Avropa şurasi (AŞ pa)


Avropa Şurası Parlament Assambleyası



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə23/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   19   20   21   22   23   24   25   26   ...   60
Avropa Şurası

Avropa Şurası Parlament Assambleyası  

Dağlıq Qarabağdakı münaqişəyə dair 1047 (1994) saylı  

qətnamə 

(Strasburq, 10 noyabr 1994-cü il) 

 

1. Assambleya məmnunluqla qeyd edir ki, 1994-cü il mayın 12-də qüvvəyə minmiş atəşkəsə nisbətən yaxşı 



riayət olunmuşdur və  ümid edir ki, bunun ardınca müharibə edən tərəflər arasında tezliklə  sülh müqaviləsi 

imzalanacaq; 

2. 1988-ci ildə başlanmış bu münaqişə 20 min nəfərin ölümünə və 1 milyondan çox adamın qaçqın olmasına 

gətirib çıxarmışdır; 

3. Assambleyada ATƏM-in Minsk qrupunun, Rusiya Federasiyası hökumətinin, BMT Təhlükəsizlik 

Şurasının, JVIDB Parlamentlərarası Assambleyası özünün iştirakçı olmayan Avropa dövlətləri ilə münasibətlər 

üzrə Komitəsinin müharibə edən tərəfləri sülh müqaviləsi imzalamağa inandırmaq cəhdlərini məmnunluqla 

qeyd edir; 

4. O, Ermənistan və Azərbaycan  müdafiə nazirlərinin və  Dağlıq Qarabağ ordu komandanının atəşkəsi 

gözləmək öhdəliyini və siyasi sazişin imzalanmasını sürətləndirmək barədə istəyi bəyan etdikləri 26 iyun 1994-

cü ildə  imzalanmış sazişi alqışlayır və  bütün müharibə edən tərəfləri 1994-cü il mayın 12-dən qüvvədə olan 

atəşkəsin mövcudluğuna təhlükə törədəcək hər hansı hərbi hərəkətlərdən çəkindirməyə təkidlə çağırır; 

5. O, sülb müqaviləsinin bərqərar olmasının tezləşdirilməsində  ən yaxşı vasitələrlə, xüsusən maraqlı 

tərəflərin parlament nümayəndələri arasında dialoqu həvəsləndirməklə  kömək etməyə  hazır olduğunu bəyan 

edir; 

6. Yekun olaraq o, müharibə edən tərəfləri 1251 saylı tövsiyədə  nəzərdə  tutulduğu kimi, birinci dərəcəli 



vacib iş kimi qaçqınların doğma torpaqlarına qayıtmaları üçün şərait yaratmağa və  azlıqların hüquqlarına 

hörmət etməyə, Azərbaycanı  və  Türkiyəni Ermənistana qarşı kommunikasiyaların blokadasına dərhal son 

qoymağa çağırır. 

 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin