Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə72/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   68   69   70   71   72   73   74   75   ...   159
395. "Mən la yəhzərühül-fəqih": İmam Sadiqdən (ə) Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." soruşuldu: Onlari necə oddan qoruyaq?
Buyurdu: "Onlari yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırmaqla (cəhənnəm odundan qoruyun)."
- Onları yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırırıq, amma bizi dinləmək istəmirlər.
- "Siz onlari yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırmaqla öz vəzifənizi yerinə yetirmiş olursunuz."1
396. "Əz-Zöhd": Hüseyn ibn Səid rəvayət edir: İmam Sadiqdən (ə) Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." soruşdum: Özümü qoruyq bilərəm, amma ailəmi oddan necə qoruyum?
Buyurdu: "Onlara Allahın buyurduqlarına əməl etmələrini əmr et və Onun qadağan etdiyi işlərdən uzaqlaşmalarına göstəriş ver. Sənə itaət etsələr, onları oddan qorumusan. Amma itaətsizlik göstərsələr, sən artıq öz vəzifəni yerinə yetirmisən. (Günahkar sən deyil, onlar özləridirlər.)"2
397. İmam Kazim (ə): Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", soruşulduqda, belə buyurduğunu rəvayət edir ki; Onlara Allahın buyurduqlarına əməl etmələrini əmr edin və Onun qadağan etdiyi işlərdən uzaqlaşmalarına göstəriş verin. Sizə itaət etsələr, onları oddan qorumusan. Amma itaətsizlik göstərsələr, siz artıq öz vəzifəni yerinə yetirmisizniz. (Günahkar siz deyil, onlar özləridir.)1
398. "Əl-Kafi": Süleyman ibn Xalid rəvayət edir: İmam Sadiqə (ə) dedim: Ailəm mənim göstərişlərimə riayət edir. Onları da imana dəvət edimmi?
Buyurdu: "Bəli, Allah-təala müqəddəs kitabında buyurur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun."2
399. İmam Sadiq (ə): Bir kişi atamın hüzuruna gəldi və dedi: "Allah səndən razı olsun! Ailəmə də hədis söyləyə bilərəmmi?
Buyurdu: " Bəli, Allah-təala buyurur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." Başqa bir ayədə də, buyurur: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz).3" 4
3\3

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin