10
11
Dialektlərin öyrənilməsinin əhəmiyyəti
Dialektologiya birinci növbədə dil tarixinin öyrənilməsi üçün
əsas mənbədir. Dialektlər dil tarixinin canlı arxivi hesab olunur.
Dialektləri öyrənmədən müəkəmməl dil tarixi kursu yaratmaq
mümkün deyil, çünki vaxtilə dilin
tarixində işlənmiş bir çox
xüsusiyyətlər (səslər, şəkilçilər, sözlər) müasir ədəbi dildə sax-
lanmadığı halda, şivələrdə mühafizə olunur. Velyar ŋ səsi türk
dillərinin, eləcə də Azərbaycan dilinin qədim səslərindəndir. “Ki-
tabi- Dədə Qorqud” abidəsindən başlayaraq XX yüzilliyin əvvəl-
lərinə qədər ədəbi dilimizdə işlənmişdir. Müasir ədəbi dilimizdə
bu səs arxaikləşmiş, şivələrin qərb qrupunda söz köklərində və
şəkilçilərdə tarixi işləkliyi qorunub saxlanmışdır.
Dilin tarixində fonetik və morfoloji
sistemlərdə baş vermiş
bəzi dəyişmələrin inkişafını izləmək baxımından da dialektologi-
yanın nəticələri əhəmiyyətlidir. Məsələn, qədim türkcədəki
ab
(«ov») sözünün xalq şivələrindəki inkişaf yolu belə olmuşdur:
ab>av>ov>oy və s. Ədəbi dildə bu inkişafın ancaq
ov forması
sabitləşmişdir (15, s.5).
Orta yüzillikklər Azərbaycan ədəbi dilində, yəni “Kitabi –
Dədə Qorqud” abidəsindən XVIII yüzilliyə qədər saitlə bitən söz-
lər təsirlik halda
- yı şəkilçisi qəbul etmiş, sonra öz mövqeyini
- nı
şəkilçisinə vermişdir. Hazırda
- yı şəkilçisi əsasən qərb şivələrin-
də, qismən də Bakı, Sədərək, Muğan, Cəbrayıl və Zəngilan şi-
vələrində mühafizə olunmuşdur.
Ədəbi dilin lüğət tərkibindəki dəyişiklərə qarşı dialektlər da-
vamlı olur. Belə ki, tarixən ədəbi dilimizdə işlənmiş
suç “günah”,
ağ “qalxmaq”,
al “hiylə”,
ay “demək”,
baba “ata”,
sayru “xəstə”,
yazı “çöl” və s. sözlər müasir dövrdə arxaikləşsə də ayrı- ayrı şi-
vələrdə işləkliyini saxlamışdır.
Dialektologiya orta məktəblərdə
Azərbaycan dilinin tədrisi
baxımından da əhəmiyyətlidir. Orta məktəblərdə Azərbaycan dili
və ədəbiyyatı fənlərinin tədrisində əsas məqsəd şagirdlərə düz-
gün yazmağı öyrətmək, onların şifahi nitq mədəniyyətini inkişaf
sial dialektlər yalnız lüğəvi xüsusiyyətləri – sözlər, bəzi frazeoloji
birləşmələr, xüsusi terminologiya ilə səciyyələnir. Azərbaycanın
ayrı- ayrı bölgələrində maldarlıq, əkinçilik, meyvəçilik, balıqçı-
lıq, ipəkçilik, arıçılıq, toxuculuq, dülgərlik və s. peşələrlə məş-
ğul olurlar. Hər peşə sahəsinin özünəməxsus lüğət tərkibi vardır:
Toxuculuğa aid sözlər:
dolax, qatma “nazil ip”,
təlis “kisə”,
xəyə-
ti “nazik ipək sap” (Nax.); əriş “xalçanın əsas ipləri”,
gücağaci,
hülmeg “ilmək”,
uvarangənə, paz (Qb.); dülgərliyə aid sözlər:
ayna rəndəsi, qəvrə “mişar itiləyən alət”,
puşqu “əl mişarı”,
zolax
“taxtanın üstünü hamarlayan alət” (Nax.); saatsazlığa aid sözlər:
rəqqas, maşa, nalça, burğu, papax, fənar, arxa çərx, arxa yay
(Nax.); arıçılığa aid sözlər:
arıxana, kötüx`, mağaza, veçə (orta
veçə, kora veçə, ana veçə), boz Qafqaz arısı, Qavax təpə yarım-
cinsi, qara arı, süni şan (Ş.) və s.
Arqo (jarqon) süni dildir, əhalinin müəyyən qrupları arasında
yayılmışdır. Hazırda daha çox aşıqlar, musiqiçilər, oğrular, qu-
marbazlar, quşbazlar və s. əhali qruplarının arqoları mövcuddur.
Azərbaycan dilində arqolar əmələ gəlmə üsuluna görə bir- birin-
dən fərqlənir: a) ümumxalq danışıq dili əsasında yarananlar; b)
alınma
sözlərdən əmələ gələnlər; c) uydurma sözlərdən əmələ
gələnlər. Arqolar digər şivələrlə müqayisədə Güney Azərbaycan
şivələrində geniş yayılmışdır:
Dostları ilə paylaş: