F.HƏSƏNOV:
«UNİVERSİTETİ BİTİRƏNƏDƏK
4-5 İXTİRANIN MÜƏLLİFİ İDİM»
5
REZİDENTLƏRƏ
DİPLOMLAR
TƏQDİM
OLUNUB
Tələbələr milli-mənəvi və ümumbəşəri dəyər ləri
özündə əks etdirən məruzələr hazırlayacaq
ATU-da “Orqan transplantasiyası”
mövzusunda beynəlxalq elmi konfrans
Qəzet 1933 -cü ildən çıxır. № 05 (1600) 16 fevral 2015 - ci il Qiyməti 40 qəpik
4
BU SAYIMIZDA
Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib
TƏDRİS TERAPEVTİK
KLİNİKADA ELMİ-PRAKTİK
SEMİNAR KEÇİRİLİB
m
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 12-də Bakıda Cənub qaz
dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin
görüşündə iştirak edib.
Dövlətimizin başçısı Cənub qaz dəhlizi
Məşvərət Şurasının ilk iclasında nitq söylədi.
Prezident İlham Əliyev Bakıda bu görüşün
keçirilməsi təşəbbüsünə verdikləri dəstəyə görə
iştirakçı ölkələrin rəhbərlərinə təşəkkürünü
bildirdi. Azərbaycan Prezidenti bu görüşün
olduqca münasib vaxtda - “Cənub” qaz dəhlizi
layihəsinin praktiki olaraq həyata keçirilməsi
ilində baş tutmasının mühüm əhəmiyyətini
vurğuladı. Prezident İlham Əliyev görüş zamanı
aparılan müzakirələrin, fikir mübadiləsinin
layihənin uğurla həyata keçirilməsinə töhfə
verəcəyinə əminliyini bildirdi.
2
3
Türkiyə universitetləri
ilə müqavilə imzalandı
Xarici dil müəllimləri
üçün təlimlər
http://www.amu.edu.az
16 fevral 2015-ci il
2
u
Fevralın 13-də ATU-nun
Tədris Terapevtik Klinikasında
“Autoimmun xəstəliklərin labo-
rator diaqnostikası” mövzusun-
da elmi-praktik seminar keçiri-
lib. Seminarı giriş sözü ilə açan
klinikanın direktoru, professor
Surxay Musayev tədbirə univer-
sitet əməkdaşları ilə yanaşı digər
müalicə müəssisələrində çalı-
şan mütəxəssislərin də qatıldı-
ğını vurğulayıb. Bildirib ki, bu-
nun səbəbi çox sadədir və hara-
da işləməsindən asılı olmayaraq
məzunlarımızın Azərbaycan Tibb
Universitetini özlərinin doğma
evi hesab etməsi təbiidir. O, son
dövrlərdə rəhbərlik etdiyi klini-
kada ən müasir müalicə üsulları-
nın tətbiqi və yeni şöbələrin ya-
radılması barədə də seminar işti-
rakçılarına məlumat verib.
Bundan sonra klinikada xarici ölkə
alimlərinin iştirakı ilə tez-tez semi-
nar və konfransların təşkil olundu-
ğunu deyən S.Musayev bugünkü
elmi-praktik seminarda da aktual
bir mövzunun müzakirəyə çıxarıldı-
ğını diqqətə çatdırıb və seminarın
təşkilinə göstərdiyi dəstəyə görə
“ALBATROS” şirkətinin rəhbəri Anar
Ağalarova təşəkkürünü bildirib. Eyni
zamanda Almaniyanın Brandenburq
Universitetinin Molekulyar Diaq-
nostika kafedrasının professoru Dr.
Dirk Roqqenbuku universitetimizdə
görməkdən məmnunluğunu dilə
gətirərək seminarın işinə uğurlar ar-
zulayıb.
Professor Dirk Roqqenbukun 4
istiqaməti-“Revmatoid artritlər za-
manı anticisim profili”, “Autoimmun
xəstəliklərinin müasir seroloji di-
aqnostikası”, “Bağırsaqların iltiha-
bi xəstəliklərinin təyini üçün yeni
autoimmun markerlər” və “DNT
zədələnmələrinin təyini üçün ilk
rəqəmsal avtomatlaşdırılmış flü-
oressensiya metodu AKLIDES”-
əhatə edən məruzəsi böyük maraq-
la dinlənilib.
Sonda seminarın yüksək səviyyədə
təşkil olunduğunu söyləyərək uni-
versitet və klinika rəhbərliyinə
minnətdarlığını çatdıran məruzəçi
mövzu üzrə sualları da cavablandı-
rıb.
“TƏBİB”
u
Fevralın
13-də
Azərbaycan Tibb Uni-
versitetinin Tədris Cərrahiyyə
Klinikasında “Orqan transplan-
tasiyası” mövzusunda bey-
nəlxalq elmi konfrans keçiril-
mişdir.
Tədbiri giriş sözü ilə açan
ATU-nun
rektoru,
millət
vəkili, akademik Əhliman
Əmiraslanov
universitetimi-
zin ənənəvi olaraq bir çox
beynəlxalq əhəmiyyətli konf-
rans, konqres və simpoziumlara
ev sahibliyi etdiyini vurğuladı,
bu istiqamətdə aparılan işlər
üçün əlverişli şəraitin yaradıldı-
ğını diqqətə çatdırdı.
Mövzunun
aktuallığın-
dan bəhs edən akademik
Ə.Əmiraslanov dedi ki, əvvəllər
bu əməliyyatları aparmaq üçün
ölkəmizdə ya lazımi şərait yox
idi, olsa da xarici mütəxəssislər
tərəfindən həyata keçirilirdi.
Orqan nəqlinin son illərdə dün-
yada və ölkəmizdə geniş vüsət
aldığını bildirən rektor ATU-
nun Tədris Cərrahiyyə Klinika-
sında da orqan transplantasiyası
şöbəsinin açılmasının nəzərdə
tutulduğunu və yaxınlarda bu-
rada orqan transplantasiyası-
na start veriləcəyini söylədi:
“Hələ bundan iki il qabaq
universitetimizdə transplanto-
logiya və anesteziologiyaya dair
keçirilən beynəlxalq konqresdə
Azərbaycanla yanaşı, Türkiyə,
Qazaxıstan, Özbəkistan, Qır-
ğızıstan və Şimali Kiprdən
gəlmiş 300-dən çox mütəxəssis
iştirak etmişdir. Azərbaycanda
orqan transplantasiyası əmə-
liyyatlarında əsasən canlıdan
canlıya qaraciyər, böyrək kö-
çürülür. Təəssüflər olsun ki,
ağciyər köçürmə əməliyyatını
hələ həyata keçirməmişik.
Amma bu, bizim hədəfimizdir.
Yaxın bir zamanda yəqin ki,
buna da nail olacağıq. Bu gün
orqan transplantasiyası inkişaf
etmiş ölkələrdə olduğu kimi
ölkəmizdə də tibbi xidmətin
ayrılmaz bir hissəsini təşkil
edir. Artıq xəstələrimiz orqan
transplantasiyası etdirmək üçün
xaricə üz tutmur. Son dövrlər
ölkəmizdə səhiyyənin başqa
sahələri kimi orqan köçürülməsi
işində də uğurlu nailiyyətlər
əldə olunub. Hazırda Tədris
Cərrahiyyə Klinikasında bu
istiqamətdə ciddi işlər gedir.
Bir neçə il bundan qabaq bizim
mütəxəssislərimiz Türkiyənin
bir sıra universitetlərinə getdilər
və orada böyük təcrübə toplaya-
raq klinikalarımıza qayıdıblar.”
Universitet klinikalarının son
illər ən müasir tibbi avadanlıq-
larla təchiz olunduğunu qeyd
edən rektor orqan transplantasi-
yası sahəsində yüksək səviyyəli
kadrların hazırlanması işində
qar daş Türkiyənin bu sahə ilə
məşğul olan mütəxəssislərinin
rolunun danılmaz olduğunu
vurğuladı və konqresin işinə
uğurlar arzuladı.
Tədbirdə Malatyanın İnö-
nü Universitetinin Qaraciyər
Köçürülməsi İnstitutunun di-
rektoru, professor Sezayi Yıl-
maz ölkələrimiz arasında
gündən-günə
möhkəmlənən
dostluq əlaqələrindən danışmış,
konqresin gənc mütəxəssislər
üçün faydalı olacağını, belə
tədbirlərin klinikalarımız ara-
sında işgüzar əlaqələri daha da
möhkəmləndirəcəyini
bildir-
mişdir. “Dünyada və Türkiyədə
canlıdan qaraciyər transplanta-
siyası” mövzusunda çıxış edən
S.Yılmaz rəhbərlik etdiyi insti-
tutun dünyanın sayılıb- seçilən
klinikaları ilə rəqabət apardı-
ğını və hər il burada 300- dən
artıq qaraciyər əməliyyatlarının
uğurla həyata keçirildiyini
diqqətə çatdırdı.
Türkiyəli alimlər-professor
Cüneyt Kayaalp “Meyitdən və
canlıdan qaraciyər transplan-
tasiyası”, doktor Burak İşık
“Hepatosellulyar karsinomalar
zamanı qaraciyər köçürülməsi”,
professor Adnan Saray “Ağciyər
transplantasiyası”, Turqut Piş-
kin “Böyrək transplantasiyası”,
mövzularında çıxış edərək bu
konfransın təcrübə mübadiləsi
baxımından
əhəmiyyətini
vur ğulamışlar. Onlar konf-
rasın
təşkilinə
yaradılan
şəraitə görə təşkilatçılara öz
minnətdarlıqlarını bildir mişlər.
AMEA-nın müxbir üzvü,
professor Nuru Bayramov və
assistent Ruslan Məmmədovun
“Canlıdan qa ra ciyər trans-
plantasiyasının problemləri”
ilə bağlı etdikləri çıxışlarda
ölkəmizdə tibbin bu sahəsindəki
mövcud problemlərdən bəhs
olunmuşdur.
Çıxışlardan sonra konf-
rans panel iclasları üzrə öz
işini davam etdirmişdir. İc-
laslarda səhiyyənin ən vacib
sahələrindən biri sayılan orqan
transplantasiyasına dair ən son
yeniliklər, bu sahədə əldə olu-
nan nailiyyətlər və gələcəkdə
qarşıda duran problemlərlə
bağlı məruzələr edilmişdir.
Konfransda həmçinin orqan
transplantasiyasında infeksiya,
anesteziya və belə xəstələrdə
virus hepatitləri barədə də
məruzələr dinlənilmiş, dün-
yada və o cümlədən Türkiyə
və Azərbaycanda orqan kö-
çürülməsinin müasir prob-
lemləri barədə hərtərəfli mü-
zakirələr aparılmış, geniş fikir
mübadiləsi edilmişdır.
MƏNSUR
ATU-da “Orqan transplantasiyası” mövzusunda
beynəlxalq elmi konfrans
TƏDRİS TERAPEVTİK KLİNİKADA
ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB
16 fevral 2015-ci il
http://www.amu.edu.az
3
u
Fevralın 9-da Azərbaycan
Tibb Universitetində keçirilən
tədbir “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət
Proqramında ölkə gənclərinin
milli-mənəvi və ümumbəşəri
dəyərlərə hörmət ruhunda tərbiyə
olunması ilə bağlı nəzərdə tutul-
muş vəzifələrin icrasının təmin
edilməsinə həsr olunub.
Tədbiri açan ATU-nun prorek-
toru, millət vəkili, professor Ra-
fiq Məmmədhəsənov Təhsil naziri
və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi sədrinin birgə təsdiq etdi-
yi Fəaliyyət Planında nəzərdə tutu-
lan müddəalarla bağlı iştirakçılara
məlumat verdi. Sonra Fəaliyyət Planı
ətrafında ge niş müzakirələr başladı.
Tib bi profilaktika və tibbi biologiya
fakültəsinin dekanı, dosent Aydın
Məmmədov, ATU-nun tədris hissə
müdiri, dosent Nəsimi Qasımov,
İctimai fənlər kafedrasının müdi-
ri, professor Qoşqar Əliyev, ATU-
nun Həmkarlar İttifaqı Komitəsinin
sədri, dosent Cahangir Qasımov və
başqaları universitetdə konfransın
keçirilməsi ilə bağlı təkliflərlə çıxış
etdi.
Sonda tövsiyə olundu ki, tələbələr
milli-mənəvi və ümumbəşəri dəyər-
ləri özündə əks etdirən məruzələr ha-
zırlayaraq konfransda çıxış etsinlər.
Aprelin sonlarında keçirilməsi plan-
laşdırılan konfransda iştirak etmək
arzusunda olan tələbələrin mar-
tın sonunadək universitetin Tələbə
Həmkarlar İttifaqı Komitəsinin sədri
Elşad Novruzova müraciət etməsi
də qərara alındı.
QABİL
u
Azərbaycan Tibbi Mikro-
bioloqlar və İmmunoloqlar İc-
timai Birliyi (TMİİB) ilə İnfek-
sion xəstəliklər və immunoloji
pozğunluqlar üzrə Dünya As-
sosiasiyası (WAİDİD) arasında
tərəfdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə qərargahı Milanda
yerləşən Assosiasiyanın rəsmi inter-
net səhifəsində və İtaliyanın səhiyyə
ilə bağlı ən son məlumatların yer
aldığı “İn salute news” saytında
məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki,
Azərbaycan və İtaliya arasında
uzun illərdir mövcud olan yüksək
səviyyəli siyasi və iqtisadi əlaqələr
hər iki ölkənin elmi dairələrinin
əməkdaşlığına da müsbət təsir
etməkdədir. Bu baxımdan TMİİB
ilə WAİDİD arasında imzalanmış
tərəfdaşlıq müqaviləsi mühüm önəm
kəsb edir.
Sənəd əsasən infeksion xəstəliklər
və
immunoloji
pozğunluqlar
sahəsində birgə elmi araşdırma-
ların aparılmasını, insanların bu
problemlərlə bağlı daha geniş
məlumatlandırılmasını və qarşı-
lıqlı təcrübə mübadiləsinin həyata
keçirilməsini əks etdirir.
Məlumatda WAİDİD-in sədri,
professor
Susanna
Esposito-
nun bu fikirlərinə də yer verilib:
“Azərbaycanla
bu
istiqamətdə
əməkdaşlıq əlaqələri qurmaqdan
qürur duyuram. Bu tərəfdaşlıq in-
feksion xəstəliklər və immunoloji
pozğunluqlar sahələrində hər iki
ölkədə birgə treninqlərin təşkilinə,
elmi araşdırmaların aparılmasına
imkan verəcək. Sənəd çərçivəsində
azərbaycanlı tibb işçilərinin Mi-
landa treninqlərə qatılmaları və
ölkələrimizdə beynəlxalq elmi semi-
narların birgə təşkili nəzərdə tutu-
lub”.
Yazıda Azərbaycan Tibb Universi-
tetinin mikrobiologiya kafedrasının
müdiri, TMİİB-nin sədri, professor
Zakir Qarayevin fikirləri də yer alıb.
O, rəhbərlik etdiyi qurumun WA-
İDİD ilə əməkdaşlıq etməsindən
məmnunluğunu ifadə edib. Bildi-
rib ki, əsas hədəf dünyanın bü-
tün ölkələri, o cümlədən İtaliya ilə
səhiyyə sektorunda münasibətləri
genişləndirməkdir: “Əminəm ki,
birgə reallaşdıracağımız layihələr
ölkəmizdə səhiyyənin inkişafına mü-
hüm töhfə verəcək”.
Məlumatda o da qeyd olunur ki,
gələn ilin fevralında Milanda WAİDİD-
in illik konfransı keçiriləcək. Tədbirdə
dünyanın müxtəlif ölkələrindən, o
cümlədən Azərbaycandan aparıcı
mütəxəssislərin iştirakı nəzərdə tu-
tulub.
u
Fevralın 3-də
Azərbaycan Tibb
Universitetinin rektoru,
akademik Əhliman Əmiraslanov
Türkiyənin üç tanınmış ali
təhsil ocağının rəhbərləri
- İstanbul Universitetinin
rektoru, professor dr. Yunus
Söylet, İstanbul Mədəniyyət
Universitetinin rektoru, professor
dr. İhsan Karaman və Medipol
Universitetinin rektoru, professor
dr. Sabahattin Aydın ilə görüşdü.
Görüşdə millət vəkili, akademik
Əhliman Əmiraslanov rəhbərlik etdiyi
universitetin fəaliyyəti, buradakı möv-
cud təhsil və tədris prosesi haqqında
qonaqlara ətraflı məlumat verdi. ATU-
nun nəzdində yaradılan klinikaların son
model texnoloji avadanlıqlarla təchiz
edildiyini, burada yüksək ixtisaslı kadr-
ların əhaliyə tibbi xidmət göstərdiyini
vurğulayan Ə.Əmiraslanov klinikalarda
tibbi xidmətlə yanaşı, tədris prosesinin
də uğurla aparıldığını söylədi.
Rektor hazırda ATU-da 1000-dən çox
əcnəbi tələbənin təhsil aldığını, onlar
arasında Türkiyədən olan tələbələrin
üstünlük təşkil etdiyini bildirdi. ATU-da
tələbələrin, rezidentlərin və doktorant-
ların bilik və bacarıqlarını artırması
üçün hər cür şərait yaradıldığını qeyd
edən Ə.Əmiraslanov ölkəmizdə son
illər səhiyyə, insanların sağlamlıqlarının
müdafiəsi sahəsində görülən işlərdən,
nailiyyətlərdən də söz açdı.
Öz növbəsində türkiyəli professorlar da
təmsil etdikləri universitetlər barəsində
məlumat verdilər. Qeyd olundu ki,
İstanbul Universitetinin 60 mindən çox
tələbəsi var. Əsası 1453-cü ildə qoyulan
bu ali təhsil müəssisəsinin 20 fakültəsi
var. İstanbul Mədəniyyət Universiteti 11
fakültə, 2 yüksekokul və 4 institutdan
təşkil olunub. Medipol Universitetinin
nəzdində isə akademik kadrların da yer
aldığı iri xəstəxana fəaliyyət göstərir.
Görüşün sonunda ATU ilə Türkiyə
universitetləri - İstanbul Universiteti və
Medipol Universitetləri arasında qarşılıq-
lı əməkdaşlıq haqqında müqavilə imza-
landı. Müqavilə 3 ali təhsil ocağı arasın-
da tələbə, rezident, müəllim mübadiləsi
və digər sahələrdə əməkdaşlığın
möhkəmləndirilməsini nəzərdə tutur.
u
Bu günlərdə Azərbaycan
Tibb Universtietində
“Peşəkar hədəflər üçün
xarici dilin tədrisi” (FLEPP –
Foreign Languages Education for
Professional Purposes) layihəsi
çərçivəsində təlimlər aparılır.
TEMPUS proqramı çərçivəsində
icra olunan bu layihənin koordinatoru
qismində Azərbaycan Dillər Universiteti
çıxış edir. Layihə Azərbaycan, Tacikistan
və Qırğızıstan partnyor universitetlərinin
iştirakı, İsveç, Estoniya, İtaliya, Almaniya
və Birləşmiş Krallığın universitetlərinin
koordinatorluğu ilə reallaşdırılır.
ATU-nun beynəlxalq əlaqələr şöbəsinin
rəhbəri dosent Rəhimə Qabulovanın ver-
diyi məlumata görə, FLEPP layihəsinin
ümumi məqsədi post-sovet məkanındakı
qeyri-dil ixtisaslı universitetlərdə xarici
dillərin tədrisinin təkmilləşdirilməsi və
optimallaşdırılmasından ibarətdir. O,
qeyd edib ki, FLEPP layihəsi çərçivəsində
partnyor universitetlərin müəllimləri
bir sıra xarici ölkələrdə təşkil olunmuş
treninqlərdə mütəmadi olaraq iştirak edir,
həmin ölkələrdə dilin tədrisi proqramı,
metodikası ilə tanış olur, topladıqları
təcrübəni Azərbaycanlı həmkarları ilə
bölüşürlər.
Bu günlərdə ATU-nun xarici dillər
kafedrasının əməkdaşları üçün layihə
çərçivəsində növbəti təlim keçirilib.
Təlimin təşkilatçısı layihə koordinatoru,
Azərbaycan Dillər Universiteti olmuş-
dur. Dillər universitetinin baş müəllimi
Hüzurə Ağayeva ATU-
dan olan həmkarlarına
dil müəllimləri üçün
oxu bacarıqlarının
tədrisi, müəllim hazır-
lığı və təkmilləşməsi,
dərsdə qiymətləndirmə
və s. mövzuda
müha zirə oxuyub.
Mühazirələr maraqla
qarşılanıb və təlimin
sonunda sorğu əsasında
qiymətləndirilmə
keçirilib.
R.Qabulovanın sözlərinə görə, FLEPP
layihəsi həmçinin universitetlərdə xarici
dilin daha keyfiyyətli tədrisinə texni-
ki dəstək də göstərir. Artıq bu layihə
çərçivəsində ATU-nun dillər kafedrasına
müasir avadanlıqla təchiz olunmuş ayrıca
bir mərkəzin yaradılması da planlaşdırı-
lır. Bu da sözsüz ki, Tibb Universitetində
dillərin tədrisində daha da keyfiyyətli
nəticələrin əldə olunmasına öz töhfəsini
verəcəkdir.
FLEPP layihəsi 2016-cı ilin sonuna
qədər davam edəcək. Bu müddət ərzində
universitetlərdə konfranslar, dəyirmi stol
və seminarların keçirilçməsi nəzərdə
tutulub. Layihə çərçivəsində dil tədrisi
metodologiyası təkmilləşdiriləcək, əldə
olunan təcrübə xarici dil müəllimlərinin
ixtisasının daha geniş miqyasda artırıl-
ması üçün istifadə olunacaqdır.
Türkiyə universitetləri
ilə müqavilə imzalandı
Xarici dil müəllimləri
üçün təlimlər
ATU-nun mətbuat xidməti
Tələbələr milli-mənəvi və ümumbəşəri dəyərləri
özündə əks etdirən məruzələr hazırlayacaq
Azərbaycanın və İtaliyanın səhiyyə
qurumları arasında əməkdaşlıq genişlənir
http://www.amu.edu.az
16 fevral 2015-ci il
4
Azərbaycan Tibb Universitetində
rezidenturaya qəbulun 2011-ci
ildən başlandığını vurğulayan
rektor əvvəllər rezident hazırla-
yan müəssisələrin sayının çox az
olduğunu bildirib. Son zamanlar
imkanları genişlənən istər dövlət,
istərsə də özəl tibb müəssisələrinə
rezident
hazırlamaq
hüququ-
nun verilməsinini müsbət hal
kimi
dəyərləndirən
akademik
Ə.Əmiraslanov bu məsələyə çox
ehtiyatla yanaşmağın vacibliyinə
də toxunub: “Rezident hazırla-
maq o qədər də asan iş deyil, dip-
lomdan sonrakı təhsildir. Burada
təcrübə ilə bərabər elm, tədris də
önə çəkilir. Ona görə də biz Tibb
Universiteti olaraq çalışmışıq ki,
sizi həm nəzəri, həm də təcrübi
baxımdan təbabətin bu və ya baş-
qa sahəsi üzrə yüksək səviyyəli
mütəxəssis kimi hazırlayaq, həm
də elmi biliklərinizi bir qədər artı-
raq.
Şübhəsiz ki, rezidenturanın
ölkəmizdə həyata keçirilməsi çox
ciddi bir addımdır. Biz hətta 1992-
ci ildən istəyirdik ki, rezidentu-
ra sisteminə keçək. Uzun illər bu
istəyimizi reallaşdıra bilmədik.
“Təhsil Qanunu”nda rezidentu-
ra pilləsi olmadığına görə daim
maneələrlə rastlaşırdıq. Tələbələr
və valideynlər də bu sistemə qar-
şı çıxaraq hətta etiraz aksiyaları
təşkil edirdilər. Nəhayət, Nazirlər
Kabinetinin rezidentura hazırlı-
ğı barəsində əsasnaməsi qəbul
olundu və “Təhsil Qanunu”nda
dəyişiklik edildi. Səhiyyə Na-
zirliyinin də bizi dəstəkləməsi
sayəsində bütün bu təzyiqlərin
öhdəsindən gəldik və bu gün rezi-
dentura təhsili artıq relsə düşmüş
bir sistemdir”.
Ancaq bu sahədə hələ də
xeyli çatışmazlıqların olduğu-
nu diqqətə çatdıran rektor qeyd
edib ki, rezident rəhbərlərinin
fəaliyyəti də bizi tam razı salmır:
“Rezidentlərimiz rəhbərlərin on-
larla ciddi məşğul olmadıqları
barədə dəfələrlə mənə müraciət
ediblər. Biz yeri gəldikcə onların
rəhbərlərini dəyişmişik də. Etiraf
edək ki, bəzi rezident rəhbərləri
biz istədiyimiz səviyyədə deyil.
Təbii ki, klinikalarda xəstə sayı-
nın azlığı da bu çatışmazlıqları
şərtləndirən əsas amillərdəndir.
Biz tapşırıq vermişik ki, rezidentlər
istər laboratoriyalarda, istərsə də
klinikalarda hökmən praktik işlərə
cəlb edilsinlər. Bu baxımdan bi-
zim Onkoloji Klinikada rezidentlər
çox yaxşı yetişirlər. Şəxsən mənim
apardığım cərrahi əməliyyatlarda
köməkçilərim
rezidentlər
olur.
Onlar gecə növbəsinə qalır,
gündüzlər xəstə qəbul edirlər. Yəni
rezidentlərin özlərindən də çox
şey asılıdır. Mənə elə gəlir ki, si-
zin əksəriyyətiniz rezidenturanın
məğzini çox gözəl başa düşürsü-
nüz. Məhz ona görə imtahanları
uğurla verərək mütəxəssis adını
qazanmısız”.
Rezidentlərin
attestasiyasının
da universitetdə keçirilən bü-
tün imtahanlar kimi obyektivliyi
tam qorumaq məqsədilə insan
faktoru olmadan, kompyüterlər
vasitəsilə aparıldığını vurğula-
yan rektor rezidentlərin digər
müəssisələrdən də rotasiya üçün
Azərbaycan Tibb Universitetinə
gəldiyini və ATU rezidentlərinin
xarici ölkələrə bir neçə aylıq rotasi-
yalara göndərildiyini deyib: “Xarici
ölkə universitetləri ilə bağladığımız
bütün müqavilələrə rezidentlərin
rotasiyası ilə bağlı bənd əlavə
edirik. Türkiyə universitetləri ilə
əlaqələrimiz daha genişdir və qar-
daş ölkənin 3 qabaqcıl universite-
ti ilə müqavilələrimiz var. İstanbul
Universitetinin klinikalarının xəstə
potensialı həddən artıq yüksəkdir
və bu da orada uzmanlıq təcrübəsi
keçənlərə
fasiləsiz
çalışmaq
imkanı yaradır. Düşünürəm ki,
rezidentlərimizin ən azı bir dəfə
xarici ölkələrdə rotasiya keçməsi
olduqca zəruridir”.
Yeri gəlmişkən xatırladaq ki,
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 18 mart 2010-cu il
tarixli 50 saylı qərarına əsasən
Azərbaycanda
rezidenturaya
qəbul ilk dəfə 2011-ci ildə aparılıb.
Rezidenturada təhsil 40 ixtisas
üzrə 2 ildən 5 ilə qədərdir. ATU
üzrə hazırda 4 kursda 38 ixtisas
üzrə 554 rezident təhsil alır. İlk
buraxılış 2013-cü ildə olub. Təhsil
müddəti 2 il olan 5 ixtisas üzrə
(epidemiologiya, ftiziatriya, ümumi
gigiyena, immunologiya, psixiatri-
ya) rezidenturanı 5 nəfər bitirib.
2014-cü ildə isə məzunların sayı
2 illik ixtisaslar üzrə 15 nəfərə, 3
illik ixtisaslar üzrə (anestezioolo-
giya–reanimatologiya, oftalmolo-
giya, allerqologiya, stomatologiya,
şüa terapiyası, sosial gigiyena və
səhiyyənin təşkili) 18 nəfərə ça-
tıb. Bu il ATU üzrə cəmi 33 nəfər
məzun olub.
Bundan başqa, bu il Respubli-
ka üzrə digər bazalardan olan 53
nəfər də Tibb Universitetində bu-
raxılış yekun attestasiyasından
keçərək məzun adını alıb.
Ümumilikdə Respublika üzrə
2014-cü ildə olan məzunların sayı
cəmi 86 nəfərdir.
Tədbirin
sonunda
ATU-nun
rektoru Əhliman Əmiraslanov
rezidentlərə diplomları təqdim
edib, onlara uğurlar arzulayıb.
Dostları ilə paylaş: |