257. Allahın Rəsulu (s): Qiyamət günü mənim ümmətimdən bir nəfəri (məhşərə) çağırarlar. Onu behiştə getməyə ümidvar edən heç bir əməli yoxdur. Amma Allah-təala buyurar: "Onu behiştə aparın. Çünki, ailəsi ilə mehriban davranardı."2 258. "Müsnədi-Təyalisi": Ənəs rəvayət edir: Allahın elçisi (s) ailəsi ilə mehriban idi.3 259. "Tarixi-Dəmeşq": Ənəs rəvayət edir: Allahın rəsulu (s) xalq arasında, ailəsinə və üşaqlara qarşı, ən mehriban şəxs idi.4 260. İmam Əli (ə): Ailənin kiçikləri ilə mehriban ol və böyüklərinə hörmət et.5 3\1
Övladlarınızı sevin
261. Allahın rəsulu (s): Övladları sevmək, (cəhənnəm) atəşinə sipər, onlarla birlikdə yemək-yemək isə oddan qurtuluş, onlara ehtiram göstərmək, sirat körpüsündən keçməyə səbəb olar.6 262. İmam Əli (ə): (Ona misbət verilən hikmətnamədə) Sənin övladlarına olan şəfqətin, onların sənə olan şəfqətindən daha çox olmalıdır.1 263. İmam Sadiq (ə): Allah-təala öz bəndəsinə, övladını çox sevdiyi üçün, rəhm edər.2 4\1
Övladlarınızı öpün
264. Allahın Rəsulu (s): Mömin Allahın dostudur və övlad ona ilahi hədiyyəsidir. Hər kimə Allah-təala övlad nəsib etsə, onu çox öpsün.3 265. İmam Sadiq (ə): Bir kişi Peyğəmbərin yanına gəlib, dedi: Mən heç zaman bir uşağı (övladımı) öpməmişəm.
Kişi getdikdən sonra Allahın rəsulu (s) buyurdu: "Mənim yanımdakı bu kişi, cəhənnəm əhlindəndir."4 266. "Səhihi-Buxari": Allahın elçisi (s) Həsən ibn Əlini öpdü. Peyğəmbərin (s) yanında əyləşən Əqrə ibn Haməs Təmimi dedi: Mənim on övladım var, amma bu günədək, onların birini belə öpməmişəm."
Allahın elçisi (s) buyurdu: "Rəhm etməyənə, rəhm olunmaz."5 267. "Əl-Mənaqib": Allahın elçisi (s) Həsən və Hüseyni öpdü. Peyğəmbərin (s) yanında əyləşən Üyeynə, başqa bir rəvayətdə Əqrə ibn Haməs Təmimi dedi: Mənim on övladım var, amma bu günədək, onların birini belə öpməmişəm."
Allahın elçisi (s) buyurdu: "Rəhm etməyənə, rəhm olunmaz."
Həfz Fərranın rəvayətində deyilir: Allahın elçisi (s) elə qəzəbləndi ki, (mübarək) surətinin rəngi dəyişdi. O, kişiyə dedi: "Allah-təala sənin qəlbindən rəhm və mərhəməti alıbsa, buna mən nə edim? Kiçiklərimizlə mehriban olmayan və böyüklərimizə ehtiram qoymayan, bizdən deyil."1