Sadə cümlənin növləri Qeyri- müəyyən şəxsli cümlələr. Dialektlərdə sadə cümlə-
nin bu növünün xəbəri daha çox III şəxsin cəmi ilə ifadə olunur;
məs.:- Gelini gəlivəni apardılar;- Dermanın suyunu kesitdilər (Ş.);- Ağacı əkəllər, barın yeməgdən örki;- Bıra dorğıdan Mığan deyiblər (Sab.);- Bizə dört qutu- qaropka barama verillər (Bs.);-
Qoynu gölə tökellər, çimdirellər, boylum qırxellər;-Deyiflər, geliŋ bağ salax bırda (Qaz.);- Dün- ya gözəlin verillər Məhəmmədə (Cəb.) və s.
Şəxssiz cümlələr. Dialektlərdə həm ismi, həm də feili xəbər-
li şəxssiz cümlələr işlənir; məs.:- Eşdə yaman qarannıxdı;- Qa- ranquşun gələn vaxdıdı (Ş.);- Onda gün- düz idi, özü də səhər (Sab.);- Aran- saran yadında qalıb (S.);- Bunnan sora vaxdıdı gilasın;- Dünən Aşırlıda toyudu (Qaz.);- Axşama çox qalıp hələ (Cəb.) və s.
Ümumi şəxsli cümlələr. Dialektlərdə bu tip cümlələrə əsasən
atalar sözlərində və məsələlərdə rast gəlinir; məs.:- Acı dindirmə, toxu tərpətmə;- Uzax yerin döyməcini balnan döyəllər (Ş.);- Bala, adatdı, ölənnərin urufun əziz tutallar (Cəb.) və s.
Cümlədə söz sırasının pozulmazı Ədəbi dildə söz sırasına riayət olunduğu halda, bu qayda şi-
vələrdə pozulur. Belə ki, mübtəda, tamamlıq, zərflik xəbərdən
sonra, təyin təiyn olunandan sonra gəlir.
a) Mübtədanın cümlənin sonunda gəlməsinə tez-tez təsa-
düf edilir. Bu hadisə Şəki şivəsində çox, şimal-şərq ləhcəsində
az müşahidə edilir; məs.:-Habı həndəvərdə əkilirdi quru taxıl (Ş.);-Dəyəni tikərdi çobannar (Mr.);-Qaş qaralıca işdədi kişi (İs.).
b) xəbərin cümlənin əvvəlində işlənməsi; məs.:- Gəldi İsrayı-
lın təzə öyünə baxmağa sədir? (İs.).
c) Vasitəsiz tamamlığın cümlənin sonunda işlənməsi; məs.:
-Yaxşı saxlarıx biz atı (Tər.);- Gətrif yanımıza uşaxları (Tov.);-
Bəhram örgətcaxdı məni (Ş.). Araşdırmalar göstərir ki, vasitəsiz
tamamlıqların cümlənin sonunda işlənməsinə bütün şivələrdə rast
gəlinsə də, qərb ləhcəsi üçün daha səciyyəvidir.
ç) Vasitəli tamamlığın cümlənin sonunda işlənməsi; məs.:-
Uşax tutdu ağaşdan (Xv.);- Cəlin atdı qıza (Nax.);- Gələndə mina
pay qoyıblar qurban ətinnən (İm.);- Bir dənə aynə qayıtdıra bil-
mədim atama (Ş.) və s. Bu xüsusiyyət şivələrin əksəriyyətində
təzahür edir. Yönlük halla ifadə olunan vasitəli tamamlıqlar çox,
çıxışlıq və yerlik halla ifadə olunanlar isə nisbətən az işlənir.
d) Zaman zərfliyinin cümlənin sonunda işlənməsi; məs.:- Gə-
lib apardı məni ordan özü deyənnən (G.);- Çox razıyam onnan
hindi (S.);- Doqquz yaşım vardı mən ayağıma çarıx giyəndə (Ş.)
və s.
e) tərzi- hərəkət zərfliyinin xəbərdən sonra işlənməsi; məs.:-
Yol ge:r tö:şiyə- töşiyə (Ş.).
ə) Yer zərfliyinin cümlənin sonunda işlənməsi; məs.:- Niyar
xanım ağladı-ağladı, yatdı pəncərədə (Nax.);-Mən dəmini dağıd-
dım bağa (Şam.);- Un- unbir adam gidir qız öynə (Ş.) və s.
f) Təyinin təyin olunan sözdən sonra gəlməsi; məs.: Həsən
fağır dünənnən bı malların əlində hələkdi;- Bacım zalım heç fikir
vermiyədi (Mər.) və s.