53
Şahin Abbasov və Xədicə İsmayılova, “Azərbaycan gənclərinə oxunulmuş hökm narahatlıq doğurur”, 18 İyul
2006,
http://www.isn.ethz.ch/isn/Current-Affairs/Security-Watch/Detail/?lng=en&ots627=fce62fe0-528d-
4884-9cdf-283c282cf0b2&id=52186
.
54
Freedom House, “Azərbaycan: Keçid dövründə olan xalqlar 2006” (“Azerbaijan: Nations in Transit 2006”),
http://www.freedomhouse.hu/pdfdocs/azerbaijan2006.pdf
.
55
Anar Vəliyev, ““Azərbaycan Parlament Seçkiləri, Uğursuz İnqilab”, Problems of Post-Communism, vol. 53,
no. 3, May/İyun 2006, səh. 23.
56
Şahin Abbasov və Xədicə İsmayılova, “Bakıda yenidən müxalifət-polis qarşıdurması”, EurasiaNet, 9
Oktyabr 2005,
http://www.eurasianet.org/departments/civilsociety/articles/eav101005.shtml
.
57
BBC İvan Mahoneyu tərəfindən çəkilmiş sənədli film, Inqilabı necə etməli (How to Plan a Revolution)
(2006),.
http://video.google.com/videoplay?docid=-6283659946022683358#
. Film haqqında daha geniş
məlumat əldə etmək üçün
http://news.bbc.co.uk/2/hi/programmes/this_world/4908406.stm
.
www.esiweb.org
11
onun rolunun olması ittihamı ilə həbs edildi. Bunun ardınca, çox tezliklə iki yüksəkrütbəli
kabinet üzvü, iqtisadi inkişaf naziri Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanov “hakimiyyətdən
sui-istifadə”,
“dövlət vəsaitini mənimsəmə” və “hakimiyyət çevrilişinə cəhd”də
günahlandırılaraq həbs edildilər.
58
100-ə yaxın insan iddia edilən ssenaridə iştirak ittihamı ilə
həbs edildi.
Bu, 2005-ci ilin 6 noyabr seçkiləri fonunda baş verənlər idi. Lakin səsvermənin özü daha pis
keçdi. ATƏT müşahidəçilərinin bəyanatlarına əsasən “seçki məntəqələrində səslərin sayılması
zamanı geniş miqyasda ciddi pozuntular qeydə alınmışdır”
59
ATƏT/DTİHB hesabatında
“seçicinin seçiminə təsir göstərmək cəhdləri, səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə və
qutulara topa bülleten atılması” kimi hallar daxil olmaqla sistemli problemlər və pozuntuların
olduğu qeyd edilmişdir.
60
ATƏT ekspertlərinin yekun qənaəti, seçkilərin “bir sıra ATƏT
öhdəliklərinə və demokratik seçkilərin keçirilməsi üçün tələb olunan digər beynəlxalq
standartlara” cavab verməməsi olmuşdur.
61
Yekun olaraq, 3 müxalifət partiyası parlamentdəki 125 yerdən 6-nı qazandı. Noyabırn 19-da,
30.000-nə yaxın müxalifət tərəfdarı seçkinin keçirilməsi və nəticələrinə etiraz etmək üçün
küçələrə çıxdı. Etirazçıların çoxu Əliyevi istefaya çağırırdı.
62
Bəzi etirazçılar narıncı baş
örtükləri (bandana) bağlayaraq əllərində “Demokratiyamızı neftə qurban verməyə son
qoyulsun!” yazılmış plakatlar daşıyırdılar. Lakin tezliklə hərəkatın nəbzi itirildi. Kütlələrin
sıxlaşdığını görən Xalq Cəbhəsi Partiyasını lideri Əli Kərimli Noyabrın 26-da oturaq aksiya
keçirməyə çağırış etdi. Lakin bu aksiya da polisin sərt müdaxiləsi vasitəsilə dağıdıldı.
63
Etirazçıların arasında olan çox sayda gənc xəsarət aldı və həbs edildi.
64
2006-cı ilin fevralında
Azadlıq bloku dağıldı.
Avropa Şurasının daha öncələr də qeyd etdiyi kimi 2005-ci il parlament seçkiləri “ölkənin
demokratiya etimadını doğrultması üçün həlledici test” olacaqdı.”
65
Parlament Assambleyasının
bu saxta seçkilərdən sonra tətbiq etdiyi sanksiyalardan biri kifayət qədər simvolik idi: bu
Azərbaycandan olan yeni seçilmiş parlament üzvlərinə oturmaq üçün yer verməkdən imtina
edilməsi idi. 2006-cı il, Yanvarın 23-də Azərbaycan nümayəndə heyətinin etimadını şübhə altına
alan təklif hazırlandı.
66
İki gün sonra qəbul edilən qətnamədə Parlament Assambleyası “noyabr
58
Fərhad Əliyev 2007-ci ildə vergi mənimsəməsi, korrupsiya və digər iqtisadi cinayətlər üzrə 10 illik həbs
cəzasına məhkum edilmişdir. Əli İnsanov vəzifədən sui istifadə və digər iqtisadi cinayətlərdə təqsirkar
bilinmişdir. Vəkillər prosedur pozuntularından şikayət etmişlər. 2007-ci ildə o da 10 il həms cəzasına
məhkum edilmişdir.
59
ATƏT/DTİHB, “Azərbaycan Respublikası: Parlament Seçkiləri, 6 Noyabr 2005”(“Republic of Azerbaijan:
Parliamentary Elections, 6 November 2005”), Seçki Müşahidə Missiyasının Yekun Hesabatı, səh. 2,
http://www.osce.org/odihr/elections/azerbaijan/17946
.
60
Ibid.
61
ATƏT Seçki Müşahidə Missiyasının 2 Fevral 2006-cı ildə çap edilmiş nəticələri:
http://www.osce.org/documents/odihr/2006/02/17923_en.pdf
. Daha çox məlumat üçün Seçki Monitorinq
Mərkəzinin təhlilində:
http://www.ndi.org/files/1981_az_emcbrief_020106.pdf
.
62
BBC, “Azərbaycanda minlərlə insan yeni etiraz aksiyaları keçirir” (“Thousands in fresh Azeri protest”), 19
Noyabr 2005,
http://news.bbc.co.uk/2/hi/europe/4452174.stm
.
63
Fariz İsmayılzadə, “Musavat Yeni Azərbaycan Parlamentinə qoşulmağa qərar Verdi” (“Musavat Decides to
Join New Azerbaijan Parliament”), Eurasia Daily Monitor, vol. 3, no. 29, 10 Fevral 2006,
http://www.jamestown.org/single/?no_cache=1&tx_ttnews[tt_news]=31372
.
64
Anar Vəliyev, ““Azərbaycanda Parlament Seçkiləri, Uğursuz İnqilab”, Problems of Post-Communism, vol.
53, no. 3, May/İyun 2006, səh. 23.,
65
AŞPA-nın 1456 nömrəli qətnaməsi (2005), “Demokratik İnstitutların Azərbaycanda fəaliyyəti”, 22 İyun
2005.
http://assembly.coe.int/main.asp?Link=/documents/adoptedtext/ta05/eres1456.htm
.
66
Bax: AŞPA-nın 1480 nömrəli qətnaməsi (2006), “Azərbaycan nümayəndə heyətinin etibarnaməsinin əsaslı
səbəblər üzündən ratifikasiya edilməsində mövcud maneələr” (“The challenge of still unratified credentials
www.esiweb.org
12
seçkilərinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə
növbəti uğursuzluq olduğunu aydın şəkildə göstərdiyi və buna qarşı sanksiyalar tətbiq
olunmasının vacib olduğunu” təsdiq etdi. Lakin bununla belə mətn təəccüb doğuran bir qərarla
bitirdi:
“Assambleya yekun olaraq Azərbaycanda 2005-ci ilin noyabrda keçirilən parlament
seçkilərinin Sərbəst toplaşma haqqında nizamnamənin 8.2.b bəndi ilə təzad təşkil etdiyi
qərarına gəlmişdir: öhdəlik və vəzifələrin yerinə yetirilməsində ardıcıl uğursuzluq… Lakin
Assambleya Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyi qərara
almışdır.”
67
Hər hansı sanksiyanın tətbiq edilməməsi ilə Avropa Şurası bu cür utanmaz seçki
manipulyasiyasını təsdiq etməməsini bildirməsi üçün ixtiyarında olan yeganə əhəmiyyətli
vasitədən istifadə etməmiş oldu. Bu institut özünün əsas mandatına - üzv dövlətlərdə demokratik
standartların tətbiq edilməsinə etinasız yanaşmış oldu.
68
2005-ci ilin dərsləri hər şeyə aydınlıq gətirdi. Seçki inqilabı olmayacaqdı. Demokratikləşmə
üçün kənardan gələn hər hansı bir dəstək olmayacaqdı. ABŞ, Avropa Birliyi və Türkiyə xüsusi
şərh vermədən aşkar seçki manipulyasiyasını qəbul etdi. Bununla yanaşı, hakimiyyətin
ötürülməsi və yaxud həqiqi demokratiyanın əldə edilməsi üçün real addımların atılmayacağı
aydın idi. Siyasi gənclər hərəkatları dağılmağa başlamışdı. Rejim siyasi fəaliyyətlə məşğul
olmağı təkcə qorxulu deyil, həm də faydasız etməkdə uğur qazanmışdı.
C.
“Dəyişikliyin özü olmaq”
“Təsdiqləyirəm ki, polyaklar kənardan hər hansı bir kömək gözləmir... Ətrafdan gələn hər
hansı həmrəylik jestini sevinə-sevinə qəbul etməyə hazır olsalar da, onlar yalnız və yalnız
özlərinə arxalanmalı olduqlarından və bunun gələcəkdə belə olacağından çox gözəl
xəbərdardırlar. (Bunu baĢqalarına bildirmək istəkləri də var.)”
Adam Miçnik, Qdansk həbsxanasından yazılmış məktub, iyul, 1985
69
2005-ci il noyabr seçkiləri hökumətin tənqid edilməsi prosesində bir süstlük yaratmış oldu.
Müxalifətin ənənəvi üsullarının qeyri-effektiv olduğu sübut olundu. Kütləvi informasiya
vasitələri hükumətin sərt nəzarətində idi. Azərbaycandan kənarda yaşayan az sayda insan ölkədə
demokratiyanın vəziyyətindən narahat idi. Bu təslimçilik və süstlük ruhu dəf olundu. 2009-cu
ilin iyulunda AST (ESİ)-nın İsa Qəmbərdən götürdüyü müsahibə zamanı, Musavat partiyasının
lideri: “ Demokratik mübarizə vasitəsilə nəyinsə dəyişə biləcəyinə inam qalmamışdı. İnsanlar
of the parliamentary delegation of Azerbaijan on substantial grounds”), 25 Yanvar 2006.
http://assembly.coe.int/Main.asp?link=/Documents/AdoptedText/ta06/ERES1480.htm
.
67
AŞPA, “Azərbaycan nümayəndə heyətinin etimadnaməsində mövcud maneələr üzrə qəbul edilmiş 1480
(2006) nömrəli qətnamənin tətbiqi” (“Implementation of Resolution 1480 (2006) on the challenge of
credentials of the parliamentary delegation of Azerbaijan”), 26 İyun 2006,
http://assembly.coe.int/main.asp?Link=/documents/adoptedtext/ta06/eres1505.htm
.
68
AŞPA 1456 nömrəli Qətnamə (2005), “Azərbaycanda demokratik institutların fəaliyyəti” (“Functioning of
democratic institutions in Azerbaijan”), 22 İyun 2005,
http://assembly.coe.int/main.asp?Link=/documents/adoptedtext/ta05/eres1456.htm
.
69
Mətni tam olaraq Full New York Review of Books-un onlayn versiyasından oxumaq olar,
http://www.nybooks.com/articles/archives/1985/jul/18/letter-from-the-gdansk-prison/?page=4
.
www.esiweb.org
13
həbsləri də, seçkiləri də, heç nəyin dəyişmədiyini də görürlər. Onlar artıq heç nədən ilham
almırlar.”
70
2005-ci ilin noyabrında əksəriyyəti xaricdə təhsil almış 11 nəfərdən ibarət gənc Bakı kafelərinin
birində seçkidən sonrakı tutqun bir dövrdə görüşdülər. Sonradan onlardan birinin yazdığı kimi,
burda iştirak edənlər bir-birini yaxşı tanımasalar da, onları birləşdirən bir cəhət vardı - hamısı
ölkənin seçdiyi inkişaf xəttindən narazı idilər və hamısı nəyinsə dəyişməli olduğunu və onların
nəslinin bunda böyük rol oynamasının vacibliyi ilə razılaşırdılar.
71
Görüş zamanı yeni bir
gənclər hərəkatının yaradılması ideyası doğdu. Görüşdə iştirak edən Adnan Hacızadənin ESİ-a
bildirdiyi kimi, lap başlanğıcdan siyasətdən uzaq olmaq qərarı verilmişdi.
72
Mandat,
parlamentdə yer və ya güc uğrunda mübarizə, Yox!, Yeni Fikir və Məqamın misalında
göründüyü kimi və qrup üzvlərinin hamısının razılaşdığı kimi qorxulu və qeyri-effektiv idi. İndi
məqsəd gənc insanları maarifləndirən və cəmiyyətin müxtəlif sahələrində fəal rol oynamağa
sövq edən ictimai bir hərəkatın yaradılması idi.
73
Qrup mentalitetdə dəyişikliyi, korrupsiya və
yerlibazlıqdan imtina edilməsini, gender münasibətlərinin yenidən nəzərdən keçirilməsini, fərqli
gənclik mədəniyyətinin aşılanmasını və keçmiş nəslin acı təcrübəsindən nəticə çıxarmağı təbliğ
edirdi. Musavat Partiyasını başqanının oğlu İlkin Qəmbərin təsvir etdiyi kimi, gənc fəallar
“Azərbaycan gənclərini bir araya gətirəcək və liderlik və komanda quruculuğunu təbliğ edəcək
bir təşkilat qurmaq istəyirdilər.”
74
Bir neçə aylıq müzakirədən, planlaşdırma və hazırlıqdan sonra 2006-cı il fevralın 11-də OL
yarandı. Təşkilatın mottosu “Dəyişiklik görmək istəyirsən? Dəyişikliyin önündə Ol” idi.
75
Rəsmi şəkildə qeydiyyatdan keçməmiş və buna görə də hüquqi olaraq maliyyə ala bilməyən OL
qeydiyyatdan keçmiş QHT-lərlə layihələrdə əməkdaşlıq etməyə başladı. Yeni üzvlərin qəbul
edilməsində həssaslıq göstərən OL yeni gələnlər üçün cari üzvlərindən tövsiyə istəyirdi.
Hərəkatın fəaliyyətində iştirak edən yüzlərlə gəncdən əlavə, rəsmi üzvlərin sayı tezliklə 200-ə
çatdı (2006-cı ildəki 20 nəfərdən). Bütün sənədlər onlayn rejimdə mövcud idi; onları hökumətin
hər şeyi nəzarətdə saxlayan gözlərindən gizlətmək üçün cəhd belə göstərilmədi.
İsmarıcını çatdırmaq üçün OL həm şifahi xəbər ötürmədən, həm də social mediadan istifadə
edirdi. 2005-ci ildə YouTube fəaliyyətə başladı. 2006-cı ilin sentyabrında Facebook
istifadəçilərin xidmətinə verildi. Eyni ildə Twitter adlı mikro-bloq açıldı. OL-çu fəallar interneti
doğma evlərinə çevirdilər, başqa fəaliyyəti əks etdirməklə bərabər OLun manifestinin də
yerləşdirildiyi bloq işə başladı.
76
Sənəddə göstərilirdi ki, OL-un siyasətlə heç bir əlaqəsi yoxdur
və hər hansı siyasi partiya, koalisiya və ayrı-ayrı siyasi liderləri dəstəkləmir.
77
3 əsas prinsip
təsbit edildi: tolerantlıq, qeyri-zorakılıq və müasirlik.
OL-un qarşıya qoyduğu məqsəd ictimai dəyişikliyin təbliğ olunması idi. Prioritetlərdən biri də
təhsil idi. Gənc insanların çoxu korruspiyaya uğramış Azərbaycan təhsil sisteminin
keyfiyyətindən narazı idi. (Yaxşı qiymətlər və yaxud imtahanlar üçün rüşvətin verilməsi adi bir
hal idi.) OL üzvü Ruslan Əsaədovun dediyinə görə, “Azərbaycandakı universitetlərin əksəriyyəti
korrupsiya və güclü hökumət nəzarəti ucbatından funksionallığını itirmişdir... Gənc insanların öz
70
İsa Qəmbərlə müsahibə, July 2009.
71
OL! Azərbaycan Gənclər Hərəkatının bloqu, “„OL‟ un yaranma „mif‟i” (Myth on the creation of OL),
http://ol-az.blogspot.com/2009/02/ol-yaranmas-mifi.html
.
72
Adnan Hacızadə ilə e-mail vasitəsilə ESI müsahibəsi, Yanvar 2011
73
OL! Azərbaycan Gənclər Hərəkatının bloqu, “„OL‟ un yaranma „mif‟i”, ibid.
74
İlkin Qəmbərlə ESİ müsahibəsi, İstanbul, Noyabr, 2009
75
Daha çox məlumat üçün:
www.antv.ws
və
www.youtube.com/user/olmedia
.
76
Bloqun ünvanı
http://ol-en.blogspot.com/
.
77
OL! blog,
http://ol-az.blogspot.com/2009/01/frequently-asked-questions.html
.
www.esiweb.org
14
fikirlərini paylaşa biləcəkləri liberal bir mühit yoxdur.”
78
Buna görə də OL “alternativ təhsili”
qarşısına məqsəd qoymuşdu. 2007-ci ildə OL Amerika Məzunları Birliyinin Bakının mərkəzində
yerləşən ofisində həftəlik leksiyaların keçirilməsinə başladı. Mövzular təhsilin keyfiyyətinin
yaxşılaşdırılmasından tutmuş Ombudsmanın roluna və Avropa İnsan Hüquqları Məhkəməsinə
qədər fərqli idi. Getdikcə populyarlaşan leksiyalarda 100-ə yaxın dinləyici iştirak edirdi. 2008-ci
ildə OL ifadə azadlığından tutmuş 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcütsan
müharibəsinə qədər müxtəlif mövzuları əhatə edən seminarlar təşkil etdi. 2009-cu ilin
sentyabrında OL Azad Fikir Universiteti (AFU) layihəsinə başladı.
79
(Qeydiyyatdan keçmiş
layihə kimi AFU mailiyyə dəstəyi ala bilərdi.
80
) 2009-cu ilin sentyabrı ilə 2010-cu ilin iyunu
arasında layihə çərçivəsində ümumilikdə 1,000 nəfərin iştirak etdiyi 100-ə yaxın interaktiv
seminar, leksiya, müzakirə və digər tədbirlər təşkil edilmişdir.
81
Adnan Hacızadə OLun kreativ beyninə çevrilmişdi. (Dostları onu “bizim lokomativ”
adlandırırdılar.) OLun mətbuat bölümünə məsul şəxs kimi o, satirik və tənqidi mövzularda olan
maraqlı videoların yaranmasına rəhbərlik etməyə başladı. Bunların arasında “Siz nəyə
inanırsınız?” (Azərbaycan və rus dillərində) tipli fəlsəi mövzulara toxunan videolar da vardı.
82
Digər videolar isə müasir Azərbaycan mədəniyyətini tənqid edir. (“Çünki mən azerbaycanlıyam”), bir
neçə dəqiqədən ibarət olan bu videolar Azərbaycanda yaşayan hər kəsə aydın olan gündəlik
situasiyaları əks etdirir. Videolardan biri evinin hökumət tərəfindən sökülməsini fatal bir hadisə
kimi qəbul edən azərbaycanlını təsvir edir. Digərində isə çox bahalı bir mobil telefonu olan lakin
o telefona danışmaq üçün pul yükləyə bilməyən bir insanı görmək olar.
83
Daha sonra OL
demokratiya haqqında ilhamverici bir video istehsal etdi. OL-un ən çox baxılan videosu
(YouTube-da 14 mart 2011 tarixinə qədər 128,333 dəfə baxılmış) 2009-cu ildə istehsal edildi.
“Esel Heinz” ( “Uzunqulaq Haynz”ın alman dilinə tərcüməsi) videosu OL-un və Adnanın
işlərinin tanınmasında bir neçə istiqamətdə dönüş yaratdı: Video onlayn yerləşdirildikdən bir
neçə həftə sonra Adnan həbs edildi.
D.
İtirilmiş Respublikanın xatirələri
“Demokratiya Avropanın övladlarıdır və indi o, bir dalğa kimi bütün dünyaya yayılmaqdadır
… Tamamilə təbiidir ki, bu dalğanın təsir etdiyi ilk ölkələr Avropaya yaxın olan Baltik
ölkələri oldu. Ən sonuncu isə Mərkəzi Asiya ölkələri olacaq. Lakin Azərbaycan, müəyyən
qədər coğrafiyasına və müəyyən qədər də tariximizə görə xüsusi haldır. Biz avropalı
qüvvənin koloniyasıyıq - buna görə də qonĢu ölkələr bundan məhrum olduğu halda biz
Avropa fikirləri ilə təmasda olmuĢuq. Həmçinin bizim iki il fəaliyyət göstərmiĢ müstəqil
dövlətimiz olub - 1918-ci ildə qurulmuĢ müsəlman dünyasının ilk dünyəvi respublikası”
84
Azərbaycanın ilk seçilmiş prezidenti Əbülfəz Elçibəyin jurnalist Tomaz Qoltzla söhbətindən, 1991
78
Ruslan Əsədovla müsahibə, Bakı, 18 Noyabr, 2010.
79
AFU-nun veb səhifəsi
www.azadfikir.org
.
80
Milli Demokratiya Fondu (NED) və Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatı
81
ABŞ-ın German Marshall Fondu, “Uğur hekayələri: Azad Fikir Universiteti”,
http://www.gmfus.org/blacksea/success_stories
.
82
FuserLimon, “What do you believe in? Azərbaycan – Bakı – Siz Nəyə İnanırsınız?”, YouTube, 29 Noyabr2006,
http://www.youtube.com/watch?v=99YcHcw899YcHcw8aiAaiA
. Müxtəlif gənclərə sual verilir və müxtəlif
cavablar alınmışdır (”Allah”; özlərinə; demokratiyaya, ədalət, azadlıq və sevgi). 2006-cı ildə hazırlanan bu
videoya YouTube-da 34,000 dəfədən çox baxılmışdır.
83
Bax: “Çünki mən Azərbaycanlıyam” videolara ESİ veb səhifəsindən də baxmaq olar.
84
Tomas Qoltz, Azərbaycan Gündəliyi : Azmış Reportyorun neftlə zəngin, müharibə dağıntıları yaşayan, post
Sovet respublikasındakı macəraları (Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-Rich, War-
Torn, Post-Soviet Republic), M.E. Şarp, 1998, səh. 59-60.
www.esiweb.org
15
2008-ci il mayın 28-də Bakı, İstanbul, Los Anceles, London və Nyu Yorkda üzərində əlvan
rənglərlə A, D, R hərfləri həkk olunmuş köynəklər geyinən Azərbaycanlı gənclər toplaşmışdı.
Onlar Eyfel Qülləsinin qarşısında, Xəzər dənizi sahilində və Bakının mərkəzindəki heykəllərin
qarşısında şəkillər çəkdirdilər. Kimisi fəxr hissi ilə gülümsəyir, kimisi ciddi baxır. Qolları
üzərində dayanan da var idi. Gənclər şəkil çəkdirib videolar hazırladılar. Hər yerdə verilən
ismarıc 3 eyni hərfdən ibarət idi: ADR.
ADR Azərbaycan Demokratik Respublikasının abreviaturasıdır. Bu gənc azərbaycanlılar üçün
ADR - müharibə və çaxnaşmanın içində 1918-ci ildə yaranmış, iki ildən də az fəaliyyət
göstərərək 1920-ci ildə süquta uğramış ilk müstəqil Azərbaycan dövləti – fərqli, demokratik
gələcəyin simvoluna çevrildi. 15-dən çox şəhərdə təşkil olunmuş 28 may tədbiri ADR-in 90
illiyini qeyd edirdi. Tədbirin şüarı: “ADR bizi birləşdirir” idi.
85
Sovet dönəmində bu
qısamüddətli “burjua respublikası”nı yad etmək qadağan idi. Bu gün Bakı rəsmiləri ADR-i
hazırki Azərbaycan dövlətinin uzaq sələfi kimi yad edirlər. Lakin 90 illiyin şərəfinə təşkil edilmiş
tədbirlər zamanı polis Bakının bir sıra ərazilərinə müdaxilə edərək bir neçə saat ərzində təqribi
15 nəfəri həsb etdi.
86
1918-ci il 28 Mayda, Azərbaycan Respublikasının müstəqilliyinin elan olunduğu gün,
Azərbaycan Milli Şurasının sədri Rəsulzadə idi. Rəsulzadə həmçinin Bakıda ilk universitetin
yaradıcısı kimi xatırlanır O, 1920-ci il ADR-in dağılmasına kimi parlamentin fəal üzvlərindən
biri olmuşdur.
2008-ci ilin iyununda Məzunlar Şəbəkəsi və OL Hərəkatı Tiflisdə “ADR: Keçmişdən Gələcəyə
doğru 1918-2018” adlı forum təşkil etdi. Forumdan sonra Facebookda yerləşdirilmiş postda
deyilir:
“ADR ideallarını həyata keçirmək və bu ideyaları və dəyərləri bu gün də təbliğ etmək bizim
mənəvi borcumuz və tarixi missiyamızdır... Biz düşünürük ki, Azərbaycan vətəndaşları siyasi
seçim etməkdə, öz fikirlərini ifadə etməkdə azad olmalı və heç kim fərqli düşüncəsinə və
əməllərinə görə cəza almaq, həbs edilməklə qorxudulmamalıdır..”
87
Emin Milli forum iştirakçılarını “ADR ideyalarını və dəyərlərini yenidən Azərbaycana
qaytarmaq üçün” “ADR Fəaliyyət Planı” yazmağa dəvət etdi.
88
OL və AN üzvləri də
Azərbaycan hökumətini neft gəlirlərindən xaricdə oxumaq üçün təqaüd ayrılmasına inandırmaq
üçün imza toplamağa başladılar. Fəallar, çətin iqtisadi durumuna baxmayaraq ADR hökumətinin
1919-cu ildə 99 tələbəni xaricə oxumağa göndərdiyini də qeyd etdilər.
İlk baxışda Azərbaycan Demokratik Respublikası 21-ci əsrdə böyüyən gənc azərbaycanlılar
üçün qeyri-adi bir ilham mənbəyidir. ADR Qafqaz tarixinin ən çaxnaşmalı dövründə mövcud
olmuşdur: Osmanlı imperiyası dağılırdı; Rusiya çarın dəstəkçiləri və bolşevik inqilabçıları
arasında gedən müharibənin ortasında idi; İngilis qoşunları Azərbaycanın neft sənayesinə
85
Əli Novruzov, “Azərbaycan ilk respublikanın yubileyini qeyd edir” (“Azerbaijan marks anniversary of its
first republic”,) Frontline Club, 29 May 2009,
http://frontlineclub.com/blogs/alisnovruzov/2009/05/azerbaijan-marks-anniversary-of-its-first-republic.html
.
86
Bəzi aksiyalardan nümunələrə baxmaq və həmçinin bu tədbrinin məqsədləri haqqında daha geniş məlumat
üçün
http://ol-az.blogspot.com/2009/05/adr-bizi-birlsdirir-aksiyas.html
.
87
Facebook, “ADR: Keçmişdən Gələcəyə – 1918-2018” (note), 29 Oktyabr 2008,
http://www.facebook.com/note.php?note_id=94466645098
.
88
Məzunlar şəbəkəsinin Facebook profili,
http://www.facebook.com/wall.php?id=6006082842&page=2&hash=f4a7842d802d07596fa05936646cc1ca
www.esiweb.org
16
qoyduqları sərmayəni müharibə və inqilabdan qorumağa çalışırdı.
89
Bütün bunlara baxmayaraq
ADR müstəqilliyini elan etdiyi 28 may 1918-ci ildən Qızıl Ordu tərəfindən işğal olunduğu 18
aprel 1920-ci ilə qədər 23 ay mövcud oldu. Hətta bu qısa dönəmin başlanğıcında Bakı 3
müxtəlif ordu tərəfindən mühasirəyə alınmışdı: bolşevik, Osmanlı və 1919-cu ilin avqustunda,
respublikanın süqutundan 8 ay öncə, artıq buranı tərk edən ingilis ordusu
90
Qısa ömrü olan ADR Azərbaycanın təkcə ilk müstəqil dövləti deyil, həm də demokratiya
tərəfdarı olan fəallar üçün fəxr mənbəyi olan nisbətən müasir bir dövlət idi. Gənc blogger Əli
Novruzovun 2008-ci ilin iyununda yazdığı kimi:
“… ADR həqiqi demokratiyaya əsaslanırdı: bir çox Avropa millətlərindən daha çox öncə
qadınlar və gənclərə seçki hüququ verilmişdi (1919); demək olar ki, bütün etnik azlıqlara yer
ayrılmış həqiqi demokratik parlament yaradılmışdı. Hökumət hətta işçi birliklərinin də
xüsusi nümayəndəsi üçün yer ayırdı; hətta Təsisat Məclisinin çağırılması üçün hazırlıqlara
başlandı (Rusiyanın Bolşevik qüvvələri tərəfindən müdaxilə nəticəsində qurulmayan) ...
Azlıqlar, sosialist, kapitalist, mühafizəkarlar, liberallar, dünyəvi millətçilər və dini sağçıların
da daxil olduğu Azərbaycan cəmiyyətinin bütün siyasi və ictimai zümrələri ADR parlamenti
və nazirlər şurasında geniş sayda təmsil olunmuşdular... Azərbaycan Demokratik
Respublikası Azərbaycanda Avropa stilli ilk müasir təhsil ocağı-Bakı Dövlət Universitetini
(1919) təsis etdi.”
91
Əli Novruzov “İtirilmiş respublika” adlandırdığı ADR-i və onun irsini həm də qeyd olunması
Əliyevlər ətrafında yaradılmış kultdan narazı olan gənc fəallar üçün dissidentliyin mənasını
anlatan güclü simvol olaraq görürdü. :
“ADR liderləri demokratiya quruculuğunun və Müsəlman Şərqində təkcə Azərbaycan deyil,
digərlərinə də nümunə ola biləcək müasir dövlətçiliyin ən parlaq modelini qurmuşdular.”
92
Emin Millinin dostu, Rəşad Şirinin ESİ-a söylədiyi kimi, ADR “Qərb stilli” demokratiyanın
Azərbaycan üçün mümkünlüyünü sübut etdi:
“[ADR] hazırki demokratiyayönlü elitanın Azərbaycanda demokratiyanın mümkün
olmadığını deyənlərə qarşı arqument olaraq istifadə etdiyi bir mərhələdir... yaxşı keçmişə
əsaslanaraq daha yaxşı gələcək qurmaq üçün cəhddir.”
93
E.
Uzunqulaqların hüquqları
“Sosial dəyiĢikliklər, hər Ģeydən əvvəl, ictimai sifariĢ olan baxıĢların və fərqli
mənəviyyatların toqquĢmasından sonra yaranır.”
Adam Miçnik, Qdansk həbsxanasından yazılmış məktub, iyul, 1985
89
Tomas de Vaal, Qafqaz: Giriş ( The Caucasus: An Introduction,) Oxford University Press, 2010, səh. 64.
90
Çarlz Kinq, Azadlıq Kabusu. Qafqazın Tarixi ( The Ghost of Freedom. A History of the Caucasus), Oxford
University Press, 2008, səh. 166-168.
91
Əli Novruzov, “Azərbaycan Demokratik Respublikası- Müsəlman Demokratiyasının 90-cı ildönümü”
(“Azerbaijan Democratic Republic – the 90th anniversary of a Muslim Democracy”), In Mutatione Fortitudo
bloqu, 6 İyun 2008,
http://blog.novruzov.az/2008/06/azerbaijan-democratic-republic-90th.html
.
92
Əli Novruzov, “Azərbaycan Demokratik Respublikası- Müsəlman Demokratiyasının 90-cı ildönümü”
(“Azerbaijan Democratic Republic – the 90th anniversary of a Muslim Democracy”), In Mutatione Fortitudo
bloqu, 6 İyun 2008,
http://blog.novruzov.az/2008/06/azerbaijan-democratic-republic-90th.html
93
ESI-ın Rəşad Şirinlə müsahibəsi, 11 Mart 2009.
www.esiweb.org
17
2008-ci ilin noyabrında Londonda, Lordlar Palatasında təşkil edilmiş Avropadakı Azərbaycan
Gənclərinin Forumu (FASE) zamanı, gənc fəal və Adnan Hacızadənin dostu Emin Milli
“Dəyişiklik Manifesti” adlandırdığı nitqini təqdim etdi:
94
“Azərbaycana hələ də dəyişiklik gəlməyib. Lakin siz dəyişikliyin qarşısını aldıqca o, bir o
qədər güclü şəkildə gələcək və sizi də zəbt edəcək. Dəyişiklik daxildən və xaricdən, soldan
və sağdan, cənnət və cəhənnəmdən Azərbaycana doğru irəliləyir. İndi isə bizim nəslə
cəmiyyətimizdəki dəyərlər strukturu çərçivəsində hansı dəyişikliyin lazım olduğunu
dəqiqliklə müəyyənləşdirəcək güclü vizyonun və dövlətin yaradılması lazımdır. Elə bir
dövlətin ki, cəhənnəmlə nəticələnməyəcək və bizim cənnətə öz yolumuzu açacaq.
Emin Azərbaycanın neftinin ondan yalnız insan potensialının inkişafı üçün istifadı ediləcəyi
təqdirdə ölkə üçün xeyir gətirəcəyini bildirirdi:
“İnsan qızılımız ola-ola qara qızılın insan qızılına çevrilməsi haqqında danışmaq bizə heç bir
şey verməyəcək.”
95
Emin ADR-in demokratik irsini geri gaytamağı və Azərbaycanın təhsil sistemində islahatlar
etməyin təbliğatını aparırdı. O, həmçinin Azərbaycanlı uşaqlara artıq kiçik yaşlardan azad
cəmiyyətin dəyərlərini aşılamağın vacibliyindən çox həvəslə danışırdı.
96
Eminin nitqi YouTube-
a yerləşdirildi. Onun hələ də qeyri-müəyyən olan dəyişiklik anlayışı bir sıra gənc Azərbaycanlını
narahat etməyə başlamışdı. Brüsseldə olan bir hökumət yönümlü fəalın ESİ dediyinə görə
“Eminin Azərbaycanı Lordlar Palatasında tənqid etməsi bəzilərinin xoşuna gəlmədi. Bu
demoralizə edən bir addım idi”
97
Emin üçün isə düşüncəsini söyləmək azadlıq idi.
Avtoritarizmin Azərbaycanda gücləndiyi aşkar idi, Eminin hökumətə münasibətdə mövqeyi
getdikcə daha da tənqidi olurdu.
98
Tezliklə Emin Bakıdakı xaricdə təhsil almış Facebook nəslinin ən məşhur natiqinə çevrildi. Bakı
Dövlət Universitetinin Beynəlxalq Hüquq fakultəsini 1999-cu ildə bitirərək ABŞ-ın Beynəlxalq
Respublikaçılar İnstitutunda bir neçə ay işlədikdən sonra o, Almaniyaya gedib 2002-ci ildə
Saarbrüken universitetinin hüquq fakultəsini bitirmişdir. Bundan sonra o bir neçə beynəlxalq
təşkilatla işləmiş, ATƏT-in 2005-ci ildə seçki müşahidə missiyasına və Avropa Şurasına
Azərbaycandakı 40-a yaxın siyasi məhbusun işi üzrə yardım etmişdir.
99
Emin Qərbdə təhsil
almış, xaricdə liberal demokratiya ilə birbaşa tanış olmuş gənc azərbaycanlıların ölkənin
inkişafında vacib rol oynaya biləcəyinə inanırdı. Bu düşüncəyə əsaslanaraq 2005-ci ildə Emin və
dostları Məzunlar Şəbəkəsini (AN) yaratdılar.
100
AN real təşkilat deyildi; onun ofisi, büdcəsi,
rəsmi üzvlüyü yox idi, iştirak etmək istəyən hər kəsin üzünə qapılar açıq idi. İlk altı ay ərzində
1,500-dən çox adam elektron ünvan siyahısına qoşulmuşdu. AN şəbəkəsinin ilk tədbirlərindən
94
3 uşağın ən kiçiyi olan Emin Milli 1979-cu ildə Bakıda Natella və Paşa Abdullayevlərin ailəsində
doğulmuşdur. Onun atası mühəndis idi. Emin ictimai fəal olduğu zaman valideyinləri artıq pensiyaya
çıxmışdılar. Onun atası uzun sürən xəstəlikdən sonra 2010-cu ildə dünyasını dəyişmişdir.
95
Emin Milli, “Dəyişiklik Manifesti” (“The Manifesto for change”) (full version),
http://www.youtube.com/watch?v=ClZT7yP4lM0
.
96
Ibid.
97
ESI müsahibəsi, Bakı, Dekabr 2009.
98
Emin Milli, “Azərbaycandakı dəyişikliyin manifesti” (“Manifesto for Change in Azerbaijan”), 24 Yanvar
2011 tarixində Facebook-da yerləşdirilmiş qeyd,
http://ru-
ru.connect.facebook.com/note.php?note_id=135447193184885
.
99
Adnan və Emin həbsdə olduqları müddətdə onlar haqqında məlumatın yerləşdirildiyi Azərbaycan bloggerləri
tərəfindən yaradılmış veb səhifə,
http://adnanemin.wordpress.com/
100
ESI-ın Rəşad Şirinlə, Məzunlar Şəbəkəsinin həmtəsisçisi ilə müsahibəsi, Bakı, 21 Oktyabr 2009.
www.esiweb.org
18
biri də Amerika Məzunlar Birliyinin ofisində təşkil edilmiş parti idi. Həmtəsisçilərdən biri olan
Rəşad Şirin bunu belə təsvir edir:
“Biz iştirakçılıq hissini aşılamaq istəyirdik. Burada 100 nəfər insan var idi, onlardan çoxu
heç bir-birini tanımırdı. Belə bir tədbir Bakıda birinci dəfə idi ki, təşkil olunurdu.”
101
Daha sonra buna bənzər çoxlu tədbirlər təşkil edilməyə başladı. Eminin dediyinə əsasən, AN
şəbəkəsinin ən böyük partilərdindən birinə 1,000-ə yaxın insan gəlmişdi.
102
2005-ci ilin mayında
AN özünün ilk mühazirəsini təşkil etdi. Bundan sonra demək olar ki hər bazar günü belə
mühazirələr təşkil edilirdi. Sonralar Emin deyirdi:
“Bizim ilk mühazirəmiz xaricdə oxumaq imkanları barədə idi ki, bunun çox insanı cəlb
edəcəyini düşünmüşdük. Sonra isə daha fəlsəfi mövzular müzakirə edilməyə başlandı-
dekonstruktivizm, Habermas və s.”
103
Alman fəlsəfəsinə maraq heç də təsadüfi deyidi. Habermasa görə “ictimai sfera” açıq tənqidi
müzakirənin olduğu yerdir. Onun emansipasiyaçı baxışına görə, müstəqil debatın ictimai sahəsi
despotik dövlət gücünün idarə edilməsinə xidmət etməlidir.
104
AN həmçinin film nümayişləri də
təşkil edirdi.
105
Nümayiş edilən ilk filmlərdən biri Şərqi Almaniyada özü də istəmədən əmrləri
yerinə yetirən Ştazi agentindən bəhs edən The Lives of Others (Başqalarını Həyatı, 2006) filmi
idi. Uydurma bir ölkədə devrilən tiran rejiminin eyni dərəcədə amansız və əzici olan digər bir
rejimlə əvəz olunduğundan bəhs edən siyasi satira janrında Land of the Blind (Korlar Ölkəsi
2006)
106
filmi növbəti dəfə nümayiş etdirildi.
107
Başqaları kimi, Emin üçün də Azərbaycanda president seçilmək üçün qoyulan vaxt
məhdudiyyətini aradan qaldıran 2009-cu ilin mart referendumu dönüş nöqtəsi oldu.
108
15 aprel
2009-cu ildə Emin “Azərbaycanda nəsil və demokratiya” adlı növbəti tənqidi nitqini Nyu Yorkda
Kolumbiya Universitetində söylədi. O, Əliyevlər ətrafında yaradılmış şəxsiyyətə pərəstiş bütünü
tənqid etdi. Onun dediyi kimi, Azərbaycan keçmiş Sovet İttifaqında bu tipli ilk “siyasi nəsil”
tərəfindən idarə olunur:
“Martın 18-də keçirilmiş bu referendum hakim rejimin gücünün daha da
möhkəmləndirilməsinin kulminasiya nöqtəsi idi. Düşünürəm ki, referendum legitim deyildi,
o nə ədalətli, nə də hüquqi idi. Azərbaycan hökuməti ömürlük prezidentliyə konstitusional
qapıları açmaqla Çad, Uqanda, Zimbabve, Əlcəzair, Belarusiya, Özbəkistan və Venesuelanın
yolunu getmək qərarını vermişdir.”
109
101
Ibid.
102
ESI-ın Emin Milli ilə müsahibəsi, Bakı, Dekabr 2010.
103
Ibid.
104
Bax: Yurgen Habermas, Dövlətin struktur baxımından dəyişilməsi ( The Structural Transformation of the
Public Sphere), 1962, 1989-cu ildə İngilis dilinə tərcümə edilmişdir.
105
Nigar Fətəliyeva, “İndi CinemAN Azərbaycandadır” (CinemAN, Now in Azerbaijan), 20 February 2009,
http://stop-it-please.livejournal.com/62158.html
.
106
Bax: Korlar ölkəsi ( Land of the Blind),
http://www.imdb.com/title/tt0433405/
.
107
CinemAN haqqında daha geniş məlumat üçün:
http://cinemanen.wordpress.com/
.
108
“Azərbaycan Prezidentlik Müddətini lazımsız edəcək ziddiyyətli təklif irəli sürür”, Azadlıq Radiosu, 18 Mart
2009,
http://www.rferl.org/content/Azerbaijanis_Vote_On_Controversial_Proposal_To_Scrap_Presidential_Term_L
imits/1512634.html
.
109
“Azərbaycanda nəsil və Demokratiya”, 4 May 2009,
http://emajidli.wordpress.com/2010/04/05/dynasty/
.
www.esiweb.org
19
Emin ən kəskin sözlərini Azərbaycanda bütün sahələrdə güclü kök salmış korrupsiya mövzusu
üçün saxlamışdı:
“İqtisadiyyatın monopoliyası və dünyadakı korrupsiyanın ən yüksək səviyyəsinin olması
çoxşaxəli və dayanıqlı iqtisadi sistemin yaradılmasının qarşısını alır. Rejim korrupsiya
sistemindən istifadə edərək (korrupsiyaya icazə verib, cəza verməyərək) rejimi dəstəkləyən
klanların sadiqliyini qazanır. O həmçinin korrupsiyanın sistemin əsası və oyun qaydaları
olduğu bir mühitdə yaşamaq uğrunda mübarizə aparmaq üçün korrupsiyaya qurşanmağa
məcbur edilən əksər vətəndaşların əl-qolunu bağlayır”
Emin üçün Azərbaycanın heç bir zaman siyasi rəqabətə şərait yaratmayacaq avtoritar rejimin
güclənməsi ilə üz-üzə qaldığı daha çox aydın olurdu. “ Müxalifət qüvvələrini təhdid etmək və
müstəqil ictimai qrupların yaranmasının qarşısını almaq üçün rejim özünün repressiya aparatını
daha da gücləndirir.”
110
Eminin təqdimatının mətni və videosu onlayn olaraq yerləşdirilmişdir. Azərbaycan diplomatları
və Bakıdakı beynəlxalq təşkilatlarda işləyən bir sıra insanlar Eminin özünün də bildiyi kimi,
onun böyük risk altına girdiyini deyirdilər. Kolumbiya nitqi zamanı söylədiyi kimi,
“ Yanvar ayında mən BMT-nin binası qarşısında bu referendum əleyhinə etiraz aksiyası
təşkil edib özüm də burda iştirak edəndə mənim yaxın ailə üzvlərimdən biri işdən çıxarıldı.
Ona dövlətin düşməninin qohumu olduğunu demişdilər. Bu sizin bu rejimə sadiqlik əlaməti
göstərməkdən imtina edərkən və ya onların yürütdüyü siyasətlə razılaşmayaraq öz fikrinizi
söylədiyiniz zaman tətbiq olunan yumşaq tənbeh metodudur. Ümid edirəm ki, bizim
tədbirimizdə iştirak edən insanlar bu cür cəza ilə üzləşməyəcək və onlar alternativ düşüncəni
dinlədikləri üçün qohumları işdən çıxarılmayacaq.”
111
Lakin nə Emin nə də dostu Adnan hədələnməmişdilər. Adnanın xahişi ilə Emin ABŞ-a etdiyi
səfərdən döndüyü zaman OLun həyata keçirdiyi növbəti layihəsi-2009-cu il Gül Bayramından
bir ay sonra YouTube-da yerləşdirilən satirik video üçün uzunqulaq kostyumunu gətirdi.
112
Bu
müxalifət mətbuatında dolaşan şaiyələrə yol açan ironiya: Azərbaycan hökuməti $41,000
dəyərində uzunqulaqları məhz Almaniyadan almışdır.
113
“Uzunqulaq” videosuda uzunqulaq
journalist rolunu oynayan bir qrup gəncə mətbuat brifinqi verir:
“Əgər mən yenidən Azərbaycanda doğulsaydım, mən yəqin ki yenidən uzunqulaq kimi
doğulardım. Avropa ölkələrinin əksinə olaraq, burda səndə nə qədər çox uzunqulaqlıq varsa,
sənin üçün bir o qədər çox imkanlar var... Nəyə görə mən belə bahayam? Çünki mən A
kateqoriyalı uzunqulağam – mən üç dildə danışıram və skripka ifa edirəm ... Mən digər
uzunqulaqların hüquqlarını qorumaq üçün Liberal Uzunqulaqlar Assosiasiyasının üzvü kimi
fəaliyyət göstərməyi planlaşdırmışdım. Lakin QHT-lər haqqında sonuncu qanun düzəlişi
təkliflərini nəzərə alsaq bunun qeyri mümkün olacağı görünür. Əgər onlar uzunqulaqlara bu
işlə məşğul olmağa icazə vermirlərsə, o zaman normal insanlar bunu necə edəcəklər?”
114
110
Ibid.
111
Ibid.
112
BBC, “Uzunqulaq bloggerləri” (“The „donkey bloggers‟”), 25 Noyabr 2010,
http://www.bbc.co.uk/worldservice/programmes/2010/11/101125_outlook_azerbaijan_donkey_bloggers.shtml
113
Mətbuatda gedən məlumata görə: “Azərbaycan hökuməti 41 min dollara bir eşşək alıb”, 7 İyun 2009,
http://ria.az/iqtisadiyyat/10503.html
; Famil CƏFƏRLİ,
FUTBOL
VƏ
EŞŞƏK
BİZNESİ, Musavat qəzeti,
http://www.musavat.com/new/yazar/54617-FUTBOL_VƏ_EŞŞƏK_BİZNESİ
.
114
Uzunqulaq videosunun YouTube ünvanı
http://www.youtube.com/watch?v=Aaecvg7xCIk
(Azərbaycan
dilində ingilis subtitrləri ilə), bu URL üzrə 24 Yanvar 2011 tarixinə qədər 126,138 dəfə baxılmışdır.
www.esiweb.org
20
Jurnalistlər üçün skripka ifa etdikdən sonra uzunqulaq konfrans otağını tərk etməyə hazırlaşır.
Bunu edərkən o, jurnalistlər tərəfindən alqışlanır və video donur, ekranda isə sual əmələ gəlir:
“Uzunqulaqların qoruyanlar tapılar. Bəs insan hüquqlarını kim qoruyacaq?”
Dostları ilə paylaş: |