Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 38 tərbiyəsində dinin əsaslarının yox olması ilə əlaqələndiril-
mişdir. Nəticədə, nikahdankənar uşaqların sayı durmadan
artır. Müasir Amerika ailəsində boşanma hallarının artması
amili də diqqəti cəlb edir. Məsələn, əgər 1965-ci ildə ni-
kahda olan hər min amerikalıya 35, 1980-cı ildə 100 bo-
şanma düşürdüsə, 1990-cı ildə bu rəqəm 138-ə çatmışdır.
Başqa bir cəhət də narahatlıq doğurur: ABŞ-da tənha həyat
keçirənlərin sayı 1970-ci ildən 12 dəfə artaraq 1989-cu ildə
23 milyona çatmışdır (177: 181-182). Hazırda bu rəqəmlər-
də kifayət qədər artım müşahidə olunur. Bu vəziyyət artıq
Azərbaycan üçün də səciyyəvi hala çevrilmişdir. Belə ki,
ölkəmiz subay yaşı 25-29 arasında olan adamların sayına
görə MDB-də ön yerlərdən birini tutur. Hal-hazırda onların
ümumi kəmiyyəti 1990-cı illə müqayisədə xeyli artmışdır.
Bu gün ailə daxilində olduğu kimi, cəmiyyətdə də qa-
dınla kişinin fəaliyyət sferası arasında gizli və aşkar rəqabət
simptomları nəzərə çarpmaqdadır. Ötən əsrin 80-ci illərin-
dən başlayan demokratikləşmə prosesi cəmiyyətdə qadının
mövqeyinin möhkəmlənməsində əsaslı rol oynamışdır. Qa-
dınlar kənd təsərrüfatı və sənayenin, maarif və mədəniyyə-
tin, biznes və ticarətin müxtəlif sahələrində kişilərlə yarışır-
lar. Hətta bir çox strukturlarda qadınların kişiləri üstələdiyi
müşahidə olunur.
Son illərdə qadınlar təkcə elm, istehsalat, ticarət və di-
gər sosial sahələrdə deyil, habelə ictimai təşkilat və siya-
si partiyalarda da geniş fəaliyyət göstərirlər. Ə.Abasovun
qeyd etdiyi kimi, bircə onu demək kifayətdir ki, respublika-
da 40-a qədər dövlət qeydiyyatından keçmiş qeyri-hökumət
qadın təşkilatı fəaliyyət göstərir. Bütün bunlar tam yeni
gender situasiyası doğurur ki, bunu da xüsusi araşdırmağa