972) Ağ ciyərlərin süni ventilyasiyası fonunda inkişaf edən nozokomial pnevmoniyanın səmərəli antibakterial müalicə sxemini seçin?
A) Ampisilin + gentamisin
B) I nəsl sefalosporin + ampisillin
C) Tetrasiklin + amoksisiklin
D) Gentamisin + linkomisin
E) III nəsl sefalosporin + aminoqlikozid
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
973) Kardiogen ağ ciyər ödemi üçün xasdır?
A) Ürək atımının artması
B) Ürək atımının azalması
C) Poliuriya
D) Mərkəzi venoz təzyiqin azalması
E) Ağ ciyər arteriyası üzərində təzyiain azalması
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
974) Kardiogen ağ ciyər ödeminin müalicəsində ilk tədbirlərə daxil deyil?
A) Oksigen terapiyasın
B) Kordiamin (vena daxilinə)
C) Morfin (vena daxilinə)
D) Furosemid (vena daxilinə)
E) Nitroqliserin (dil altına)
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
975) Qeyri-kardiogen mənşəli ağ ciyər ödemi nə zaman baş verir?
A) Kiçik vurğu sindromu aşkar edilmişdir
B) Ağ ciyər damarlarında hidrostatik təzyiq və kolloid-osmotik təzyiq artmışdır
C) Ağ ciyər damarlarında hidrostatik təzyiq artmış, kolloid-osmotik təzyiq enmişdir
D) Hepatosplenomeqaliya vardır
E) Ağ ciyər damarlarında hidrostatik təzyiq azalmış və kolloid-osmotik təzyiq yüksəlmişdir
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
976) Ağ ciyər ödemi zamanı ağ ciyərlərin süni ventilyasiyası hansı rejimdə aparılır?
A) Ənənəvi süni ventilyasiyası
B) Nəfəs vermənin sonunda müsbət təzyiq yaratmaqla
C) Yardımçı süni ventilyasiyası
D) Yüksək tezlikli süni ventilyasiyası
E) Mexaniki ventilyasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
Dostları ilə paylaş: |