Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə63/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   59   60   61   62   63   64   65   66   ...   159
329. İmam Sadiq (ə): Qadın öz ərinin evini səliqəyə salmaq məqsədilə nəyisə yerbəyer etdikdə, Allah-təala ona Öz (mərhəmət) nəzərini yetirər və Allah-təala (rəhmət) nəzəri ilə baxdığı heç bəndəyə əzab verməz.
Ümm Sələmə soruşdu: Bütün savablar kişilərə məxsusdur. Yazıq qadınlar üçün nə qalıb ki?
Həzrət peyğəmbər (s) buyurdu: "Bəli. Qadın, hamilə olduqda, oruc halında gecələri ibadətlə məşğul olan , malı-canı ilə Allah yolunda cihad edən şəxs kimidir. Övladını dünyaya gətirdikdən sonra, onun üçün elə bir mükafat nəzərdə tutulmuşdur ki, əzəmət və ehtişamını təsəvvür belə edə bilməzsən. Övladına süd verdiyi zaman, onun hər qurtumu müqabilində İsmayıl peyğəmbərin (s) övladlarından birini azad etməsinin savabı qədər savab qazanar. Süd verib qurtardıqdan sonra isə, bir mələk onun böyürünə vurar və belə söyləyər: Həyatına yenidən (günahsız olaraq) başla, çünki bağışlanmısan."1

10\2

Ailə üzvlərinə salam vermək


330. Allahın rəsulu (s): Ey Ənəs!... Evə daxil olduğun zaman, ailənə salam ver ki, evinin xeyir-bərəkəti çoxalsın.2
331. Allahın rəsulu (s): Ey Ənəs!... Evə daxil olduğun zaman, həm özünə və həm ailənə salam ver.3
332. İmam Sadiq (ə): Evə daxil olduğun zaman, "Bismillah bə billah" söylə və ailənə salam ver. Evdə heç kim olmasa belə söylə: "Allahın adı ilə, Onun peyğəmbərinə, əhli-beytinə, bizə və saleh bəndələrə salam olsun." Bunu söylədikdə, şeytanı evindən uzaq tutarsan.1

11\2

Sevindirmək


333. Allahın rəsulu (s): Kim ailəsini sevindirsə, Allah-təala o sevincdən elə bir məxluq yaradar ki, qiyamət gününə qədər onun bağışlanması üçün dua edər.2
334. Allahın rəsulu (s): Hər kim bazardan övladları üçün (meyvələrin ilk yetişən zamanı) nübar alsa, onu övladlarının ağzına qoyanadək, sədəqə daşıyan şəxs kimidir. Və birinci qızına verməlidir. Çünki Allah-təala qız övladlarına qarşı xeyirxahdır. Hər kəs qız övladlarına qarşı xeyirxah olsa, Tanrı qorxusu ilə ağlayan şəxs kimidir. Tanrı qorxusu ilə ağlayan şəxsin isə genahları bağışlanar. Allah-təala qəm-qüssə günündə (qiyamət günü) onu sevindirər.3

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin