1003) Damar daxili laxtalanma (DDL) sindromu zamanı müalicə məqsədi ilə aminokapron turşusunun tətbiqi hansı mərhələdə aparılır?
A) IV mərhələ (bərpa)
B) Heç bir mərhələdə
C) II mərhələ (sərfolunmuş koaqulopatiya)
D) III mərhələ (fibrinoliz)
E) I mərhələ (hiperkoaqulyasiya)
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
1004) Xəstədə kollaps fonunda A/T-in sistolik göstəricisi 60 mm c. süt. qədər enib. Bununla əlaqədar hansı preparatın tətbiqi məsləhətdir?
A) Reopoliqlükin
B) Jelatinol
C) 5% qlükoza
D) Efedrin
E) Poliqlükin
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1005) Ağ ciyər ödemi zamanı müalicə kompleksinə sidik qovucuların istifadəsi daxildir. Bu məqsədlə hansı preparata üstünlük verilir?
A) Fərqi yoxdur
B) Mannitol
C) Laziks
D) Sidik cövhəri
E) Veroşpiron
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1006) Mərkəzi hemodinamik göstəricisinə aid deyil?
A) Ürək indeksi
B) Mərkəzi venoz təzyiq
C) Nəbz təzyiqi
D) Dövr edən qanın həcmi
E) Damarların ümumi periferik müqaviməti
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1007) Mərkəzi hemodinamik göstəricisinə aid deyil?
A) Damarların ümumi periferik müqaviməti
B) Dövr edən qanın həcmi
C) Nəbz təzyiqi
D) Ürəyin birdəqiqəlik həcmi
E) Mərkəzi venoz təzyiq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
1008) Məlumdur ki, beyindaxili təzyiq osmodiuretiklərin tətbiqi fonunda azalır, ancaq sonradan beyindaxili təzyiq və beyin ödemi yenidən artır. Aşağıdakı hansı osmodiuretukdə bu mənfi effekt müqaisədə daha zəifdir?
A) Mannit
B) Göstərilən preparatların dördündə də bu effekt eynidir
C) Sidik cövhəri
D) Mannitol
E) Qliserol
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.