Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 106 lər, sədrlər, elmi-tədqiqat idarələrinin rəhbərləri arasında da
qadınlara çox az təsadüf olunurdu. Əslində, təbliğat özü də
kişilərin və “maskulin dəyərlərin” təqdiri istiqamətində qu-
rulmuşdu; təkcə bunu xatırlatmaq lazımdır ki, 1966-1967-
ci illərdə SSRİ-də əhalinin 54,2 %-ni qadınlar (kişilər, 45,8
%) təşkil etdiyi halda, onlar partiyanın Mərkəzi Komitəsin-
də 2,8 %-ni (kişilərsə 97,2 %) partiyada 20,9 % (kişilərsə
79,1 %) təşkil edirdilər. Həmin dövrdə Siyasi Büronun üzv-
ləri 100 % kişilərdən ibarət idi.
Ümumiyyətlə, idarəetmənin bütün sahələrində aşağı
sosial pillələrdə qadınların sayı daha böyük üstünlük təşkil
etmişdir. Məsələn, 1 yanvar 1966-cı il tarixli məlumata görə
SSRİ EA-da qadınların “statusu” bu şəkildə müəyyənləşdi-
rilmişdi: kiçik elmi işçilər arasında 51 %, baş elmi işçilər
arasında 23 %, akademik və professorlar arasında 8,8 %.
Təhsil sahəsində ibtidai sinif müəllimlərinin 87 %-ni, ibti-
dai sinif direktorlarının 74 %-ni, 9-10-cu sinif müəllimlə-
rinin 68%-ni, orta məktəb müəllimlərinin 21%-ni qadınlar
təşkil edirdi (67). Sənaye sahəsində 1 dekabr 1961-ci il ta-
rixə olan məlumata görə müəssisə rəhbərlərinin 6 %-ni, sex
rəislərinin 12 %-ni, sahə rəislərinin 24 %-ni, mühəndislərin
37 %-ni, texniklərin 59 %-ni qadınlar təşkil edirdi (67: 683).
Kənd təsərrüfatında da vəziyyət belə idi; həmin dövrlərdə lap
dəqiqi 1965-ci ildə kolxoz sədrlərinin 2 %-ni, sovxoz direk-
torlarının 1 %-i qadınlardan ibarət idi (191: 123). Yəni bu
vəzifə pillələri artdıqca kişilərin də sayı artır. Əksinə, bu
pillələr endikcə qadınların kəmiyyəti yüksəlir.
Xüsusilə böyük Vətən Müharibəsi dövründə qadınla-
rın təsərrüfatın ağır sahələrində sayı artmışdır. 1960-cı il-
lərdən sonra aparılan islahatlar qadınların həyatında yeni