Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Duanın həyatın çətinliklərini dəf etməkdə olan rolu



Yüklə 2,04 Mb.
səhifə75/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   71   72   73   74   75   76   77   78   ...   159

Duanın həyatın çətinliklərini dəf etməkdə olan rolu




409. İmam Sadiq (ə): Atam hər zaman qəm-qüssəyə düçar olduqda, qadın və uşaqları bir yerə toplayır və dua edirdi. Onlar da, "amin" –deyirdilər.2
410. İmam Sadiq (ə): Evində məscid düzəlt (namaz qılmaq üçün bir yer ayır). Bir şeydən qorxduğun zaman, iki ən qalın paltarını geyin və namaz qıl. Dizlərin üstə çöküb, Tanrının dərgahına ahu-zar et. Ondan behişt dilə və qorxduğun hər bir şeydən Allaha pənah apar. Ehtiyatlı ol ki, dilinə xoşagəlməz bir kəlmə gətirməyəsən, hətta bu kəlmə özünün və tayfanın xoşuna gəlsə də belə.3

6\3

Ailəni gözəl elm və əxlaqla tərbiyə etmək




411. Allahın rəsulu (s): Övladlarınızı üç xüsusiyyətlə tərbiyə edin: Peyğəmbərinizi sevsin, Peyğəmbərin Əhli-beytini sevsin və Quran oxusun.4
412. İmam Əli (ə): Kömeyl ibn Ziyada müraciətlə: Ey Komeyl! Ey Kumeyl! Ailəni gündüz gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyə, gecə isə yuxuda olan kəsin hacət və istəyinin dalınca getməyə vadar et.1
413. İmam Əli (ə): Övladlarınızı elm öyrənməyə vadar edin.2
414. İmam Əli (ə): Ədəb ən gözəl mirasdır.3
415. İmam Sadiq (ə): Mömin bəndə, ailəsi üçün elm və gözəl tərbiyəni miras qoyar. Belə ki, onların hamısının behiştə getməsinə bais olar. Ailəsinin kiçiyi, böyüyü, xidmətçisi və qonşusunu da, (verdiyi dəyərli tərbiyə nəticəsində) behiştdə tapar. Amma günahkar bəndə, ailəsi üçün pis tərbiyə miras qoyar. Bununla da, onları cəhənnəmə sürükləyər. Ailəsinin kiçiyi, böyüyü, xidmətçisi və qonşusunu da, (verdiyi pis tərbiyə nəticəsində) cəhənnəmdə tapar.4
416. Allahın rəsulu (s): Heç bir ata öz övladına gözəl əxlaqdan, tərbiyədən daha da dəyərli hədiyyə bağışlamamışdır.5
417. Allahın rəsulu (s): Kişinin övladının tərbiyəsi ilə məşğul olması, bir birsək (qızıl-gümüş) sədəqə verməsindən daha üstündür.1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin