Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə40/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   36   37   38   39   40   41   42   43   ...   159
200. "Tarixi-Dəmeşq": Ənəs rəvayət edir: Peyğəmbərin (s) hüzurunda idim, elə bu zaman ona vəhy nazil oldu. Bir müddət sonra təbii halına qayıdıb, buyurdu: "Bilirsənmi ki, Cəbrayıl Allah tərəfindən mənə hansı xəbəri gətirdi?"
Dedim: Xeyir, bilmirəm, ey Allahın elçisi!"
Buyurdu: Allahım mənə əmr etdi ki, Fatiməni Əliyə həyat yoldaşı edim, evləndirim. Get, Əbubəkri, Öməri, Osmanı, Təlhəni, Zübeyri və elə bu sayda, ənsardan olan şəxsləri buraya gətir."
Mən gedib onları çağırdım. Hər kəs öz yerində oturduqdan sonra Peyğəmbər (s) buyurdu: " Əta etdiyi nemətlərə şəninə həmd-səna oxunan, qüdrətinə görə sitayiş olunan, kəlamları səbəbilə itaət olunan, əzabından qorxulan Tanriya şükürlər və mədhlər olsun! Hər kəs əməlinin mükafatını yalnız Ondan dilər. Allahın fərmanı göylərdə və yerlərdə təsirlidir. O, məxluqatı öz qüdrətilə yaratdı, hökmlərilə onları bir-birindən ayırdı. Əta etdiyi dini ilə onlara izət bağışladı. Peyğəmbəri Məhəmmədin vasitəsilə onlara iftixar verdi. Sonra Allah-təala ailə qurmağı qohumluq əlaqələrinin yaranması üçün və bir vəzifə olaraq (insanlara) ərm etdi. Onunla məhrəmlər arasında ülfət yaratdı və insanların bu bağlılığa sadiq qalmasını buyurdu.
Allah-təala buyurur: "İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən, ikincisi isə bacı, qız tərəfdən olan qohumluqdur)."1
Deməli Allahın fərmanı onun qəzasına2 və o da, ilahi təqdirinə yönəlir. Deməli hər qəzanın bir təqdiri var. Hər təqdirin bir əcəli (sonu) var. Hər bir əcəlin bir kitabı (yazısı) var: " Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır."3
Doğrudan da, Allah-təala mənə, Əli ilə Fatiməni evəndirməyi əmr etdi. Siz də şahid olun ki, əgər Əli razıdırsa, Fatiməni, mehriyyəsi dörd yüz misqal gümüş olmaqla Əliyə ərə verdim."
Bu zaman Peyğəmbər (s) Əlini hansısa bir iş üçün göndərmişdi. Allahın elçisi (s) bir tabaq dolusu tam yetişməmiş xurma istədi. Onu qarşısına qoyub, buyurdu: "Gəlin (xurmadan) götürün."
Biz tabaqdakı xurmaları yeməklə məşğul olduğumuz vaxt, Əli oraya gəldi. Peyğəmbər (s) onun üzünə gülümsədi. Sonra buyurdu: "Ey Əli! Bilirsənmi ki, Allah-təala mənə Fatimə ilə səni evləndirməyi ərm edib?! Mən, əgər razısansa, indi onu dörd yüz misqal gümüş (mehriyyə olaraq) müqabilində səninlə nikahladım."
Əli (ə) belə söylədi: "Ey Allahın peyğəmbəri (s), razıyam." Sonra isə Tanrıya səcdə etdi. Başını səcdədən qaldırdıqda, Peyğəmbər (s) ona buyurdu: "Allah hər ikinizə bərəkət əta etsin. Mübarək olsun! Çoxlu və pak nəsiliniz olsun."1

6\6


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin