Pedaqoji anlayışlar lüğəti


TƏLİM VƏ TƏDRİSİN MƏZMUNU



Yüklə 339 Kb.
səhifə76/85
tarix26.12.2016
ölçüsü339 Kb.
#3516
növüReferat
1   ...   72   73   74   75   76   77   78   79   ...   85
TƏLİM VƏ TƏDRİSİN MƏZMUNU – şagirdlərin hərtərəfli əqli və fiziki bacarıqlarını, onların dünyagörüşünü, mənəviyyatını, davranışını, ictimai həyata və əməyə hazırlanmasını formaaşdıran elmi biliklərin, bilik və bacarıqlarının, yaradıcı fəaliyyət münasibəti və təcrübəsi sistemidir.

TƏRBİYƏ (ped. hal kimi) - 1)uşağın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, səbəb və dəyərlər yaranmasına yönəlmiş müəllimin məqsədyönlü professional fəaliyyəti; 2) təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş ped. proses; 3) şagird və böyüklərin tərbiyəsinə yönəlmiş qarşılıqlı təsirin məqsədyönlü, idarəedilən və açıq sistemi. Bu sistemdə tərbiyəalan əsas iştirakçıdır və əgər bu sistemə şagirdin optimal inkişafına yönəlmiş dəyişikliklər etmək mümkündürsə, onda uşaq həm obyekt, həm də subyekt qismində çıxış edir. 4) şagirdə müxtəlif hallarda öz seçim yolu və seçim hüququnu verməklə uyğun davranış üsullarının təşkili; 5) şəxsiyyətin inkişafına, onun cəmiyyətdəki münasibətinin, baxışlarının, davranışına məqsədyönlü təsir edən proses və nəticələr 6) insanın mədəniyyətə yiyələnməsi üçün məqsədyönlü şərtlərin yaranması; 7) (ən dar, konkret mənada) bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə - insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. M.t.- bu insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir. Siyasi tərbiyə - şagirdlərdə dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir. Cinsi tərbiyə - uşaqlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması. Hüququ tərbiyə - hüquqi tərbiyənin və hüquqi davranışın formalaşması, ümumi məcburi ibtidai təhsilin hüquqi cəhətdən həyata keçirilməsi, qanuna tabe davranışın yaranması prosesidir. Əmək tətbiyəsi – şagirdlərdə ümümi əmək bilik və bacarıqlarının inkişafına, əməyə və əmək məhsullarına məsuliyyətli yanaşmanın psixoloji hazırlığına, şüurlu surətdə gələcək peşə seçiminə yönəlmiş tərbiyəçi və tərbiyə alanların birgə fəaliyyəti prosesidir. Əqli tərbiyə - intellektual mədəniyyətin, idrakı səbəblərin, əqli gücünün, düşüncəsinin, dünyagörüşünün və şəxsiyyətin intellektual azadlığının formalaşdırılması. Fiziki tərbiyə- insanın fiziki inkişafına, sağlamlığının möhkəmlənəsinə, yüksək əmək qabiliyyətinin və daimi fiziki inkişafına tələbat yaranmasına yönəlmiş təkmilləşmə sistemidir. Bədii tərbiyə - şagirdlərdə hiss etmək, anlamaq, dəyərləndirmək, incəsənəti sevmək, ondan həzz almaq, bədii-yaradıcılıq fəaliyyətinin inkişafına tələbat və estetik dəyərlərin yaranmasına yönəlmiş tərbiyə növü. Ekoloji tərbiyə - yeni yetişən nəsildə özündə təbiət haqda bilikləri və ona qarşı məsuliyyətli, humanist yanaşmanı ehtiva edən məqsədyönlü yüksək ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə qarşı ümummilli və ümumbəşəri dəyər kimi məsuliyyətli münasibətin yaranması. İqtisadi tərbiyə - tərbiyəçilər və tərbiyə alanlar arasında təbiət, təsərrüfat və istehsalın, maraqlarının və tələbatının təşkilinə yönəlmiş, bilik və bacarıqlarının, tələbatlarının yaranmasına yönəlmiş münasibətlər. Estetik tərbiyə - yetkinləşən insanda hissetmə, düzgün anlama, həyatda və incəsənətdə gözəlliklər yaratmağa və dəyərləndirməyə istiqamətlənmiş, yaradıcılıqda aktiv iştiraka, gözəllik qanunlarına əsasən yaratmağa istiqamətlənmiş müəllim və şagird arasında məqsədyönlü qarşılıqlı təsirdir. Etik tərbiyə - şagirdlərdə yaxşı davranış qaydalarını, davranış mədəniyyətinin və münasibətinin formalaşmasına istiqamətlənmiş müəllim və şagirdlər araında məqsədyönlü qarşılıqlı münasibət.

Yüklə 339 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin