Az ərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiya Kolleci



Yüklə 279,79 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix14.11.2022
ölçüsü279,79 Kb.
#68984
1   2   3   4   5   6
riyazi-mentiq (1)

 
 


İZAHAT VƏRƏQİ 
İnsan fəaliyyətinin bütün sahələrində - elm və texnikada, hüquq və diplomatiyada, hərbi 
işlərdə, iqtisadiyyatın planlaşdırılmasında, diaqnostikada və s. kimi sahələrdə həmişə düzgün 
mühakimə aparmaq və doğru nəticələr çıxarmaq bacarığı insanlar üçün zəruridir. Fənnin 
tədrisi tələbələrdə tədqiqat aparmaq bacarığı, analitik düşüncə və elmi məsələlərin həllinə 
yaradıcı yanaşma qabiliyyəti və s. bu kimi keyfiyyətləri formalaşdırmaq üçün əsas olacaqdır. 
Məntiq elmi mühakimələrin, əqli nəticələrin doğruluğunu araşdıran bir elm kimi çox 
qədim bir tarixə malikdir. Onun sonrakı inkişafı bütün sahələrdə olduğu kimi, öz daxili tələbatı 
və digər elmlərlə sıx əlaqəsi olması idi. Məntiq ilk zamanlar fəlsəfənin bir hissəsi kimi inkişaf 
edi
rdisə, XIX əsrdən sonra “Riyazi məntiq” kimi formalaşmağa başladı.
Riyazi məntiq əqli nəticələrin riyaziyyatda tətbiq edilən növlərini öyrənir. Riyaziyyatın və 
məntiqin gücü onların isbatlara və ciddi mühakimələrə əsaslanmasında, yəni təkliflərin 
mühakimə və isbat etmə yolu ilə əvvəlkilərdən əldə olunmasıdır. 
Fənnin əsas məqsədi tələbələrdə müəyyən anlayışlar, obyektlər arasındakı əlaqə və 
bilikləri tətbiq etmək bacarığını aşkara çıxarmaqdır. 
F
ənnin tədrisi üçün 30 saat (15 saat mühazirə və 15 saat seminar) nəzərdə tutulmuşdur. 


MÖVZULAR ÜZRƏ SAATLARIN PAYLANMASI 
 
№ 
Mövzuların adları 
Mühazirə Seminar 
1.
Çoxluqlar və çoxluqlar üzərində əməllər. Çoxluqların 
birl
əşməsi, kəsişməsi, fərqi, tamamlayıcısı və dekart hasili. 
Binar münasibətlər nəzəriyyəsi 


2.
Mülahizə, təklif anlayışı. Mülahizələrin növləri. Mülahizələr 
üzərində məntiqi əməliyyatlar. 


3.
M
əntiq əməlləri: inkar, konyunksiya, dizyunksiya. Məntiq 
c
əbrinin düsturları və onların qiymətlərinin hesablanması 


4.
M
əntiq əməlləri: implikasiya və ekvivalensiya. Məntiq 
c
əbrinin düsturları və onların qiymətlərinin hesablanması 


5.
Bul c
əbrinin eynigüclü düsturları, eyniliklə doğru və 
eynilikl
ə yalan düsturları. Əsas eynigüclülüklər 


6.
Mülahizələr cəbri. Mülahizələr hesabının düsturunun tərifi.
İsbatolunabilən düsturların tərifi. Mülahizələr hesabının 
aksiomları 


7.
Predikatlar m
əntiqi. Predikatlar üzərində məntiq əməlləri. 
Predikatların konyunksiyası, dizyunksiyası.
Predikatların implikasiyası və ekvivalensiyası. 


8. Predikatlar m
əntiqinin tavtologiyaları.Kvantor əməliyyatları. 



Yüklə 279,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin