Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə69/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   65   66   67   68   69   70   71   72   ...   159
377. İmam Əli (ə): Qeyrətli kişi heç vaxt zina etməz!3
378. İmam Baqir (ə): Allah-təala üç şəxsin namazını qəbul etməz. Onların biri də, dəyyus kişidir. Yəni; qadını zina edən (və buna laqeyd qalan) ər.4
379. İmam Sadiq (ə): ...Allah-təala qeyrəti yalnız kişilər üçün yaranıb. Çünki kişilər üçün dörd qadınla evlənmək və kənizləri halal buyurulub, amma qadına yalnız əri halaldır. Ərindən əlavə başqa bir kişiyə tamah salan qadın, Allah-təala yanında zinakardır.5


Üçüncü fəsil

Dini tərbiyə


1\3

Dinin həyatımızdakı rolu




380. İmam Əli (ə): (Peyğəmbərin (s) merac hədisini söylədiyi zaman) "... Ey Əhməd! Bilirsənmi, hansı həyat daha asudə və rahatdır? Hansı ömür daha davamlıdır?"
Buyurdu (s): " Ey mənim Allahım, bilmirəm."

  • "Ən asudə və rahat həyatın sahibi, məni yad etməkdən yorulmayan, mənim haqqıma nadan olmayan və gecə-gündüz mənim razılığımı qazanmaq istəyən ... şəxs."1

381. İmam Əli (ə): Alimlər və müdrik insanlar bir-birilərinə məktub yazdıqda üç nöqtəyə riayət edirdilər ki, dördüncüsünə malik deyildi: Kim daha çox axirət haqqında düşünsə, Allah-təala onun dünya qayğılarını həll edər. Kim batinini islah etsə, Allah-təala onun zahirini islah edər. Allah-təala onunla camaatın münasibətlərini tənzimləyər.2
382. İmam Əli (ə): Hər kimə dindarlıq ruzisi nəsib olsa, dünya və axirət ruzisini əldə edibdir.3
383. İmam Əli (ə): Mən kimdə bir bəyənilmiş xislət tapsam, onun bəzi əməllərinə, bu xasiyyətinə görə dözərəm. Özümü onda çatışmayan başqa yaxşı xasiyyətlərə qarşı görməməzliyə vuraram. Amma ağılsızlıq və dinsizliyinə qarşı biganə qala bilmərəm. Çünki dindən ayrılmaq, amin-amanlıqdan, asayişdən ayrılmaq deməkdir. Qorxu içində yaşamaq, xoşagəlməzdir. Ağılsızlıq isə sanki ğlməkdir. Kimsə ğlülərlə oturub-durmaz.2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin