Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə77/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   73   74   75   76   77   78   79   80   ...   159

Ailənizin hüququnu pozmayın




424. Allahın rəsulu (s): Ailəsinə əhəmmiyyət verməyən (məsuliyyətsiz davranan) şəxs, məlundur, məlundur!2
425. "Əl-Müstədrəkü-ələs-Səhiheyn": Cabir Xəyvani rəvayət edir: Ramazan ayının tamam olmasına iki gün qalmışdı. Mən Abdullah ibn Ömərin yanında idim. Şam şəhərindəki darğası (kahyası) onun yanına gəldi. Abdullah ona dedi: Ailəm üçün kifayət qədər məişət xərclərini ödəməyə azuqə (ya pul) qoymusanmı?
Dedi: Bir miqdar xərcləmək üçün pul qoymuşam.
Abdullah dedi: Səni and verirəm (Allaha), geri döndüyün zaman onlara kifayət qədər xərclik ver. Allahın rəsulunun (s) belə söylədiyini eşitdim: " Kişinin ailəsinə laqeydlik göstərməsi, məsuliyyətsiz yanaşması günahı (onun cəhənnəmə getməsinə) kifayətdir." 1
426. "Əl-Kafi": Cabir ibn Abdullah rəvayət edir: Peyğəmbər (s) buyurdu: "Sizin aranızda ən pis kişinin kim olduğunu deyimmi?"
Dedik: Bəli, ey Allahın rəsulu!
Buyurdu: " Sizin aranızda ən pis kişi, daim töhmət atan, dikbaş, acıdil, yeməyini (ailəsi və dostları ilə deyil) tək yeyən, simic, öz xidmətçisini (qulunu) döyən və ailəsini (təmin etmədiyi üçün) başqalarına möhtac buraxan şəxsdir."2
3\4

Ər-arvadın qarşılıqlı hüququ


427. Allahın rəsulu (s): Agah olun! Sizin qadınlarınızın boynunda haqqınız var və qadınlarınızın da sizin boynunuzda. Sizin onların boynunda olan haqqınız budur ki, xoşlamadığınız şəxsləri, xalçanızın üzərinə buraxmasınlar. Xoşlamadığınız insanları evinizə daxil etməsinlər. Qadınların sizin boynunuzda olan haqqı isə budur ki, onları yaxşı geyim və yeməklə təmin edəsiniz.1
428. Allahın rəsulu (s): Ey insanlar! Qadınlar sizin yanınızda əsir (kimi)dirlər. (Sanki) Öz mənfəətlərini və zərərlərini təyin etmək ixtiyarına (gücünə) malik deyillər. Onları Allahın əmanəti olaraq öhdənizə almısınız. Onları Allahın buyuruğu, kəlimələri ilə özünüzə halal etmisiniz. Onların sizin boynunuzda və sizin də onların boynunda haqqınız var. Sizin onların boynunda olan haqqınız budur ki, xoşlamadığınız şəxsləri, xalçanızın üzərinə buraxmasınlar və yaxşı işlərdə sizə itaətsizlik etməsinlər. Bunlara riayət etsələr, siz onların geyim və yeməklərini yaxşı şəkildə təmin etməyə borclusunuz. Onları döyməyin.2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin