Əsas məqamlar
• Üçüncü Dövlətin Vətəndaşı Direktivinə əsasən uzun müddətli rezident
sayılan şəxslərə də Aİ-nin ayrı-seçkilik əleyhinə olan Direktivində göstərilən
bərabər rəftar tətbiq edilir.
• Üçüncü dövlət vətəndaşlarının uzun müddətli rezident statusu olmadığı hal-
larda isə onlar ayrı-seçkilik əleyhinə olan direktivlərin təmin etdiyi qoru-
madan məhdud şəkildə istifadə edirlər:
• iş şəraitində və ya peşə təlimlərinə çıxış sahəsində cinsi oriyentasiya,
yaş, əllillik, dini baxış və ya etiqadları zəminində ayrı-seçkilikdən müdafiə
olunmaq üçün. Lakin onlar işlə təmin olunma üzrə bərabər imkanlardan
yararlanmırlar;
• Mal və Xidmətlər üzrə Gender Direktivi və Gender Bərabərliyi Direktivinə
(Recas) əsasən üçüncü dövlət vətəndaşları məşğulluq və mal və
xidmətlərə çatımlılıq sahəsində cinsi zəmində ayrı-seçkilikdən müdafiə
edilirlər.
• Aİ-nin ayrı-seçkilik əleyhinə olan direktivi ilə təmin edilən müdafiənin fərqli
əhatə dairəsi var:
• irq və etnik məsələlər üzrə geniş müdafiə mövcuddur, bu özündə
məşğulluğa, sosial rifaha, mal və xidmətlərə çatımlılıqda müdafiəni ehtiva
edir;
• məşğulluğa, sosial təminata (bu sosial rifahdan daha dar mənanı ehtiva
edir) və mal və xidmətlərə çatımlılıqda cinsi ayrı-seçkilik qadağan edilib;
97
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
165. AİHM, Opuz Türkiyəyə qarşı (Opuz v. Turkey) (No. 33401/02), 9 iyun 2009.
166. AİHM, D.G. İrlandiyaya qarşı (D.G. v. Ireland) (No. 39474/98), 16 may 2002; AİHM, Bouamar
Belçikaya qarşı (Bouamar v. Belgium) (No. 9106/80), 29 fevral 1988
• cinsi oriyentasiya, əlillik, din və etiqad, yaş məsələləri hazırda yalnız
məşğulluğa çatımlılıq kontekstində müdafiə olunan sahələrdir.
• AİHK-in müdafiə əsasları siyahısı tükənməzdir. Hərkəs AİHK-nın
müddəalarına əsasən yerli məmurlar, məhkəmə və AİHM qarşısında iş
qaldıra bilər.
• AİHM ayrı-seçkilik üzrə şikayətlə üzləşdikdə onu birbaşa maddi hüquq
norması və ya 14-cü Maddə ilə əlaqədar şəkildə araşdırır.
• Yalnız 14-cü Maddə əsasında şikayət vermək mümkün deyil, o başqa maddi
hüquq pozuntusu ilə birgə baxılır. Ərizəçinin şikayət etdiyi hüquq pozuntusu
ilə əlaqədar maddə üzrə anlayışa geniş yanaşması yetərlidir.
• AİHK-in 12-ci Protokolu ayrı-seçkiliyə məruz qalmama ilə bağlı müstəqil
hüquq yaradır. Bu yerli hüquqda yaradılan və ya təcrübədən yararlanan hər
hansı bir hüquqa oradakı anlayış 14-cü Maddədə göstərilən “ayrı-seçkilik”
ilə uyğun gəldiyi zaman tətbiq edilir.
• AƏM, Aİ hüququ çərçivəsində şəxslərə hüquqlardan tam və hərtərəfli yarar-
lanmaq imkanı vermək üçün əhatə dairəsində olan sahələri olduqca
genişləndirib.
• AİHK-in əhatə dairəsi həm maddi hüquqlar baxımından, həm də 14-cü
Maddənin tətbiqi üçün tövsif edilməsi baxımından Aİ direktivlərindən daha
genişdir.
• Şəxsi həyat və ailə hüququ kimi elə xüsusi sahələr var ki, siyasi iştirak və
cinayət hüququ məsələləri ilə bağlı sahələr Aİ-nin ayrı-seçkilik əleyhinə
direktivlərinin əhatə dairəsindən kənarda qalır (buna görə də Fundamental
Hüquqlar Xartiyasından kənarda qalır).
• Buna görə də ayrı-seçkiliyin qurbanı olmuş şəxslər məkəmə prosesini
başlamazdan əvvəl düşünüb bunu direktivlər və ya AİHK-nin əhatə
Dostları ilə paylaş: |