Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə1/17
tarix16.12.2016
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

 
MƏLUMAT KİTABI
Ayrı-seçkilik әleyhinә 
Avropa hüququ üzrә 
mәlumat kitabı
A
yrı-seçkilik әleyhinә 
A
vropa hüququ üzrә mәlumat kitabı
Ayrı-seçkilik әleyhinә Aİ direktivlәrindә, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü 
Maddәsindә vә 12 saylı Protokolunda da nәzәrdә tutulduğu qaydada, ayrı-seçkilik 
әleyhinә Avropa hüququ ayrı-seçkiliyi müxtәlif әsaslarla vә şәraitlәrdә qadağan edir. Bu 
Mәlumat kitabı, bir-birini tamamlayan sistem kimi bu iki mәnbәyi, onların uzlaşdığı hәddә 
bir-birini әvәz etmәsini müzakirә edir vә hәr hansı fәrqlәr mövcud olduqda onları 
vurğulayır. Avropa İnsan Hüquqları Mәhkәmәsi vә Avropa İttifaqı Ədalәt Mәhkәmәsinin 
ayrı-seçkilik әleyhinә mövcud olan müxtәlif işlәrlә bağlı geniş presedentlәri әsasında, Aİ 
vә Avropa Şurasına Üzv olan Dövlәtlәrdә tәcrübi fәaliyyәt göstәrәn hüquqşünaslar
elәcә dә hakimlәr, prokurorlar vә vәkillәr, hәmçinin hüquq mühafizә sahәsindә fәaliyyәt 
göstәrәn şәxslәrin çatımlı ola bilәcәyi bu Mәlumat kitabının hazırlanması mәqsәdәuyğun 
hesab olundu.
FUNDAMENTAL HÜQUQLAR ÜZRƏ AVROPA 
İTTİFAQI AGENTLİYİ
Schwarzenbergplatz 11 - 1040 Vienna - Austria 
Tel. +43 (1) 580 30-60 - Fax +43 (1) 580 30-693 
fra.europa.eu - 
info@fra.europa.eu
AVROPA İNSAN HÜQUQLARI 
MƏHKƏMƏSİ
67075 Strasbourg Cedex - France
Tel. +33 (0) 3 88 41 20 18 - Fax +33 (0) 3 88 41 27 30 
echr.coe.int - 
publishing@echr.coe.int
ISBN 978-9952-8242-8-5

Fundamental Hüquqlar üzrә Avropa İttifaqı Agentliyi
 
Avropa İnsan Hüquqları Mәhkәmәsi – Avropa Şurası
Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı
2014 — 204 pp. — 14.8 x 21 cm
ISBN 978-9952-8242-8-5
Fundamental Hüquqlar üzrә Avropa İttifaqı Agentliyi haqqında geniş mәlumatı 
internet sәhifәsindә әldә edә bilәrsiz. Mәlumata FRA sәhifәsi vasitәsilә çıxış 
әldә etmәk olar fra.europa.eu.
Avropa İnsan Hüquqları Mәhkәmәsinin presedentlәri ilә bağlı daha geniş materialı 
Mәhkәmәnin internet sәhifәsindә әldә etmәk olar: echr.coe.int. HUDOC axtarış 
portalı ingilis vә ya fransız dillәrindә olan, elәcә dә digәr dillәrә tәrcümә olunmuş 
mәhkәmә qәrarlarına, aylıq presedentlәrlә bağlı qeydlәrә, pres relizlәrә vә 
Mәhkәmәnin işilә bağlı digәr mәlumatlara çıxışı tәmin edir. 
 
Ayrı-seçkilik əleyhinə Aİ direktivlərində, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü 
Maddəsində və 12 saylı Protokolunda da nəzərdə tutulduğu qaydada, ayrı-seçkilik əleyhinə 
Avropa hüququ ayrı-seçkiliyi müxtəlif əsaslarla və şəraitlərdə qadağan edir. Bu Məlumat 
kitabı, bir-birini tamamlayan sistem kimi bu iki mənbəyi, onların uzlaşdığı həddə bir-birini 
əvəz etməsini müzakirə edir və hər hansı fərqlər mövcud olduqda onları vurğulayır. Avropa 
İnsan Hüquqları Məhkəməsi və Avropa İttifaqı Әdalət Məhkəməsinin ayrı-seçkilik əleyhinə 
mövcud olan müxtəlif işlərlə bağlı geniş presedentləri əsasında, Aİ və Avropa Şurasına Üzv 
olan Dövlətlərdə təcrübi fəaliyyət göstərən hüquqşünaslar, eləcə də hakimlər, prokurorlar və 
vəkillər, həmçinin hüquq mühafizə sahəsində fəaliyyət göstərən şəxslərin çatımlı ola biləcəyi 
bu Məlumat kitabının hazırlanması məqsədəuyğun hesab olundu.
©Fundamental Hüquqlar haqqında Avropa İttifaqı Agentliyi, 2010
Avropa Şurası, 2010.
Bu material 2010-cu ilin iyul ayında tamamlanıb.
Kommersiya məqsədi istisna olmaqla və mənbəyə istinad edilməsi şərti ilə materialın 
yenidən çap olunmasına icazə verilir.
Photo credit(cover&inside):©Stockphoto
Avropa İttifaqı ilə bağlı daha geniş məlumatı internet səhifəsindən əldə edə bilərsiniz 
(
).
h p://europa.eu
Kataloq məlumatları sənədin arxasındadır.
Lüksemburq: Avropa İttifaqı Nəşrlər Ofisi, 2011
(AZ) 
ISBN 978-9952-8242-8-5 
Azərbaycan nəşri: “Aypara” Nəşriyyat evi 2014
Elementar ağ kağızda çap edilib (ecf)
Bu Məlumat kitabı ingilis dilində çap olunub.Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 
digər  dillərə  tərcümənin  keyfiyyəti  ilə  bağlı  hər  hansı  məsuliyyət  daşımır.  Bu  Məlumat 
kitabında əks olunan fikirlər AİHM üçün öhdəlik yaratmır. Məlumat kitabı Avropa İnsan 
hüquqları Konvensiyası üzrə şərhlərdən çıxarışlara istinad edir. AİHM kitabın içindəkilərinə 
görə məsuliyyət daşımır. Konvensiya ilə bağlı digər təlimat materialları AİHM-in internet 
səhifəsində əks olunub: echr.coe.int/Library/
EUROPEAN UNION
Funded
by the European Union
and the Council of Europe
Implemented
by the Council of Europe

Ayrı-seçkilik əleyhinə 
Avropa hüququ üzrə 
məlumat kitabı

Müqəddimə
2010-cu ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsi və Funda-
mental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi ayrı-seçkilik əleyhinə Avropa
presedentlərilə əlaqədar olan bu Məlumat kitabının hazırlanması ilə bağlı
əməkdaşlıq  etmək  qərarına  gəldi.  Biz  bu  birgə  təşəbbüsün  konkret
nəticəsini təqdim etməkdən məmnunuq. 
Lissabon Sazişinin qüvvəyə minməsi ilə Fundamental Hüquqlar haqqında
Avropa  İttifaqı  Xartiyası  məcburi  hüquqi  qüvvəyə  malik  oldu.  Eyni  za-
manda,  Lissabon  Sazişi  Avropa  İttifaqı  üçün  Avropa  İnsan  Hüquqları
Konvensiyasına çatımlılıq imkanı yaratdı. Bu kontekstdə, Avropa İttifaqı
Ədalət Məhkəməsi və Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən
inkişaf etdirilən ümumi prinsiplər haqqındakı biliklər nəinki arzu olunandır,
həmçinin  Avropa  insan  hüquqları  qanununun,  eləcə  də  ayrı-seçkilik
əleyhinə standartların əsas aspektlərinin yerli qaydada icra olunması üçün
vacibdir.  
2010-cu il, 14-cü maddəsi ilə ayrı-seçkiliyi qadağan edən Avropa İnsan
Hüquqları Konvensiyasının 60-cı il dönümü və Avropa İttifaqı səviyyəsində
ayrı-seçkiliyə qarşı mübarizəni əks etdirən iki fundamental sənədin – İrqi
Bərabərlik və Məşğulluq sahəsində Bərabərliklə bağlı Direktivlərin – 10-cu
il dönümü kimi qeyd olundu. Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa
İttifaqı Ədalət Məhkəməsinin ayrı-seçkilik əleyhinə olan böyük həcmdə
presedentlərini nəzərə alaraq, Avropa ittifaqı və Avropa Şurası ölkələrində,
eləcə də digər ölkələrdə təcrübi sahədə fəaliyyət göstərən hüquqşünaslar,
məsələn, hakimlər, prokurorlar və vəkillər üçün, həmçinin hüquq mühafizə
sahəsində fəaliyyət göstərən vəzifəli şəxslər üçün əlçatan olan bu Məlumat
kitabının  hazırlanması  əlverişli  hesab  edildi.  Onlar  insan  hüquqlarının
müdafiəsi sahəsində əsas aparıcı şəxslər olaraq  xüsusilə, ayrı-seçkiliyin
qadağan  olunması  prinsipləri  barədə  xəbərdar  olmalıdırlar  ki,  bunu
təcrübədə səmərəli tətbiq edə bilsinlər. Çünki məhz yerli səviyyədə ayrı-
seçkilik əleyhinə normalar meydana gəlir və problemlər orda, ön xətdə üzə
çıxır.        
Erik Fribergh
Morten Kjaerum
Avropa İnsan Hüquqları 
Fundamental Hüquqlar üzrə Avropa 
Məhkəməsinin Katibi
İttifaqı Agentliyinin Direktoru
3

Mündəricat
MÜQƏDDİMƏ.......................................................................................... 3
ABREVİATURALAR................................................................................. 8
1. AYRI-SEÇKİLİK ƏLEYHİNƏ AVROPA HÜQUQUNUN TƏQDİMATI:
MƏZMUN, QİYMƏTLƏNDİRMƏ VƏ ƏSAS PRİNSİPLƏR.................11
1.1. Ayrı-seçkilik əleyhinə Avropa hüququnun məzmunu…................12
1.1.1.  Avropa Şurası və Avropa İnsan Hüquqları 
Konvensiyası.................................................................... 12
1.1.2. Avropa İttifaqı və ayrı-seçkilik əleyhinə Direktivlər............. 14
1.2. Avropa müdafiə mexanizmlərində hazırkı və gələcək 
inkişaf perspektivləri..................................................................  15
1.2.1. Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Xartiyası........ 15
1.2.2. BMT-nin insan hüquqları üzrə  sazişləri............................. 16
1.2.3. Avropa İttifaqının Avropa İnsan Hüquqları 
Konvensiyasına çatımlılığı........................................................... 17
Əsas məsələlər ................................................................................. 18
Digər oxu materialları ........................................................................ 19
2.  AYRI-SEÇKİLİYİN KATEQORİYALARI VƏ MÜDAFİƏ 
VASİTƏLƏRİ...................................................................................... 23
2.1. Giriş............................................................................................ 23
2.2. Birbaşa ayrı-seçkilik .................................................................. 24
2.2.1. Qərəzli rəftar...................................................................... 25
2.2.2. Əmsal şəxs........................................................................ 25
2.2.3. Müdafiə olunan məsələ..................................................... 28
2.3. Dolayı ayrı-seçkilik..................................................................... 32
2.3.1. Neytral qayda, meyar və ya təcrübə.................................. 33
2.3.2. Müdafiə olunan qrupa qarşı əhəmiyyətli dərəcədə 
neqativ təsir....................................................................... 34
2.3.3. Əmsal şəxs........................................................................ 35
2.4. Qısnama və ayrı-seçkilik etmə təlimatı....................................... 35
2.4.1. Avropa İttifaqının ayrı-seçkilik əleyhinə direktivləri ilə 
nəzərdə tutulan qısnama və ayrı-seçkilik təlimatı.............. 35
2.4.2. AİHK ilə nəzərdə tutulan qısnama və ayrı-seçkilik 
təlimatı .. ........................................................................... 39
2.5.  Xüsusi və ya səciyyəvi tədbirlər................................................. 40
4

Əsas məsələlər ................................................................................. 49
2.6. Ayrı-seçkilik əleyhinə Avropa hüququnda nəzərdə tutulan 
əlverişsiz rəftar ........................................................................... 50
2.6.1. Giriş .................................................................................. 50
2.6.2. Ümumi müdafiə arqumentlərinin təhlili .............................. 51
2.6.3. Ümumi müdafiə arqumentlərinin tətbiqi............................. 53
2.6.4. Aİ hüququnda nəzərdə tutulmuş xüsusi 
müdafiə arqumentləri......................................................... 53
2.6.4.1.  Həqiqi qurumlar ……........................................... 54
2.6.4.2. Dini qurumlar ....................................................... 58
2.6.4.3. Yaşa əsaslanan istisnalar..................................... 60
Əsas məqamlar.................................................................................. 63
Digər oxu materialları ........................................................................ 64
3. AYRI-SEÇKİLİK ƏLEYHİNƏ AVROPA HÜQUQUNUN 
ƏHATƏ DAİRƏSİ .............................................................................. 67
3.1. Giriş............................................................................................ 67
3.2. Ayrı-seçkilik əleyhinə Avropa Hüququ ilə müdafiə 
olunan şəxslər............................................................................ 68
3.3. Avropa İnsan Hüquqları Konvensiyasının 
əhatə dairəsi: 14-cü Maddə və 12 saylı ................................................ 70
3.3.1. Konvensiya ilə qadağan olunan ayrı-seçkiliyin xarakteri... 70
3.3.1.1. Konvensiyada nəzərdə tutulan hüquqlar….......… 71
3.3.1.2. Konvensiyada nəzərdə tutulan hüquqların 
əhatə dairəsi......................................................... 72
3.3.1.3.  12 saylı Protokol ................................................. 74
3.4. Ayrı-seçkilik əleyhinə Aİ direktivlərinin əhatə dairəsi................... 75
3.4.1. Məşğulluq.......................................................................... 76
3.4.1.1.  Məşğulluğa çatımlılıq .......................................... 76
3.4.1.2.  İşdənçıxarma və ödəniş də daxil olmaqla 
məşğulluğun şərtləri…......................................... 77
3.4.1.3.  Peşə istiqamətləndirməsi və təlimə çatımlılıq...... 78
3.4.1.4.  İşçi və işəgötürən təşkilatları............................... 79
3.4.1.5.  Avropa Konvensiyası və məşğulluq konteksti..... 80
3.4.2. Sosial rifah və sosial təminat formalarına çıxış ................ 81
3.4.2.1. Sosial təminat və səhiyyə də daxil olmaqla 
sosial müdafiə…................................................... 81
3.4.2.2. Sosial güzəştlər ................................................... 82
5

3.4.2.3. Təhsil.................................................................... 83
3.4.2.4. Avropa Konvensiyası və sosial rifah 
və təhsilkonteksti….............................................. 84
3.4.3. Ev də daxil olmaqla, mal və xidmətlərə çatımlılıq.............. 85
3.4.3.1. Avropa Konvensiyası və ev də daxil olmaqla, 
mal və xidmətlər konteksti..…............................... 87
3.4.4. Məhkəmə sisteminə çıxış ................................................. 89
3.4.4.1. Avropa Konvensiyası və məhkəmə 
sisteminə çıxış …….............................................. 90
3.5. Konvensiyanın Aİ hüququndan kənar tətbiqi ............................. 91
3.5.1. “Şəxsi” sfera: şəxsi və ailə həyatı, övladlığa 
götürmə, ev və nikah ….................................................... 91
3.5.2. Siyasi iştirak: ifadə azadlığı, toplaşmaq və birləşmək 
azadlığı və azad seçki hüququ.......................................... 94
3.5.3. Hüququn tətbiqi….............................................................. 94
3.5.4. Cinayət hüququ üzrə məsələlər......................................... 96
Əsas məqamlar ................................................................................ 97
Digər oxu materialları ....................................................................... 99
4.  Müdafiə olunan əsaslar .................................................................... 101
4.1.  Giriş ........................................................................................ 101
4.2.  Cins.......................................................................................... 102
4.3.  Cinsi oriyentasiya .................................................................... 110
4.4.  Əlillik ....................................................................................... 113
4.5.  Yaş........................................................................................... 116
4.6.  İrq, etnik mənsubiyyət, rəng və milli azlığa mənsubiyyət  ....... 117
4.7.  Vətəndaşlıq və ya milli mənsubiyyət ....................................... 121
4.8.  Din və etiqad ........................................................................... 125
4.9.  Dil............................................................................................. 128
4.10. Sosial mənsubiyyət, doğum və mülkiyyət............................... 130
4.11. Siyasi və digər fikir ................................................................. 132
4.12. ‘Digər status’........................................................................... 133
Əsas məqamlar .............................................................................. 134
Digər oxu materialları...................................................................... 135
5.  AYRI-SEÇKİLİK ƏLEYHİNƏ QANUNVERİCİLİKDƏ SÜBUTA  
ƏSASLANAN MƏSƏLƏLƏR ……………………………….............. 139
5.1.  Giriş......................................................................................... 139
5.2. Sübutetmə yükünün paylaşılması............................................. 140
6

5.2.1. Sübuta ehtiyacı olmayan faktorlar................................... 143
5.3. Statistikanın və digər məlumatların solu .................................. 145
Əsas məqamlar .............................................................................. 150
Digər oxu materialları ...................................................................... 151
İŞLƏRİN SİYAHISI .. ........................................................................... 153
Beynəlxalq Ədalət Məhkəməsinin işləri........................................... 153
Avropa Ədalət Məhkəməsinin işləri................................................. 154 
Avropa İnsan Hüquqları Məhkəməsinin işləri.................................. 156
Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraatında olan işlər........ 159
İnsan Hüquqları Komitəsinin icraatında olan işlər............................ 160
Yerli məhkəmələrin icraatında olan işlər.......................................... 160
QANUN MƏTNLƏRİ ........................................................................... 163
Beynəlxalq sənədlər......................................................................... 163
Aİ sənədləri ..................................................................................... 164
ƏLAVƏ MATERİALLAR  ......................................................................... 165
ONLAYN MƏNBƏLƏR ........................................................................ 167
Sitatlar üzrə qeydlər ....................................................................... 169
7

Abreviaturalar
AİHK
İnsan Hüquqları və Fundamental Azadlıqları haqqında Avropa 
Konvensiyası
AİHM
Avropa İnsan Hüquqları Məhkəməsi
AƏM 
Avropa Ədalət Məhkəməsi (hazırda Avropa İttifaqı Ədalət 
Məhkəməsi)
Aİ 
Avropa İttifaqı

Avropa Şurası 
BM
Birləşmiş Millətlər
CEDAW
Qadınlara qarşı hər növ ayrı-seçkiliyin aradan qaldırılması 
haqqında Konvensiya
CETS
Avropa Şurası Sənədlər Toplusu
CRC
Uşaq hüquqları haqqında Konvensiya
ECRI
İrqçilik və dözümsüzlük əleyhinə Avropa Komissiyası
ETS 
Avropa Sənədlər Toplusu
FRA 
Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi
HRC 
İnsan Hüquqları Komissiyası
ICCPR
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiya
ICERD
İrqi Ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması 
haqqında Beynəlxalq Konvensiya
8

ICESCR    
İqtisadi, Sosial, Mədəni Hüquqlar haqqında Beynəlxalq 
Konvensiya
ICJ
Beynəlxalq Ədalət Məhkəməsi
TCN
Üçüncü ölkə vətəndaşı
UNCRPD
Əlilliyi olan şəxslərin hüquqları haqqında BMT 
Konvensiyası
9

10

1
Ayrı-seçkilik əleyhinə 
Avropa  hüququnun təq-
dimatı: məzmun, qiymətlən-
dirmə və əsas məsələlər
Bu giriş fəsli Avropada ayrı-seçkilik əleyhinə hüququn mənbəyini, eyni za-
manda, həm maddi hüquqa, həm də müdafiə prosedurlarına edilən hazırkı
və gələcək dəyişiklikləri izah edəcək.  
Qeyd edilməlidir ki, həm hakimlər, həm də prokurorlardan, prosesdə iştirak
edən tərəflərin müraciətindən asılı olmayaraq, İnsan Hüquqları və Funda-
mental Azadlıqları haqqında Avropa Konvensiyası və ayrı-seçkilik əleyhinə
Avropa İttifaqı direktivləri ilə təmin olunan müdafiə vasitələrini tətbiq etmək
tələb  olunur.  Yerli  məhkəmələr  və  ədliyyə  sahəsində  inzibati  fəaliyyəti
həyata  keçirən  qurumlar  sadəcə  tərəflərin  təqdim  etdikləri  hüquqi
arqumentlərlə  məhdudlaşmamalı,  həmçinin  işdə  iştirak  edən  tərəflərin
təqdim  etdikləri  faktiki  hallara  əsaslanaraq  müvafiq  qanunu  müəyyən
etməlidirlər; bu, əsasən o deməkdir ki, iş üzrə tərəflər, təqdim etdikləri dəlil
və sübutlar vasitəsilə ayrı-seçkilik əleyhinə iddianı necə təqdim etməyi
səmərəli şəkildə seçirlər. Bu, hər bir müvafiq sistemdə tənzimləyici hüquq
prinsiplərinin nəticəsidir, məsələn, Aİ hüququnun Aİ-ni təşkil edən 27 Üzv
Dövlətə birbaşa təsiri və AİHK-a birbaşa təsiri ondan xəbər verir ki, bütün
Aİ və Avropa Şurası (AŞ) ölkələrində buna əməl olunmalıdır. Lakin, bu
tələblə bağlı əhəmiyyətli bir məhdudiyyət nəzərdə tutulur ki, bu da tətbiq
olunan hər hansı müddət məhdudiyyəti ilə bağlıdır. Ayrı-seçkilik əleyhinə
müdafiə vasitələrinin tətbiq olunmasını nəzərdən keçirməzdən öncə, bu
vasitələri tətbiq edənlər, nəzərdə tutulan yurisdiksiya ilə bağlı hər hansı
müvafiq  müddət  məhdudiyyəti  ilə  tanış  olmalı  və  məhkəmənin  həmin
məsələyə baxa bilib bilməyəcəyini müəyyən etməlidirlər.    
11

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
12
Bunun təcrübi nəticəsi ondan ibarətdir ki, təcrübədə çalışanlar, müvafiq
hallarda  konkret  ayrı-seçkilik  əleyhinə  sənədə  istinad  edə  və  yerli
məhkəmələr  və  digər  hakimiyyət  orqanları  qarşısında  müəyyən
presedentlərə istinad edə bilsinlər. 
Bu,  təcrübədə  çalışan  şəxslərin  hazırda  qeyri-ayrı-seçkilik  sahəsində
mövcud olan sistemləri, onları tətbiq etməyi, onları müvafiq şəraitdə necə
tətbiq edəcəklərini anlamağı imperativ edir.     
1.1. Ayrı-seçkilik əleyhinə Avropa hüququnun 
məzmunu
“Ayrı-seçkilik  əleyhinə  Avropa  hüququ”  ifadəsi  Avropada  ayrı-seçkilik
əleyhinə  vahid  qaydalar  sistemi  olduğunu  iddia  edir;  əslində  bu,  fərqli
kontekstlərin birliyindən yaradılıb. Bu Məlumat kitabı əsasən AİHK və Aİ
hüququna  söykənir.  Bu  iki  sistem,  nə  vaxt  və  nə  üçün  yaradılmasına
nəzərən fərqli mənşələrə sahibdir. 
1.1.1. Avropa Şurası və Avropa İnsan Hüquqları 
Konvensiyası  
AŞ ikinci dünya müharibəsindən sonra, digər məsələlərlə yanaşı hüququn
aliliyi,  demokratiya,  insan  hüquqları  və  sosial  inkişafı  yaxşılaşdırmaq
məqsədilə (Avropa Şurası Nizamnaməsinin Preambulası və 1-ci Maddəsi)
bir araya gələn dövlətlərdən ibarət olan dövlətlərarası təşkilatdır (DT). AŞ
Üzv Dövlətləri bu məqsədə nail olmaq üçün Birləşmiş Millətlərin Universal
İnsan  Hüquqları  Bəyannaməsinə  söykənən  ilk  müasir  insan  hüquqları
sənədi olan AİHK-i qəbul etdi. AİHK üzv dövlətlərin üzərinə, yurisdiksiyaları
daxilində  olan  hər  kəsin  (sadəcə  vətəndaşlarının  deyil)  sadalanan
hüquqlarını qorumaq barədə məcburi hüquqi öhdəlik qoyur. AİHK-i icrası
məsələsinə,  Üzv  Dövlətlərə  qarşı  qaldırılan  işlərə  baxan Avropa  İnsan
Hüquqları Məhkəməsi (AİHM) (başlanğıcda Məhkəməyə Komissiya yardım
edirdi) nəzarət edir. Avropa Şurasının hazırda 47 üzvü var və yeni üzv
olmaq istəyən hər Dövlət həm də AİHK-a qoşulmalıdır.  
Başlanğıcı qoyulduğu 1950-ci ildən bəri, AİHK-a  “Protokollar” vasitəsilə

_____________________________________
1. AİHK-nın 14-cü Maddəsinin tətbiqi ilə bağlı Power Point təqdimat şəklində olan təlim materialı ilə
Hüquq Mütəxəssisləri üçün Avropa Şurası İnsan Hüquqları üzrə Tədris proqramının internet səhifəsində
tanış ola bilərsiniz: www.coehelp.org/course/view.php?id=18&topic=1.
2. 12 saylı Protokolu imzalayan Aİ Dövlətlərinin mövcud siyahısını görmək üçün bax:
www.conventions.coe.int/ Treaty/Commun/ChercheSig.asp?NT=177&CM=7&DF=16/07/2010&CL=ENG.
3. Bax, Avropa Sosial Xartiyasının 20-ci Maddəsi və E və qismən V Maddəsi.
4. Bax, Avropa Sosial Xartiyasının 20-ci Maddəsi və E və qismən V Maddəsi.
5. Bax, Avropa Sosial Xartiyasının 20-ci Maddəsi və E və qismən V Maddəsi.
Ayrı-seçkilik əleyhinə Avropa hüququnun təqdimatı: məzmun, qiymətləndirmə və əsas məsələlər
13
dəyişikliklər və əlavələr edilib. AİHK-a ən əhəmiyyətli prosedur dəyişiklik
11-ci Protokolla (1994) edilib, AİHM daimi və tam müddətli quruma çevrilib
və Komissiya ləğv edilib. Bu Protokolun məqsədi, Berlin Divarının yıxılması
və Sovet İttifaqının dağılmasından sonra Avropa Şurasına qoşulan Şərqi
Avropa  Dövlətlərindən  daxil  olan  işlərin  sayının  artmasına  qarşı AİHK
mexanizminə kömək etmək idi.  
Ayrı-seçkiliyin qadağan olunması AİHK-ın 14-cü Maddəsində nəzərdə tu-
tulur
1
və həmin maddə Konvensiyada nəzərdə tutulan digər hüquqlardan
bərabər qaydada istifadə olunmasını təmin edir. Hələ ki Avropa İttifaqının
bütün üzvləri tərəfindən ratifikasiya olunmamış
2
,  AİHK-nın 12 saylı Pro-
tokolu (2000) hər hansı hüquqdan (yerli qanunvericilikdə nəzərdə tutulan
hüquqlar  da  daxil  olmaqla)  istifadə  ilə  bağlı  bərabər  yanaşma  təmin
edilməsini nəzərdə tutan ayrı-seçkiliyin qadağan olunmasının dairəsini bir
az da genişləndirir. Protokolu şərh edən Hesabata əsasən, bu Protokol,
insan  hüquqlarının  qorunmasının  təməl  elementi  hesab  olunan  ayrı-
seçkilikdən müdafiəni gücləndirmək məqsədilə yaradılıb. Protokol, xüsusilə
cinsi  və  irqi  bərabərliyin  necə  təmin  olunması  ilə  bağlı  müzakirələr
nəticəsində yaranıb.   
Bu Protokolun əsas mövzusu olmasa da qeyd olunmalıdır ki, qeyri-ayrı
seçkilik prinsipi AŞ-nın bir sıra sənədlərində əsas təməl prinsipdir. Xüsusilə
Avropa  Sosial  Xartiyasının  1996-cı  il  tarixli  versiyası,  işəgötürmə  və
vəzifəyə təyin etmə zamanı bərabər imkanlar və bərabər münasibəti, cinsi
ayrı-seçkilikdən  müdafiəni  nəzərdə  tutur
3
.  Ayrı-seçkiliyə  qarşı  əlavə
müdafiə  vasitələrinə  Milli Azlıqların  Qorunması  haqqında  Konvensiya
4
,
İnsan  Alverinə  qarşı  Fəaliyyət  haqqında  AŞ  Konvensiyası
5
və  Rəsmi
Sənədlərə Çıxış haqqında AŞ Konvensiyasında rast gəlmək mümkündür.
Kiber-cinayətlərə qarşı Avropa Konvensiyasına Əlavə Protokolda da ayrı-
seçkiliyə qarşı müdafiə nəzərdə tutulur. Ayrı-seçkilik əleyhinə məsələ AŞ-
nın qanunvericilik sənədlərinin hazırlanmasında açıq-aşkar təsirə malikdir
və hal-hazırda müdafiə olunmalı olan azadlıq kimi nəzərdə tutulur.

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
14
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə