268. "Səhihi-Müslim": Ənəs rəvayət edir: Heç kimi Peyğəmbər (s) qədər öz ailəsinə qarşı mehriban davranan görmədim. Peyğəmbərin (s) (Mariyadan olan) oğlu İbrahimi Mədinənin "Əvali" adlı məntəqəsində bir dayəyə tapşırmışdılar. Peyğəmbər (s) oraya getdərdi və biz də onunla birgə idik. Həzrət (s) hər otağa daxil olduqda, hər yana tüstü (üzərlik tüstüsü) yayılardı. Onun dayəsi bir kəniz idi. Peyğəmbər (s) İbrahimi qucağına alır və onu öpürdü. Sonra birlikdə geri qayıdırdıq.2 1\5
Ailəni sevməyin əndazəsi
يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تُلْهِكُمْ أَمْوالُكُمْ وَ لا أَوْلادُكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَ مَنْ يَفْعَلْ ذلِكَ فَأُولئِكَ هُمُ الْخاسِرُونَ(*) سَيَقُولُ لَكَ الْمُخَلَّفُونَ مِنَ الْأَعْرابِ شَغَلَتْنا أَمْوالُنا وَ أَهْلُونا فَاسْتَغْفِرْ لَنا يَقُولُونَ بِأَلْسِنَتِهِمْ ما لَيْسَ فِي قُلُوبِهِمْ قُلْ فَمَنْ يَمْلِكُ لَكُمْ مِنَ اللَّهِ شَيْئاً إِنْ أَرادَ بِكُمْ ضَرًّا أَوْ أَرادَ بِكُمْ نَفْعاً بَلْ كانَ اللَّهُ بِما تَعْمَلُونَ خَبِيراٌ Qurani-kərim: Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.1 Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!2 Hədislər: 269. Allahın rəsulu (s): İbn Məsuda tövsiyəsində: Ey Məsudun oğlu! Ailənə üyək yandırmağın, (ailənin qayğılarını çəkməyin), sənin Allaha itaətsizliyinə səbəb olmasın. Çünki Allah-təala buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin.3"4