Halal konsaltinq qrup



Yüklə 120.67 Kb.
PDF просмотр
tarix02.03.2017
ölçüsü120.67 Kb.

 

 HALAL KONSALTINQ QRUP                                                                   

 

 

 



 

HALAL QİDA STANDARTI 



QSAM - S1:2014 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI 2014 

 

 

2014 ©  HAKQ                                                                                                                                         2 



 

 

MÜNDƏRİCAT 

 

1.

 

Tətbiq sahəsi.............................................................................................................................  3 

2.

 

Normativ istinadlar ................................................................................................................  3 

3.

 

Təriflər və terminlər ................................................................................................................ 3 

4.

 

Məhsul və xidmətlərə qoyulan tələblər................................................................................... 6 

5.

 

Halal qida emalı ....................................................................................................................... 6 

6.

 



Emal, paylanma və təchizat .................................................................................................... 9

 

7.



 

Rəhbərliyin vəzifəsi ................................................................................................................. 10 

8.

 

Məntəqə (bina) ......................................................................................................................... 10 

9.

 

Qurğular, ləvazimatlar, maşınlar və emal vasitələri ............................................................ 11 

10.

 

Gigiyena, sanitariya və qida təhlükəsizliyi ............................................................................ 11 

11.

 

Halal qidanın saxlanması, daşınması, təqdim edilməsi, satışı və paylanması .................... 12 

12.

 

Qablaşdırma, nişanlama və reklam ........................................................................................ 12 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2014 ©  HAKQ                                                                                                                                         3 



1.

 

TƏTBİQ SAHƏSİ 

 

1.1.



 

Bu standart halal qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində xammal və qidaların 

alınması, istehsalı, hazırlanması, emalı, satışı, qablaşdırılması, saxlanılması, daşınması və  

markalanmaya dair tələbləri özündə əks etdirir. 

1.2.

 

 Bu standart halal qida kimi bəyan edilmiş hər növ qida məhsuluna və xidmətlərə şamil edilir.  



1.3.

 

 Bu standart qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq edilə bilər. 



1.4.

 

 Bu standart  sertifikatlaşdırma üzrə tələbləri özündə əks etdirmir.  



 

 

 



2.

 

NORMATİV İSTİNADLAR 

Bu standartda aşağıdakı standartlara və texniki şərtlərə istinad edilmişdir: 

1.

 

Qurani Kərim 



2.

 

İslam şəriəti  



3.

 

Malaziya Standartı (MS 1500:2009) 



4.

 

Halal Qida ümumi tələblər (OİC/SMIIC 1:2011)  



5.

 

Qida Məhsulları Gigiyenasının Ümumi Prinsipləri CAC/RCP 1-1969, REV. 4 (2003)   



6.

 

İSO 22000-2005  



7.

 

Halal Food Production, Mian Riaz, Muhammad Chaudry 2004 



8.

 

Опасные пищевые Е- добавки,  Ю. А. Серов 



 

 

3.



 

Təriflər və Terminlər 

Bu Standartda aşağıdakı termin və təriflərdən istifadə edilmişdir: 



3.1.

 

İslam qaydaları 

3.1.1


 

Bu standartda İslam qaydaları dedikdə, İslam qanunları və Şəriət qanunları ekvivalent (bərabər, 

eyni yüklü) terminlər kimi istifadə edilmişdir. 

3.1.2


 

İslam  qaydaları  dedikdə  Allahın  Qurani-Kərimdə  müsəlmanlar  üçün  əmr  etdiyi  (  Bu  qaydalar 

bəzən  məzhəblərə  görə  fərqlənə  bilər)  və  Məhəmməd  peyğəmbərin  (s.ə.a.s)  tətbiq  və  tövsiyə 

etdiyi (sünnə)  bütün qaydalar başa düşülür. 

 


 

2014 ©  HAKQ                                                                                                                                         4 



3.2

 

Qiblə  

Müsəlmanların ibadət zamanı üz tutduqları istiqamət (Məkkə şəhəri – Kəbə evi) 



3.3 Müsəlman qəssab 

Müsəlman  olan  (yəni  Kəlimeyi-Şəhadəti bilən  və  etiraf edən),   əqli  və  fiziki  qüsurları  olmayan  şəxs, 



baliğ(həddi buluğ), heyvanların kəsilməsi ilə bağlı İslamda zəruri olan fundamental qaydaları və şərtləri 

tamamilə  anlaya  bilən.  (Bəzi  məzhəblərə  görə  qəssabın  namaz  qılması  vacibdir.  Əks  halda  həmin 

qəssab tərəfindən kəsilən heyvan halal hesab edilmir.) 

3.4 Məzhəb  

İslamda  “getmək”,  “yol”,  “məktəb”  mənasını  verir..  Qida  standartları  ilə  əlaqədar  tələblərdə  bu 

məzhəblər  arasında  fərqlər  (məsələn,  müsəlman  qəssabın  namaz  qılıb  qılmaması  və  s.  məsələlər) 

mövcuddur. Tövsiyyə olunandır ki, bütün məzhəblərin qaydalrına riayət olunsun.

 

3.5 Nəcis 

Nəcis – Pislik, təmiz olmayan maddə, şey və sairə. Məsələn: 

a) tərkibində donuz və it, o cümlədən onlardan xaric olan hər hansı maye, onlardan törəyən istənilən bir 

şey; 

b)Qusmaq, irin, qan, xamr(alkaqollu və məstedici), leş, v sairə. 



 

3.6 Halal 

Şəriətlə icazə verilən və icrası heç bir şəri cəzaya səbəb olmayan iş və hərəkətlər nəzərdə tutulur. 



3.7 Haram 

Şəriətlə icazə verilməyən hər bir şey. 



3.8 Təsmiyyə 

Ad çəkilməsi-yəni “Bismillah və ya Allahu Əkbər” və s. 



3.8 Zəbih 

İslam qaydalarına görə kəskin bir alətlə kəsim. 



3.9 Mübah 

Edildiyinə və edilmədiyinə görə hər hansı bir məsuliyyət (günahı olmayan) tələb etməyən bir iş. 



3.10 Məkruh 

Edilməməsi edilməsindən daha yaxşı olan iş. Tövsiyyə edilməyən iş. 



3.11 Müstəhəb 

Edilməsi daha yaxşı olan iş. 



 

2014 ©  HAKQ                                                                                                                                         5 



 

3.12    Halal qida/İçki 

Halal  qida/içki  dedikdə  Şəriət  qanunlarına  müvafiq  icazə  verilən  tərkibə  malik  və  istehlak  üçün 

təhlükəsiz, zəhərsiz və insan sağlamlığı üçün ziyansız olan hər bir şey. 

 

3.13  Zəruri proqramlar (PRP) 

İlkin  Şərtlər  Proqramları  (ingilis  dilində  -  PRPs)  –  insan  istifadəsi  üçün  təhlükəsiz  qida  və  son 

məhsul  istehsalı,  emalı  və  çatdırılmasında  bütün  qida  zəncirində  gigiyenik  mühitin  yaradılması  üçün 

məqbul  sayılan  əsas  şərt  və  ya  fəaliyyətdir.  İlkin  şərtlər  programına  müəssisənin  ətraf  sahəsinin 

saxlanması,  binalar  və  sahələr,  istehsalat  avadanlıqlarının  təmiri  və  təmizlənməsi,  yuma  və 

dezinfeksiya,  suyun təhlükəsizliyi, çarpaz çirklənmə, zərərvericilərlə mübarizə sistemi,  şəxsi gigiyena 

və s. Sanitariya və gigiyenaya aid tələblər.  

  

3.14  Yaxşı İstehsalat Praktikası (GMP) 

Yaxşı  İstehsal  Praktikası  –  bütün  qida  müəssisələrinə  tətbiq  olunan  ümumiləşdirilmiş  əsas  tələblər 

kompleksidir.  Qabaqcıl  İstehsal  Təcrübəsi  müvafiq  sanitar-gigiyena  vəziyyətinin  əldə  edilməsi  üçün 

ümumi  məqsədlər  qoyur  və  açıq  normalardan  ibarətdir,  yəni  bütün  tələblər  yalnız  son  məqsədlə 

bağlıdır,  lakin  həmin  məqsədin  əldə  edilməsi  üçün  vasitələr  diktə  edilmir  (məsələn,  “məhsulların 

toxunduğu  səthlər  asan  təmizlənən  və  dezinfeksiya  olunan  olmalıdır”,  lakin  bu  zaman  səthin  hansı 

materialdan hazırlanması tələbi qoyulmur). 

İlkin Şərtlər proqramları təşkilatın fəaliyyət göstərdiyi qida zənciri hissəsindən və təşkilatın növündən 

asılıdır.  Bu  səbəbdən  ekvivalent  terminlər  kimi  bunlar  istifadə  oluna  bilər:  Yaxşı  Kənd  Təsərrüfatı 

Təcrübəsi (GAP), Yaxşı Baytarlıq Təcrübəsi (GVP), Yaxşı İstehsal Təcrübəsi (GMP), Yaxşı Gigiyena 

Təcrübəsi  (GHP),  Yaxşı  İlkin  İstehsal  Təcrübəsi  (GPP),  Yaxşı  Distribyutorluq  Təcrübəsi  (GDP)  və 

Yaxşıl Ticarət Təcrübəsi (GTP). 

 

 

 3.15   Yaxşı gigiyena praktikası (GHP) 



Yaxşı  Gigiyena  Praktikası  GHP  (və  ya  onun  analoqu  olan  yaxşı  istehsal  təcrübəsi  GMP)  geniş 

istiqamətə  malik  olub,  müəssisənin  və  şəxsi  heyyətin,  infrastrukturun,  istehsal  obyektlərinin 

yerləşdirilməsini,  müvafiq  sanitar-gigiyenik  vəziyyətin  təmin  olunmasını,  şəxsi  gigiyenaya  riayət 

olunmasını,  müvafiq  nəqliyyatın  həyata  keçirilməsini,  şəxsi  heyyətin  təlimatlandırılmasını  və  digər 

işlərin bir cox aspektlərini əhatə edir.    


 

2014 ©  HAKQ                                                                                                                                         6 



 

3.16  Qida təhlükəsizliyi 

Qida məhsulunun təhlükəsi qidada  bioloji, kimyəvi və ya fiziki amillərin mövcudluğu və sağlamlığına 

potensial  mənfi  təsir  yarada  bilən  qidanın  vəziyyəti.  Qida  məhsullarının  təhlükəsizliyi  istehlakçıların 

sağlamlığı  və  həyatları  üçün  məhsulların  təhlükəsizliyi  və  ziyan  vurmayacağına  təminat.  Ərzaq 

təhlükəsizliyi istehsal və məhsulların çatdırılmasının bütün mərhələlərində təmin olunmalıdır. 

3.17 Qida əlavələri 

Qida əlavələri – texnoloji mülahizələrə əsasən bilərəkdən və məqsədyönlu şəkildə qida xammalına və 

hazır  qida  məhsullarına,  təbii  xassələri  saxlamaq  və  ya  dəyişmək  və  yaxud  qida  məhsullarına  lazımi 

xüsusiyyətləri vermək məqsədilə daxil edilən təbii və ya sintezləşdirilmiş birləşmələrdir. 

Texnoloji proseslərin gedişində ayrı-ayrı əməliyyatların həyata kecirilməsi, məsələn, xammaldan tərkib 

hissələrinin  çıxarılması,  ağartma,  təmizləmə  və  s.  üçün  istifadə  edilən  qida  əlavələri  və  köməkçi 

materiallar  arasında  prinsipial  fərq  mövcuddur.  Qida  məhsullarına  qida  əlavələrinin  texnoloji 

məqsədlərlə  daxil  edilməsi  yeyinti  məhsulunun  xarici  görünüşünün  və  orqanoleptik  xüsusiyyətlərinin 

yaxşılaşdırılması,  saxlanma  prosesində  məhsulun  keyfiyyətinin  qorunmasına  və  qida  məhsullarının 

hazırlanma prosesinin surətləndirilməsinə yönəlmişdir. 



3.18  Geni modifikasiya olunmuş orqanizm (GMO) 

Geni  modifikasiya  olunmuş  məhsulları  və/və  ya  məhsulları  özündə  birləşdirən  içki  və  qidalar.  Geni 

modifikasiya  olunmuş  orqanizmlər  başqa  bir canlı  növünə  aid  genin  bitkiyə,  heyvana  və  mikrobioloji 

qaynağa  gen  quruluşu  dəyişdirmə  texnikaları  ilə  ötürülməsi  və  xammalın  DNT-

sində(Dezoksiribonuklein turşusu) edilən dəyişikliklərlə əldə edilir.  

3.19  Su heyvanları 

Suda yaşayaraq suyun xaricində həyatanı davam etdirə bilməyən heyvanlar. 



3.20  Amfibiyalar 

Həm suda həm də quruda yaşaya bilən heyvanlar 

 

4.

 

MƏHSUL VƏ XİDMƏTLƏRƏ QOYULAN TƏLƏBLƏR 

4.1

 

Halal qida emalı 

4.1.1

 

Halal qida və içkinin mənbələri 

4.1.1.1

 

Heyvanlar 

Heyvanlar iki kateqoriyaya bölünür: 



 

2014 ©  HAKQ                                                                                                                                         7 



4.1.1.1.1

 

Quru heyvanları 

Aşağıda göstərilən heyvanlardan başqa bütün quruda gəzən heyvanların ətləri halal hesab edilir: 

a)

 

Şəriət qanunlarına uyğun kəsilməyən heyvanlar; 



b)

 

 Məsələn, donuz, it və onlardan törənənlər



c)

 

Pələng,  ayı,  fil,  pişik,  meymun  və  s.  kimi  öz  şikarını  boğmaq  üçün  uzun  dişlərə  malik  olan 



heyvanlar; 

d)

 



Qartal, qırğı, şahin, kərkəz, quzğun, qarğa, çalağan,bayquş,  və s. kimi yırtıcı quşlar; 

e)

 



Siçovul,  kərtənkələ,  iblis,  tarakan,  qırxayaq,  əqrəb,  ilan,  arı  və  digər  buna  bənzər  həşəratlar 

və/və ya zəhərli heyvanlar; 

f)

 

Arı (nəhl), şanapipik (hud-hud) və s. kimi İslamda öldürülməsi qadağan edilmiş heyvanlar; 



g)

 

Bit, milçək və s. kimi iyrənc hesab edilən həşəratlar



h)

 

Eşşək və qatır kimi Şəriətlə ətinin yeyilməsi qadağan edilmiş digər heyvanlar 



i)

 

Qadağan olmuş heyvanların südü və yumurtası qadağandır, 



j)

 

Halal olmayan heyvanlardan əldə edilən məhsullar halal sayılmır, 



k)

 

Öz-özünə ölmüş heyvanlar, 



 

4.1.1.1.2

 

Dəniz heyvanları 

Dəniz  heyvanları  balıq  kimi  yalnız  suda  həyat  sürən  və  sudan  kənarda  yaşaya  bilməyən 

heyvanlardır. Bütün balıq növləri halaldır amma yeyilməsi baxımından məzhəblər arasında fərq olduğu 

üçün müştəriyə bildirilməlidir.

 

 Zəhərli,  məstedici  və  həyat  üçün  təhlükəli  olan  heyvanlardan  savayı  bütün  dəniz  heyvanların 



yeyilməsi halaldır. Timsah, tısbağa və qurbağa kimi həm quruda, həm də suda yaşayan heyvanların əti 

halal deyil. 

 

 



4.1.1.2

 

 Digər Halal Qidalar 

4.1.1.3

 

 Bitkilər 

Zəhərli, məstedici və sağlamlıq üçün təhlükəli hesab edilən bitkilərdən başqa bütün növ bitki və bitki 

məhsulları, eləcə də onların törəmələri halaldır. 

4.1.1.4

 

Göbələk və mikro-orqanizmlər 


 

2014 ©  HAKQ                                                                                                                                         8 

Zəhərli,  məstedici  və  sağlamlıq  üçün  təhlükəli  hesab  edilən  göbələk  və  mikro-orqanizmlərdən  başqa 

bütün  növ  göbələk  və  mikro-orqanizmlər,  onlardan  əmələ  gələn  əlavə  məhsullar,  və/və  ya  onların 

törəmələri halaldır. 

4.1.1.5

 

Təbii minerallar və kimyəvi maddələr 

Zəhərli,  məstedici  və  sağlamlıq  üçün  təhlükəli  hesab  edilənlərdən  savayı  bütün  təbii  minerallar  və 

kimyəvi maddələr halaldır. 

4.1.1.6

 

İçkilər 

Zəhərli, məstedici və sağlamlıq üçün təhlükəli hesab edilən içkilərdən savayı bütün növ su və içkilərin 

içilməsi halaldır. 

4.1.1.7

 

Geni dəyişdirilmiş qida məhsulları (GMO) 

Geni  dəyişirilmiş  məhsullar  mübahisəli  olduğu  üçün  və  həmçinin  bəzi  ölkələrin  yerli  qanunvericiliyi 

tərəfindən  qadağan  olunduğu  üçün  qəbul  edilmir.Geni  dəyişdirilmiş  qida  məhsulları  sertifikasiya 

sahəsinə  aid  edilmir.  Bu  tipli  məhsullardan  istifadə  edildikdə  həmin  məhsul  və  xidmətlər 

sertifkatlaşdırılmır. 

4.1.2

 

Kəsim prosesi 

4.1.2.1

 

 Şəriət  qanununa  müvafiq  olaraq  kəsim  prosesində  heyvanın  aram  olması  vacib  amillərdəndir. 

Həmçinin aşağıdakı şərtlər də nəzərə alınmalıdır: 

a)

 

Kəsim  ruhi  cəhətdən  sağlam,  baliğ(həddi  buluğ)olan,  müsəlman  olmasını  etiraf  edən,  əqli  və 



fiziki qüsurları olmayan şəxs olmalıdır. Eyni zamanda  heyvanların kəsilməsi ilə bağlı İslamda 

zəruri  olan  fundamental  qaydaları  və  şərtləri  tamamilə  anlaya  bilən,  əməli  (namaz  qılan) 

müəslman şəxs tərəfindən icra olunmalıdır; 

b)

 



Kəsimi  icra  edən  şəxs  səlahiyyətli  orqan  tərəfindən  verilmiş  halal  kəsim  sertifikatına  malik 

olmalıdır; 

c)

 

Kəsim  başqa  məqsədlərlə  olmayıb,  yalnız  Allah  adını  zikr  etmək  niyyəti  ilə  həyata 



keçirilməlidir. Kəsimi həyata keçirən şəxs kəsimə dair zəruri bilgilərə malik olmalıdır; 

d)

 



Kəsilən heyvan ətinin yeyilməsi halal olan heyvan olmalıdır; 

e)

 



Kəsilən heyvan diri və ya həyat əlamətləri aydın sezilən (həyat əl-müstəqirrəh

1

) olmalıdır; 

f)

 

Kəsilən heyvan sağlam olmalıdır; 



g)

 

Kəsilməzdən dərhal öncə Bismilləhir-Rahmənir-Rahim (Təsmiyyə



2

) zikri deyilməlidir; 

                                                             

1

 Kəsim zamanı qanın sıçrayaraq çölə axması və kəsildikdən sonra heyvanın tərpənməsi həmin heyvanın 



kəsimdən qabaq diri və ya həyat əl-müstəqirrəh olmasına dəlildir. 

2

Təsmiyyə - Allahın adının çəkilməsi. 



 

2014 ©  HAKQ                                                                                                                                         9 

h)

 

Kəsimin üzü qiblə istiqamətində həyata keçirilməsi vacibdir.



 

 

i)

 



Kəsim xətti, alətləri və ləvazimatları yalnız halal kəsim üçün xidmət etməlidir; 

j)

 



Kəsim üçün nəzərdə tutulan bıçaq iti olmalı, qan və digər çirkaba bulaşmamalıdır; 

k)

 



Kəsim yalnız bir dəfəyə həyata keçirilməlidir.  

l)

 



Halal  kəsim  prosesi  xirtdəyin  altından  başlanır,  uzunboğaz  heyvanlar  isə  xirtdəkdən  sonra 

kəsilir; 

m)

 

Kəsim prosesi zamanı nəfəs borusu, qida borusu, hər iki yuxu arteriyası birdəfəyə kəsilməlidir 



ki qanaxmanı və ölümü sürətləndirsin (şəkil 1-2). Qanaxma özbaşına getməli və özbaşına başa 

çatmalıdır; 

n)

 

Təlim keçmiş müsəlman nəzarətçi heyvanların Şəriət qanunlarına müvafiq kəsilmələrinə nəzarət 



etmək üçün təyin edilməli və bu işə cavabdeh olmalıdır.  

4.2.1.2  Quşçuluqda  yalnız  halal  kəsim  nəticəsində təbii  olaraq  öldüyü  hesab  edilən  heyvanlar  pörtmə 

əməliyyatına ötürülə bilər. Pörtmə zamanı suyun hərarəti 51-53 °C  olmalıdır. 

4.2.1.3  Keyləşdirmək  tövsiyyə  edilmir.  Lakin  bu  proses  baş  verərsə,  Qoşma  A-da  göstərilmiş  şərtlərə 

riyaət olunmalıdır. 

4.2.1.4  Emal, paylanma və təchizat 

Bütün emal olunmuş halal qida məhsulları aşağıdakı tələblərə cavab verməlidir: 

a)

 



Qida məhsulu və ya onun inqrediyentləri Şəriət qanununa uyğun olaraq halal hesab edilməyən 

hər  hansı  bir  heyvan  mənşəli  məhsullardan  və  ya  komponentlərdən  istifadə  edilməklə  emal 

edilməməli,  yaxud  Şəriət  qanununa  müvafiq  olmayan  tərzdə  kəsilən  heyvanlardan  alınan 

məhsul və komponentlər olmamalıdır; 

b)

 

Halal  qida  hansı  miqdarda  olmasından  asılı  olmayaraq  Şəriətlə  nəcis  hesab  edilən  şeydən 



istifadə edilməklə emal edilməməlidir; 

c)

 



Emal  edilmiş  qida  və  ya  onun  inqrediyentləri  istehlak  üçün  təhlükəsiz  olmalı,  zəhərsiz, 

məstedici olmayan və sağlamlıq üçün təhlükəsiz olmalıdır; 

d)

 

Qida  məhsulu  nəcis  olmayan  qurğulardan  və  avadanlıqlardan  istifadə  edilərək  hazırlanmalı, 



emal və istehsal edilməlidir; və 

e)

 



Hazırlanma, emal, qablaşdırma, saxlanma və paylanma zamanı qida məhsulu a), b), c) və/və ya 

d) bəndində göstərilmiş tələblərə cavab verməyən digər hər hansı bir qida məhsulundan, yaxud 



Şəriətlə nəcis hesab edilən şeylərdən ayrı saxlanılmalıdır.  

                                                                                                                                                                                                                   

 


 

2014 ©  HAKQ                                                                                                                                         10 

 

4.2

 

Rəhbərliyin vəzifəsi 

4.2.1

 

Rəhbərlik halallıq tələblərinin icrası üçün (yalnız ət və ət məhsul istehsalçılarına şamil olunur) 

müsəlman  (namaz  qılan)  işçi  təyin  etməli,  yaxud  da  daxili  halal  nəzarət  sisteminin  həyata 

keçirilməsinin  səmərəliliyini  təmin  etmək  məqsədi  ilə  müsəlman  heyətdən  ibarət  komitə 

yaratmalıdır.  

4.2.2

 

Rəhbərlik təyin olunmuş şəxslərin halal məsələlərinə dair prinsiplər və onların tətbiqi ilə bağlı 

təlim keçmələrini təmin etməlidir. 

4.2.3

 

Rəhbərlik halal nəzarət sisteminin həyata keçirilməsi üçün kifayət qədər resursların (məsələn, 

işçi qüvvəsi, avadanlıq, maliyyə və infrastruktur) olmasını təmin etməlidir. 

4.2.4

 

Rəhbərlik namaz qılınması üçün şərait yaratmalıdır.( Namaz otağı və s.) 



4.3

 

    İnfrastruktur 

Bina təhlükəsiz qida məhsulunun istehsalı üçünş ərait yaradacağı tərzdə tərtib və inşa edilməli 

və ya təmir edilməli və məqsədyönlü istifadə üçün yararlı olmalıdır.  

4.3.1

 

Binanın sxemi parazitlərə  yoluxmaya, eləcə də əməliyyat  zamanı və  ya iki əmiliyyat arasında 

çarpaz yoluxmaya qarşı müdafiə sistemi də daxil olmaqla düzgün istehal prosesinə, düzgün işçi 

əməyinə,  uyğun  gigyenik  və  təhlükəsiz  istehsal  prosesinə  nəzarət  edə  bilmək  üçün  müvafiq 

olmalıdır. 

4.3.2

 

Xammalın  qəbul  edilməsindən  məhsulun  istehsal  prosesinin  başa  çatmasınadək  onun  istehsal 

prosesi çarpaz yoluxma halları ilə üzləşməməlidir.  

4.3.3

 

Bina  avadanlıqların  təmizlənməsinə  və  qida  gigiyenasına  düzgün  nəzarət  etmək  üçün  uyğun 

şəkildə tərtib edilməlidir. 

4.3.4

 

Tələblərə cavab verən sanitariya qurğuları ilə təmin edilməlidir.  



4.3.5

 

Yüklənmə  və  boşaltma meydançası  tez  korlanan  məhsulların  səmərəli  daşınmasına  icazə  verə 

bilən şəkildə tərtib edilməlidir. 

4.3.6

 

Bina  zərərvericilərin  oraya  daxil  ola  bilməsinə  qarşı  davamlı  olmalı  və  müvafiq  şəraitə malik 

olmalı, həmçinin zərərvericilərin törəndiyi potensial əraziləri aradan qaldırmalıdır. 

4.3.7

 

Bina  işçi  heyətinin  və  avadanlıqların  qarşılıqlı  yoluxmadan  yayınmaq  məqsədi  ilə  donuz 

ferması  və  onlarla  bağlı  fəaliyyət  prosesindən  tamamilə  ayrılmalı  və  tam  şəkildə  təcrid 

olunmalıdır. 



 

2014 ©  HAKQ                                                                                                                                         11 



4.3.8

 

Kəsim və emal məntəqəsi mütləq şəkildə  halal kəsim və halal emal prosesinə müvafiq 

şəkildə olmalıdır.  

4.3.9

 

Sümükdən  ayrılma,  kəsilmə,  qablaşdırma  və  saxlanma  kimi  karkas  prosesi  ya  kəsim 

məntəqəsində, ya da səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş bu standartın tələblərinə cavab 

verən binada həyata keçirliməlidir.  



4.3.10

 

Ev heyvanları və digər heyvanların binaya daxil olmasının qarşısı alınmalıdır. 

 

4.4

 

Qurğular, ləvazimatlar, maşınlar və emal vasitələri 

4.4.1

 

Halal  qida  emalı  zamanı  istifadə  olunan  qurğular,  ləvazimatlar,  maşınlar  və  emal  vasitələri 

təmizlənməni  asanlaşdırmaq  üçün  tərtib və  inşa  edilməli,  eləcə  də  Şəriət  qanunlarına müvafiq 

olaraq  tərkibində  nəcis  olmayan  materiallardan  hazırlanmalı  və  yalnız  halal  qida  istehsalı 

zamanı istifadə olunmalıdır. 



 

4.5

 

Gigiyena, sanitariya və qida təhlükəsizliyi 

4.5.1

 

Gigiyena, sanitariya və qida təhlükəsizliyi halal qidanın hazırlanması zamanı tələb olunan ilkin 

zəruri  şərtlərdir.  Buraya  işçi  heyətin  gigyenasının  müxəlif  aspektləri,  geyim,  avadanlıqlar, 

ləvazimatlar, maşınlar və emal vasitələri, eləcə də qidanın emalı, istehsalı və saxlanması üçün 

nəzərdə tutulan tikililər daxildir.  

4.5.2

 

Halal qida istehsalçıları aşağıda qeyd edilmiş tədbirləri həyata keçirməlidir: 

a)

 



Emala  başlamazdan  əvvəl  xammalı,  inqrediyentləri  və  qablaşdırma  materialını  yoxlamadan 

keçirməli və çeşidləməlidir; 

b)

 

Zərərli kimyəvi maddələri halal qidadan təcrid edilmiş şəkildə saxlamalıdır; 



c)

 

Qida məhsullarının plastik kütlə, şüşə və ya cihazdan ayrılan metal qırıntıları, toz, zərərli qaz və 



ya tüstü, eləcə də arzu olunmaz kimyəvi maddələr kimi kənar təsirlərlə təmasına yol verməməli; 

və, 


d)

 

İcazə verilən qida əlavələrinin hədsiz istifadəsinə yol verməməlidir. 



e)

 

İstehsal  və emal prosesi zamanı lazım gəldiyi təqdirdə prosesi izləmək üçün müvafiq monitor 



qurğulardan istifadə edilməlidir. 

 

 



 

 

2014 ©  HAKQ                                                                                                                                         12 



4.6

 

Halal qidanın saxlanması, daşınması, təqdim edilməsi, satışı və paylanması 

4.6.1

 

Saxlanılan,  daşınan,  təqdim  edilən,  satılan  və  ya  paylanan  bütün  halal  qida  məhsulları  halal 

kateqoriyasına aid edilməli və müvafiq olaraq nişanlanmalı, eləcə də nəcisə qarşmanın qarşısını 

almaq üçün bütün mərhələlərdə halal olmayan şeylərdən təcrid edilməlidir. 



4.6.2

 

Daşınma üçün nəzərdə tutulan nəqliyyat vasitələri (məs. qoşqulu yük maşını) halal qida növünə 

uyğun olmalı, gigiyena və sanitariya tələblərinə cavab verməlidir. 

 

4.7



 

Qablaşdırma, nişanlama və reklam 

4.7.1

 

Halal qida müvafiq şəkildə qablaşdırılmalıdır. Qablaşdırma materialları mənşə etibarı ilə halal 

olmalı və aşağıda göstərilən tələblərə cavab verməlidir: 

a)

 

Qablaşdırma  materialları  Şəriətlə  nəcis  hesab  olunan  hər  hansı  bir  xammaldan 



hazırlanmamalıdır; 

b)

 



Onlar  Şəriətlə  nəcis  hesab  olunan  şeylərə  bulaşmış  avadanlıqlardan  istifadə  etməklə 

hazırlanmamalı, emal edilməməli və ya istehsal edilməməlidir; 

c)

 

Hazırlanması, emalı, saxlanılması və ya daşınması zamanı bu materiallar a) və ya b) bəndlərində 



göstərilən şərtlərə cavab verməyən istənilən digər bir qida məhsulundan, eləcə də Şəriətlə nəcis 

hesab edilən digər şeylərdən təcrid edilməlidir

d)

 

Qablaşdırmanın dizaynı, nişanı, rəmzi, logosu, seçilmiş ad və şəkil azdırıcı olmamalı və/və ya 



Şəriət qanunlarının prinsiplərini pozmamalıdır.  

4.7.2

 

Qablaşdırma  prosesi  təmiz  və  gigiyenik  tərzdə  və  sağlam  sanitariya  şəraitində  həyata 

keçirilməlidir.  

4.7.3

 

Məhsulun üzərinə vurulan və bilavasitə onunla təmasda olan nişan təhlükəsiz və halal olmalıdır. 



4.7.4

 

Hər  bir  konteyner  aydın  və  silinməyən  nişanlarla  işarələnməli  və  ya  onun  üstünə  üzərində 

aşağıda qeyd edilmiş məlumat olan yarlık vurulmalıdır: 

a)

 



Məhsulun adı; 

b)

 



Metrik sistemlə göstərilmiş xalis çəki; 

c)

 



İstehsalçı şirkətin adı və ünvanı, idxal edən və/və ya distribütor və ticarət nişanı 

d)

 



İnqrediyentlərin siyahısı 

e)

 



Tarixi müəyyən edən kod nömrəsi və/və ya istehsal bar kodu (partiya nömrəsi) və son istifadə 

tarixi; və 

f)

 

İstehsalçı ölkə 



 

2014 ©  HAKQ                                                                                                                                         13 

g)

 

Halal işarəsi məhsulun üzərinə vurulmalıdır. 



Hər  cür  pulcuqlu  balıq,  krevet  (xırda  dəniz  xərcəngi)  və  pulcuqlu  balıq  kürüsü  və  ondan 

hazırlanan məhsullar “pulcuqlu balıq” kimi münasib şəkildə markalanmalıdır (Cəfəri məzhəbinə 

görə balıq pulcuqlu olmalıdır). Digər su heyvanları “pulcuqsuz balıq” kimi markalanmalıdır. 

4.7.5

 

Məhsulun reklamı Şəriət qanunlarının prinsiplərinə zidd olmamalı və Şəriət qanunlarının əksinə 

olan qeyri-etik elementləri əks etdirməməlidir

 



Şəkil (Əlavə)  

 

 



 

 

Şəkil B (Mal kəsimi) 



 

2014 ©  HAKQ                                                                                                                                         14 

 

 

Qoşma A 



(normativlər) 

Quşların kəsimində keyləşdirmə üzrə tələblər 

A1. Ümumi tələblər 

A1.1. Kəsim İslamda müvafiq qaydalara cavab verən tələblər əsasında həyata keçirilməlidir. 

A1.2. Heyvan kəsim zamanı diri və ya həyat əlamətləri aydın sezilən (həyat əl-mustaqirra) olmalıdır. 

A1.3.  Keyləşdirmə  tövsiyə  edilmir.  Lakin  bu  proses  həyata  keçirilməli  olarsa,  elektrik  üsulu 

keyləşdirməyə icazə verilir. 

A1.4. Keyləşdirmə aparatının istifadəsi bu barədə təlimmatlandırılmış müsəlman şəxsin nəzarəti altında 

olmalı, mütəmadi olaraq səlahiyyətli orqan tərəfindən manitorinq aparılmalıdır. 

A1.5.  Keyləşdirmə  heyvanın  ölümü  ilə  nəticələnməməli  və  ya  onun  fiziki  xəsarət  almasına  səbəb 

olmamalıdır. 



 

2014 ©  HAKQ                                                                                                                                         15 

A1.6. Heyvanların keyləşdirilməsi üçün istifadə olunan keyləşdiricilər nəcis kateqoriyasına aid olduğu 

təqdirdə halal kəsimin baş tutması üçün keyləşdirmə ləğv edilməlidir. 



A2. Elektrik keyləşdirmə 

A2.1.  Elektrik  keyləşdirmə  səlahiyyətli  orqan  tərəfindən  icazə  verilən  keyləşdirmə  növlərindən 

olmalıdır. 

A2.2.  Heyvanların  halal  kəsimində  istifadə  olunan  keyləşdirici  hər  iki  elektrodun  beyin  hissəsində 

yerləşdirildiyi “yalnız başdan keyitmə” üsulu ilə tətbiq edilməlidir. 

A2.3. Quşların elektrik keyləşdirilməsi yalnız “su vasitəsilə” həyata keçirilir. 

A2.4.  İstifadə olunan cərəyan şiddətinin gücü təlimatlandırılmış müsəlaman şıxsin nəzarətində olamlı 

və səlahiyyətli orqan tərəfindən yoxlanılmalıdır. Keyləşdirmənin parametrlərinə  dair təlimatlar Cədvəl 

A1 -də göstərilmişdir. 

Cədvəl A1. Toyuğun elektrik keyləşdirilməsi üzrə əsas göstərisilər 

 

Məhsulun 

növü 

Cərəyan  



(Am.) 

Müddət (San.) 

Qanadlılar 

0.20 – 0.5  

1.00 – 3.00 

 

 



 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə