672) Hipotermiya (30-32C) şəraitində kliniki ölümün müddəti orta hesabla nə qədər təşkil edir?
A) 10 dəq
B) 60 dəq
C) 30 dəq
D) 20 dəq
E) 5 dəq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
673) Qan dövranının dayanmasının növü nəyin əsasında müəyyən edilir?
A) Kliniki nişanələr
B) EKQ-müayinə
C) Elektroensefaloqrafiya
D) Qanda şəkərin miqdarına görə
E) Qanda kortikosteroidlərin səviyyəsinə görə
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
674) Mədəciklərin fibrilyasiyasının əlamətlərinə aiddir?
A) Bəbəklərin kəskin daralması
B) EKQ-də yüksək tezlikli (dəq. 200-400 dəfə) sinusoidal əyrinin olması
C) Ürək tonlarının karlaşması
D) Tənəffüsün sayının artması
E) EKQ-də düz xəttin qeydə alınması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
675) Asistoliya əlamətlərinə aiddir?
A) EKQ-də düz xəttin qeydə alınması
B) Ürək tonlarının karlaşması
C) Arterial təzyiginin aşağı enməsi
D) Paroksizmal taxikardiya
E) EKQ-də R-dişciyinin ölçülərinin kiçilməsi
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
676) Elektromexaniki dissosasiyanın əlamətlərinə aiddir?
A) Ürək tonlarının karlaşması
B) EKQ-də düz xəttin qeydə alınması
C) Bəbəklərin daralması
D) Arterial təzyiginin yüksəlməsi
E) EKQ-də sinus bradiaritmiyası fonunda genəlmiş QRS komplekslərinin izlənməsi
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
Dostları ilə paylaş: |