Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə79/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   75   76   77   78   79   80   81   82   ...   159
432. İmam Zeynülabidin (ə): "Risalətül-hüquq" kitabında buyurur: "Həyat yoldaşının sənin bounundakı haqqı budur ki; biləsən, Allah onu sənə rahatlıq və ünsiyyət mənbəyi qərar verib. Bil ki, bu, Tanrı tərəfində sənə əta olunmuş bir lütf və nemətdir. Ona hörmət göstərib, onunla mehriban davranmalısan. Hər nə qədər, sənin haqqın onun boynunda daha vacib olsa belə. Onun sənin boynunda olan haqqı budur ki, onunla mehriban davranmalısan, çünki o, sanki sənin əsirindir. Onu yemək və geyimlə təmin etməlisən. Cahillik etdiyi zaman onu bağışlamalısan."1
433. İmam Zeynülabidin (ə): "Risalətül-hüquq" kitabında buyurur: "Evlənmək yolu ilə sənin ixtiyarında olanın, (həyat yoldaşının) haqqı budur ki, biləsən, Allah onu rahatlıq qaynağı, ünsiyyət və sənin qoruyanın qərar verib. Həmçinin, siz ər və arvaddan hər biriniz digərinizin vücuduna görə Allaha şükür etməlisiniz. Bil ki, bu, Allahın ona verdiyi ne`mətdir. Bu ne`mətlə xoş rəftar etməyiniz vacibdir. Bu nemətin qədrini bil və onunla xoş rəftar et.
Doğrudur ki, istədiyin və istəmədiyin işlərdə zövcənin sənə itaəti çətin və səndən ona itaət lazımdır. O, yerə qədər ki, günah olmasın. Lakin, o qadının sənin boynunda da mehribançılıq və ünsiyyət haqqı vardır. Sənin məqamının hifz olunması onun ətəyindədir. Kam almaq və ləzzət almaq özü böyük bir haqqdır."2
434. İmam Sadiq (ə): Kişiyə evini və ailəsini idarə etməkdə üç xislət lazımdır, hətta bu xüsusiyyətlər onda olmasa belə (onları özündə yaratmalıdır): Xoş rəftar, ifrat etmədən əliaçıq olmaq və namusunu qorumaq üçün qeyrət sahibi olmaq.3
435. Allahın rəsulu (s): Qadının ərinin boynundakı haqqı bundan ibarətdir ki; onu ac buraxmasın, geyim ilə təmin etsin və üzünə qaş-qabaqlı baxmasın (ona üzünü turşutmasın). Əgər bunlara riayət etsə, Allaha and olsun ki, onun haqqını əda etmişdir.1
436. "Əl-Kafi": Şəhab ibn Əbdür-rəbiə rəvayət edir: İmam Sadiqə (ə) dedim: Qadının kişinin boynunda hansı haqları var?
Buyurdu: "Onu ac buraxmasın, geyim ilə təmin etsin və üzünə qaş-qabaqlı baxmasın (ona üzünü turşutmasın). Əgər bunlara riayət etsə, Allaha and olsun ki, onun haqqını əda etmişdir."

  • Yağ necə?

  • "Günaşırı yağla təmin etsin."

  • Ət?

  • "Üç gündən bir. Ayda on dəfə. Bundan çox lazım deyil."

  • Rəng necə?

  • "Hər aytı ayda bir dəfə. İl boyu dörd dəfə ona yeni paltar almalıdır. İkisi yay, ikisi qış üçün. Evini daim üç şeylə təmin etsin: Baş yağı (jele və bunun kimi saç bəzəmək üçün məmulatlar), sirkə və yemək bişirmək üçüç yağ. Onların yeməyini "müdd"lə2 təyin etsin. Çünki mən də həm özümün və həm ailəmin yeməyini bununla ölçürəm. Ailəsinin hər üzvünün yeməyini təyin etsin. Onlar istəsə yeyər, istəsələr də, kiməsə bağışlayarlar. İstəsələr də, sədəqə verərlər. (Bu onların ixtiyarında olsun.) Ailəsini mövsüm meyvələri ilə təmin etsin. Bayram günlərində, adi günlərdə onlar üçün almadığı yemək məmulatları ilə daha çox hazırlasın.1


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin