İzobutilen-izopren sopolimerinin sintezi, fiziki, texnoloji xassələri və vulkanizasiya prosesi



Yüklə 2,31 Mb.
səhifə2/4
tarix19.10.2023
ölçüsü2,31 Mb.
#157177
1   2   3   4
muhazire 4

Fiziki xassələri. Molekul zəncirinin nisbətən yüksək nizamlı olmasına baxmayaraq BK-un şüşələşmə prosesi çox yavaş gedir. BK əsasında rezinlərin şüşələşməsinin əsas xüsusiyyəti ona gərgin­liyin həddən artıq güclü təsir etməsidir. Şüşələşmə 400%-dən artıq dartılma zamanı otaq və daha yüksək temperaturalarda istiliyin güclü ayrılması ilə müşahidə olunur. BK sıxlığı 910 kq/m3; şüşə­ləşmə temperaturu (-67)-dən (-70)-yə qədər; 20-75°C-də xüsusi həcmi elektrik müqaviməti 10l4 Om.m; dielektrik keçiriciliyi -2,3; l khs - 1300 Mhs tezlikdə dielektrik itkilərinin tangens bucaqı - 4104-9104; həll olma parametri-16,6 (MC/m3)l/2. BK yüksək die­lektrik xassələrinə malikdir və suyu az sorbsiya etməsi səbəbindən hətta çox nəm mühitdə belə bu xassələr dəyişmir (BK-un sorbsiya qabiliyyəti TK-un sorbsiya qabiliyyətindən 3-4 dəfə azdır).
Butilkauçuk karbohidrogenlərdə - aromatik karbohidrogenlərə nisbə­tən alifatik karbohidrogenlərdə, xloroformda, dördxlorlu karbon­da yaxşı həll olur.
Butilkauçukun xüsusiliyi onun kiçik qaz keçirməyə malik olmasıdır və bu polimerin molekula zəncirinin kiçik cəldliyi və tutumunun böyük sıxlığa malik olması ilə bağlıdır.
Müxtəlif qazlarda 20°C-də bəzi kauçukların qaz keçirmə əmsalları aşağıdakı kimidir (Kü.1018, M2/s.Pa):

Kauçuklar

N2

O2

H2

CO2

Izopren

57

154

335

950

Butadien (SKB)

37

115

261

970

Butadien-stirol (SKS-30)

38

103

244

1120

Butadien-nitril (SKN-18)

7

26

88

305

Xloropren

7

24

79

148

Butilkauçuk

2,4

9,6

53

52




Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin