Butilkauçuk (BK) izobutilen və izoprenin birgə polimerləşmə məhsuludur. İzopren və izobutilenin nisbətləri polimerin doymamışlığını təyin edir. BK-un doymamışlığı adı altında sopolimerin 100 manqasında % (mol) ilə göstərilən izopren manqalarının miqdarı nəzərdə tutulur.
Praktiki olaraq BK doymamışlığı 0,6-dan 2,5% mol qədərdir və bu TK doymamışlığınm 1-5%-ə qədərini təşkil edir. Tək-tək hallarda yüksək doymamışlığa malik kauçuklar da buraxılır.
İzobutilen və izopren qarışığının polimerləşməsi -100°C-də maye fazada aparılır.
Polimerləşmənin katalizatorları kimi bor-3-flüorid, alüminium-xlorid və b. istifadə edilir.
BK-un quruluş formulu:
Polimerdə izopren qruplarının izobutilen qrupları ilə biri-birilə əvəz etməsi müşahidə olunur. Geniş molekula-kütlə paylanmasıilə (MW/Mn-2,5-3) BK molekul kütləsi 200-400 mindir.
BK-un kimyəvi xassələri onun kiçik doymamışlığı və polimer zəncirində dördlü karbon atomlarının olması ilə müəyyən olunur. Kiçik doymamışlığına görə BK oksigenin, ozonun və oksidləşdiricilərin təsirinə davamlıdır. Ozondan parçalanmaya qarşı davamlılığına görə BK əsas zəncirdə ikiqat əlaqəsi olmayan etilen-propilen kauçuklarından geri qalır. Doymamışlığın azalması ilə BK-un ozona davamlılığı artır.
Doymamışlığına və molekul kütləsinə, yəni özlülüyə görə BK bir neçə markada buraxılır. BK markalarının işarələrində onun doymamışlığı, Muniyə görə özlülüyü və həmçinin kauçuka daxil edilən qocalmaya qarşı maddənin tipi göstərilir. Məs.: BK-1040T doymamışlığı l,0%(mol), Muniyə görə özlülüyü - 40, qocalmaya qarşı qaralan (T) maddə ilə (fenil--naftilaminlə) doldurulan; BK-2045N isə doymamışlığı 2%(mol), Muniyə görə özlülüyü-45, qocalmaya qarşı qaralmayan (N) maddə ilə, (məs.: 2,2-metilen-bis-(4-metil-6-tret-butilfenolla) doldurulan BK-un markalarını göstərir.
D indeksi ilə işarə olunan və kabel sənayesi üçün yüksək dielektrik xassələrinə malik BK-un xüsusi markaları buraxılır və adi markalardan fərqli olaraq bu kauçuklarda suda həll olan maddələrin miqdarı azdır, məs.: BK-2055 TD.