Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
93
dent, parlament və bələdiyyə seçkilərində qadınlar xüsusilə
fəallıq göstərirlər, lakin bu prosesdə də ədalət prinsipinin
gözlənilmədiyi üzə çıxır: a) qeyd edildiyi kimi, yüksək
orqanlara qadınların namizəd kimi irəli sürülməsi və seçil-
məsi qeyri-qənaətbəxşdir; b) qadınların seçkilərdə iştirakı-
na bir çox hallarda (hətta, məişət səviyyəsində) maneçilik-
lər törədilir.
Qeyd olunan ikinci hala əksər vaxtlar kənd yerlərində
təsadüf olunur. Seçki məntəqələrinə gedən ərin öz arvadı-
nın əvəzinə qutuya bülleten atıb “səs vermək” istəyi elə də
nadir hadisələrdən deyil. Qadının öz fikrini açıq şəkildə ifa-
də edə bilməməsi günümüzün reallığı olsa da, bəzən ədalət-
sizlik kimi deyil, adət-ənənə kimi qiymətləndirilir ki, bu da
kökündən səhv yanaşmadır.
Feminizm və feminist nəzəriyyə sayəsində gender mü-
hüm əhəmiyyətə malik sosial faktor kimi tanınmaqdadır.
Sosioloq M.Vintersin qeyd etdiyi kimi, həqiqətən də, sek-
sual fərq bu gün çoxları tərəfindən ictimai, sosial bir hadisə
kimi qəbul edilir. Feminist alimlər genderin daha anlaşıqlı
olması üçün böyük işlər görmüşlər... (329: 158). Bəzi fe-
ministlər gender haqqında nəzəriyyəni inkişaf etdirərkən
qadınlar arasında sinfi, dini, yaş və etik fərqlərin böyük öl-
çüsünü nəzərə almadıqlarına görə tənqid edilmişlər. Belə
tənqidlər bizi tədqiqat haqqında məlumatlandırsa da, arqu-
mentlərinmizi inkişaf etdirsə də, onlar bizim diqqətimizi
genderin özünün əhəmiyyətli faktor olması fikrindən ya-
yındırırlar.
Qadınların ənənəvi ailələrdə yaşayıb-yaşamamasından,
onların genderləşmiş təbiətindən və onları əhatə edən ideo-
logiyadan asılı olmayaraq, həm keçmişdə, həm də indi bü-
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
94
tün qadınlar bu və ya digər dərəcədə təsirə məruz qalmışlar.
Bunu danmadan və təsiri azaltmadan deyə bilərik ki, gender
faktoru müxtəlif yarımqruplara müxtəlif ölçüdə və müxtəlif
yollarla təsir edə bilər.
S.M.Okin tədqiqatlarında qeyd edir ki, bir cəmiyyət
olaraq biz öz demokratik dəyərlərimizlə fəxr edirik. Biz
inanmırıq ki, insanlar anadangəlmə fərqlərinə görə sıxış-
dırılmalıdırlar. Bəziləri əldə etdikləri arzu olunan pozisiya
nüfuzuna görə və ya öz var-dövlətlərini artırdıqlarına görə
fərqlənirlər. Düzdür, imkan bərabərliyi bizim əsas açıq
məqsədimizdir. Konstitusiya ədalətin mühüm şərəf olduğu-
nu, ümumi rifah və azadlığın, xoşbəxtliyin vacibliyini qeyd
edir və göstərir ki, bu azadlıq və ədalət hər kəs üçün olma-
lıdır (316).
Bəzən yeniyetmə və cavanlar “əxlaq” deyərkən elə
“seksual əxlaq”ı nəzərdə tuturlar və bu ifadələri ekvivalent
kimi işlədirlər. Bütün həyatımız boyu bizim seksual identi-
fikasiyamız və əlaqələrimiz xoşbəxtliyimizin və özümüzü
dərk etməmizin mərkəzində durur. Sosial rollarda habelə
ər, arvad, sevgili, ata, ana-bizim qəbul etdiyimiz ən mühüm
ətrafımız olaraq qalır. Bizim fəaliyyətimiz seksual əlaqələr
konktekstində digər insanlara hər şeydən çox təsirli görünə
bilər. Biz ya bir kəsi xoşbəxt edər, ya da kiminsə ürəyini
qıra bilərik.
XX əsrin ən mütərəqqi filosoflarından biri hesab edilən
Bertrand Rassel seksual əxlaqın liberallığından bəhs edir.
O, seksual əxlaq üzərində qoyulan ənənəvi qadağaları
tənqid edir və göstərir ki, elə əxlaq qaydaları haqda qay-
dalardır ki, onlar da insan xoşbəxtliyinə təkan verir. Rassel
kəbindən əvvəl və kəbindən xaric seksual əlaqələri qəbul
|