4
5
qədim yazılı abidələrin və müasir türk dillərinin materialları ilə
müqayisə etməyi və s.
Fənnin tədrisi zamanı tələbələr: a)
ədəbi dil və dialekt anlayış-
larını izah etmək; b) dialektlərin yaranması və inkişaf mərhələlə-
rini şərh etmək; c) dialektlərin tədqiqi tarixi təhlil etmək; ç) dia-
lekt faktlarını toplanmaq, seçmək və qruplaşdırmaq vərdişlərinə;
d) dialekt faktlarının tarixi inkişafını və arealını müəyyənləşdir-
mək və s. məsələlərə
yiyələnməlidir.
Son dövrlərə qədər dialektologiya fənninin tədrisində M.
Şirəliyevin “Azərbaycan dialektologiyasının əsasları” (1962,
1968, 2008) adlı dərs vəsaitindən istifadə olunur. Bundan başqa,
müxtəlif illərdə A.Hüseynov, A.Vəliyev, E.Əzizov, M.Məmməd-
li, G.Vəliyeva, İ.Bayramov, Q. Hacıyeva və b. vəsaitləri çap olun-
muşdur. Bu kitab “Azərbaycan dialektologiyası” (2018) proqramı
əsasında hazırlanmışdır. Kitabda dialektlərə aid yazılmış mo-
noqrafiya, dissertasiya, lüğət və atlaslardan mənbə kimi istifadə
olunmuşdur. Kitab barədə irad və təkliflərini bildirənlərə müəllif
qabaqcadan təşəkkür edir.
Dostları ilə paylaş: