Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə144/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   140   141   142   143   144   145   146   147   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Yanaşma əlaqəsi. Ədəbi dildə olduğu kimi, şivələrdə də ya-
naşma əlaqəsi qrammatik əlamətsiz, yəni tabe sözün tabeedici 
sözə yanaşıb, mənaca ona bağlanması nəticəsində əmələ gəlir
məs.: axsağ fərə, girdə kişmiş (B.), kərə qoyun, yamaş yer (Nax.),
qızıl üzig, yaxşi üşəğ (L.) və s. Dialektlərdə yanaşma əlaqəsində 
tabe sözün tabeedici sözdən əvvəl işlənməsi hallarına da rast gəli-
nir; məs.: üşax yazıx, Kazım doxdur, kişi biçara (Ş.), usda qoççağ 
(Ab.), oğlun utanmaz (Qaz.) və s.

Cümlə üzvləri
 
Mübtəda. Azərbaycan dili şivələrində mübtəda əsasən isim, 
şəxs əvəzlikləri və söz birləşmələri ilə ifadə olunur. Digər nitq 
hissələri substantivləşdikdə mübtəda funksiyası yerinə yetirir; 
məs.: -Bizdə əkin yerrəri çoxdu (Qub.);- Paccax pinəçiynən görü-
şüf yola düşür (Ş.) və s. 
Şivələrdə şəxs əvəzlikləri ilə ifadə olunan mübtədalar, demək 
olar ki, işlənmir; məs.:- Əgər cavab vərdün, vərəcəgəm aparasan 
pulları (B.);- Ojağınızın başında bitif qalasan (Qaz.);- Hara əl-
mizi çaldıx dəsdəynən çubux (Ş.);- Səni çox axtardıx, ancax tap-
badıx (Qub.);- Qurddarı qarma yarpaxlarla da yemləyirik (Zər.);- 
Keçən adna günü Bakiyə gitdük;- Səhərisi şə:rə çıxdıx (İs.) və s. 


256
257
Cümlədə təyinin təsirsiz feillərlə ifadə olunması məhdud da-
irədə qeydə alınmışdır; məs.:- Bu düzəl söz dəy (Tov.);- Mının 
sağal halı qameyib (A.) (29,s.142).
Tamamlıq. Dialektlərdə tamamlıq ədəbi dildə olduğu kimi 
isim, əvəzlik, sifət, təyini söz birləşmələri və qoşmalı sözlərlə ifadə 
olunur; məs.:-Mə:llimlər sənnən birki şeylər suruşacağlar (Qb.)
Quba şivəsində tamamlıq funksiyasında işlənən müəyyən halı 
bəzən qeyri- müəyyən təsirlik hal əvəz edir; məs.:- Beşmağ qa-
bağlar giyərdilər.
Şivələrdə tamamlıqların 
–dı(r) xəbərlik şəkilçisi qəbul et-
məsinə də rast gəlinir; məs.:- Əkinçilikdi, bağbançuluğdi billuğ 
(Qb.);- Mismardı, çəkişdi töhmisüz əyağ altda (S.) və s.
Şivələrin əksəriyyətində tamamlıq funksiyasında işlənən III 
şəxs mənsubiyyət şəkilçili isimlərin təsirlik halında hal şəkilçisi 
ixtisar olunur; məs.:- Ata uğlun danış-dırmiyadu (Qb.)
Zərflik.  Dialektlərdə də zərfliyin mənaca tərzi- hərəkət, za-
man, yer və kəmiyyət növləri vardır. Zərfliklər əsasən zərflə, qis-
mən də isim, söz birləşmələri ilə ifadə olunur.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin