Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə65/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   61   62   63   64   65   66   67   68   ...   159
344. Allahın rəsulu (s): Məscidə sarı yola düşməklə, ailənin yanına getmək, eyni savaba malikdir.4
345. Allahın rəsulu (s): Szilərdən hər birinizin işi tamamlandıqda, hər nə qədər mümkünsə tez bir zamanda ailəsinə sarı yola düşsün. Çünki bu iş, onun mükafatını (savabını) daha da çoxaldar.1
346. Allahın rəsulu (s): Allah-təala mömini sevir və (onun) qadın və övladlarını da sevir. Allah yanında ən sevimli şey, kişinin həyat yoldaşı və övladları ilə birlikdə yemək yeməsidir. Onlar hər zaman bir süfrə ətrafında toplaşsalar, onlara rəhmət nəzəri ilə baxar. Onlar ayrılmamışdan öncə günahlarını bağışlamışdır.2
347. Allahın rəsulu (s): Mömin öz övladları ilə birlikdə yemək yediyi zaman, hər loğmasına, bir qul azad etməyin savabı yazılar. Onun üçün (behiştdə) bir şəhər inşa edilər. Allah-təala onun əməl dəftərini sağ əlinə verər.3
348. Allahın rəsulu (s): Hər mömin övladı ilə birlikdə yemək yeməyi sevsə, ərşin altında bir mələk ona belə səslənər: Ey Allahın bəndəsi! Əməllərinə yenidən başla ki, Allah-təala bütün günahlarının bağışladı.4
349. Allahın rəsulu (s): Bilirsinizmi, bu beş əməli əncam verən şəxs təkəbbürlü (lovğa) deyildir: Qoyun sağmaq, yun geyinmək, kasıblarla birlikdə əyləşmək, uzunqulağa minmək və kişinin ailəsi ilə birlikdə yemək yeməsi.1
350. İmam Sadiq (ə): Allahın elçisi (s) bir kişiyə buyurdu: "Orucsanmı?"
Dedi: Xeyir.

  • "Kimsəsizə yemək verdinmi?"

  • Xeyir.

  • "Evinə, ailənə sarı geri dön. Bu iş, sədəqə sayılır."2

14\2

Yeməkdə ailəni nəzərdə almaq




351. İmam Sadiq (ə): Allahın bu kəlamı barəsində buyurduğu zaman: "Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar tabeçiliyində olanları öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar.3" Yəni; kişinin nəyisə yeyib, onu öz ailəsindən əsirgəməsi, rəva deyil.4

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin