Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə66/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   62   63   64   65   66   67   68   69   ...   159
352. Allahın rəsulu (s): Mömin ailəsinin iştahasına (istəyinə) görə yeyər, münafiqin ailəsi isə onun (iştahasına) istəyinə uyğun yeyər.5
353. "Dəaimül-islam": Cəfər ibn Məhəmməd atasının vasitəsilə babasının Peyğəmbərin (s); kişinin özünü doyurub, ailəsini ac buraxmasını qadağan etdiyini buyurduğunu söylədi.1

15\2

Qadının ərinin pis əxlaqı qarşısında dözümü




354. Allahın rəsulu (s): Qadınların üç dəstəsinin üzərindən qəbir əzabı götürülər və Fatimə binti Məhəmmədlə (s) birlikdə məhşur olarlar: Ərinin qeyrəti (qısqanclığı) qarşısında səbirli olan qadın, ərinin bədəxlaqlığı müqabilində dözümlü olan qadın, mehriyyəsini ərinə bağışlayan qadın. Allah-təala belə qadınların hər birinə, min şəhidin savabını bəxş edər və bir ilin ibadətinin savabını yazar.2
355. Allahın rəsulu (s): Ərinin bəd rəftarları qarşısında səbr edən qadına Allah-təala Fironun xanımı Asiyanın savabı qədər savab verər.3
356. Allahın rəsulu (s): Qadın əri ilə həm zərərdə (bəd gündə) və həm də, xeyirdə (xoş gündə), çətinlik və asayişdə birlikdə olmalıdır. Necə ki, dərdlərə düçar olmuş Əyyubun həyat yoldaşı, səbirli oldu. On səkkiz il ona səbirlə xidmət etdi. Yük daşıyanlar kimi onu hər gün kürəyində daşıdı. Dəyirmançılarla birgə dən üyüdürdü. Paltar yuyanlarla birgə paltar yuyardı. Ona bir tikə çörək gətirər və Əyyub (ə) onu yeyib, Allaha şükür edərdi. Həyat toldaşı onu bir parçaya bükər və kürəyində daşıyardı. Bütün bunları xeyirxahlıq üçün və Allaha xatir, Ona yaxınlaşmaq məqsədilə əncam verərdi. 1
357. İmam Əli (ə): Allah-təala cihadı kişilərə və qadınlara vacib etdi. Kişinin cihadı malını və canını Allah yolunda öldürülənə qədər fəda etməkdir. Qadının cihadı isə ərinin əzab-əziyyətləri və qeyrəti (qısqanclığı) qarşısında dözümlü davranmasıdır.2
16\2

Kişinin qadınının bəd əxlaqı qarşısındakı səbri





Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin