge
University Press, 1999, səh. 220.
176
Ibid., p. 217.
177
Ġnsan Hüquqlarının Gücü: Beynəlxalq Normalar və Yerli DəyiĢiklik ( The Power of Human Rights:
International Norms and Domestic Change), səh. 229.
178
Tomas Rise, Stefen S.Rop və Ketrin Sikkink (red-lar.), Ibid., səh. 229.
179
ESI-ın Adnan Hacızadə ilə müsahibəsi, Bakı, Dekabr 2010.
180
ESI-ın Vəfa Cəfərova ilə müsahibəsi, Istanbul, Yanvar 2011
www.esiweb.org
33
xatırladır”
181
Azadlığa çıxdıqdan bir az sonra öz dostlarına göndərdiyi elektron məktubda Emin
həbsdə olarkən oxuduğu və onu təəssüratlandıran kitabların siyahısnı təqdim etmişdi: siyahının
ən yuxarısında Eminin mütləq oxunmalı olan kitablar sırasına aid etdiyi Vatslav Havelin
“Gücsüzlərin gücü” essesi dururdu. O diqqəti xüsusi bir sitatın üzərində cəmləşdirirdi:
“Posttotalitar sistemdə münaqişə xətti de fakto HƏR BİR ŞƏXSə toxunur, onun yolunda olan hər
şəxs həm qurban, həm də sistemin dəstəkçisidir.”
182
Gələcəkdə hər hansı bir məqamda sülh yolu ilə demokratik dəyişikliyin gəlməsi həm də miras
olaraq ötürülmüş dissidentlik mədəniyyətindən asılıdır. Kommunist dövründə Polşanın məşhur
dissidentlərindən biri olan Adam Miçnikin həbsxanadan yazdığı bir məktubda qeyd etdiyi kimi,
“Burada, bir yaz səhərində, insan tamamilə ayrı bir ölkədə yuxudan ayıla bilər… Tarix
göstərir ki, kommunistlər bəzi şərtlər altında rasional davranmağa və kompromislərə getməyə
məcbur olurlar. ... bizim bu barədə fikrimiz aydın olmalıdır: davam edən münaqişə özq-
özlüyündə dialoq və yaxud partlayışa çevrilə bilər.”
183
1989-cu ilin dekabrında qeyri-zorakı etirazların heç bir cinayət istintaqı və cəzalarla
nəticələnməməyəcəyi barədə vəd alan kommunist hökumətləri hakimiyyəti keçmiş dissidentlərə
verməyə razılaşdılar. Bu gün Polşa və Çexiya Avropanın demokratiyaya keçid mərhələsində olan
ölkələri arasında ən uğurlu olanlarıdır. Bu cür rahat enişi təmin edə bilən insanlar dissidentlər idi.
Azərbaycandakı vəziyyətlə tanış olan hər bir kəs üçün Qarton Eşin “donmuş göl” bənzətməsi
həyəcan təbili olmalıdır. Sosial reallığın boz, monolit fasada malik olub gözə çarpmadığı
Çexoslovakiya və yaxud Polşanın əksinə olaraq Azərbaycan Əliyevləri məmnun edən
demokratik vitrinlər əldə edə bilmişdir. 2003-cü ildə Marina Ottavayın qeyd etdiyi kimi,
“[Heydər] Əliyev demokratiya dilini çox asanlıqla yarada bilmişdir - onun Qərb
auditoriyası qarşısındakı performansı çox mükəmməldir – lakin o dediklərini reallaşdırmır
… Əliyevin məqsədi göründüyü kimi, Misirdə olduğu kimi yarı-avtoritar institutlaşmış,
oğlu İlhamın prezidentliyi vasitəsilə əbədiləşdirilmiş rejim qurmaqdır.”
184
İlham Əliyev üçün isə, xüsusilə son zamanlarda Misir bənzətməsi qorxulu bir bənzətməyə
çevrilmişdir. Misirdə olduğu kimi, Azərbaycanın da əhalisinin əksər hissəsi gənclərdən ibaərtdir,
25 yaşdan aşağı olanların sayı 43 faizdir.
185
Əliyevin daimi prezidentliyini təmin edən 2009-cu il
referendumu yuxarıdan hər hansı siyasi dəyişikliyin olacağı ümidlərinə də son qoydu. Son
parlament seçkilərinə gələn seçicilərin sayı ilə bağlı qeydə alınan göstəricilər çox aşağı idi-2005-
ci ildə 42.2 faiz, 2010-cu ildə isə 49.56 faiz.
186
Vəfa Cəfərova bunu nəzərə alaraq Əliyevə
müraciət edərək deyir:
“Bu sizə heç nə demir? Diqqətlə oxuyun: Heç kim sizə inanmır! Sizi sevmirlər! Sizdən
yalnız qorxurlar! ... Heç bir diktatura əbədi deyildir”
187
181
ESI-ın Emin Milli ilə müsahibəsi, Bakı, Dekabr 2010.
182
ESI-ın Emin Milli ilə elektron yazışması, Yanvar 2011.
183
Adam Miçnik, “Qdansk həbsxanasından məktub”, New York Review of Books, 18 İyul 1985,
http://www.nybooks.com/articles/archives/1985/jul/18/letter-from-the-gdansk-prison/?pagination=false
.
184
Marina Ottavay, Demokratiya Sınağı: Yarı-avtoritarizmin dirçəliĢi, Beynəlxalq Sülh Kamegi Fondu, 2003,
səh. 52.
185
2010-cu ilin məlumatı. Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, “Əhali”,
http://www.azstat.org/publications/azfigures/2010/en/004.shtml
.
186
ATƏT/DTİHB, “Yekun Hesabat-Azərbaycanda Parlament seçkiləri”, 7 Noyabr 2010”,səh. 28.
187
Vəfa Cəfərovanın bloqu, ―Cəmiyyət, seçkilər, şərəfsizlik – YAPistan,
http://vafajafarova.wordpress.com
www.esiweb.org
34
2011-ci ildə ərəb dünyasını silkələyən inqilablar Bakıdakı idarəçilərə də, dissidentlərə də Əliyev
hökumətini dünyanın bütün avtoritar rejimlərinin gec-tez üzləşdiyi aqibətin gözlədiyinin
qaçılmaz həqiqət olduğunu xatırlatdı. Yunanıstandakı polkovniklər, İndoneziyada Suharto,
Filippindəki Markos, Serbiyada Miloşeviç, Çilidə Pinoçet və Tunisdə Ben Əli: uzun müddət
məğlubedilməz kimi görünən bu güclü insanlar indi artıq tarixdə qalıblar.
Misir, Tunis və Orta Şərqdə baş verənlərin hamısını bir hadisə kimi qiymətləndirərkən
Azərbaycandakı elitanın da onların özlərinin düşündükləri qədər güclü olmadığını təxmin etmək
olar. Onların yaratdığı parlaq görüntünün altında liderlərdən hüquqların əvəzində əl payı və
demokratiya əvəzinə stabillik almaqdan daha çox şey gözləyən bir nəsil yaşayır. Bu
Azərbaycanın yaxın gələcəkdə Avropanın ən demokratik ölkəsinə çevriləcəyi ilə bağlı vədlərə
ümidini itirməyən bir nəsildir. Onların göstərdikləri səylər xüsusilə demokratik standartların öz
üzvləri arasında təmin edilməsini öhdəlik kimi götürmüş Avropa Şurası kimi təşkilatlardan
dəstək almağa layiqdir. Nəticə olaraq, ölkənin öhdəlik olaraq götürdüyü qanunlara hörmət etmək
Azərbaycan hökumətinin özünün maraqlarına uyğun olardı.
www.esiweb.org
35
ESI-ın Türkiyə və Qafqaz üzrə seçilmiş nəşrləri
Anadoludakı ölüm hadisəsi. Xristian missionerləri və Türk ultramilliyyətçiliyi (Yanvar 2011)
Xüsusi münasibətlər. Türkiyənin AB-nə qəbul edilməsi prosesi nədən davam etdiriləcək?
(Noyabr 2010)
Böyük Debat – Almaniya, Türkiyə və Türklər. I Hissə: İntellektuallar (2010)
Gürcüstanı yenidən kəşf edərkən: Libertarian İnqilabının Hekayəsi (Aprel 2010)
Birinci hissə: Gürcüstan model kimi
İkinci hissə: Bendukidze və Rusiya Kapitalizmi
Üçüncü hissə: Yakobinlər Tiflisdə
Gürcüstan inqilabı və buradakı demokratiyanın gələcəyi: Gürcüstan haqqında ədəbiyyat üzrə
bələdçi turu
İmtiyazlı Maraq? Cənubi Qafqaz haqqında Rusiyanın debatı (Dekabr2009)
Türkiyənin xarici siyasəti: status quo-dan yumşaq gücə qədər (2009)
Rusiya – Cənubi Qafqaz üzrə dərsliklər: Kim kimdir?
Birinci hissə
: Rusiyanın Çap Mətbuatı və İnternet
İkinci hissə
: Rusiyanın Think Tank-ları
Üçüncü hissə
: Rusiyanın Audiovizual Mətbuatı
Ermənistan-Türkiyə: Böyük Debat (Avqust 2009)
Nuhun Göyərçini Qayıdır. Ermənistan, Türkiyə və Genosid ətrafındakı debatlar. (Aprel 2009)
Peter Nasmisin Gürcüstanı (Yanvar 2009)
Türkiyədə cinsəllik və güc. Feminizm, İslam və Türkiyə demokratiyasının yetkinləşməsi. (2007)
Genişlənməyin yorğunluğu? Türkiyənin qəbul edilməsiylə bağlı Holland müzakirələri (2006)
İslamçı Kalvinistlər. Mərkəzi Anadoluda Dəyişiklik və Mühafizəkarlıq (2005)
Bütün bu (və digər) materialları
www.esiweb.org
səhifəsindən pulsuz əldə etmək mümkündür.
Dostları ilə paylaş: |