Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə146/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   142   143   144   145   146   147   148   149   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Sadə cümlənin növləri
Qeyri- müəyyən şəxsli cümlələr. Dialektlərdə sadə cümlə-
nin bu növünün xəbəri daha çox III şəxsin cəmi ilə ifadə olunur; 
məs.:- Gelini gəlivəni apardılar;- Dermanın suyunu kesitdilər 
(Ş.);- Ağacı əkəllər, barın yeməgdən örki;- Bıra dorğıdan Mığan 
deyiblər (Sab.);- Bizə dört qutu- qaropka barama verillər (Bs.);- 
Qoynu gölə tökellər, çimdirellər, boylum qırxellər;-Deyiflər, geliŋ 
bağ salax bırda (Qaz.);- Dün- ya gözəlin verillər Məhəmmədə 
(Cəb.) və s.
Şəxssiz cümlələr. Dialektlərdə həm ismi, həm də feili xəbər-
li şəxssiz cümlələr işlənir; məs.:- Eşdə yaman qarannıxdı;- Qa-
ranquşun gələn vaxdıdı (Ş.);- Onda gün- düz idi, özü də səhər 
(Sab.);- Aran- saran yadında qalıb (S.);- Bunnan sora vaxdıdı 
gilasın;- Dünən Aşırlıda toyudu (Qaz.);- Axşama çox qalıp hələ 
(Cəb.) və s.
Ümumi şəxsli cümlələr. Dialektlərdə bu tip cümlələrə əsasən 
atalar sözlərində və məsələlərdə rast gəlinir; məs.:- Acı dindirmə, 
toxu tərpətmə;- Uzax yerin döyməcini balnan döyəllər (Ş.);- Bala, 
adatdı, ölənnərin urufun əziz tutallar (Cəb.) və s.
Cümlədə söz sırasının pozulmazı 
Ədəbi dildə söz sırasına riayət olunduğu halda, bu qayda şi-
vələrdə pozulur. Belə ki, mübtəda, tamamlıq, zərflik xəbərdən 
sonra, təyin təiyn olunandan sonra gəlir. 
a) Mübtədanın cümlənin sonunda gəlməsinə tez-tez təsa-
düf edilir. Bu hadisə Şəki şivəsində çox, şimal-şərq ləhcəsində 
az müşahidə edilir; məs.:-Habı həndəvərdə əkilirdi quru taxıl 
(Ş.);-Dəyəni tikərdi çobannar (Mr.);-Qaş qaralıca işdədi kişi (İs.).
b) xəbərin cümlənin əvvəlində işlənməsi; məs.:- Gəldi İsrayı-
lın təzə öyünə baxmağa sədir? (İs.).
c) Vasitəsiz tamamlığın cümlənin sonunda işlənməsi; məs.: 
-Yaxşı saxlarıx biz atı (Tər.);- Gətrif yanımıza uşaxları (Tov.);- 
Bəhram örgətcaxdı məni (Ş.). Araşdırmalar göstərir ki, vasitəsiz 
tamamlıqların cümlənin sonunda işlənməsinə bütün şivələrdə rast 
gəlinsə də, qərb ləhcəsi üçün daha səciyyəvidir.
ç) Vasitəli tamamlığın cümlənin sonunda işlənməsi; məs.:- 
Uşax tutdu ağaşdan (Xv.);- Cəlin atdı qıza (Nax.);- Gələndə mina 
pay qoyıblar qurban ətinnən (İm.);- Bir dənə aynə qayıtdıra bil-
mədim atama (Ş.) və s. Bu xüsusiyyət şivələrin əksəriyyətində 
təzahür edir. Yönlük halla ifadə olunan vasitəli tamamlıqlar çox, 
çıxışlıq və yerlik halla ifadə olunanlar isə nisbətən az işlənir.
d) Zaman zərfliyinin cümlənin sonunda işlənməsi; məs.:- Gə-
lib apardı məni ordan özü deyənnən (G.);- Çox razıyam onnan 
hindi (S.);- Doqquz yaşım vardı mən ayağıma çarıx giyəndə (Ş.) 
və s.
e) tərzi- hərəkət zərfliyinin xəbərdən sonra işlənməsi; məs.:- 
Yol ge:r tö:şiyə- töşiyə (Ş.).
ə) Yer zərfliyinin cümlənin sonunda işlənməsi; məs.:- Niyar 
xanım ağladı-ağladı, yatdı pəncərədə (Nax.);-Mən dəmini dağıd-
dım bağa (Şam.);- Un- unbir adam gidir qız öynə (Ş.) və s.
f) Təyinin təyin olunan sözdən sonra gəlməsi; məs.: Həsən 
fağır dünənnən bı malların əlində hələkdi;- Bacım zalım heç fikir 
vermiyədi (Mər.) və s.


260
261

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin